Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə7/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   151

 

33 


Məhbus  səndirləsə  də,  özünü  düzəltdi,  rəngi  üzünə 

qayıtdı, nəfəsini dərib xırıltılı səslə cavab verdi: 

– Səni baĢa düĢdüm. Məni vurma. 

Bir  dəqiqə  sonra  o,  yenə  prokuratorun  qarĢısında 

dayanmıĢdı.  

Boğuq xəstə səs dedi: 

– Adın? 

– Mənim?  –  məhbus  tezcə  dilləndi,  bütün  varlığı  ilə 

göstərməyə çalıĢdı ki, onu bir daha qəzəbləndirməmək üçün 

ağıllı-baĢlı cavab verməyə hazırdır. 

Prokurator astadan dedi: 

– Mənim adım mənə məlumdur. Özünü olduğundan da 

gic göstərməyə çalıĢma. Adın? 

– ĠeĢua, – məhbus tələsik dilləndi. 

– Ayaman var? 

– Qa-Nosri. 

– Əslin haradandır? 

– Qamala  Ģəhərindən,  –  məhbus  baĢıyla  göstərdi  ki, 

orada, uzaqlarda, ondan sağ tərəfdə, Ģimalda Qamala Ģəhəri 

var. 


downloaded from KitabYurdu.org


 

34 


– Damarında hansı qan axır? 

– Dəqiq  bilmirəm,  –  məhbus  tez  cavab  verdi,  – 

valideynlərimi xatırlamıram. Mənə deyiblər ki, atam suriyalı 

olub... 


– Daimi yaĢayıĢ yerin var? 

– Daimi yaĢayıĢ yerim yoxdur, – məhbus sıxılaraq dedi, 

– Ģəhər-Ģəhər gəzirəm. 

– Bunu  bir  sözlə  də  ifadə  etmək  olar  –  avara,  – 

prokurator sözünə davam elədi: – Doğmaların var? 

– Heç kimim yoxdur. Dünyada təkəm. 

– Savadın var? 

– Bəli. 


– Arami dilindən baĢqa dil bilirsən? 

– Bilirəm. Yunan dilini. 

ġiĢmiĢ  göz  qapağı  qalxdı,  əzabdan  dumanlanmıĢ  göz 

məhbusa dikildi. Bir gözü açılmamıĢdı. 

Pilat yunan dilində danıĢdı: 

– Demək, sən məbədi uçurmaq istəyirdin, xalqı da buna 

çağırırdın? 

downloaded from KitabYurdu.org




 

35 


Bu  yerdə  məhbus  yenə  dirçəldi,  gözlərindən  qorxu 

çəkildi və o, yunan dilində dedi: 

– Mən,  xey...  –  az  qala,  çaĢdığına  görə  məhbusun 

gözlərində  qorxu  yanıb-söndü,  –  igemon,  mən  heç  vaxt 

məbəd  uçurmaq  fikrində  olmamıĢam,  heç  kimi  də  bu 

mənasız hərəkətə təhrik etməmiĢəm. 

Alçaq masanın üstünə əyilib, məhbusun verdiyi ifadəni 

yazan katibin sifətindən təəccüb oxundu. O, baĢını qaldırıb, 

dərhal da perqamentə sarı əydi. 

– Bayramlarda  bu  Ģəhərə  cürbəcür  adamlar  gəlir. 

Onların  arasında  sehrbazlar,  münəccimlər,  falçılar,  qatillər 

olur, – prokurator yeknəsəq səslə dedi, – ancaq yalançılar da 

olur.  Məsələn,  sən  yalançısan.  Aydınca  yazılıb:  məbədi 

uçurmağa təhrik edirdi. Adamlar belə Ģahidlik edir. 

– Ġgemon,  bu  xeyirxah  adamlar,  –  məhbus  tez-tez 

danıĢmağa baĢladı, – heç nə öyrənməyiblər və dediklərimin 

hamısını dolaĢıq salıblar. Mən, ümumiyyətlə, bu dolaĢıqlığın 

hələ çox uzun zaman davam edəcəyindən qorxuram. Hamısı 

da ona görədir ki, mənim dediklərimi o, düzgün yazmır. 

Sükut çökdü. Artıq hər iki xəstə göz məhbusa baxırdı. 

downloaded from KitabYurdu.org



 

36 


– Sonuncu dəfə təkrar edirəm: özünü dəli yerinə qoyma, 

quldur, – Pilat yumĢaq, yeknəsəq səslə dedi, – sənin barəndə 

az yazılıb, ancaq yazılanlar səni asmaq üçün kifayətdir. 

– Yox, yox, igemon, – məhbus onu inandırmağa çalıĢdı, 

– bir nəfər əlində keçi dərisindən perqament arxamca gəzib 

elə  hey  yazır.  Bir  dəfə  bu  perqamentə  baxanda  dəhĢətə 

gəldim. Orada yazılanların heç birini mən deməmiĢəm. Ona 

yalvardım:  Allah  xatirinə,  öz  perqamentini  yandır!  Ancaq 

onu əlimdən qapıb qaçdı. 

– Kim? – Pilat candərdi soruĢdu və gicgahını sıxdı. 

– Levi  Matvey,  –  məhbus  həvəslə  bildirdi,  –  o, 

vergiyığan  olub,  ilk  dəfə  onunla  Viffaqiyaya  gedən  yolda, 

əncir  bağlarının  yanında  görüĢüb  söhbət  elədim.  Əvvəl-

əvvəl  mənə  düĢmən  kimi  yanaĢdı,  hətta  məni  təhqir  etdi, 

daha doğrusu, elə bildi, it adlandırmaqla məni təhqir edir, – 

bu yerdə məhbus gülümsədi, – mən Ģəxsən bu heyvanda pis 

bir Ģey görmürəm ki, həmin sözdən də inciyəm. 

Katib  yazmağı  dayandırıb,  altdan-altdan  təəccüblə 

məhbusa yox, prokuratora baxdı. 

downloaded from KitabYurdu.org




 

37 


– ... ancaq mənə qulaq asdıqca yumĢalmağa baĢladı,  – 

ĠeĢua sözünə davam etdi, – nəhayət, pullarını yola atıb dedi 

ki, mənimlə gedəcək... 

Pilat  saralmıĢ  diĢlərini  göstərib,  bir  yanağı  ilə 

gülümsədi və bütün bədəniylə katibə san dönüb dedi: 

– Ey  YerĢalaim  Ģəhəri!  Burada  nələr  eĢitmirsən. 

EĢitdinizmi, vergiyığan pullarını yola atıb! 

Nə  cavab  verəcəyini  bilmədiyindən  katib  də  Pilatın 

təbəssümünü yamsıladı. 

– O dedi ki, daha pula nifrət edir, – ĠeĢua Levi Matveyin 

qəribə  hərəkətini  izah  elədi.  –  Həmin  vaxtdan  mənim  yol 

yoldaĢım oldu. 

Hələ də acı-acı gülümsəyən prokurator məhbusa, sonra 

sağ  tərəfdə,  lap  aĢağılarda  uzanan  hippodromun  at 

heykəllərinin  baĢı  üstündən  durmadan  yüksələn  günəĢə 

baxdı  və  dözülməz  əzab  içində  fikirləĢdi  ki,  vur-tut  ikicə 

kəlmə:  "Asın  onu"  deyib,  bu  qəribə  qulduru  eyvandan 

qovmaq ən canqurtaran iĢdir. Mühafizə dəstəsini də qovsun, 

sütunların  altından  sarayın  içinə  getsin,  tapĢırsın  ki,  otağı 

qaranlıq eləsinlər, yatağa yıxılıb soyuq su istəsin, yazıq səslə 

downloaded from KitabYurdu.org



 

38 


iti  Banqanı  çağırsın,  ona  Hemikraniyadan  Ģikayətlənsin. 

Prokuratorun  ağrıyan  baĢından  bir  anlığa  zəhər  haqqında 

Ģirnikləndirici fikir də keçdi. 

O,  dumanlı  baxıĢlarla  məhbusu  süzdü,  bir  müddət 

susub,  səhər-səhər  insafsızcasına  yandırıb-yaxan  YerĢalaim 

günəĢinin  altında  döyülməkdən  sifəti  əldən  çıxmıĢ 

məhbusun  nə  üçün  onun  qarĢısında  dayandığını  və  hələ  nə 

qədər bu adama heç kimə lazım olmayan  suallar verəcəyini 

əzabla düĢündü. 

– Levi  Matvey?  –  xəstə  xırıltılı  səslə  soruĢub gözlərini 

yumdu. 

– Bəli, Levi Matvey, – ona iĢgəncə verən zil səsi eĢitdi. 



– Bəs  bazardakı  camaata  məbəd  haqqında  axı  nə 

deyirdin? 

Cavab  verən  adamın  səsi,  sanki,  Pilatın  gicgahını 

deĢirdi, ona son dərəcə əzab verirdi və bu səs deyirdi: 

– Ġgemon, mən deyirdim, köhnə inamın məbədi uçacaq 

və  həqiqətin  yeni  məbədi  qurulacaq.  Belə  deyirdim  ki, 

anlasınlar. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə