  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

                                                     
 
  
                                                                            
                                                    
59 
Bəzi  alimlər  iddia  edirlər  ki,  hələ  şahzadə  Enrike 
(Henrix) Dəniz Səyyahının sağlığında 1440-cı illərdə tərtib 
olunan qədim dənizçi xəritələrində dolayısı  yolla, portuqal 
gəmilərindən  biri,  Braziliyanın  indiki  Pernambuku  ştatının 
ərazisinə yan alması göstərilirdi. Təəssüflər olsun ki, həmin 
sensassion faktı təsdiqləməkdən ötrü sənədlər qalmayıbdır. 
Səbəb  isə  odur  ki,  həmin  dövrdə  Lissabonda  təşkil  olunan 
dənizçi ekspedisiyaları barəsindəki məlumatlar məxfi şəkil-
də  kodlaşdırılırdı.  Çünki  Avropanın  güçlü  dəniz  dövləti 
sayılan  Venetsiya,  Araqon  kimi  krallıqlar  Atlantik  okeanı-
nın  sahillərində  yerləşən  naməlum  əraziləri  kəşf  etmək 
üçün  ekspedisiyalar  təşkil  edirdi  və  bu  sahədə  Portuqaliya 
ilə rəqabət aparırdı. 
Portuqallar isə məxfi şəkildə həyata keçirdikləri kəşfləri 
rəsmiləşdirməkdən  ötrü,  Vatikanda  əyləşən  pontifiklərin 
bullalarını  əldə  edirdilər.  Bir  çox  mütəxəssislər  bildirirlər 
ki,  onlar  bu  məsələdə  rüşvətdən  istifadə  edərək,  öz 
rəqiblərini Atlantikaya çıxmağa maneəçilik törədirdilər.  
Andrea  Bianko  yaxşı  oxunmayan  əfsanə  yazılmış  və  iri 
torpaq ərazisi göstərilmiş bir xəritə tərtib edir. Yul Oldemin 
(1894)  fikrincə,  portuqallar  Braziliyanı  hələ  1448-ci  ilə 
qədər kəşf ediblər. O, əfsanəni oxuyan zaman “hansısa bir 
adanın  1500  mil  qərbdə  yerləşdiyi”  kimi  başa  düşür. 


                                                     
 
  
                                                                            
                                                    
60 
Oldem  elə  zənn  edir  ki,  söhbət  Yaşıl  Burun  adalarından 
1520 mil qərbdə yerləşən Braziliyadan gedir. 
Bu  məsələyə  dair  Oldemin  baxışlarını  portuqal  alimi 
Batalya-Reyş  fəal  müdafiə  edir,  lakin  bu  fikir  ictimaiyyət 
arasında geniş  əks-səda doğurmadı.
1
  
Reallıq  baxımından  bu  da  qeyri-ciddi  iddia  sayılır.  Ona 
görə  ki,  portuqal  dəniz  səyyahları  gedib  Braziliya  sahillə-
rinə  çıxsaydılar,  elə  həmin  tarixdən  kəşf  olunan  torpaq 
ərazisini  özününküləşdirərdilər.  Həmin  faktı  gizlətməyin 
heç bir əsası yox idi. Ortaya səbəb qoysalar ki, Portuqaliya 
qonşu  dövlətlərdən  çəkinirdi,  bu  real  fikir  sayılmır.  Çünki 
həmin  dövrdə  Kastiliyanın  başı  Rekonkistaya  qarışmış, 
Venetsiya Aralıq dənizində hegemonluq etmək üçün Genu-
ya və ərəb dəniz quldurları ilə münaqişə aparmış, Osmanlı 
Türkiyəsi Bizans ilə qarşıdurmada, Fransayla İngiltərə bir-
biriləri  ilə  100  ildən  artıq  idi  ki,  müharibə  edirdilər.  Onda 
Portuqaliya  kimdən  ehtiyat  edirdi?  Heç  kimdən!  Sadəcə, 
Yula Oldemin fikirinə zidd olaraq portuqal dəniz səyyahları 
nə  Braziliya,  nə  də  ki,  ona  yaxın  olan  sahillərə  gedib 
çıxmayıblar.  Lakin  bu  o  demək  deyil  ki,  onlar  passivlik 
edərək Atlantik okeanında ekspedisiyalar təşkil etməyiblər. 
                                                 
1
  Дж.  Бейкер.  История  географических  открытий  и  исследований. 
Перевод  с  англ.  под  редакцией  и  с  предисловием  Магидовича  И.  П.  
М., «Издательство иностранной литературы». 1950. стр. 44. 


                                                     
 
  
                                                                            
                                                    
61 
Dəniz  ekspansiyaları  ilə  məşğul  olan  portuqallar 
təxminən  45  il  ərzində  Pireney  yarımadasına  və  Afrikanın 
şimal-qərb  sahillərinə  yaxın  olan  bütün  adaları  kəşf  edib, 
onları  Portuqal  krallığının  ərazisinə  daxil  etdilər.  1419-cu 
ildə  Bohador  burnuna  yollanan  iki  portuqal  zadəganı  Juan 
Qonsalviş  Zarku  və  Triştan  Vaş  Teyşeyranın  gəmiləri 
fırtına  zamanı  qərb  istiqamətində  qat-qat  uzağa  atılır  və 
nəticədə  onlar  sıx  meşə  ilə  örtülmüş  ada  ilə  rastlaşırlar. 
Onlar  Madeyra  adasının  kəşfinin  təməlini  qoyurlar. 
Qonsalu  Velyu  Kabralın  başçılığı  altında  Portuqal  kralı  I 
Juanın  oğlu  şahzadə  Enrike  Dənizsəyyahının  (1394-1460) 
tapşırığına  əsasən,  Portuqaliyadan  qərb  istiqamətinə 
göndərilən  ekspedisiya  ilə  1427-1432-ci  illərdə  Azör 
adalarını  kəşf  edir.  1456-cı  ildə  isə  venetsiyalı  Alvize 
(Luici)  da  Kadamosto  və  genuyalı  Antonio  Uzodimare 
Kobo Verde (Yaşıl Burun) adalarını aşkarlayırlar. 
Ümumiyyətlə,  portuqal  dəniz  səyyahları  –  Jal  İoniş 
(1435-ci il), Afonso Qonsalviş Baldaya (1436), Antan Qon-
salviş  və  Nunu  Triştan  (1441),  Lansaroti  Pisanya  (1444-
1445),  Diniş  Diaş  (1445),  Alvaru  Fernandiş  (1446),  Ayriş 
Tinoku (1447), Dioqu Qomiş (1456), Alvize da Kadamosto 
və  Antonio  Uzodimare  (1456),  genuyalı  Antonio  Noli 
(1460),  Dioqu  Afonso  (1462),  Peru  di  Sintra  (1461-1462), 
Fernan  Qomiş  (1469),  Sueyru  da  Koşta  (1470),  Juan  di 


                                                     
 
  
                                                                            
                                                    
62 
Santaren və Peru di İşkular (1471), Ruy di Sikeyra (1472), 
Fernan  de  Po  (1472),  Dioqu  Azanbuj  (1481),  Dioqu  Kan 
(1482-1484 və 1485-1487), Bartolomeu Diaş (1487-1488) - 
ara  vermədən  Afrikanın  şimaldan  tutmuş  cənub  nöqtəsinə 
kimi bütün qərb sahilini kəşf edərək, sonrakı dəniz səyahət-
ləri üçün hazırlıq işlərini görməyə başladılar. 
Beləliklə,  portuqallar  1425-ci  ildən  Madeyrada,  1432-ci 
ildən  Azör  adalarında  məskunlaşır,  1460-cı  ildə  isə  Yaşıl 
Burun adalarını ələ keçirir. Dioqu Qomeş 1456-cı ildə 180 
funtluq qızıl qumla Qambiyadan Lissabona gəlir. O, həmin 
qızılı  yerli  əhalidən  adi  şüşədən  düzəldilmiş  bəzəklərlə 
dəyişir.  Bu  xəbər  tezliklə,  Kastiliyaya  çatır,  lakin  daxildə 
gedən Rekonkista, onu Atlantik okeanında sərbəst fəaliyyət 
göstərməyə  imkan  vermir.  Bundan  istifadə  edən  Portuqa-
liya atlantikadakı təsirini daha gücləndirir. 
Atlantikada ekspansiyanı görən başqa dövlətlərin dəniz-
çiləri öz bəxtlərini sınamaq üçün Portuqaliyaya üz tuturlar. 
Bu  səbəbdən  italyan,  katalon  və  andaluz  dənizçiləri  portu-
qal  dəniz  donanmasında  işlə  təmin  olunur  və  bununla  da 
uzaq ölkələrə olan səyahətlərdə iştirak edirlər.  
1448-ci  ilə  qədər  portuqal  dəniz  səyyahları  Jal  İoniş, 
Afonso Qonsalviş Baldaya, Antan Qonsalviş, Nunu Triştan, 
Lansaroti  Pisanya,  Diniş  Diaş,  Alvaru  Fernandiş  və  Ayriş 
Tinokunun  ekspedisiyaları  yalnız  Afrikanın  şimal-qərb 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə