  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   2   3   4   5   6   7   8   9   ...   42

                                                     
 
  
                                                                            
                                                    

olduğundan  güclü  iddia  sayılır.  Əsərdə  portuqalların 
Amerikanın  axtarışı  üçün  Atlantikanın  qərb  hissəsinə 
göndərdikləri  üç  ekspedisiyanın  nəyə  görə  uğursuzluqla 
üzləşməsinin əsl səbəbləri açıqlanr. Müəllif İspan monarx-
larının  uzaqgörənliyini,  Portuqal  kralının  inamsızlığını 
göstərməklə sübut edir ki, həmin ərazilərin ispan taxt-tacına 
keçməsində  Lissabonda  fəaliyyət  göstərmiş  “Riyaziyyat-
çılar Xuntası”nın mühüm rolu olubdur.  
“Əsrləri  qabaqlamış  alim  –  Nəsirəddin  Tusi”  adlı 
əsərin-də Azərbaycanın görkəmli alimi Nəsirəddin Tusinin 
elmi fəaliyyətini tədqiq edən Ramiz Dəniz bu sahədə xeyli 
iş  görmüş  və  alimin  dünya  elminə  töhfə  vermiş  bir  çox 
əsərlərinin dünyavi mahiyyətini açıqlayır. 
Müəllif  bütün  səy  və  bacarığından  istifadə  edib  nəinki 
Azərbaycanın,  hətta  Şərq  dünyasının  şöhrətli  alimi  sayılan 
Nəsirəddin  Tusinin  elmi  xidmətlərini,  elmi  nailiyyətlərini 
araşdırmış və nəticədə bəlli olub ki, həqiqətən də alimin bir 
neçə  əsəri  başqa  müəlliflər  tərəfindən  özününküləş-
dirilibdir.  
Məlumdur  ki,  Nəsirəddin  Tusi  astronomiya,  riyaziyyat, 
həndəsə,  etika,  ilə  bağlı  şah  əsərlər  yaradaraq,  həmin 
elmlərin  inkişaf  etdirilməsində  mühüm  rol  oynamış  və  bu 
sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. 
Müəllif  əsərdə  Antik  dövrün  ən  məşhur  –  yunan,  Qədim 


                                                     
 
  
                                                                            
                                                    

Roma,  Bizans,  Misir  və  erkən  orta  əsrlərdə  tanınmış 
müsəlman  alimlərinin  coğrafiya,  astronomiya,  riyaziyyat 
sahəsi  ilə  bağlı  birlikdə  gördükləri  elmi  işləri  yada  salmış 
və  Tusinin  təkbaşına  adı  çəkilən  elmlərdə  böyük  uğur 
qazanmasını  qeyd  edərək,  onun  dahiliyini  önə  çəkməyə 
çalışıbdır.   
Amerikanın  kəşf  edilməsində  alimin  yazdığı  “Zic 
Elxani”  astronomik  cədvəlindən  istifadə  olunması  diqqəti 
cəlb edir. Ondan həm tanınmış astronom Paolo Toskanelli, 
həm də X. Kolumb bəhrələnmişdilər. Bir çox alimlər astro-
nomik  kataloqlar  yaradarkən,  N.  Tusinin  həmin  əsərindən 
istifadə  etmiş,  rus  alimi  Lobaçevski  və  digər  həndəsə-
şünaslar  “Təhrir  Öqlidis”dən  bəhrələnmiş,  “Şəklül  gita”-
nın  bir  nüsxəsini  isə  alman  alimi  Regimontan  öz  adı  ilə 
çıxarıbdır.  İ.  Nyutonun  müəllimlərindən  biri  olan  Con 
Vallis “Təhrir Öqlidis”in əsasında Oksford universitetində 
mühazirələr  oxumaqla,  Tusinin  İngiltərədə  tanınmasında 
mühüm  rol  oynamışdır.  Elə  Nikolay  Kopernik  də  “Göy 
sferasının fırlanması” adlı əsərini işləyərkən, bizim alimin 
“Astronomiya  xatirələri”  əsərindəki  “birinin  diametri  o 
birinin  diametrinin  yarısına  bərabər  iki  dairə  bir  müstəvi 
üzərindədir” teoremindən istifadə etmişdir.   
Diqqəti cəlb edən məqam odur ki, dünyanın bir çox elm 
ocaqlarında  tədqiq  olunan,  türk  admiralı  Piri  Rəisin  guya 


                                                     
 
  
                                                                            
                                                    

1513-cü  ildə  tərtib  etdiyi  xəritənin  əsl  sahibinin  kim 
olduğunun araşdırılmasıdır. ABŞ alimi Çarlz Hepqud 7 illik 
tədqiqatdan  sonra  xəritəni  tərtib  edənlərin  sferik  triqono-
metriyadan  hali  olmasını  bildirmişdi.  Sferik  triqonometri-
yanın mükəmməl bilicisi isə N. Tusidir. 
Müəllifin  gəldiyi  qənaətə  görə  qədim  manuskriptlərdən 
hazırlanan  həmin  xəritə  N.  Tusinin  rəhbərliyi  altında 
Marağa  rəsədxanasında  tərtib  edilibdir.  Bundan  əlavə  o, 
bildiribdir ki, həmin xəritənin köməyi ilə X. Kolumb Yeni 
Dünya  sahillərinə  üzmüş  və  sonradan  həmin  material 
səyyahın qeydləri ilə birlikdə Piri Rəisin əlinə keçibdir. Bir 
sözlə, Amerika qitəsinin kəşfi Kolumbun səyahətinə 200 il 
qalmış, nəzəri cəhətcə Azərbaycanda kəşf edilmiş və dünya 
alimlərinin  bu  məsələyə  xüsusi  diqqət  yetirməsi  müəllifin 
məqsədidir.  
“Braziliyanın  müəmmalı  kəşfi  əsəri  coğrafi  kəşflər 
alimlərini  tərəddüd  qarşısında  saxlayan  bir  mövzunu  əhatə 
edir  və  müəllif  sübuta  yetirməyə  çalışır  ki,  hamının  iddia 
etdiyi kimi Braziliya 1500-cü il aprelin 22-də Pedru Kabral 
tərəfindən  təsadüf  nəticəsində  deyil,  1494-cü  ildə  Duarti 
Pireyra  tərəfindən  portuqal  kralı  ilə  əldə  olunan  gizlin 
razılaşmaya əsasən kəşf edilmişdi, lakin müəyyən səbəblərə 
görə həmin səyahətin nəticəsi məxfi saxlanmışdır. Məhz bu 
əsərdə  göstərilir  ki,  ispanlar  ilk  olaraq  Cənubi  Amerika 


                                                     
 
  
                                                                            
                                                    

qitəsinə,  o  cümlədən  Braziliya  sahillərinə  yan  alsalar  da, 
portuqallar  Roma  papasının  vasitəsilə  ispanları  aldatmağa 
müvəffəq  olmuş  və  1494-cü  ildəki  Tordesilyas  müqavilə-
sinə əsasən indiki Braziliyanın sahibinə çevirilmişdilər. 1493-
cü  ildə  portuqallar  Azör  adalarından  100  liq  qərb  tərəfdə 
yerləşən torpaqlara sahib olmağa dair razılıqlarını bildirsə-
lər  də,  bir  ildən  sonra,  Duarti  Paşekunun  Amerika  sahillə-
rinə  yollanan  məxfi  ekspedisiyanın  əldə  etdiyi  nəticəyə 
əsasən,  İspaniya  ilə  Portuqaliya  arasında  sərhədi  bildirən 
demarkasion xətti birdən-birə daha 270 liq qərbə çəkməklə, 
nəhəng ərazini mənimsəyirlər. 
Zəngin tarixi faktlarla, o cümlədən indiyənə kimi heç bir 
elmi  mənbədə  göstərilməyən  bəzi  faktlarla  bol  olan  mate-
rial  şübhəsiz  ki,  dünya  alimlərinin  marağına  səbəb  olacaq 
və  bu  kəşfə  xüsusi  önəm  veriləcək.  Çox  güman  ki,  Portu-
qaliya,  İspaniya,  Amerika  qitəsinə  daxil  olan  ölkələrdə 
əsərin  müzakirəsi  baş  tutacaq  və  Braziliyanın  kəşfinə  yeni 
prizmadan baxılacaq, obyektiv qərar nəticəsində isə dünya 
ensiklopediyasında düzəlişlər olacaq. 
Mahiyyətinə görə həmin əsərlər nəinki Azərbaycandakı, 
həmçinin xarici ölkələrdə yaşayan, şərq və qərb alimlərinin, 
o  cümlədən,  Nəsirəddin  Tusinin  elmi-bədii  irsi  ilə 
maraqlanan,  X.  Kolumb,  Pedru  Kabralın  səyahətlərinin 
sirlərinə  biganə  qalmayan,  Amerikanın  kəşfinə  dair 
illüziyalardan  uzaq  olmağa  çalışan  intellektual  potensiala 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə