" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   17   18   19   20   21   22   23   24   25

Göründüyü kimi dastand
a qaya, su, ağac kultuna inam öz əksini 
tapmışdır.  Kərəm  qaya  ilə  müqəddəs  bir  yer  kimi  söhbət  edir. 
Həmçinin çay, meşə ilə də o cürə deyişir

«Alban tarixi» kitabında yazılır: «Onlar (türklər) oda, suya inam 
gətirir,  naməlum  yollar  ilahəsinə,  aya  və  gözlərinə  təəccüblü 
görünən  bütün  məxluqata  sitayiş  edirdilər»…Və  səhifə  161-də 
yazılır:  «Yepiskop  İsrailin  əmri  ilə  hündür,  bol  yarpaqlı  palıd 
ağacını  kəsdilər.  Hansı  ki,  bu  ağaca  hunlar  ölkəsində  knyaz  və 
bütün əyanlar belə sitayiş edirdilər». 
Qaya kultuna in
am da türklərdə əski inamlardan biridir. Bu əski 
inam hətta bizim nağıllarımızda da qorunub saxlanılmışdır. 
«Aldərviş»in  nağılında  bu  əski  inam  özünü  daha  çox  büruzə 
vermişdir. Belə ki, bu nağılda Qırxbirçəyi Aldərvişə buta edən nə 
dərviş,  nə  də  Xızır  peyğəmbərdir.  Ona  butanı  bir  gecəlik 
köksündə sığınacaq tapdığı, sirli-sehrli qaya verir. Maraqlıdır ki, 
qaya  Aldərvişə  vəziyyətdən  çıxış  yolunu  da  göstərir,  yəni 
hamilik vəzifəsini yerinə yetirir. 


Yaxud  dastanın  türkmən  variantında  çovğuna,  qara  düşən 
bəzirganların tələbi ilə Kərəm üzünü dağa tutur və onlara kömək 
etməsini Tanrıdan deyil, dağdan rica edir, o saat çovğun dayanır 
və günəş çıxır, yəni dağ onlara kömək edir. 
Elə  müasir  dövrümüzdə  də  müqəddəs  saydığımız  dağlar 
(Babadağ, Beşbarmaq və s.) vardır ki, bu da əski inamın müasir 
dövrümüzə qədər gəlib çatan izləridir. 
Kərəm  sağda  qaya,  solda  meşə,  qabaqda  çay  görür.  Yuxarıda 
qeyd  edirik  ki,  albanlar  əsasən  üç  tanrıya  sitayiş  edirdilər. 
Onlardan  ən  yüksəyi  isə  Ay  ilahəsi  idi.  Bu  üç  tanrıdan  birinin 
məbədi İberiya yaxınlığında dağlıq bir yerdədir. Ona görə dağlıq 
yerdə göstəririk ki, Albaniya və İberiya sərhədləri dağlarla əhatə 
olunmuşdur.  Strabon  yazır:  «Qafqazda  ən  hündür  dağlar  və  ya 
dağ  zirvələri  onun  cənubundadır.  Hansı  ki,  orada  albanlar  və 
iberlər yaşayır. İndiki coğrafi mövqeyi nəzərə alsaq Alban ərazisi 
Qafqaz  dağlarının  şimalına  çatırdı.  Orada  qarla  örtülmüş  çoxlu 
dağlar yerləşirdi». 


İkinci tanrının məbədi Kür çayı sahilində, üçüncü məbədgah isə 
şərqi Albaniyada Xəzər dənizindəki adalarda yerləşirdi. K.Əliyev 
bu barədə yazır: «Bu adalar və orada bitən ağaclar müqəddəs və 
toxunulmaz sayılırdı». 
Kərəm  sağda  qaya  görür,  alban  tanrısının  məbədgahı  İberiya 
yaxınlığındakı  dağlıq  bir  yerdə,  qabaqda  çay  görür,  alban 
tanrısının ikinci məbədgahı Kür çayı sahilində, solda meşə görür, 
üçüncü məbədgah Şərqi Albaniyada Xəzər dənizi sahilinə yaxın 
adalarda müqəddəs ağaclar yerləşən bir yerdə idi. Buradan belə 
nəticəyə gəlmək olar ki, dastanın bu hissəsində türk inamları ilə 
yanaşı  alban  dini-mifoloji  fikir  dünyasına  da  müraciət  vardır. 
Albanlar  daha  çox  Ay  ilahəsinə  tapınmışlar.  Bu  da  qədim 
yunanlarda  Selenaya,  «Avesta»da  Nahidə  xatuna  bərabər  bir 
ilahə  idi.  Müqəddəs  ilahənin  yerdəki  simvolik  rəmzi  müqəddəs 
ağaclar  idi.  Yəni  albanlar  ilahəyə  tapınmaq  üçün  müqəddəs 
ağaclara  üz  tutmuşlar  və  dualarını  bu  ağaclar  vasitəsilə  ilahəyə 
çatdırırmışlar. Türklərdə də bu inamın izləri müasir dövrümüzə 
qədər gəlib çatmışdır. 


K.Əliyev  bu  barədə  belə  qeyd  edir:  «Albanların  Ay  ilahəsinə 
sitayişi  sənət  əsərlərində  təsvir  olunmuş  müqəddəs  ağacla 
bağlıdır.  Müqəddəs  ağaclara  inamın  izləri  müasir  dövrümüzə 
qədər  gəlib  çatmışdır.  Məsələn,  saqqızağac,  dağdağan, 
dəmirağac,  çinar  və  s.».  Kərəm  də  fikir  versək  görərik  ki,  sərv 
ağacına  şikayət  edir.  Əslini  ondan  istəyir.  Kərəm  bu  ağac 
vasitəsilə naləsini göylərə yüksəldirdi. 
Dur, dur sərv sənnən xəbər sorayım, 
Sərv ağacı sənin maralın hanı? 
Gözümnən axıtma qanlı yaşları, 
Sərv ağacı sənin maralın hanı? 

 
* * 
Doğru söyləməsən qəddin əyilsin, 
Qarğaram mövladan belin bükülsün. 
Bir ah çəkim yarpaqların tökülsün, 
Sərv ağacı sənin maralın hanı? 
Kərəm  sərv  ağacından  heç  bir  cavab  ala  bilmir.  Kərəmə  əski 
inamı  kömək  etmir.  Ay  ilahəsinə  inamı  biz  dastanın  sonunda 


Əslinin  düymələrini  aça  bilməyən  Kərəmin  dilindən  eşidirik. 
Düymələrin  açılması  üçün  Kərəm  Ay  ilahəsinə  üz  tutub  ondan 
kömək istəyir: 
Analar anası, şahların şahı, 
Mənə kömək olsun göylərin mahı. 
İmansız keşişin budu mətahı 
Açılsın Əslidən düymə mən öldüm. 
«Mah» fars dilindən tərcümədə «Ay» mənasını verir. Göründüyü 
kimi Kərəm yenə ilahəyə üz tutsa da, burada bir nəticə əldə edə 
bilmir. Dastanda ağaclarla yanaşı quşlara olan inam da öz əksini 
tapmışdır. 
Dastanın türk variantının Yazma nüsxəsində həddi-buluğa çatmış 
Şahigülşənin  uçurduğu  quş  keşişin  evi  önündə  bitən  çinar 
ağacına  qonur.  Şahigülşən  bu  ağacdan  quşu  endirmək  üçün 
eyvana çıxan zaman Məryəmi  görür və bayılır.  Gözünü açanda 
özünü  qırxlar  süfrəsində  görür.  Qırxlar  Məryəmi  ona  buta 
verirlər. 


 
Göründüyü  kimi,  burada  da  ağac  və  quş  müqəddəslər 
cərgəsindədir.  Bu  isə  qədim  alban-türk  inamlarında  dünya 
ağacının  müqəddəs  sayılması  və  quşların  onqon  səviyyəsində 
olmasından  irəli  gəlirdi.  Dastanda  daha  bir  alban  inamının 
izlərini görürük. Kərəm ceyran görür və ondan Əslini xəbər alır: 
Səndən xəbər alım, ay gözəl ceyran
Əsli, keşiş buralardan keçdimi? 
Mini
b eşq səpəndin olmuşam rəvan, 
Çoban körpüsündən su içdimi? 
Ceyran: 
Mövlam sənə kömək olsun bu işdə, 
Ceyran deyər: çap səməndin yerişdə. 
Ərzuruma vardı zalım keşiş də, 
Xəbər verdim qismət sənə tuş ola. 
Qoşmaya diqqətlə fikir versək görərik ki, ceyran adi bir ceyran 
yox,  müqəddəs  bir  varlıqdır.  Kərəm  müqəddəs  bir  varlığa  üz 
tutur,  ondan  kömək  istəyir.  Ceyran  da  müqəddəs  kimi  ondan 


köməyini əsirgəmir. Əslinin yerini ona xəbər verir. Tarixçi alim 
R.B.Göyüşov  yazır:  «Ay,  Günəş  və  Göy  tanrılarından  başqa 
albanlar 
quşları,  ceyranları  və  ağacları  da  ilahiləşdirib  onlara 
sitayiş edirdilər». 
Dastanın  türkmən  variantında  quşların  müqəddəslik  səviyyəsi 
daha  çox  özünü  büruzə  verir.  Bu  variantda  göstərilir  ki,  Keşiş 
Kərəmi oğurluqda günahlandırır və Xunkarın əsgərləri onu tutub 
dar  ağacından  asmaq  istəyirlər.  İp  boğazına  keçiriləndə  Kərəm 
mahnı  ilə  üzünü  göydə  uçan  durnalara  tutub  onlardan  kömək 
istəyir. Durnalar hücum edib Xunkarın əsgərlərinin bir neçəsini 
yaralayıb  bir  neçəsinin  gözlərini  çıxarırlar.  Əsgərlər  qaçır  və 
K
ərəm xilas olunur. Xunkar şah Kərəmdən haqq aşiqi olduğunu 
sübut  etmək  üçün  ondan  durnaları  yerə  endirməyi  tələb  edir. 
Kərəm üzünü durnalara tutub deyir: 
Durnam, gşit menin arzım: 
İnip qelqin ere, durnam! 
Arz gdeyin xalı-zarım, 
İnip qelin ere, durnam! 


Durn
am, qeler sen qıədan, 
Başın dürli qül-ləleden, 
Xudayım, sakla beladan, 
İnip qelqin ere, durnam! 
Durnam, qider sen asmanda
Xünkəri qoyma qümanda. 
Keremi qılma şirmende, 
İnip qelqin ere, durnam! 
Azərbaycanca tərcüməsi: 
Durnam eşit mənim ərzimi, 
Enib gəlginən yerə durnam. 
Ərz eyləginən halı-zarım, 
Enib gəlginən yerə durnam! 
Durnam gələrsən qayadan, 
Başın dürlü gül lələkdən. 
Allahım, saxla bəladan 
Enib gəlginən yerə durnam! 


 
Durnam gedərsən asimanda, 
Xunkarı qoyma gümanda. 
Kərəmi qıyma kəməndə, 
Enib gəlginən yerə durnam! 
Dastanın əksər variantlarında tərlan quşu Kərəmin əlindən uçur 
və Kərəm də quşun dalınca Əslinin bağçasına girir. Tərlan quşu 
bir  növ  Əsli  ilə  Kərəmin  görüşdürücüsü  rolunu  oynayır.  Bu  da 
əski türklərin şahin, quşlarına müqəddəs kimi baxmasından irəli 
gəlirdi. Bu barədə yuxarıda ətraflı qeyd etmişik. 
Dastanda daha bir inamın izlərini görürük. Yuxarıda qeyd etdik 
ki, «Alban tarixi» kitabında yazılır: «Türklər naməlum yollar 
ilahəsinə inanırdılar». Dastana fikir verək: «-Kərəm dedi: - Sofi, 
dayan Əslini bu yollardan xəbər alım. Kərəm sazı götürüb 
yollara üz tutdu: 
Əyrim-üyrüm gedən yollar, 
Yollar Əslimi gördünüzmü…? 


Bu da həmin inam idi ki, dastanda öz əksini tapmışdır. Dastanda 
çox  qədim  görüşlərlə  bağlı  olan  inam,  etiqad  qalıqları,  arxaik 
sözlər və formalar həddindən artıq çoxdur. Bu barədə  görkəmli 
folklorşünas-alim  M.H.Təhmasib  ətraflı  qeyd  etmişdir: 
«Dastanda  olan  arxaik  sözlərə,  məsələn,  nəsnə-«şey»,  say-
«layiq», yey-
«yaxşı»,  uğur-«yol»,  üşənmək-«incimək»,  yazı-
«çöl», qaramal-
«baxmaq»,  duş-«yuxu»,  dövlət-«ağıl»,  gəz-
«dəfə»,  ün-«səs»,  qat-«yan», uslu-«ağıllı»,  qırçın-«tel»,  silə-
«vətən», belə-«birlikdə» və s. kimi sözlər tez-tez təkrar olunur. 
Maraqlıdır ki, «xoryad» sözü daha sonrakı dastanlarımızda «pis», 
«namərd»,  «araqarışdıran» və s. kimi mənalarda işləndiyi halda 
burada  «yoxsul»  mənasında  işlədilmişdir  ki,  bu  da  sözün  daha 
qədim  formasıdır.  Dastanda  ün-«səs»,  ünləmək-«səsləmək» 
mənasında işlədilməkdən başqa bir də «ünü» forması da vardır: 
Gəlmişdi tərlanım şığıdı getdi, 
Ünlədim, ünlədim, ünüdən ötdü. 
Bunlardan başqa «ün» həm də fəryad mənasında işlədilir: 
Söylə görüm bu nə ündü, ay lələ. 


Dastanda  «uxramaq»  sözü  «fəryad  etmək»,  «ağlamaq» 
mənasında  işlədilir.  Dastan  boyu  Kərəm  öz  sevgilisini  müxtəlif 
adamlardan,  cansız  körpülərdən,  meşələrdən,  qayalardan 
soruşduğu kimi qurddan da soruşur. Bu, istər-istəməz oğuzların 
qədim totemi olan müqəddəs qurdu və «Kitabi-Dədə Qorqud»un 
ikinci boyunda Qazan xanın: «Qurd üzü mübarək olar» – deyib 
əsir  aparılmış  ailəsini  qurddan  soruşduğunu  yada  salır.  Kərəm 
e
yni  zamanda  öz  Əslisini  sudan  soruşur.  Buradakı  «haqqın 
camalına  hər  dəm  baxarsan»  misrası  da  istər-istəməz  yenə  də 
Qazan  xanın  elə  həmin  boyda  öz  ailəsini  sudan  soruşarkən 
işlətdiyi  «su  haqq  didarını  görmüşdür,  mən  suyla  xəbərləşim» 
ifadəsini yada salır. 
«Kitabi Dədə-Qorqud» boylarında olduğu kimi, bu dastanda göy 
rəng matəm rəngi hesab olunur. Orada yaxın adamı ölən yaslılar 
«göy bağlayıb qara sarındıqları» kimi burada da: 
Fələklər göy geymiş, mələklər qara, 
İnnən belə əhvalıma vay dedim. 


Bu yazılanlara əlavələr etmək istəyirik: Bir yerdə Kərəm Beyrəyi 
yada salır: 
Akqovaq kız Beyrek beyinin dengi, 
Şah İsmayılın yarı Erebzengi. 
Leyla da bir zaman Mecnunun dengi
Onlara da imdad eden olmadı. 
Bakmazmısın Ferhat ile Şirini, 
Anlar da sevdiler biri birini. 
Attı külüngünü verdi serini, 
Ferhad kibi yar yoluna ölen olmadı. 
Kerem der bu yollarda oturdum, 
Mecnun gibi ben Leylaўmı yitirdim. 
Lokman Hekim gibi cerrah getürdüm, 
O da bir yaraya çare bulmadı. 
Və yaxud dastanın türkmən variantında Kərəm dilindən deyilir: 
Han
sı gülüstanın sən gülüsən
Hansı bağın bülbülüsən. 


Şirinmisən, Leylimisən? Şübhəsiz, 
Mən də Məcnununam qarşıla sən. 
Maraqlıdır  ki,  dastanda  əksər  hallarda  XVI-XVII  əsrlərdə 
yaranmış  dastanların  adı  çəkilmir.  Leyli-Məcnun,  Fərhad  və 
Şirin,  Beyrək-Ağqovaqqız  kimi  dastan  qəhrəmanlarının  adı 
çəkilir,  dastanda  onlar  daha  tez-tez  yad  olunur.  Dastanın 
yuxarıda  verilən  türk-anadolu,  türkmən  variantındakı  qoşmalar 
buna gözəl misal ola bilər. Əsasən qədim dövrlərdə xalq arasında 
məhşur olan hekayətlərin qoşmalarda adı çəkilir. 
Bu  da  bizə  bir  daha  əsas  verir  ki,  dastanın  qədim  dövrlərdə 
formalaşması fikrinə gələk. Başqa misallara fikir verək. 
«Kitabi-
Dədə-Qorqud»  boylarında  əsas  mənfi  qüvvələr  Məlik 
adlandırıldığı  kimi  (Şöklü  Məlik,  Qıpçaq  Məlik  və  s.)  «Əsli-
Kərəm»  dastanında  da  əsas  mənfi  qüvvə  olan  Qara  keşişin  adı 
Qara Məlikdir. 
«Aşıq  Kərəm  ilə  Əsli  xan»  kitabındakı  qoşmalarda  yeddi  dəfə 
«Kərəm  dədə»,  bir  dəfə  isə  «Kərəm  ata»  ifadələri  işlənmişdir. 
«Kitabi  Dədə-Qorqud»  boylarında  Dədə  Qorqud  Bayat 


elindəndir.  Başqa  dastanlarda  rast  gələ  bilmədiyimiz  bu 
toponimə  «Əsli-Kərəm»  dastanında  rast  gəlirik.  Teymur 
Orucoğludan yazılan variantda belə bir bənd vardır: 
Mahmud idim Kərəm qoydun adımı, 
İtirmişəm qohumumu, yadımı. 
Bir qarıdan xəbər aldım yarımı, 
Dedi:-
Əslin gedib Bayat elinə. 
Bu qoşmaya dastanın türkmən variantında da rast gəlinir: 
Əş erine qanlar qumdu qözinde, 
Sıə zülpi xalka-xalka yüzinde, 
Ərın qördim, qözi qalmış ızında, 
Kerem, Aslın qitdi Baət iline. 
Beyle qözel qelmeyipdir caxana, 
Rakıpları düçar bolsın əmana, 
K
irpiqi ok, qaşı menzer kemana, 
Kerem, Aslın qitdi Baət iline. 
Azərbaycanca tərcüməsi: 


Yaş yerinə qanlar axdı gözündə, 
Qara zülfü halqa-
halqa üzündə. 
Yarını dördüm gözü qalmış izində, 
Kərəm, Əslin getdi Bayat elinə. 
Belə gözəl gəlməyibdir cahana, 
Rəqiblər düçar olsun yamana. 
Kirpiyi ox, qaşı bənzər kamana, 
Kərəm, Əslin getdi Bayat elinə. 
Bayat  türk  tayfasına  mənsub  antroponimdir.  Buradan  bir  daha 
aydın olur ki, Qara keşiş alban, yəni türk olmuşdur. İslamı qəbul 
edən Ziyad xanın yanından qaçan keşiş Bayat elinə, İslam dinini 
hələlik  qəbul  etməyən  oğuzlara  pənah  aparır,  onlardan  kömək 
umur. Çünki müsəlman türkdən qaçıb keşiş heç vaxt müsəlman 
türkə  pənah  gətirməzdi.  Bu  barədə  daha  sonra  bəhs  edəcəyik. 
Yuxarıda  deyildiyi  kimi,  «Kitabi  Dədə-Qorqud» eposunda da 
al
banlar  xatırlanır.  «Dədə-Qorqud»  boylarının  qəhrəmanlarının 
geyimləri  ilə  «Əsli-Kərəm»  dastanının  qəhrəmanlarının 
geyimləri  də  uyğundur.  «Dədə-Qorqud»  qəhrəmanının  əsas 


geyimində 
qaftan 
vardısa, 
«Əsli-Kərəm» 
dastanının 
qəhrəmanının da əsas geyimində qaftan vardır. 
Yarı tapam, xına yaxam əlinə, 
Alıb gedəm vətənimə, elimə. 
Nə olaydı sarılaydım belinə, 
Kəmər ağlar, qaftan ağlar, bel ağlar. 
Dastanın  türkmən  variantında  qədim  Turan  eli  xatırlanır.  Bu 
qoşma Kərəmin dilindəndir: 
Menin velayetım, sorsan Turandır, 
K
adır Alla dileqimi berendir. 
Kerem aydar, könül şəxri veyrandır, 
Ol nəzli qidipdir glimden menin. 
Azərbaycanca tərcüməsi: Mənim vilayətim, sorsan Turandır 
Qadir Allah diləyimi verəndir. 
Kərəm deyər, könül şəhərim virandır, 
 
Ol nazlı gedibdir əlimdən mənim. 


Dastanda  qədim  Turan  elinin  adının  çəkilməsi  bu  dastandakı 
hadisələrin  qədim  dövrlərlə  səsləşdiyinə  daha  bir  sübutdur. 
Göründüyü  kimi,  dastanın  heç  bir  variantında  erməni  inamına, 
dini-
mifoloji  dünyagörüşünə  rast  gəlinmir.  Erməni  adət-
ənənəsini xatırladacaq hadisə belə yoxdur ki, dastanı ermənilərlə 
bağlasın. Yuxarıda yazılanları bir cümlə ilə yekunlaşdırmaq olar. 
Albanlar qədim türk tayfalarından biri olduğu üçün onların dini-
mifoloji  dünyagörüşü,  adət-ənənələri  arasında  olan  yaxınlıq  da 
təbii sayılmalıdır. 


Ədəbiyyat 
1.
 
İsmayılov Ş. Göyç
ə dastanları və aşıq rəvayətləri. Bakı, Səda, 
2001, s. 12. 
2.
 
Хоренский  Моисей.  История  Армении,  Москва,  Наука, 
1958. ч. I, с. 30. 
3.
 
Qeybullayev H.Y. Naxçıvan 
ərazisində azərbaycanlıların qədim 
etnik  tarixin
ə dair. Tarix və onun problemləri.. №2, 1999, s. 
37-44. 
4.
 
Тураев  Б.А.  История  Древнего  Востока.  Часть  II. 
Петроградь.  Издание  Студенческого  Издательского 
Комитета  при  Историко-Филологического  факультета, 
Императорского  Петроградского  Университета,  1914,  с. 
105. 
5.
 
Qasımlı M.B. Aşıq s
ənəti, bakı, Ozan, 1996, s. 99 
6.
 
Nizami  adına 
Ədəbiyyat  bə  Dil institutunun əsərləri,  IX  c., 
Bakı. Az
ərnəşr, 1956, s. 174-178. 
7.
 
N
əsrulla Katib, Axtıda tərtib edilmiş. 1157(m. 1745) (əlyazma) 
s. 201-202. 


8.
 
Радлов  В.  Наречие  тюрксих  племен-наречие  османские, 
текст  собран  И.Кунотшем,  часть  VIII,  С.Петербург, 
Топография  Императорской  Академии  Наук,  1893,  с.  195-
200. 
9.
 
T
əhmasib M.Ş. Azərbaycan xalq dastanları (orta əsrlər) Bakı, , 
Elm, 1972, s. 293. 
10.
 
Барон  Август  фон  Гакстгаузен.  Закавказский  край.  Санкт-
Петербург, 1857, с. 53-60. 
11.
 
Махмудбеков  М.  Из  народной  поэзии  Закавказских 
тюрков. Газета «Каспий», №137, 1906. 
12.
 
Шахтахтинский А. Кое-что о народной поэзии Закавказских 
тюрков, газета «Каспий», №225, 1906. 
13.
 
N
ərimanov H. Əsli-Kərəm, “Yeni İqbal”, №288, 1916. 
14.
 
N
ərimanov H. Mehr və Mah, yaxud Əsli-Kərəmin astarı, “Yeni 
İqbal”, №291, 1916. 
15.
 
Mümtaz  S.M.  Unudulmuş  yarpaqlar.  “
Ədəbiyyat”  qəzeti, 
№19-20, 1936. 
16.
 
Əlizadə H. Aşıqlar. Bakı, Azərnaşr, 1935, s. 40. 


17.
 
Əlizadə H. Aşıqlar. Birinci hissə, II çap Bakı, Azərnaşr, 1937, с. 
80-87. 
18.
 
Алиева  Д.  Из  истории  азербайджанско-грузинских 
литературных связей. Баку, изд. АН Азерб. ССР, 1958, с. 72. 
 

Document Outline

  • "Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti
    • I FƏSIL
      • «Əsli-Kərəm» dastanı tədqiqatlarda
      • «Əsli-Kərəm» dastanının variant fərqləri
    • II FƏSIL
    • Ədəbiyyat

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə