YANVAR JANUARY
MİRAS
|
15
MÜSAHİBƏ iNtERViEW
boats in Araz River and the purpose of on-duty as first secre-
tary of Nakhchievan city party committee. Though very sor-
rowful and terrible, front-line soldiers were ready to surrender
even Nakhchievan to Armenians in order to save their lives from
Haydar Aliyev and appropriate the power. The population did
not know what to do in such confusion and excitement state. Re-
turn of Haydar Aliyev to Nakhchievan encouraged the people.
Front-line soldiers started to manoeuvre becoming scared of the
people’s pressures. In one word, the people of Nakhchievan sup-
ported Haydar Aliyev and Haydar Aliyev supported Nakhchie-
van population.
One day when I was in Ordubad, I was told that Afiyeddin Jalilov
called me and I went. I was assigned chairman of Nakhchievan
State Plan Committee and 1st deputy of prime minister in 1990
September. It was not easy work to assign unemployed person
for several months to such a responsible job. I later learnt that
this assignment took place due to great leader’s decision. That
time Nehramly people nominated Haydar Aliyev’s candidacy
for Member of Parliament. Pre-electoral meetings of Haydar
Aliyev were in high level. Mainly Haydar Aliyev gained major-
ity of votes on Election Day. Finally, he was elected chairman of
Supreme Assembly by insistence of Nakhchievan population on
3 September 1991.
— I was lucky to work together with that man of genius again.
- I thank to goodness every minute. I am thankful to God for let-
ting me to meet with that man of genius, working with him, hear-
ing advice and recommendations, observing his care to people.
I feel very happy. What might be glorious than working under
control of genius man, Haydar Aliyev and living in the same pe-
riod with him?!
For short time headed Nakhchievan he was on official trip to
Turkey for four and two times in Iran; carried out negotations
with officials like Turqut Ozal, Suleyman Demirel, Rafsanjani
and others. They appreciated him very highly. None of them in-
terrupted him any time. Each of them listened to him with great
interest and attention.
In April 1992 a great economic forum was held in Izmir. At the
forum attended by heads of state and governments of 67 coun-
tries, Turqut Ozal, his spouse, Haydar Aliyev, Suleyman Demirel
and other sat in the most respected place. Haydar Aliyev’s speech
at the forum drewn very great interest most of all and Turqut
Ozal stood up and applauded him. The whole hall stood up and
applauded Haydar Aliyev as well.
başladılar. Bir sözlə, Naxçıvan camaatı Heydər Əliyevə, Heydər
Əliyev isə Naxçıvan camaatına arxa-dayaq oldu.
Günlərin bir günü Ordubadda idim. Xəbər gəldi ki, Afiyəddin
Cəlilov məni çağırır. Mən də getdim. 1990-cı ilin sentyabrında
məni Naxçıvan Dövlət Plan Komitəsinin sədri və baş nazirin
I müavini vəzifəsinə təyin etdilər. Əlbəttə, aylarla işsiz qalan
adamı birdən-birə belə məsul vəzifəyə təyin etmək elə belə
məsələ deyildi. Sonradan öyrəndim ki, bu təyinat məhz ulu
öndərin tapşırığı əsasında baş tutub. O zaman nehrəmlilər
Heydər Əliyevin deputatlığa namizədliyini vermişdilər. Ulu
öndərin seçkiqabağı görüşləri olduqca yüksək səviyyədə keçir-
di. Seçki günü də hamıdan daha çox səs toplayan məhz Heydər
Əliyev oldu. Nəhayət, 3 sentyabr 1991-ci ildə o, Naxçıvan
əhalisinin israrlı təkidi ilə Ali Məclisinin sədri seçildi.
— Sözsüz ki, yenidən o dahi şəxsiyyətlə bir yerdə işləmək
böyük xoşbəxtlik idi.
- Gecə də, gündüz də Allahıma şükr edirəm. Şükr edirəm ki,
İlahi, o dahi insanla görüşməyi, bir yerdə işləməyi, məsləhət və
tövsiyələrini eşitməyi, onun insanlara olan qayğısını müşahidə
etməyi mənə nəsib edib. Mən özümü çox xoşbəxt insan hesab
edirəm. Yəni, mənim üçün Heydər Əliyev kimi dahi bir insanın
rəhbərliyi altında işləməkdən, onunla bir dövrdə yaşamaqdan
şərəfli nə ola bilərdi?!
Naxçıvana rəhbərlik etdiyi qısa müddət ərzində o, dörd dəfə
Türkiyədə, iki dəfə İranda rəsmi səfərdə oldu, Turqut Özal,
Süleyman Dəmirəl, Rəfsəncani və digər rəsmilərlə görüşərək
danışıqlar apardı. Bilirsiniz, o insanlar Heydər Əliyevə necə
qiymət verirdilər?! Onlardan heç biri və heç zaman onun
sözünü kəsmirdi. Bu insanların hər biri onu çox böyük maraq
və diqqətlə dinləyirdi.
1992-ci ilin aprelində İzmirdə çox böyük bir iqtisadi forum
keçirildi. 67 ölkənin dövlət və hökumət başçılarının təmsil
olunduğu bu forumda ən hörmətli yerdə Turqut Özal, onun
xanımı, Heydər Əliyev, daha sonra Süleyman Dəmirəl və
qeyriləri əyləşmişdi. Heydər Əliyevin forumdakı nitqi çox
böyük marağa səbəb oldu və hamıdan əvvəl məhz Turqut Özal
ayağa qalxaraq onu alqışladı. Ona baxaraq bütün salon ayağa
qalxdı və Heydər Əliyevi alqışladı.
1992-ci ilin avqustunda İran Prezidenti Rəfsəncani onu rəsmi
səfərə dəvət etdi və özünün şəxsi təyyarəsini Naxçıvana onun
dalınca göndərdi. İran Prezidenti Heydər Əliyevi çox böyük
hörmət və ehtiramla qarşıladı, danışıqların gedişində İranla
Naxçıvan arasında çox mühüm əhəmiyyətli protokol imzalandı.
Həmin protokola əsasən tez bir zamanda Şahtaxtı kəndində
yeni körpü tikildi. İki müştərək bazar açıldı, iri qabaritli
maşınların İran ərazisindən keçərək Bakıdan Naxçıvana yük
daşımasına icazə verildi, Xoy-Culfa-Naxçıvan qaz kəmərinin
çəkilişinə dair razılıq əldə olundu və nəhayət, İrandan Naxçıvana
30 meqavat gücündə elektrik enerjisi verilməsinə başlanıldı.