  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

                                                     
 
  
                                                                            
                                                    
50 
düşmüş  bir  gəmini  yandırıb  yolunu  davam  etdirir  və  6-sı 
sentyabr 1502-ci ildə Lissabonda lövbər atır. 
1
 
Ekspedisiya  axtarışlar  zamanı  qızıl  və  gümüş  baxımdan 
kralın  ümidlərini  puç  etsə  də,  amma  böyük  coğrafi 
nailiyyətlərə imza atmışdır. 5

30

c.en dairəsindən 25

c.en 
dairəsinə  kimi,  San-Roka  burnundan  Kananea  çayının 
mənsəbinə  kimi  3000  km-lik  sahil  zolağını,  o  cümlədən, 
Veles de Mendosadan sonra 5

30

c.en dairəsindən 16

c.en 
dairəsinə  kimi,  1000  km-lik  məsafəni  təkrarən  tədqiq 
edərək, yeni xəritəyə daxil etmişdi. 
Təxminən  450  il  həmin  ekspedisiyanın  nailiyyəti  gizlin 
saxlanılsa  da,  bu  işdə  Vespuççinin  rolu  danılmazdır.  Ona 
görə  ki,  bu  səyahət  barəsində  o,  qeydlər  aparan  zaman 
paxllıqdanmı  deyim,  yoxsa  əldə  olan  şöhrəti  öz  adına 
yazdırmaqdanmı, bir dəfə də olsun Kuelyunun adını çəkmir 
və bütün missiyanın nailiyyətlərini həyasızcasına mənimsə-
yir.  Yalnız  XX  əsrin  60-cı  illərin  sonunda  İtaliyanın  Fano 
şəhərində  fəaliyyət  göstərən  kitabxanada,  1504-1505-ci 
illər  tarixi  ilə  göstərilən  köhnə  bir  xəritə  tapılır.  Həmin 
xəritədə Braziliya “Qonsalu Kuelyunun torpağı” adlanır. 
Məhz  ondan  sonra  Kuelyunun  Braziliyanın  tədqiqində 
müstəsna rol oynaması önə çəkilir. 
                                                 
        1
 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-
ческих открытий, II том. Москва, “Просвещение”. 1982. стр.59 


                                                     
 
  
                                                                            
                                                    
51 
Portuqalların  əsl  məqsəd-məramını,  Kabralın  buraya 
təsadüf  nəticəsində  gəlib  çıxdığını  və  Kabraldan  əvvəl  bu 
materikdə  hər  hansı  bir  səyyahın  olub-olmadığını 
müəyyənləşdirmək  üçün  Kuelyunun  sahilə  yaxınlaşdığı 
coğrafi məntəqələrini nəzərdən keçirmək lazımdır. 
Ekspedisiyanın  avqustun  17-də  sahilə  toxunduğu  ən 
şimal  nöqtə  5

30
/
c.  en  dairəsindəki  San-Roka  burnudur. 
Həmin  burun  bir  il  bundan  əvvəl  hələ  Pinson  və  Lepe 
tərəfindən  kəşf  edilmişdi.  İspanların  bu  ərazilərdə  keçir-
dikləri tədqiqat işlərini  heçə endirmək  üçün portuqallar bu 
ərazidə fəaliyyət göstərməliydilər. Ona görə ki, sonradan bu 
ərazilər  əldən  çıxa  bilərdi.  Ən  əsas  portuqallar  sənədlə 
sübut  etməliydilər  ki,  Pinson  ilə  Lepenin  gəmiləri 
demarkasion  xətdən  xeyli  şərqdə  Braziliya  sahillərinə  yan 
almış  və  bununla  da  onların  fəaliyyətinin  nəticələri  heçə 
endirilməliydi.  Yəni,  portuqallar  yuridik  sənədə  əsaslana-
raq ispanların fəaliyyətinə bu ərazilərdə son qoymalı idilər.  
Bəzi mənbələrdə göstərilir ki, Kuelyu Kabralın Braziliya 
sahillərinə hansı enlikdə yan almasından xəbərsiz idi. Lakin 
bu  inandırıcı  görünmür.  Ona  görə  ki,  Kabral  Braziliya 
sahilləri  ilə  üzləşəndən  sonra,  “kəşflə”  bağlı  xəbəri  krala 
çatdırmaq  üçün  Qaspar  de  Lemuşu  mayın  1-də  Lissabona 
göndərir.  Məhz  bunu  əsas  tutaraq,  Qaspar  de  Lemuşun 
Lissabonda  Kuelyu  ilə  görüşüb  Braziliya  barəsində  məlu-


                                                     
 
  
                                                                            
                                                    
52 
mat  toplamasını  bildirmək  olar.  Deməli,  Kuelyu  Kabralın 
16

30

(indiki  Portu-Sequru)  sahilə  yan  almasından 
məlumatlı idi.  
İspanların əziyyətini yerə vuran Kuelyu həmin nöqtədən 
cənuba  doğru  üzür  və  avqustun  28-də  Sant-Auqustin 
(Kabu-Branku)  burnuna  çatır.  Ondan  bir  az  cənubda 
mülayim  hindu  tayfası  ilə  rastlaşır  və  onlardan  üç  qadın 
könüllü  olaraq  gəlmələrlə  Portuqaliyaya  getməyə  razılıq 
bildirirlər.  Burada  dənizçilər  bir  ay  qalır  və  Borborema 
dağlarından  daşan  xırda  çaylar  olan  San-Migel  (29 
sentyabr),  San-Jeronimu  (30  sentyabr),  oktyabrın  4-də  isə 
10
0
 30

c. en dairəsində yerləşən hamısından böyük çay olan 
San-Fransiskunun  mənsəblərinin  yanından  ötür.  Noyabrın 
1-də  ekspedisiya  vacib  olan  13

c.  en  dairəsində  yerləşən 
Todeus-us-Santus  buxtasına  yan  alır.  Bu  ətraf  ərazidə  olan 
ən  böyük  körfəzin  sahili  idi,  sonralar  onu  sadəcə  Baiya 
(“Buxta”)  adlandırırlar.  Portu-Sequruda  onlar  Kabralın  il 
yarım  əvvəl  qoyduğu  iki  yunqanı  götürürlər.  Bu  bir  daha 
hinduların sülhsevərliyindən xəbər verirdi. Yollarını davam 
etdirən  portuqallar  dekabrın  13-də  Santa-Lusiya  (çox 
güman  ki,  Dosi  çayıdır)  çayının  mənsəbini  arxada  qoyur, 
dekabrın 21-də San-Tome burnunu (22

c.en  dairəsi)  keçib 
birbaşa  qərbə  tərəf  üz  tutur  və  yanvarın  1-də  heyranedici 
Quanabara buxtasına çatırlar. Onlar buranı (23

c.en dairəsi) 


                                                     
 
  
                                                                            
                                                    
53 
çayın mənsəbi ilə səhv salaraq, həmin yeri “Yanvar çayı” 
– Rio-de-Janeyro adlandırırlar. 
Ən  maraqlısı  odur  ki,  Braziliya  sahillərinə  üzən 
ekspedisiya iştirakçıları rəsmi olaraq, həmin sahilləri tədqiq 
etməkdən  ötrü  yollansa  da,  el  gözünə  onlara  daha  vacib 
tapşırıq verilmişdi. Həmin tapşırığa əsasən, Kuelyu Kabra-
lın  “kəşf”  etdiyi  ərazinin  Tordesilyas  müqaviləsi  zamanı 
müəyyən  edilmiş  demarkasion  xətdən  neçə  dərəcə  qərbdə 
və  ya  şərqdə  yerləşdiyini  təyin  etməliydi.  Guya  əvvəlki 
ekspedisiya  sahilə  çıxdığı  ərazinin  uzunluq  koordinatlarını 
təyin  edə  bilməmişdi.  Portuqallar  Tordesilyasda  yürütdük-
ləri yalana doğru don geydirmək üçün belə edirdilər.   
Beləliklə,  Kuelyunun  üç  karavellası  sahilə  yan  aldığı 
nöqtədən  500  km.  aşağı  düşərək,  1502-ci  ilin  birinci 
günündə  böyük  bir  çayın  mənsəbinə  çatır  (indiki  Rio-de-
Janeyro şəhərinin ərazisi).  
Elə  ikinci  ekspedisiya  vaxtı  (1503-1504)  Vespuççi 
Kuelyu  ilə  birlikdə  həmin  sahillərə  üzmüş  və  bu  səyahət 
zamanı  bir  çox  hadisələri  qələmə  alıb,  həmin  qeydləri  bir 
neçə  dəfə  Avropada  çap  etdirmişdi.  Qeyd  etmək  istəyirəm 
ki, həmin səyahət az qala faciə ilə nəticələnəcəkdi.  
 
 
 
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə