Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

2016v1 

66 


 

 

3.8.  At-araba  ilə  hərəkət  qadağandır.  At-arabalarının  (kirşələrinin),  yük  heyvanlarının  hərəkəti  və  həmçinin 



mal-qaranın ötürülməsi qadağandır. 

  

 



3.9. Velosipedlə hərəkət qadağandır. Velosipedlərdə və mopedlərdə hərəkət qadağandır. 

 

 



3.10. Piyadaların hərəkəti qadağandır. 

 

 



3.11.  Kütlənin  məhdudlaşdırılması.  Ümumi  faktiki  kütləsi  nişanda  göstərilən  kütlədən  artıq  olan  NV-nin  və 

həmçinin NV-nin avtoqatarlarının hərəkəti qadağandır. 

 

 

3.12.  Oxa  düşən  ağırlığın  məhdudlaşdırılması.  Hər  hansı  bir  oxuna  düşən  faktiki  ağıriıq  nişanda  göstərilən 



həddən artıq olan NV-nin hərakəti qadağandır. 

 

 



3.13. Hündürlüyün məhdudlaşdırılması. Qabarit hündürlüyü (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən 

artıq olan NV-nin hərəkəti qadağandır. 

 

 

3.14. Enin məhdudlaşdırılması. Qabarit eni (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan NV-nin 



hərakəti qadağandır. 

 

 



3.15. Uzunluğun məhdudlaşdırılması. Qabarit uzunluğu (yük iləvə ya yüksüz) nişanda göstərilən həddən artıq 

olan NV-nin (avtoqatariann) hərəkəti qadağandır. 

 

 

3.16. Minimum ara məsafənin məhdudlaşdırılması. NV-nin arasındakı məsafə (distansiya) nişanda göstərilən 



həddən az olarsa, onların hərəkəti qadağandır. 

 

 



3.17.1.  Gömrükxana.  Gömrükxananın  (nəzarət  məntəqəsinin)  qarşısında  dayanmadan  hərəkət  etmək 

qadağandır. 

 

 

3.17.2. Təhlükə. Yol-nəqliyyat hadisəsi, qəza va ya digər təhlükələrlə əlaqədar olaraq istisna olmamaq şərti 



ilə bütün NV-nin hərəkəti qadağandır. 

 

 



3.18.1. Sağa dönmək qadağandır. 

 

 



3.18.2. Sola dönmək qadağandır. Geriyə dönmək icazə verilir. 

 

 



3.19. Geriyə dönmək qadağandır. Sola dönmək icazə verilir. 

 



2016v1 

67 


 

 

3.20. Ötmək qadağandır. Bütün NV-nə ötmək qadağandır. 



 

 

3.21. Ötməyin qadağan edildiyi zonanın qurtaracağı. 



 

 

3.22.  Yük  avtomobillərinin  ötməsi  qadağandır.  İcazə  verilən  maksimum  kütləsi  3,5  t-dan  artıq  olan  yük 



avtomobillərinə bütün NV-ni ötmək qadağandır. 

 

 



3.23. Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı. 

 

 



3.24.  Maksimum  sürətin  məhdudlaşdırılması.  Nişanda  göstərilmiş  həddən  (km/saat)  artıq  sürətlə  hərəkət 

etmək qadağandır. 

 

 

3.25. Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı. 



 

 

3.26. Səs siqnalı vermək qadağandır. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq halları istisna olmaqla qalan 



bütün hallarda səs siqnalının verilməsi qadağandır. 

 

 



3.27. Dayanmaq qadağandır. NV-nin dayanması və durması qadağandır. 

 

 



3.28. Durmaq qadağandır. NV-nin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir. 

 

 



3.29. Ayın tək günlərində durmaq qadağandır. 

 

 



3.30. Ayın cüt günlərində durmaq qadağandır. 

 

  3.29  və 



  3.30  nişanlarından  biri  yolun  hərəkət  hissəsinin  solunda,  digəri  isə sağında eyni vaxtda  və 

eyni  səviyyədə  tətbiq  edilərsə,  bu  nişanların  təsiri  sahələrində  saat  19:00-dan  21:00-a  kimi  (yerdəyişmə  zamanı) 

durmağa icazə verilir. 

 

  3.31.  Bütün  məhdudiyyətlər  zonasının  qurtaracağı.  Eyni  vaxtda  bir  neçə  nişanın  qüvvədə  olduğu  sahənin 



bitməsini bildirin 

 3.16, 


 3.20, 

 3.22, 


 3.24, 

 3.26, 


 3.27, 

 3.28, 


 

3.29, 


 3.30. 

 



2016v1 

68 


 

 

3.32. Ehtiyyat üçün ayrılmış duracaq yeri. 



 

 

3.33. Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması. 



 

3.34. Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır.  

 

3.35. Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. 



 

IV. Məcburi hərəkət istiqaməti nişanları 

 

 4.1.1. Düzünə hərəkət. 



 

 4.1.2. Sağa hərəkət. 

 

 4.1.3. Sola hərəkət. 



 

 4.1.4. Düzünə və ya sağa hərəkət. 

 

 4.1.5. Düzünə və ya sola hərəkət. 



 

 4.1.6. Sağa və ya sola hərəkət. 

 

 4.2.1. Maneəni sağdan keçmə. 



 

 4.2.2. Maneəni soldan keçmə. 

 

 4.2.3. Maneəni sağdan və ya soldan keçmə. 



 

 4.3. Dairəvi hərəkət. Ancaq oxlarla göstərilmiş istiqamətdə hərəkətə icazə verilir. 

 

 

4.4.  Minik  avtomobillərinin  hərəkəti.  Bu  nişan  minik  avtomobillərinin,  avtobuslann,  motosikletlərin  və  icazə 



verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş 

sahədə yerləşən müəssisələrdə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus 




2016v1 

69 


 

olan  digər  nəqliyyat  vasitələrinin  hərəkətinə  də  icazə  verir.  Belə  hallarda  nəqliyyat  vasitələri  işarələnmiş  sahəyə 

təyinat yerinə ən yaxın yolayncından girib-çıxmalıdıriar. 

 

 



4.5. Velosiped zolağı. Ancaq velosipedlərin və mopedlərin hərəkətinə icazə verilir. Səki və ya piyada keçidinin 

olmadığı yerlərdə velosiped zolağında piyadalar da hərəkət edə bilər. 

 

  4.6. Piyada zolağı. Ancaq piyadaların hərəkətinə icazə verilir. 



  

 

4.7.  Minimum  sürətin  məhdudlaşdırılması.  Ancaq  nişanda  göstərilmiş  həddə  (km/saat)  bərabər  və  ya  artıq 



sürətlə hərəkət etməyə icazə verilir. 

 

  4.8. Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı. 



 

 4.9.1, 


 4.9.2, 

 4.9.3. Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti. "Təhlükəli 

yük"  tanınma  nişanı  ilə  işarələnmiş  NV-nin  hərəkətinə  ancaq  nişanda  göstərilmiş  istiqamətdə  icazə  verilir:  4.9.1  - 

sola, 4.9.2 - düzünə və 4.9.3 - sağa. 



V. Məlumatverici-göstərici nişanlar 

 

 



5.1. Avtomagistral. "Yol hərəkəti haqqında qanun"un avtomagistralda hərəkət qaydalarına aid tələblərinin 

qüwədə olduğu yol. 

 

 

5.2. Avtomagistralın qurtaracağı. 



 

 

5.3. Avtomobillər üçün yol. Ancaq avtomobillərin, avtobusların və motosikletlərin hərəkəti üçün təyin olunmuş 



yol. 

 

 



5.4. Avtomobillər üçün yolun qurtaracağı. 

 

 



5.5. Birtərəfli yol. NV-nin hərəkəti bütün en üzrə bir tərəfə təşkil olunmuş yol və ya hərəkət hissəsi. 

 

 



5.6. Birtərəfli yolun qurtaracağı. 

 

 5.7.1, 



 5.7.2. Birtərəfli hərəkət yoluna çıxış. Birtərəfli hərəkət təşkil olunmuş yola və ya hərəkət 

hissəsinə çıxış. 

 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə