YANVAR JANUARY
MİRAS
|
29
ARXeOLOGİYA ARCHAEoloGY
Regarding setting of the revealed edifice, it is supposed that it has
function of main store-ice house of more the city, or entirely the
khanate. We think that, this building can be considered more rel-
evant place for storing strategical products at disposal of directly
city or khanate and also foodstuff. As is known, Agsu is situated in
the area with sufficiently hot climate. Heat is especially high there
getdikcə daha artıq çətinlik yaradırdı. Ona görə də sahənin hissə
- hissə və mərhələlərlə təmizlənməsi praktikasından istifadə ol-
undu. Yəni, qazıntının cənub-şərq kənarı saxlanılmaqla əvvəlcə
sahənin şimal, mərkəz və qərb kənarları bütünlüklə kərpic
döşəməyədək təmizlənildi. Cənub və cənub-şərq hissəsinin
torpağı və töküntüləri isə xüsusi olaraq tikilmiş qurğuların
köməyi ilə kənara daşındı. Yalnız bundan sonra cənub divarın
döşəməyə bitişik hissəsində divara sonradan pərçimlənmiş
və ətrafı gəc məhlulu ilə diqqətlə suvanmış iri daş divardan
çıxarılmışdır. Bir daha təkrar edirik ki, bu daşın sonradan divara
pərçimləndiyi aydın görünürdü. Həmin daş çıxarılarkən məlum
oldu ki, oradan cənub istiqamətdə su və ya kanalizasiya xətti
var. Hələlik həmin xəttin anbar-buzxana ilə əlaqəsi tam olaraq
müəyyən edilməmişdir. İçərisi tam şəkildə təmizləndikdən
sonra anbar-buzxananın ümumi görünüşü və bütün ölçüləri
tam şəkildə müəyyən edildi. Beləliklə, tikintinin ümumi ölçüləri
belədir: binanın ümumi sahəsi = 243.3 kv.m, içəridən uzunluğu
29.5 m, çöldən-çölə uzunluğu 34.6 m, daxildən eni 7.9 m,
çöldən eni 11.7 m, divarlarının qalınlığı 1.9 m-dir. Döşəmədə
hər sırada eninə 34, uzununa 127 ədəd kərpic döşəməklə cəmi
4318 ədəd kərpicdən istifadə olunmuşdur. Təqribi hesablama-
lara görə tikintidə 12 min ədəddən çox bişmiş kərpicdən istifadə
olunmuşdur.
Aşkar olunmuş tikintinin təyinatına gəlincə onun daha çox
şəhərin, yaxud da bütövlükdə xanlığın baş anbar-buzxana
funksiyası daşıdığını ehtimal etmək olar. Fikrimizcə, birbaşa
şəhər və ya xanlığın rəhbərliyinin sərəncamında olan strateji
məhsulların, həm də daha çox ərzaq məhsullarının saxlanılması
30
|
MİRAS YANVAR JANUARY
ARXeOLOGİYA ARCHAEoloGY
in summer months. It is very difficult to store the food, particularly
daily foodstuff in such a place with hard climate. Similiar under-
ground construction and devices are widely used with the purpose to
keep food of this kind in ancient and Middle Ages.
18th century store-ice house revealed in Agsu is the most huge and
the most perfect of this kind edifices known yet to science in Azer-
baijan.
Various rich artifacts were uncovered from the store-ice house upon
cleansing inside. There are small number of ceramics models. Most
finds which are the repeated form of samples found from former sites
for kind and period consist of little fragments. Pot, coppery bucket,
basin, tray, bowl and narrow-jug made of copper are specially inter-
esting amongst the revealed finds in store-ice house. In our opinion,
people controlling store-ice house used these items mostly as measure
plates, i.e. when this or other foodstuff is received to store-ice house,
or some people are given food from there, the copper items, those
copper things are used as measure unit.
A pair of hand mill stone found on one another in south-west of the
store-ice house is of interesting finds. Sizes of the mill stone are as
follows: Diameter 42 cm, thickness 7 cm, diameter of grain hollow
is 6 cm. Supposedly, the grain stones are used for current demands of
people served the stores.
Various standard coins of rather much amount were found from
store-ice house during the explorations. The work is ongoing in the
line of cleanse and setting of the coins presently in laboratory condi-
tion. Two treasures consisted of coins found from the store-ice house
assume particularly great scientific interest.
Treasure of silver coins. 21 silver coins are included in total to the
treasure. They were found as disseminated in south part of store-ice
house. The coins were defined by Professor Ali Rajably, head of nu-
mismatics department of National Museum of History of Azerbai-
jan. They include the following:
1. Ganja Khanate, Ganja - 1195 – silver abbasi (twenty-copeck
piece)
2. Ganja Khanate, Ganja - 1189, anonymous, silver abbasi
3. Ganja Khanate, Ganja - 1199 - silver abbasi
4. Ganja Khanate, Ganja - 1194 - silver abbasi
5. Shirvan khanate, Shamakhi, anonymous, silver abbasi
6. Ganja Khanate, Ganja - 1189 - silver abbasi
7. Ganja Khanate, Ganja - 1191 – anonymous, silver abbasi
8. Ganja Khanate, Ganja - 1189 - silver abbasi
9. Shirvan khanate, Shamakhi - 1189, silver abbasi
10. Shirvan khanate, Shamakhi, anonymous, silver abbasi, the
year effaced.
11. Shirvan khanate, Shamakhi - 1192, silver abbasi.
12. Ganja Khanate, Ganja, anonymous, silver abbasi, no year.
üçün bu bina daha münasib yer sayıla bilər. Məlum olduğu
kimi, Ağsu kifayət qədər isti iqlimə malik ərazidə yerləşir. Yay
aylarında orada hərarət xüsusilə yüksək olur. Belə çətin iqlim
şəraiti olan yerdə ərzaq məhsullarının, xüsusən də gündəlik tələb
olunan ərzaq məhsullarını saxlamaq olduqca çətindir. Qədim
və orta əsrlər dövründə bu qəbildən olan ərzaq məhsullarının
saxlanması məqsədilə buna bənzər yeraltı tikili və qurğulardan
geniş istifadə olunduğu bəllidir.
Ağsuda aşkar edilmiş XVIII əsrə aid anbar-buzxana hələlik
Azərbaycan ərazisində elmə məlum olan bu növ tikintilərin
demək olar ki, ən nəhəngi və ən mükəmməlidir.
Anbar-buzxananın içərisi təmizlənərkən oradan müxtəlif çeşidli
zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Keramika məmulatı nümunələri nisbətən azlıq təşkil edir.
Əvvəlki sahələrdən tapılmış nümunələrin həm çeşid, həm də
dövr etibarilə təkrarı olan həmin tapıntıların əksəriyyəti kiçik
fraqmentlərdən ibarətdir. Anbar-buzxanada aşkar olunan
tapıntılar içərisində misdən hazırlanmış qazan, satıl, cam, sini,
piyalə və dar boğaz bardaq nümunələri xüsusi maraq doğurur.
Fikrimizcə, bu tip əşyalardan anbar-buzxanaya nəzarət edən
insanlar daha çox məhz ölçü qabları kimi istifadə etmişlər.
Yəni, anbar-buzxanaya bu və ya digər ərzaq məhsulları qəbul
ediləndə, yaxud da oradan kimlərəsə ərzaq məhsulları veriləndə
ölçü vahidi kimi məhz həmin mis əşyalardan istifadə etmişlər.
Anbar-buzxananın cənub-qərb tərəfində üst-üstə aşkar edilmiş
bir cüt əl dəyirman daşı da maraq doğuran tapıntılardandır.
Dəyirman daşının ölçüləri belədir: Diametri 42 sm, qalınlığı
7 sm, dən tökülən oyuğunun diametri 6 sm-dir. Çox güman
ki, həmin dən daşlarından anbara xidmət edən insanların cari
ehtiyacları üçün istifadə olunmuşdur.
Tədqiqatların gedişi zamanı anbar-buzxanadan xeyli miq-
dar müxtəlif əyyarlı pul nümunələri də tapılmışdır. Hazırda
həmin pulların labaratoriya şəraitində təmizlənməsi və təyinatı
istiqamətində iş davam etdirilməkdədir. Anbar-buzxanadan
tapılmış pullardan ibarət iki ədəd dəfinə xüsusilə böyük elmi
maraq kəsb edir.
Gümüş pullardan ibarət dəfinə. Dəfinəyə cəmi 21 ədəd
gümüş pul daxildir. Onlar anbar-buzxananın cənub tərəfinə
nisbətən yaxın yerdə səpələnmiş vəziyyətdə tapılmışdır. Pul-
lar Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika şöbəsinin
müdiri professor Əli Rəcəbli tərəfindən təyin edilmişdir. Onlar
aşağıdakılardan ibarətdir.
1. Gəncə xanlığı, Gəncə - 1195 - gümüş abbasi.
2. Gəncə xanlığı, Gəncə - 1189, anonim, gümüş abbasi.
3. Gəncə xanlığı, Gəncə - 1199 - gümüş abbasi.
4. Gəncə xanlığı, Gəncə - 1194 - gümüş abbasi.
5. Şirvan xanlığı, Şamaxı, anonim, gümüş abbasi.
6. Gəncə xanlığı, Gəncə - 1189 - gümüş abbasi.
7. Gəncə xanlığı, Gəncə - 1191 – anonim, gümüş abbasi.
8. Gəncə xanlığı, Gəncə - 1189 - gümüş abbasi.