Ədəbi axtarışlar və tədris
365
ALİMİN SÖZÜ – MƏNTİQİN GÜCÜ
Şagirdinəm mən hər zaman diləyirəm,
O şən dodaqlarından bir təbəssüm öyrənəm.
H.Cavid
Ə.Xəlilovun elmi-ədəbi və pedaqoji fəaliyyəti çoxcəhətli,
çoxt
ərəfli və zəngindir. 1964-cü ildə “Azərbaycan gəncləri”
q
əzetində dərc olunan İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost”
romanı haqqında məqaləsi ilə ədəbiyyatımıza gələn Ə.Xəlilov 40
ild
ən çox davam edən bir müddət ərzində ədəbi tənqid və
ədəbiyyatşünaslığımızın metodoloji problemləri, milli ədəbi irsin
ayrı-ayrı dövrləri, ədəbi şəxsiyyətlərimizin ayrı-ayrı həyat və
f
əaliyyəti, ədəbi əlaqələr, müasir ədəbi-tarixi proses və sair
m
əsələlərlə bağlı sistemli tədqiqat işləri ilə məşğul olmuş və bu
əsərləri ilə filologiya elmimizi daha da zınginləşdirmişdir.
Müxt
əlif illərdə nəşr olunan “Yesenin və Azərbaycan”,
“Aleksandr Blok”, “
Ədəbi üfüqlər”, “Poeziya, həyat, mənəviyyat”,
“Gün
əşi içirik, günəşlənirik”, “Məmməd Araz dühası”, “Əliağa
Kürçaylı”, “Olimpə gedən yolda” kitablarında analitik təhlillə nəzəri
t
əfəkkürün vəhdəti, ədəbi məsələlərə müasir elmi baxış, bədii faktı
elmi texnologiyaların süzgəcindən keçirmək bacarığı daha çox
diqq
əti cəlb edir. Eyni zamanda bu əsərlərdə klassik ədəbi-mədəni
irsin bir çox probleml
əri, müasir ədəbiyyatın inkişaf istiqamətləri, ən
yeni
ədəbiyyatın ədəbi ənənələrlə əlaqəsi kimi fundamental
ədəbiyyatşünaslıq problemləri hərtərəfli öyrənilir. İstər Yesenindən,
ist
ər Blokdan, istərsə də Əliağa Kürçaylıdan, M.Arazdan,
Z.Yaqubdan yazsın, fərqi yoxdur, bütün hallarda Ə.Xəlilov obyektiv-
tarixi mövqed
ən çıxış edir, ümumi sözçülükdən qaçır, daha çox
n
əzəri təhlilə, müasir filologiya elminin meyarlarına söykənir, bədii
materialdakı məzmunun, ideyanın oxucuya daha tez çatmasına nail
olyr.
Yusif Aslanov
366
Milli
ədəbiyyat tarixçiliyimizin inkişafında da Ə.Xəlilovun
xidm
ətləri böyükdür. Alimin “XX əsr rus ədəbiyyatı tarixi”, “Rus
sovet
ədəbiyyatı tarixi” kitabları uzun müddətdən bəridir ki,
Az
ərbaycan-rus ədəbi əlaqələri ilə məşğul olan alimlərimiz, xarici
ədəbiyyatı öyrənən tələbələrimiz üçün qiymətli dərslik, elmi-ədəbi
m
ənbədir. Bu əsərlərdə rus ədəbiyyatının ayrı-ayrı ədəbi-tarixi
m
ərhələləri müasir ədəbiyaytşünaslıq elminin nailiyyətləri
baxımından təsnif olunur, oxucuda rus ədəbiyyatının dünya
ədəbiyyatına verdiyi töhfələr haqqında təsəvvür yaradılır.
Ə.Xəlilovun tədqqiat predmeti bədii ədəbiyyatla məhdud-
laşmır. Tənqid və ədəbiyaytşünaslığımızın fundamental, ədəbi-tən-
qidi irsimizin müxt
əlif nümayəndələrinin ədəbi konsepsiyaları və
mübariz
ələri də alimin həmişə diqqət mərkəzində olmuş, bu
m
əsələlərlə bağlı ayrıca tədqiqat işləri aparmış, sanballı məqalələr
yazmışdır. 1968-ci ildə namizədlik dissertasiyası kimi müdafiə etdiyi
“C
əfər Cabbarlının ədəbi-tənqidi görüşləri” əsərində müəllif təkcə
dramaturqun t
ənqidi irsini üzə çıxarmaq və onu qiymətləndirməklə
kifay
ətənməmiş, bu kontekstdə 20-30-cu illərdəki tənqid və
ədəbiyyatşünaslığımızın metodoloji axtarışları, siyasi-ideoloji
mövqeyi haqqında da aydın təsəvvür oyatmışdır. İndiyə qədər
ədəbiyyatşünas alimin ədəbiyyat elmimizin müxtəlif problemləri ilə
bağlı 200-dən artıq məqaləsi dərc olunmuşdur.
Müasir
ədəbiyyatın ədəbi-tarixi mənzərəsi, yaradıcılıq
axtarışları da Ə.Xəlilovun elmi-ədəbi fəaliyyətinin maraq dairəsidir.
Bu mövzuda yazdığı məqalələrində də o, həmişə əsas diqqəti
ədəbiyyatın aparıcı mövqe və mövzularına, poeziya və nəsrimizin
inkişaf tendensiyasına yönəldir, klassik ədəbi ənənələrlə müasir ədəbi
mövqe v
ə baxışlar arasında əlaqələr axtarır, yeni yaranan ədəbiyyatın
estetik mövqeyini d
ə müəyyənləşdirir. Bu da diqqətəlayiqdir ki,
Ə.Xəlilov müasir ədəbiyyatdan yazanda da həmişə diqqətlə seçim
apa
rır, yaradıcılığı ilə ədəbiyyatımıza təzə nəfəs, orijinal dəsti-xətt
g
ətirən şairlərə müraciət edir. Ə.Kürçaylı, M.Araz, Z.Yaqub haq-
qında yazdığı əsərlərində müəllif müasir Azərbaycan poeziyasının
Ədəbi axtarışlar və tədris
367
müxt
əlif nümayəndələrinin fərdi yaradıcılıq üslubunu üzə çıxarmaqla
işini bitmiş hesab etmir, eyni zamanda milli ədəbi-tarixi prosesin
daxili qanunauyğunluğunu, yaradıcılıq dinamikasını, bədii
t
əfəkkürün milli xarakterini də üzə çıxarır. Şübhəsiz ki, bütün bunlar
Ə.Xəlilovun bir ədəbiyyatşünas alim kimi simasını, şəxsiyyətini
mü
əyyənləşdirir və onun ədəbiyyat tariximizdəki xidmətlərini aşkar
edir.
1961-ci ild
ə BDU-nun filologiya fakültəsinə daxil olan,
1966-
cı ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasını bitirən alim 1971-ci ildən taleyini BDU-nin “Rus
ədəbiyyatı tarixi” kafedrasına bağlamış, hal-hazırda isə “Dünya
ədəbiyyatı” kafedrasının professorudur.
Əmirxan müəllim dərin düşüncəli, yaradıcı pedaqoq kimi
Sumqayıt Dövlət Universitetinin tələbələrinin də sevimlisidir. O, eyni
zamanda SDU-nun “ Xarici ölk
ələr ədəbiyyatı” kafedrasında dərs
deyir. Oxuduğu mühazirələr elmi-nəzəri səviyyəsi, faktların zəngin-
liyi baxımından da fərqlənir. Onun aydın və səlis nitq qabiliyyəti ilə
mü
əllimlik peşəsinə vurğunluğunun vəhdət təşkil etməsi dinləyicini
valeh edir, düşündürür. Biz də vaxtilə bu qaynar mənbədən
b
əhrələnmiş, elm və müəllimlik peşəsinin incəliklərini ondan
öyr
ənmiş və öyrənirik. Digər tərəfdən Əmirxan müəllimin
filologiya fakült
əsinin formalaşmasında göstərdiyi əməyi də xüsusi
qeyd etm
ək lazımdır.
Əmirxan müəllimə elmi-pedaqoji fəaliyyətində uğurlar,
uzun ömür, can
sağlığı arzulayırıq.
H
əmmüəllif: Aslan Bayramov-SDU-nun
filologiya fakült
əsinin dekanı
“Şaman” qəzeti, 27 avqust, 2007-ci il
Dostları ilə paylaş: |