Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

2016v1 

30 


 

səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 

 5.8.1 və ya 

 5.8.2 nişanları 

ilə  başqa  hərəkət  qaydası  müəyyən  edilməmişdirsə,  həmin  yollardan  keçərək  sola  və  geriyə  dönmək  lazımdır.  Bu 

zaman tramvay üçün maneə yaradılmamalıdır. 

VII.  Elə  dönmək  lazımdır  ki,  nəqliyyat  vasitəsi  hərəkət  hissələrinin  kəsişdiyi  yerdən  çıxarkən,  qarşıdan  gələn 

nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın 

hərəkət etməlidir. 

VIII.  Nəqliyyat  vasitəsi  öz  qabaritinə  və  ya  başqa  səbəblərə  görə  bu  maddənin  altıncı  hissəsinin  tələblərinə  əməl 

etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun 

və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. 

IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat 

vasitələrinə  və  eyni  istiqamətdə  gedən  travmaya  yol  verməlidir.  Yolayrıcından  kənarda  geri  dönərkən,  yolun  sol 

kənarı  tərəfdən  manevr  etmək  üçün  hərəkət  hissəsinin  eni  kifayət  qədər  olmadıqda,  hərəkət  hissəsinin  sağ 

kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat 

vasitələrinə yol verməlidir. 

X.  Nəqliyyat  vasitələrinin  hərəkət  trayektoriyaları  kəsişdikdə,  keçmənin  növbəliliyi  isə  qaydalarda  göstərilmədikdə, 

sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. 

XI.  Tormozlama  zolağı  olduqda,  hərəkət  istiqamətini  dəyişmək  istəyən  sürücü  vaxtında  həmin  zolağa  keçməli  və 

yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu 

yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. 

XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 

1) piyada keçidlərində

2) tunellərdə; 

3) körpülərdə, estakadalarda və onların altında; 

4) dəmiryol keçidlərində

5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 

6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.  

XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər 

iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. 

XIV.  Yolayrıclarında  və  bu  maddənin on  ikinci  hissəsinə  əsasən, geriyə  dönmənin qadağan  edildiyi  yerlərdə  geriyə 

hərəkət qadağandır. 

XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan 

sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.  

 

Maddə 43. Avtomagistrallarda hərəkət 

I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol 

verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər. 

II. Avtomagistrallarda: 

1)  piyadaların,  mal-qaranın,  at-araba  nəqliyyatının,  yük  motorollerlərinin,  atlıların,  əl  arabalarının, 

velosipedlərin,  mopedlərin,  traktorların,  kənd  təsərrüfatı  maşınlarının  və  özügedən  maşınların,  texniki 

xarakteristikasına  və  ya  vəziyyətinə  görə,  sürəti  saatda  50  kilometrdən  az  olan  digər  nəqliyyat  vasitələrinin, 

avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti

2)  icazə  verilən  maksimum  kütləsi  3,5  tondan  artıq  olan  yük  avtomobillərinin  ikinci  zolaqdan  sonrakılarda 

hərəkəti; 

3) 


  5.15  və  ya 

  6.11  nişanları  ilə  işarə  edilmiş  xüsusi  dayanacaq  meydançalarından  kənarda 

dayanmaq və ya durmaq; 

4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək; 

5) geriyə hərəkət etmək

6) sürmə təlimi keçmək qadağandır. 

III.  Sürücü  avtomagistralın  hərəkət  hissəsində  məcburi  dayandıqda,  nəqliyyat  vasitəsini  bu  Qanunun  tələblərinə 

müvafiq  nişanlamalı  və  onu  bu  məqsəd  üçün  nəzərdə  tutulan  zolağa  (hərəkət  hissəsinin  qırağını  göstərən  xətdən 

sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. 



2016v1 

31 


 

IV. Bu maddənin tələbləri 

 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir. 

 

Maddə 44. Dəmiryol keçidlərində hərəkət 

I.  Nəqliyyat  vasitələrinin  sürücüləri  dəmir  yollarını  qatara  (lokomotivə,  drezinaya)  yol  verməklə,  yalnız  dəmiryol 

keçidlərində keçə bilərlər. 

II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və 

keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. 

III. Keçidə girmək: 

1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda; 

2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq); 

3)  keçid  növbətçisi  qadağan  siqnalı  verdikdə  (növbətçi  əlindəki  jezli,  qırmızı  fənəri  və  ya  bayraqcığı  başı 

üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda); 

4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə; 

5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində); 

6)  qarşıdan  hərəkət  zolağına  girməklə,  keçid  qarşısında  dayanmış  nəqliyyat  vasitələrinin  yanından  keçib 

getmək qadağandır. 

Bundan əlavə: 

1) şlaqbaumu özbaşına açmaq; 

2)  qeyri-nəqliyyat  vəziyyətində  olan  kənd  təsərrüfatı,  yol,  inşaat  və  s.  maşınları  və  mexanizmləri  dəmiryol 

keçidindən keçirmək; 

3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, 

habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır. 

IV.  Keçiddən  hərəkət  qadağan  olunan  hallarda  sürücü  stop-xəttin, 

  2.5  nişanın  və  ya  svetoforun  yanında, 

bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. 

V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün 

tədbirlər görməlidir. Eyni zamanda sürücü: 

1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, 

onları  dəmiryol  xətti  boyunca  1000  metr  məsafədə  hər  iki  tərəfə  (bir  nəfər  olduqda  isə  yolun  daha  pis  görünən 

tərəfinə) göndərməlidir; 

2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir; 

3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. 

Qeyd:  Dayanma  siqnalı  qolun  dairəvi  hərəkət  etdirilməsindən  ibarətdir  (gündüz  parlaq  rəngli  parça,  yaxud  yaxşı 

görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs 

siqnalı verməkdən ibarətdir. 

 

Maddə 45. Yaşayış zonalarında hərəkət 

I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. 

Yaşayış  zonasında  piyadalara  üstünlük  verilir,  lakin  onlar  nəqliyyat  vasitələrinin  hərəkəti  üçün  əsassız  maneə 

yaratmamalıdırlar. 

II.  Yaşayış  zonasında  xüsusi  olaraq  ayrılmış,  işarələrlə  göstərilmiş,  nişanlanmış  yerlərdən  kənarda  saatda  20 

kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən 

maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. 

III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. 

IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir. 



 

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər 

I.  Velosipedlər  və  mopedlər  yalnız  yolun  sağ  kənar  zolağında,  yol  nişanları  və  ya  yol  nişanlanmasının  tələblərinə 

riayət  etməklə,  mümkün  qədər  sağ  tərəfdə  bir  cərgə  ilə  hərəkət  etməlidirlər.  Piyadalar  üçün  maneə  yaratmamaq 

şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt 

hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq 

üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır. 

II. Velosiped və moped sürücülərinə: 

1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək;  

2)  velosipedin  və  mopedin  uzunu  və  ya  eni  üzrə  qabaritlərindən  0,5  metrdən  artıq  kənara  çıxan  və  ya 

velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq; 

3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək; 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə