Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

29

    Y

ol gedirik

Öl kə lər ağ la şır lar,



Ələ mə bağ la şır lar,

Dərd olub dağ la şır lar,

Əzir mil lə ti mil lət,

Si ya sət di, si ya sət.

Bö yük xalqlar ağa dır,

Ki çik xalqlar ça ğa dır,

Qar ta la şah qar ğa dır,

Yax şı lıq da hər niy yət,

Si ya sət di, si ya sət.

Qa nun la rın hər üzü,

Yat ma yır ge cə gö zü,

Çal xa la nır Yer üzü...

Sa ba hı mız, ya qis mət,

Si ya sət di, si ya sət.

 

Sa vaş bə şə rin də bi,



Artdıq ca ar tır tə bi,

Kim də qır ğı nın hə bi?!

Yə hu diy lə ərə bi

Ya ğı edən qi ya mət,

Si ya sət di, si ya sət.

 

Fə ləs tin də qan axır,



Hökmdar lar yan ba xır,

Əf qa nıs ta nı yı xır,

Ölüm, zü lüm və il lət

Si ya sət di, si ya sət.

Çe çen lər qa ra bağ lar,

Ürə yi ya ra bağ lar,

Bu dün ya qa lıb ağ lar!

Hər şah da şa ha hör mət

Si ya sət di, si ya sət.

Bal kan lar hə zar edər,

Si nə si ah-zar edər,

Evi ni mə zar edər...

Or da qan lı mü si bət

Si ya sət di, si ya sət.

Qa ra bağ qa ra bağ rı,

Kə sir bi zi bu ağ rı,

İb li sin sö zü doğ ru,



30

Şirin x

anım Kərimbə

yli Şadiman

Haq qı edib lər oğ ru!



Al la ha da ita ət,

Si ya sət di, si ya sət.

 

Var İsa da bir dua



Qıl mır san ca na rə va,

Et mə öz gə yə də va!

Kö kü müz Adəm, Həv va,

Əli niz də iba dət-

Si ya sət di, si ya sət.

Mil li qır ğın lar da şır,

İb lis, şey tan ula şır,

Zü lüm lər baş dan aşır,

Bü tün dün ya sa va şır...!

Edi lib qa na adət,

Si ya sət di, si ya sət.

Do lub du səb rin qa bı,

Gö yün, Ye rin yox ta bı,

Al la hın hər ki ta bı

Bə şə rin haqq-he sa bı!...

Tan rı ya da xə ya nət

Si ya sət di, si ya sət.

Fit nə-feildən hə zar,

Rəb bim bir ömür ya zar,

Biz dən son ra dar mə zar,

O da dün ya ya azar,

Bu nu duy maq da, əl bət

Si ya sət di, si ya sət.

Ağa lar din gil də yir,

Qə dəh lər cin gil də yir,

Tu la lar zin gil də yir,

Şər yo lu edi lib qət,

Si ya sət di, si ya sət.

Ey Şa di man, et mə qəm,

Ömür bəx tə dü şən dəm,

Ey lə mə nəş ə ni kəm,

Dün ya gö zün də ki nəm,

Şah qə də hin də şər bət...

Si ya sət di, si ya sət!

Si ya sət di, si ya sət!

 31.10.2001.



31

    Y

ol gedirik



EY BİR DƏLİ SEVDA DÜNYA 

Nələr gəldi bu başıma?

Nələr etdim fəda dünya?

Gah döndün can sirdaşıma,

Gah könlümdə nida dünya.

Ağladanda güldürmədin,

Heç eşqini bildirmədin,

Ağrı verdin, öldürmədin,

Sandın mənə qida dünya.

Hara gedir bu cığır, yol?

Ürəyimdə alovun bol,

Boyunundan asılıb qol,

Qoyma qıra əda dünya.

Əzəlin heç, sonun puçdu,

Ağlım səvab, hissim suçdu,

Günlər əldən quştək uçdu…

Doğdu min bir səda dünya.

Hesab etdin qəlbdə kamla,

Səadətin damla-damla,

Hə oynadın hər adamla

Etdin cana vida dünya?

Doğulanlar vuruldular,

Yollarında yoruldular,

Torpağına soruldular,

Heç bitmədi cida dünya.

Şadimana sən baxmadın,

Can evinə buraxmadın,

Nədən dildən düşmür adın?

Ey bir dəli sevda dünya.



 

22.07.2009


32

Şirin x

anım Kərimbə

yli Şadiman



VERİLİR HAQQA CƏZA 



« İblis nədir – cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir? – İblis?»

                                                  Hüseyn Cavid

Verilir haqqa cəza,

Basıb hər yanı qəza,

Ağlayan gözlərə bax,

Maskalı üzlərə bax,

Hamı Allahlıq edir,

Haqq deyən haqqı didir.

Allahın səbri çoxdur,

Bəndənin rəhmi yoxdur.

Dünya utanır özü,

Yoxdu deməyə sözü.

Tökülən qanlarına,

Didilən canlarına,

Bəndənin içində şər,

Alışır, yanır bəşər!

Edib həlalı əsir,

Tikdirir haram qəsir.

Üzülür bədəndə can,

Haramdı damarda qan.

Bəndənin işlərinə,

O quduz dişlərinə

Edir tamaşa fələk,

Görür haqq olur həlak.

Neyləsin göydə mələk?

Verdiyi canlarına,

Yazıq insanlarına

Köməyi təkcə ölüm,

Bu da cisimə zülm.

Tamah həddini aşıb,

Yerdə ara qarışıb.

Tazının tulası var,

Tulanın qalası var.

Bir deyən yoxdu bəşər,

Nədir bu içində şər?

Səni insan eyləyən,

İşi asan eyləyən,

Hər şeyi düzüb-qoşan,

Başın üstə dolaşan,

Göydəkindən et həya,

Sal onu bircə saya.

Həm su, həm quru onun,

Gözünün nuru onun.

Göydə ki, o əndaza,

Dünya bir cismi-əza,

Başın üstə hər qəza,



33

    Y

ol gedirik

Onun əmrinə əsir,



Yer ayağına həsir.

Edər çoxunu gəda,

Nədir bəs böylə əda?

Unudub haqqı-sayı,

Çəkmisiz başa vayı!

Canı qandan ayıran,

Cismi candan ayıran,

Əzrayılın işini,

Onun haqq gərdişini,

Kim edib əqlə əta

Ki, cahan yasa bata? 

Dağılan yurdlara bax,

Ulayan qurdlara bax,

Gözlərin yaşı dəniz,

Saralır böylə bəniz.

Uçur haqqın sarayı,

Canın dildə harayı..!

Arar şeytanı gözü,

Şeytan insanın özü?!… 

19.10.1998

 

 



BU DÜNYADA 

Kimlər gedir, kimlər qalır,

Bu dünyada, bu dünyada.

Mərd üstünə kölgə salır,

Bu dünya da, bu dünya da.

Kimsəsizin burnun ovar,

Haqq deyəni yurddan qovar,

Təmizləri satar, sovar,

Bu dünya da, bu dünya da.

Gücsüzlərə şahmar ilan,

Zor əlində qırğın, talan,

Kimdi görən sona qalan?

Bu dünyada, bu dünyada.

Əzazilin başındadır,

Sanki onun yaşındadır,

Doğru, yalan qarşındadır,

Bu dünyada, bu dünyada.

Şirin Xanım, çəkibdi sədd,

Hər addıma yoxdu bir hədd,

Parça-tikə min-min sərhəd –

Bu dünyada, bu dünyada. 

20.10.1989



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə