" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

olduqlarına görə əsərin üzünü köçürəndə erməni katalikoslarının 
göstərişi ilə qəsdən təhriflərə yol vermişlər. Alban şairi Dəvdəkin 
əsərlərinin  aqibəti  də  belə  olmuşdur.  Bununla  belə  alban 
ədəbiyyatı XIII əsrə qədər yaşadı». 
Əkbər  İrəvanlı  «Əsli-Kərəm»  dastanını  ermənilər  arasında  ən 
geniş  yayılmış  dastan  saymışdır.  Müəllifin  fikrinə  görə, 
ermənilər  bu  Azərbaycan  dastanını  sadəcə  iqtibas  etməmiş, 
əksinə, böyük yaradıcılıqla yanaşmışlar. Özlüyündə aydındır ki, 
bu  yanaşma  erməni  xislətinə  uyğun  olaraq  özününküləşdirmə 
olmuşdur. 
Bəzi  tədqiqatçılarımızın  fikrincə,  Azərbaycan  aşıq  sənətinin 
professional  ifaçılıq  səviyyəsinə  qalxması  və  inkişaf  etdirilməsi 
şərti olaraq adlandırılan Göyçə aşıq məktəbi ilə bağlıdır. Əslində 
həmin  yaradıcılıq  ənənələri  böyük  bir  ərazini  Göyçə,  Borçalı, 
Zəngəzur,  Qazax  və  Gəncə  aşıq  sənətini  əhatə  edir.  Göyçə 
məktəbi,  Göyçə  gölü  sahilində,  qədim  oğuzların  məskun 
olduqları yerlərdə ozan yaradıcılığının aşıq sənətinə keçid aldığı 
bir  dövrdə  meydana  gəlmişdir.Burada  aşıq  ənənələrinin 


yaranması  və  inkişafı  IX-X  əsrlərdən  başlanmışdır.  Bu  fikirlə 
razılaşmaq olar. 
Şübhə  yoxdur  ki,  bu  məktəblərin  də  əsasını  dastan  yaradıcılığı 
təşkil etmişdir. Sadəcə olaraq bu dastanlar yazıya alınmadığından 
əsrlər  süzgəcindən  keçərək  ya  itmiş,  ya  da  müəyyən  dərəcə 
forması və məzmunu müasir dövrə uyğunlaşdırılmış şəkildə gəlib 
bizə çatmışdır. Araşdırmalar göstərir ki, X-XIII əsrlərdə xristian-
müsəlman  münasibətləri  yazılı  ədəbiyyatımızda  bu  və  ya  digər 
dərəcədə öz əksini tapmışdır. Buna «Xristian oğlu və molla qızı» 
adlı şeri misal göstərmək olar: 
Sən müsürman molla qızı, 
Mən havanes keşiş oğlu. 
Yeri-
yeri kavur oğlu 
Götür bizdən muhal sözü 
Sən havanes keşiş oğlu 
Mən müsəlman molla qızı. 
Biz bu barədə sonrakı fəsildə ətraflı bəhs edəcəyik. IX-XI əsrlər 
alban  xalqında  dini  qütbləşmənin  daha  çox  nəzərə  çarpdığı  bir 


dövr 
idi.  Bir  çox  sevgililər  məhəbbət  ayrılığını  başqa-başqa 
dinlərə mənsub olduqları üçün dadmışlar. Xalqın bu dini ayrılığa, 
xristian-
müsəlman  münasibətlərinə  etirazının  məntiqi  nəticəsi 
kimi bu cür məhəbbət dastanları yaranmışdır. 
 
«Əsli-Kərəm» dastanının variant fərqləri 
 
Bu  hissədə  biz  «Əsli-Kərəm»  dastanının  variant  fərqlərindən, 
başqa  sözlə,  müxtəlif  xalqlarda  olan  variantlarından  bəhs 
edəcəyik.  Bunun  üçün  əvvəlcə  dastanın  Azərbaycan  variantının 
qısa  məzmununa  nəzər  yetirək.  Bunu  dastanın  ilkin  yaranma 
məkanının  Azərbaycan  ərazisi  olması  məsələsi  zəruri  edir.  Bu, 
fikrimizcə, dastanla bağlı sonradan ortaya çıxan bir sıra suallara 
bir növ açar rolunu oynayacaq. 
Gəncə xanı Ziyad xanla onun xəzinədarı (bəzi variantlarda dostu 
və ya vəziri) Qara Məlik uzun illər idi ki, dövləti bir yerdə idarə 
edirdilər.  Ancaq  onların  həm  də  bir  ümumi  dərdi  var  idi,  o  da 


övladsızlıq  dərdi  idi.  Onlar  qərara  gəlirlər  ki,  acları,  yetimləri 
yedirib,  doyuzdursunlar,  bəlkə  onda  övladları  olar.  Ziyad  xan 
(bəzi variantlarda Qara Məlik) təklif edir ki, övladları olsa onları 
bir-
birlərinə beşikdə göbəkkəsmə nişanlı etsinlər. Onlar belə də 
edirlər. Aylar ötür, günlər keçir xanın oğlu, keşişin isə qızı olur. 
Xan oğlunun adını Mahmud, keşiş qızının adını Məryəm qoyur. 
İllər keçir, uşaqlar böyüyüb boya-başa çatırlar. Günlərin birində 
Mahmud  ova  çıxdığı  zaman  Məryəmi  baxçada  görür.  Gənclər 
bir-
birlərini  tanıyır  və  sevişirlər.  Variantların  heç  birində  yaxşı 
əsaslandırılmayan səbəbə görə hər ikisi adlarını dəyişirlər: oğlan 
adını Kərəm, qız isə Əsli qoyur. 
Ziyad  xan  işi  bilib  keşişi  çağırtdırır,  əhd-peymanı  onun  yadına 
salır. Keşiş bu izdivaca ürəkdən razı deyildi. Buna görə də keşiş 
xandan üç ay möhlət alır və qızını da götürüb başqa ölkəyə qaçır. 
Kərəm  lələsi,  yəni  tərbiyəçisi  Sofi  ilə  onların  arxasınca  düşür, 
obalar, kəndlər, şəhərlər gəzir. Bir neçə yerdə Əslini tapırsa da, 
öz  sadəlövhlüyündən  keşişin  yalan  vədlərinə  inanıb  qızı  yenə 
əldən qaçırır. Nəhayət, bir şəhərdə vəziyyət elə şəkil alır ki, keşiş 


qızı Kərəmə verməyə məcbur olur. Qara Məlik çox sehrkar idi. 
Toy  gecəsi  üçün  o,  qızına  xüsusi  bir  gəlinlik  paltarı  hazırlayır. 
Bu paltar sehrli olur və Kərəm nə qədər çalışırsa düymələri aça 
bilmir.  Nəhayət,  sazı,səsi,  sözü  ilə  düymələrə  yalvarmağa 
başlayır.  Düymələr  bir-bir  açılır,  son  düymə  açıldıqda  bir  alov 
çıxaraq  Kərəmi  yandırır.  Dastanın  bu  hissəsi  çox  təsirli 
verilmişdir. Son nəfəsində Kərəm: 
Bir atəş düşdü canıma, 
Anam yox gəlsin yanıma. 
Ellər ağlasın halıma, 
Yanıram, Əslim, yanıram-dedi. 
 
Əsli, kəmfürsət, qəlbən məkrli, hiyləgər ataya, balasının qəminə 
şərik çıxmayan anaya nifrətlər yağdırır: 
Allah sizə bəlalar versin, ana, 
Ana, Kərəm yandı- deyib, ağlaram. 
Qan ağlayır bağda güllər, lalələr, 
Ana, Kərəm yandı- deyib ağlaram. 


Gödək etdiz siz Əslinin dilini
Bülbül olan buraxarmı gülünü. 
Gözüm
lə görürəm Kərəm külünü, 
Ana, Kərəm yandı- deyib ağlaram. 
Əsli özünə divan tutdu, nalə, inilti qoparıb, dünyanı başına 
götürdü. Nə qədər çalışsa da, Kərəmin alovunu söndürə bilmədi. 
Məhəbbət tonqalında yanıb külə dönən Kərəmin odunda özü də 
yandı. Kərəm külü Əsli külünə qovuşdu. O vaxtdan indiyə qədər 
insanlar bu sevgiyə yas saxladı, qara geydi. 
Keşişin  qəddarlığı  o  qədər  həddini  aşır  ki,  hətta  o  dünyada  da 
nakam  sevgililərin  ruhlarını  ayırmaq  fikrinə  düşür.  Dastanın 
sonunda oxuyuruq ki, Əsli ilə Kərəmin qoşa qəbirlərindən aralı 
keşişin  qəbri  dayanır.  Qoşa  qəbirlərdən  qalxan  qoşa  qızılgüllər 
bir-
birinə  baş  əyir,  qovuşmaq  istəyir,  lakin  keşişin  qəbiri 
üstündən  qalxan  qaratikan  kolu  bu  qoşa  güllərin  bir-birlərinə 
qovuşmağına  imkan  vermir.  Bu  tikanı  nə  qədər  qırıb  atırlarsa, 
səhərisi gün görürlər ki, qaratikan kolu yenə bitib. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə