1
PROFESSOR NƏCMƏDDİN ƏRBAKANIN
HƏYATI
TÜRKİYƏ RESPUBLİKASININ SABİQ
DEPUTATI,
ƏFSANƏVİ BAŞ NAZİR, MÜHƏNDİS,
AKADEMİK, SİYASƏTÇİ VƏ MİLLİ
GÖRÜŞ LİDERİ
Nəcməddin Ərbakan 1926-cı il 29 oktyabrda
Sinopda doğulmuşdur. Atası Adananın Kozan və Saim-
bəyli bölgəsində yaşamış Kozanoğullarından Məhəm-
məd Səbri Ərbakandır.
Ağır cəza rəisi olan atasının müxtəlif yerlərdə və-
zifəyə təyin olunması səbəbindən uşaqlığı ayrı-ayrı şə-
hərlərdə keçən Ərbakanın anası da Sinopun tanınmış
ailələrindən birinin qızı olan Qəmər olmuşdur.
Nəcməddin Ərbakan ibtidai sinfə “Kayseri Cüm-
huriyyət İbtidai Məktəbi”ndə getməyə başladı. Atasının
Trabzona vəzifəyə təyin edilməsinə görə ibtidai təhsilini
burada əlaçı olaraq tamamladı.
Ərbakan xocanın ilk mənəvi təsirlənməsi hələ 3
yaşında ikən Kayseridə qaldıqları evin qarşısındakı tari-
xi Laləli Camesində verilən azanlar və qılınan camaat
namazları ilə başlamışdır. Onun uşaqlıq illəri bu came-
nin eyvanında keçmişdir. Ələlxüsus 1928-ci ilin sonun-
da bu camedə qılınan bir cənazə namazından olduqca
təsirlənmişdir.
Çox kiçik yaşlarda namaza və oruca başlayan Ər-
bakan daha sonralar yenə atası Məhəmməd Səbri bəyin
2
təqaüdə çıxıb məskunlaşdığı İstanbul Fatehdəki İskən-
dərpaşa Came imamı Məhəmməd Zahid Kotku həzrət-
ləri kimi dövrün önəmli elm və ürfan əhlindən istifadə
etmiş və mənəvi kamilləşmə mərhələsində bu böyük
şəxsiyyətlərin tərbiyəsində yetişmişdir.
1937-ci ildə ibtidai təhsilini tamamladıqdan sonra
həmin il “İstanbul Oğlan Liseyi”ndə orta təhsilinə baş-
ladı. Məktəbdəki çalışqanlığına görə dostları tərəfindən
ona “Dərya Nəcməddin”, – deyə müraciət edilirdi. Mək-
təbdə “Sıfırçı Avni” olaraq tanınan fizika müəllimindən
ilk dəfə 10 alan şagird olmuşdur.
Bütün sinifləri iftixarla keçən Nəcməddin Ərbakan
“İstanbul Oğlan Liseyi”ni 1943-cü ildə əlaçı olaraq bi-
tirdi. O dövrlərdə liseyi əlaçı olaraq qurtaranları univer-
sitetlərə imtahansız qəbul edirdilər. Lakin Nəcməddin
Ərbakan imtahansız daxil olmağı rədd edərək girdiyi
imtahanda böyük bir müvəffəqiyyət göstərincə “İstanbul
Texniki Universiteti”nin ikinci kursundan ali təhsilinə
başladı. İbtidai sinfə altı yaşında, universitetə də ikinci
kursdan başladığına görə özündən iki yaş böyük olanlar-
la eyni kursda təhsil aldı. “Texniki Universitet”dəki kurs
yoldaşları arasında Süleyman Dəmirəl və Turqut Özal
vardı.
Universitet illərində universitet tələbələrinin na-
maz qılması üçün məscid açılması məsələsində böyük
cəhd göstərmiş və açılan məsciddə həm namaz qılmış,
həm də elmi və dini söhbətlər etmişlər.
1948-ci ilin yayında “İstanbul Texniki Universi-
teti”ndən böyük müvəffəqiyyətlə məzun olan Ərbakan
həmin ilin iyununda “Maşınçılıq Fakültəsi Motorlar
3
Kursu”nda assistent olaraq vəzifəyə başladı. 1948–51-ci
illər arasındakı bu 3 illik assistentlik dövründə o zaman
doktorluq dissertasiyasının yerini tutan qabiliyyət dis-
sertasiyasını hazırladı. Siniflərdə dərs demək dosent və
professorların səlahiyyətində olmasına baxmayaraq özü
assistent olduğu halda, dərs deməsinə izin verilmişdir.
Qabiliyyət dissertasiyasındakı müvəffəqiyyətinə görə
universitet tərəfindən 1951-ci ildə Axen Texniki Uni-
versitetində
1
elmi araşdırmalar aparmaq, elm və təcrü-
bəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan
alman ordusu üçün araşdırma aparan “DVL Araşdırma
Mərkəzi”ndəki araşdırma ilə məşhur olan və V1 və V2-
ləri inkişaf etdirən professor Şmit ilə birlikdə çox uğurlu
çalışmalar apardı. Axen Texniki Universitetində çalışdı-
ğı il yarımda, biri doktorluq dissertasiyası olmaqla 3
dissertasiya hazırlayan Ərbakan Almaniya universitetlə-
rində keçərli olan “Doktor-Mühəndis” (Dr. İng.) adını
aldı.
Almaniya İqtisadiyyat Nazirliyi üçün mühərriklə-
rin daha az yanacaq yandırmaları mövzusunda araşdır-
malar apararaq məruzə edən və bu arada da dosentlik
dissertasiyasını hazırlayan Ərbakanın “Dizel mühərrik-
lərdə püskürdülən yanacağın necə yandığını” riyazi
olaraq izah edən bu dissertasiyası alman elm dairələrin-
də böyük əks-səda doğurdu. Dissertasiya elmi məcmuə-
lərdə nəşr edildiyi üçün o tarixdə Almaniyanın ən böyük
motor fabriki olan və dünyada mühərrikin ilk istehsal
olunduğu Doyç motor fabriklərinin baş direktoru Pro-
1
Aхen Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində bir
şəhərдир.
4
fessor Dr. Flaç tərəfindən Leopard tanklarının mühərrik-
ləri ilə əlaqədar araşdırmalar aparmaq üçün bu fabrikə
dəvət edildi.
Almaniya İqtisadiyyat Nazirliyinin Ruyr
2
sahəsin-
dəki fabriklər üzərində araşdırma aparmaq üçün vəzifə-
ləndirilən heyətdə onun da iştirak etməsi istənildiyinə
görə 15 gün Ruyr bölgəsindəki bütün ağır sənaye fab-
riklərini gəzib araşdırma fürsəti əldə etdi.
II Dünya Müharibəsindən sonra Almaniya uni-
versitetlərində doktorluq edən ilk türk elm adamı olan
Ərbakan 1953-cü ildə dosentlik imtahanı vermək üçün
İstanbula gəldi. İmtahan nəticəsində 27 yaşında Türki-
yənin ən gənc dosenti olma müvəffəqiyyətini qazanan
Nəcməddin Ərbakan araşdırmalar aparmaq üçün təkra-
rən Almaniyanın Doyç fabriklərinə getdi. Burada 6 ay
müddətində mühərrik araşdırmaları üzrə baş mühəndis
olaraq alman ordusu üçün aparılan araşdırma fəaliyyət-
lərinə qoşuldu.
1953-cü ilin noyabrında “İstanbul Texniki Univer-
siteti”nə qayıdan Ərbakan 1954-cü ilin may ayı ilə
1955-ci ilin oktyabr ayı arasındakı zamanda əsgərlik
vəzifəsini yerinə yetirdi. İstanbul Kağıthanədəki 6 aylıq
ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam
nəzarət bölüyündə 6 ay kiçik-leytenant, 6 ay da leyte-
nant olaraq maşınların nəzarət və təmir hissəsində xid-
mət etdi.
2
Ruyr bölğəsi Almaniyanın Şimali Reyn-Vestfaliya vilayə-
tində yerləşən, 5,3 milyon əhalisi olan və 4,435 kv. Metr sahə-
si ilə Almaniyanın ən böyük metropol yaşayış mərkəzidir.
Dostları ilə paylaş: |