9 Vergi Sisteminin Quruluşu



Yüklə 439 b.
tarix05.01.2018
ölçüsü439 b.
#19672


9


“Dünyada ölüm və vergilərdən qaçmaq mümkün deyil.” . . . Benjamin Franklin



“Dünyada ölüm və vergilərdən qaçmaq mümkün deyil.” . . . Benjamin Franklin



Təsvir 1 Hökumət Gəlirləri ÜDM-nin Faizi kimi



Cədvəl 1 Mərkəzi Hökumətin Vergi Gəlirləri ÜDM-nin Faizi kimi



Federal Hökumət

  • ABŞ federal hökuməti iqtisadiyyatımızdakı vergilərin təxminən üçdə iki hissəsini toplayır.



Federal Hökumət

  • Federal hökumətin gəlirlərinin əsas mənbəyi fərdi gəlir vergiləridir.



Federal Hökumət

  • Fərdi Gəlir Vergiləri

    • Marjinal vergi dərəcəsi gəlirin hər bir əlavə dollarına tətbiq edilən vergi faizini göstərir.
    • Yüksək gəlirli ailələr gəlirlərinin daha böyük faizini vergi şəklində ödəyir.


Federal Hökumət

  • Federal Hökumət və Vergilər

    • Əmək Haqları Vergiləri: firmanın öz işçilərinə verdiyi əmək haqlarından tutulan vergidir.
      • Sosial Sığorta Vergiləri: əmək haqları vergilərindən gələn gəlir Sosial Müdafiə və Pulsuz Tibbi Xidmət xərclərinə yönəldilir.
    • Aksiz Vergiləri: benzin, siqaret və spirtli içkilər kimi xüsusi kateqoriyalı əmtəələrə tətbiq olunan vergi.


Cədvəl 2 Federal Hökumətin Gəlirləri: 2001



Federal Hökumətin Gəlirləri...



Federal Hökumət

  • Federal Hökumətin Xərcləri

    • Hökumət xərclərinə köçürmələr və ictimai əmtəələrin və xidmətlərin alınması daxildir.
      • Köçürmələr məhsul və ya xidmət əvəzində həyata keçirilməyən dövlət ödəmələridir.
      • Köçürmələr federal hökumətin xərclərinin ən böyük kateqoriyasıdır.


Federal Hökumət

  • Federal Hökumət Xərcləri

    • Xərclərin Kateqoriyası:
      • Sosial Təminat
      • Milli Müdafiə
      • Gəlir Təminatı
      • Xalis Faiz
      • Tibbi Sığorta
      • Səhiyyə
      • Digər


Federal Hökumət

  • Büdcə Profisiti

    • Büdcə profisiti hökumətin gəlirlərinin hökumətin xərclərindən artıq olmasıdır.
  • Büdcə Kəsiri

    • Büdcə kəsiri hökumətin xərclərinin hökumətin gəlirlərindən artıq olmasıdır.


Cədvəl 4 Federal Hökumətin Xərcləri: 2001



Federal Hökumətin Xərcləri: 2001



Federal Hökumət

  • Federal Büdcənin Maliyyə Vəziyyəti

    • Büdcə kəsiri o zaman baş verir ki, hökumətin gəlirləri xərclərdən az olur.
      • Dövlət büdcə kəsirini vətəndaşlardan borc almaqla aradan qaldırır.
    • Büdcə profisiti o zaman baş verir ki, hökumətin gəlirləri xərcləri üstələyir.
      • Dövlət büdcə profisitinə nail olduqda artıq gəlirləri ödənilməmiş borcların qaytarılmasına xərcləyir.


Ştat və Yerli Hökumətlər

  • Ştat və yerli hökumətlər ödənilən bütün vergilərin təxminən 40 faizini toplayır.



Ştat və Yerli Hökumətlər

  • Gəlirlər

    • Satış Vergiləri
    • Əmlak Vergiləri
    • Fərdi Gəlir Vergiləri
    • Korporativ Gəlir Vergiləri
    • Federal Hökumətdən
    • Digər


Cədvəl 5 Ştat və Yerli Hökumətlərin Gəlirləri: 1999



Ştat və Yerli Hökumətlər

  • Xərclər

    • Təhsil
    • İctimai Rifah
    • Yollar
    • Digər


Cədvəl 6 Ştat və Yerli Hökumətlərin Xərcləri: 1999



VERGİLƏR VƏ SƏMƏRƏLİLİK

  • Vergi sistemini təşkil edərkən siyasətçilər qarşılarına iki məqsəd qoyurlar...



VERGİLƏR VƏ SƏMƏRƏLİLİK

  • Eyni məbləğdə gəlirləri digər vergi sisteminə nisbətən vergi ödəyiciləri üçün daha az xərc hesabına artıran vergi sistemi daha səmərəli hesab edilir.

  • Səmərəli vergi sistemi nisbətən az itirilmiş iqtisadi səmərəyə səbəb olan və az inzibati yük qoyan vergi sistemidir.



VERGİLƏR VƏ SƏMƏRƏLİLİK

  • Vergilərin Vergi Ödəyicilərinə Zərəri

    • Vergi ödənişinin özü
    • İtirilmiş iqtisadi səmərə
    • İnzibati yük


İtirilmiş İqtisadi Səmərə

  • Vergilər stimulları dəyişməklə itirilmiş iqtisadi səmərəyə səbəb olurlar.

    • Vergidən irəli gələn itirilmiş iqtisadi səmərə dövlət gəlirlərin artdığı halda vergi ödəyicilərinin iqtisadi rifahının aşağı düşməsidir.


İnzibati Yük

  • Vergi qanunlarına əməl etmək itirilmiş iqtisadi səmərənin bir növüdür.

    • Vergi ödəyiciləri vergilərin sənədləşdirilməsi, hesablanması və onlardan yayınmaq üçün sərf olunan vaxt və pulları da itirirlər.
    • Vergi sisteminin inzibati yükü onun yaratdığı qeyri-səmərəliliyin bir hissəsidir.


Marjinal Vergi Dərəcələri Orta Vergi Dərəcələrinə Qarşı

  • Orta vergi dərəcəsi ümumi vergilərin ümumi gəlirlərə nisbətidir.

  • Marjinal vergi dərəcəsi əlavə bir dollar gəlir üçün ödənilən əlavə vergidir.



Sabit Vergilər

  • Sabit vergi qazancından və fəaliyyətindən asılı olmayaraq hər bir şəxs üçün eyni məbləğdə olan vergidir.



VERGİLƏR VƏ ƏDALƏTLİLİK

  • Vergi yükü əhali arasında necə bölünməlidir?

  • Vergi sisteminin ədalətli olub-olmadığı necə müəyyən edilir?



VERGİLƏR VƏ ƏDALƏTLİLİK



Faydalılıq Prinsipi

  • Faydalılıq prinsipi insanların hökumət xidmətlərindən aldıqları faydalar nisbətində vergi verməli olduqlarını nəzərdə tutan fikirdir.

  • Misal olaraq benzin vergisini göstərmək olar:

    • Benzin vergisindən əldə edilən gəlirlər yolların tikintisinə və təmirinə xərclənir.
    • Benzini əslində yollardan istifadə edənlər aldığına görə benzin vergisini bu dövlət xidmətinin haqqının ödənilməsi üçün ədalətli üsul hesab etmək olar.


Ödəmə Qabiliyyəti Prinsipi

  • Ödəmə qabiliyyəti prinsipi vergilərin insanlar üzərinə bu yükü daşımaq qabiliyyətlərinə uyğun qoyulmasını nəzərdə tutan fikirdir.

  • Ödəmə qabiliyyəti prinsipi ədalətliliklə bağlı iki əlavə anlayışı meydana gətirir.



Ödəmə Qabiliyyəti Prinsipi

  • Şaquli ədalətlilik daha çox vergi ödəmək qabiliyyətinə malik vergi ödəyicilərinin daha böyük məbləğ ödəməli olduqlarını nəzərdə tutan fikirdir.

    • Məsələn, yüksək gəlirli vergi ödəyiciləri az gəlirli vergi ödəyicilərindən daha çox ödəyir.


Ödəmə Qabiliyyəti Prinsipi

  • Şaquli Ədalətlilik və Alternativ Vergi Sistemləri

    • Proporsional vergi yüksək gəlirli və aşağı gəlirli vergi ödəyicilərinin gəlirlərin eyni hissəsini ödəməli olduqları vergidir.
    • Reqressiv vergi yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha az hissəsini ödəməli olduqları vergidir.
    • Proqressiv vergi yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha böyük hissəsini ödəməli olduqları vergidir.


Ödəmə Qabiliyyəti Prinsipi

  • Üfüqi Ədalətlilik

    • Üfüqi ədalətlilik vergi ödəmək qabiliyyətləri eyni olan vergi ödəyicilərinin eyni məbləğ ödəmələrini nəzərdə tutan fikirdir.
    • Məsələn, eyni sayda üzvləri olan və eyni gəlirə malik olan, lakin ölkənin müxtəlif hissələrində yaşayan iki ailə eyni məbləğdə federal vergi ödəməlidir.


Cədvəl 7 Üç Vergi Sistemi



Cədvəl 8 Federal Vergi Yükü



REAL HƏYATDAN MİSAL: Üfüqi Ədalətlilik və Nikah Vergisi

  • Nikahın cütlüyün vergi öhdəliyinə təsir etməsinin səbəbi vergi qanununun evli cütlüyü bir vergi ödəyicisi kimi qəbul etməsidir.

  • Kişi ilə qadın evləndikdə onlar artıq fərdi olaraq deyil ailə olaraq vergi ödəyirlər.

  • Kişi və qadın eyni gəlirlərə malik olarlarsa, evləndikdə onların vergi öhdəliyi artır.



Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi

  • Vergi siyasətini formalaşdırarkən üzə çıxan çətinlik səmərəlilikədalətliliyin bir-birinə əks olan məqsədlərini tarazlaşdırmaqdır.

  • Vergi yükünü kimin daşıdığının öyrənilməsi verginin ədalətliliyinin dəyərləndirilməsində vacib rol oynayır.

  • Bu araşdırma vergiyə cəlb olunma adlanır.



Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi

  • Vergiyə Cəlb Olunmanın Yapışqan Kağız Nəzəriyyəsi

    • Yapışqan kağız nəzəriyyəsinə görə vergi yükü, milçək yapışqan kağıza yapışdığı kimi, ilk dəfə qonduğu yerə yapışır.


Xülasə

  • ABŞ hökuməti gəlirlərini müxtəlif vergilərdən istifadə etməklə artırır.

  • Federal hökumət üçün ən vacib vergilər fərdi gəlir vergiləri və sosial sığorta üzrə əmək haqqı vergiləridir.

  • Ştat və yerli hökumətlər üçün isə ən vacib vergilər satış vergiləri və əmlak vergiləridir.



Xülasə

  • Ədalətlilik və səmərəlilik vergi sisteminin iki ən vacib məqsədləridir.

  • Vergi sisteminin səmərəliliyi onun vergi ödəyiciləri üzərinə qoyduğu məsrəflərdir.

  • Vergi sisteminin ədalətliliyi vergi yükünün əhali arasında ədalətli olub olmadığını nəzərdə tutur.



Xülasə

  • Faydalılıq prinsipinə görə insanlar üçün hökumətdən aldıqları mənfəət əsasında vergi ödəmək daha ədalətlidir.

  • Ödəmə qabiliyyəti prinsipinə görə isə insanlar üçün maliyyə yükünü daşımaq qabiliyyəti əsasında vergi ödəmək daha ədalətlidir.



Xülasə

  • Vergi yükünün bölüşdürülməsi vergi deklarasiyalarının bölüşdürülməsi ilə eyni deyildir.

  • Vergi siyasəti ilə bağlı mübahisələrin çoxu insanların bu iki məqsədə (səmərəlilik və ədalətlilik) fərqli şəkildə əhəmiyyət verməsi səbəbindən meydana çıxır.



Yüklə 439 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə