28
Prokuratorla
birlikdə
YerĢalaimə
gələn
Onikinci
Ġldırımsürətli legionun birinci koqortası
1
yerləĢən sarayın
arxasındakı fligellərdən qalxan tüstü bağın yuxarı
meydançasından
ötüb
sütunları
bürümüĢdü
və
kenturiyalardakı
2
kaĢevarların
3
nahar hazırlamağa
baĢladığını göstərən acı tüstüyə də yenə həmin gül yağının
qoxusu hopmuĢdu.
"Ey
allahlar,
allahlar,
nəyə
görə siz məni
cəzalandırırsınız?.. Hə, Ģübhə yoxdur! Bu odur, yenə odur,
baĢın tən yarısını ağrıdan dəhĢətli, məğlubedilməz
hemikraniya
4
xəstəliyi. Onun dərmanı, əlacı yoxdur.
ÇalıĢım baĢımı tərpətməyim..."
Fəvvarənin böyründəki mozaikalı döĢəməyə kreslo
qoyulmuĢdu və prokurator heç kimə baxmadan oturub əlini
yana açdı. Katib perqament parçasını ehtiramla onun ovcuna
1
Koqorta – qədim Romada piyada qoşun hissəsi, legionun onda biri
2
Kenturiya – hərbi bölmə, ilk vaxtlar yüz nəfərdən ibarət olub.
3
Kaşevar – hərbi hissədə aşpaz
4
Hemikraniya – şiddətli başağrısı ilə müşayiət olunan xəstəlik – miqren
downloaded from KitabYurdu.org
29
qoydu. Prokurator ağrıdan üzünü turĢudub, yazıya ötəri göz
gəzdirdi, perqamenti katibə verib zorla dilləndi:
– Qalileyadan
olan
məhkumdur?
ĠĢi
tetrarxa
5
göndərmisiniz?
– Bəli, prokurator, – katib cavab verdi.
– Bəs nə deyir?
– O, rəy verməkdən imtina edib, Sinedrionun
6
ölüm
hökmünü sizin təsdiqinizə yollayıb.
Prokuratorun yanağı səyridi və o, astadan dedi:
– Müttəhimi gətirin.
O saat iki legioner bağın meydançasından, təxminən,
iyirmi yeddi yaĢında bir adamı sütunların altındakı eyvana,
prokuratorun kreslosunun qarĢısına gətirdi. Bu adamın
əynindəki köhnə mavi xiton cırıq-cırıq idi. BaĢındakı ağ
örtük alnından qayıĢla sıxılmıĢ, əlləri arxadan bağlanmıĢdı.
Sol gözünün altında iri qançırvar idi, ağzının cızılmıĢ
5
Tetrarx – qədim Romada əyalət hökmdarı
6
Sinedrion – qədim İsraildə məclis, şura, divan
downloaded from KitabYurdu.org
30
kənarında qan qurumuĢdu. Gətirilən adam həyəcanla,
maraqla prokuratora baxırdı.
O isə bir az susandan sonra arami dilində astadan
soruĢdu:
– YerĢalaim məbədini dağıtmaq üçün camaatı qızıĢdıran
sən idin?
Prokurator daĢ kimi oturmuĢdu, yalnız sözləri deyəndə
dodaqları azca tərpənirdi. DəhĢətli ağrıdan partlayan baĢını
tərpətməyə qorxurdu.
Əlləri bağlı adam bir qədər qabağa əyilib danıĢmağa
baĢladı:
– Xeyirxah insan! Ġnan mənə...
Ancaq prokurator yenə əvvəlki kimi tərpənmədən,
səsini qaldırmadan onun sözünü ağzında qoydu:
– Sən məni xeyirxah insan adlandırırsan? Səhv edirsən.
YerĢalaimdə hamı pıçıldaĢır ki, mən qəddar yırtıcıyam, bu
da tamamilə doğrudur, – həmin yeknəsəq səslə əlavə etdi: –
Kenturion Siçovulqıranı yanıma çağırın.
downloaded from KitabYurdu.org
31
Əlahiddə kenturiyaya komandanlıq edən Siçovulqıran
ləqəbli kenturion Mark prokuratorun qarĢısında dayananda
hamıya elə gəldi ki, eyvana qaranlıq çökdü.
Siçovulqıran legionun ən uzun əsgərindən də bir baĢ
hündürdü və kürəyi o qədər enliydi ki, hələ yüksəyə
qalxmamıĢ günəĢin qarĢısını büsbütün kəsdi.
Prokurator kenturiona latın dilində dedi:
– Cinayətkar məni xeyirxah insan adlandırır. Onu
birdəqiqəliyə buradan apar, mənimlə necə danıĢmaq lazım
olduğunu ona baĢa sal. Ancaq Ģikəst eləmə.
Hərəkətsiz oturan prokuratordan baĢqa hamının baxıĢı,
əlinin iĢarəsiylə məhbusa arxasınca gəlməyi tapĢıran Mark
Siçovulqırana dikilmiĢdi.
Ümumiyyətlə, Mark Siçovulqıran harada peyda
olurolsun, boy-buxununa görə hamının baxıĢı ona dikilirdi,
onu ilk dəfə görənlər isə həm də kenturionun eybəcər hala
düĢmüĢ sifətindən gözlərini çəkə bilmirdilər: alman toppuzu
nə zamansa onun burnunu xurd-xəĢil eləmiĢdi.
Mozaikalı döĢəmədə Markın ağır çəkmələri taqqıldadı,
əlləri bağlı məhbus sakitcə onun arxasınca getdi. Sütunların
downloaded from KitabYurdu.org
32
arasına sükut çökdü, eyvanın böyründəki bağda quruldayan
göyərçinlərin səsi eĢidildi, bir də fəvvarədən axan su öz sirli,
həzin mahnısını oxuyurdu.
Prokurator istədi qalxsın, gicgahlarını fəvvarənin altına
tutub, beləcə donub-qalsın. Ancaq bilirdi ki, bu da ona
kömək etməyəcək.
Siçovulqıran məhbusu sütunların altından bağa aparıb,
tunc heykəlin yanında dayanmıĢ legionerin əlindən qırmancı
aldı, yüngülcə qolaylanıb, məhbusun kürəyinə çəkdi.
Kenturionun zərbəsi yüngül olsa da, əlləri bağlı məhbusun
ayağı yerdən üzüldü, havası çatmadı, rəngi qaçdı, gözləri
axdı. Mark sol əliylə onu boĢ torba kimi asanca göyə
qaldırıb, ayaqları üstə yerə qoydu və arami sözlərinin qol-
qabırğasını sındıra-sındıra burnunda mızıldandı.
– Roma prokuratoruna igemon
7
de. BaĢqa söz demə.
Düz dayan. Məni baĢa düĢdün, ya səni vurum?
7
İgemon – canişin, sərdar, başçı (yun.)
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |