Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

38

Şirin x

anım Kərimbə

yli Şadiman



DÜN YA SUS DU 

 

Qət rə-qət rə qan tö kül dü, çox ta lan dı mə ka nı mız,



İn san lı ğa yax şı bə ləd ali ədəb, ər ka nı mız.

Haq qı mı zı an lat ma ğa az ta pıl dı im ka nı mız,

Heç ol ma dı özü mü zə, içi mi zə tə ka nı mız.

Hər zü lü mə, mü si bə tə, hə qa rə tə dün ya sus du,

Ağ zı mı za daş ba sıl dı, əda lə tə dün ya sus du.

Hey çə kil di gö zü mü zə za man-za man ya ğı mi li,

Hey kə sil di cəl lad la rın əl lə rin də haq qın di li.

Nə bir qan sız, nə qov ğa sız ol ma dı ki, və tən ili,

Ocaq la rı kor qoy du lar, qu ru yurdda qal dı kü lü.

Fit va lar da biz əzil dik, biz üzül dük, dün ya sus du,

Kə tan tə ki hey na zil dik, hey sü zül dük, dün ya sus du.

Şə hi di miz mə zar-mə zar ço xal dıq ca, adi ləş dik,

Tor pa ğı mız his sə-his sə alın dıq ca, va di ləş dik.

Bey nəl mi ləl de yil dik cə üzü mü zə, sa də ləş dik,

Yur du muz dan pay ver mək çin xa in lər lə, və də ləş dik...

Qan tö kül dü, bel bü kül dü, yurd sö kül dü, dün ya sus du.

Ata mı zın qə bi ri nə xaç çə kil di, dün ya sus du.

Biz dən əv vəl gə lən lər də bir ləş mə yi ar bil dik cə,

O tay fa nın bö yük lü yün bu tay fa ya xar bil dik cə,

Ya del li nin xa tun la rın öz lə ri nə yar bil dik cə,

Öz yur du nu, öz eli ni bir-bi ri nə dar bil dik cə,

Xə ra bə yə dön dü ocaq, sön dü ocaq, dün ya sus du.

Aşıb-daş dı qan lı qu caq, don du bu caq, dün ya sus du.

 

Aman Al lah, kim aça caq bi zim bu kor gö zü mü zü?



Düş mən bil dik, ya ğı bil dik özü mü zə özü mü zü,

Oğur la dı ib lis, şey tan içi miz dən kö zü mü zü,

Ya del li yə, xa in lə rə öy rət dik cə üzü mü zü.

Xır da lan dıq, kön lü mü zə zə fər çal dıq, dün ya sus du,

Son mə qam da özü müz lə tən ha qal dıq, dün ya sus du.

Zü lüm evi yı xıl maz dır min il be lə ötüb keç di,

Zəl zə lə lər, fır tı na lar in san la rı ot  tək biç di,

Ca hil lik dən çıx mıb bə şər bir-bi ri nin qa nın iç di...

Za man-za man ölüm, qır ğın, mü si bət lər yo lun seç di,

Haq qı mı zı içi miz də şə hid edən, dün ya sus du,

Aman Al lah, bu qan la ra söy lə nə dən dün ya sus du?

Xə ra bə yə dön dü yurdlar, bi lin mə di ölüb-itən,

Unut qan lıq, bi ga nə lik qəl bi miz də o ttək bi tən,



39

    Y

ol gedirik

Əs li mi zə, kö kü mü zə ağız büz dü, əf sus ye tən,



Ki çil dik cə, sö kül dük cə, bü kül dük cə ya zıq və tən!

İn san la rı iş ğal lar da üyül dük cə, dün ya sus du,

Əda lə tin baş-gö zü nə dö yül dük cə, dün ya sus du.

Ey Şa di man, yan dı bağ rın hər əza bın cə fa sın dan,

Ki mə qal dı bu ca ha nın əl çat ma yan və fa sın dan?

Za man qaç dı, Tan rı qıymıb insanlara şə fa sın dan,

Oca ğın da kül ol mu san ürə yi nin sə fa sın dan,

Sən alış dın, alo vun dan yan dı Gü nəş, dün ya sus du,

Vul kan ol du kön lün içi, doğ du atəş, dün ya sus du.

 

3.04.2001.

 

NİGARANAM 

Bu dünyanın qüssə dolu sabahına inamım az, 

Qarlı qışdan üzü bəri uzaqlardan əl edir yaz,

Göylər sirli, günəş altun, yol gözləyən yollar bəyaz,

Bu sərsəri oyunların hər sirindən, nigaranam,

Dünyanın üst qatı asan, mən dərindən nigaranam.

Ağrı-acı qıvrılıbdı, ilan təki, köks içində,

Çöhrə gördüm, könül gördüm, vicdan gördüm hər  biçimdə,

Bu nakişi zamanənin nə var desən o içində,

Haqq qıfılı itirilmiş açarından, nigaranam,

Sürünəni ayaqlarda uçarından, nigaranam. 

Dünya içi alovlanan bir məşəldi, yanacaq hey,

Namərdi min qədd əyilən, mərdi sızlar yanıqlı ney,

Sürükləyir eniş-yoxuş min illərdi bizi ğiley,

Yerlərə səd ət bədənlər ölümlərdən, nigaranam,

Ərzi-göyü ram eyləyən zülümlərdən, nigaranam.

Sinəm bağrım köpüklənən bir nəhrdi qalxıb ərşə, 

Əyilməzdir dağ vüqarım, amadədi hər döyüşə,

Zərif qadın vücuduma sığmaz, Tanrım, bu əndişə,

Acıları dağlar boyda insanından, nigaranam,

Hiyləsi min fil aşıran hər anından, nigaranam.

Şadimanın sinəsində dünya sığmaz, möhnəti çox,

Səadəti bircə anlıq ömrü boyu zilləti çox,

Bu dövranın hər addımı ürəyinə zəhərli ox,

Min il belə hönkürəcək sözlərimdən, nigaranam,

Ürəklərin için görən gözlərimdən, nigaranam…



 

07.10.1992


40

Şirin x

anım Kərimbə

yli Şadiman



ÇƏKƏNƏ QƏM DÜNYA 



 «Sənsiz » analar cəmiyyətinin 

 sədri Zenfira Rəhimovaya. 

Zülm ərşə bülənddi,

Həyat feildi, fənddi,

Əzrayıl himə bənddi…

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Kiminin yurdu savaş,

Kiminin gözündə yaş,

Kiminin ürəyi daş,

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Birinin başda tacı,

Acın puldur amacı,

Yox sabaha əlacı,

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Toxun aca rəhmi yox,

Zaman ötür fəhmi yox,

Ölümün də zəhmi yox…

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Göz var min çeşmə doğar,

Göydə buludu sağar,

Selində özün boğar,

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Ömür cahana karvan,

Zaman başında sarvan,

Haqqı deyənə divan…

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Bəşər yollar yorğunu,

Zülm əzər doğrunu,

Başa çəkər oğrunu,

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə