Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
50 
50 
və  s.  mənalarda  iĢlənmiĢdir  ki,  dastandakı  "UlaĢ"  adı  da  bu 
mənalara  uyğun  gəlir.  Təbii  ki,  ingilis  dilinə  tərcümədə  adın 
yuxarıda söhbət açdığımız ilkin məna yükünü saxlamaq qeyri 
mümkündür.  Lakin  adların  yanında iĢlənən eptetlərin düzgün 
tərcümə  edilməməsi  bəzən  ciddi  təhrifə  səbəb  olur.  Məsələn, 
dastanın  "Salur  Qazanın  evi  yağmalandığı  boyu  bəyan  edər" 
adlanan  boyunda  Qazan  xan  aĢağıdakı  kimi  təqdim  olunur: 
"Bir gün UlaĢ oğlu, Tulu quĢun yavrusu, bizə miskin umudu, 
ümmət  soyunun  aslanı,  Qaracuğun  qaplanı,  qonur  atın  əyası, 
xan  Uruzun  ağası,  Bayındır  xanın  göyküsü,  qalın  Oğuzun 
dövləti, qalmıĢ yigit arxası, Salur Qazan yerindən durmuĢdu" 
(səh.31). 
Bu  uzun  cümlə  əslində  Salur  Qazanın  kimliyini  göstərməyə 
xidmət  edir.  1972-ci  il  nəĢrində  həmin  cümlə  aĢağıdakı  kimi 
tərcürnə olunmuĢdur: "One day the son of Ulash, the young of 
the  feathering  bird,  the  hope  of  the  poor,  the  lion  of  Emet 
Stream, the tiger of the Karachuk Mountains, the owner of the 
chestnut-brown horse, the father of Khan Uruz, the son-in-law 
of  Bayindir  Khan,  the  pride  of  the  crowded  strong  Oghuz 
people, the support of young warriors in distress, Salur Kazan 
roused  himself  (səh.  23).  Mirabilenin  tərcüməsində  isə  Salur 
Qazan belə təsvir edilir: ""One day the son of UlaĢ, chick of 
the feathered bird, hope  of the lonely  and poor, lion  of Emet 
River, tiger of the Karajuk, master of the black horse, father of 
Khan  Uruz,  son-in-law  of  Bayindir  Khan,  luck  of  the  Oqhuz 
kingdom, supporter of the surviving warrior, Salur Kazan got 
up  from  his  place"  (səh.79).  Hər  iki  tərcümədə  anlaĢılmazlıq 
vardır.  Belə  ki,  Salur  Qazana  epitet  kimi  söylənən  "ümmət 
soyunun  aslanı"  ifadəsinin  mənasını  hər  iki  nəĢrdə 
tərcüməçilər  yanlıĢ  anlamıĢlar.  "Ümmət  soyu"  ifadəsindəki 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
51 
"soy" sözü "nəsil, kök" demək olduğu halda, hər iki tərcümədə 
bu söz "su", "çay" kimi baĢa düĢülmüĢ və nəticədə orijinaldan 
uzaqlaĢdırılmıĢdır. 
1972-ci  il  nəĢrində  bu  ifadə  "the  lion  of  Emet  Stream"  kimi 
tərcümə  olunmuĢ  "soy"  sözü  xüsusi  ada  çevrilmiĢdir.  Sonra 
isə  tərcüməçi  bu  ada  izah  vermiĢdir:  "Emet  Suyu,  or  Emet 
Stream,  is  a  tributary  of  the  Syr  Darya".  Biz  Sır-Dəryanın 
Emet  Suyu  adlı  qolu  olub,  olmaması  barədə  bir  Ģey  deyə 
bilmərik.  Lakin  tərcümənin  yanlıĢ  olduğu  göz  qabağındadır. 
Mirabile  də  "soy"u  "su",  "çay"  kimi  anladığı  üçün  həmin 
ifadəni "lion of Emet River" kimi tərcümə edərək, bu ada Ģərh 
verməli  olmuĢdur:  "Amit  suyunun:  This  river  has  not  been 
located".  Bu  izahdan  isə  belə  çıxır  ki,  vaxtilə  belə  bir  çay 
olub,  indi  isə  yoxdur.  Halbuki  dastanın  orijinalında  söhbət 
çaydan  və  sudan  yox,  Salur  Qazandan  və  onun  kimliyindən 
gedir.  Bu  nümunə  sübut  edir  ki,  dastanın  dilində  iĢlənmiĢ 
bədii  vasitələrin  heç  də  hamısı  tərcüməçilərə  tam  aydın 
olmamıĢ,  nəticədə  bilavasitə  dastan  qəhrəmanlarının 
kimliyini,  Ģəxsiyyətini,  onların  qəhrəmanlığını  göstərməyə 
xidmət  edən  epitetlər,  deməli,  bəzi  Ģəxs  adlarının  mənası 
yanlıĢ tərcümə olunmuĢdur. Belə olan halda isə adın daĢıdığı 
emosional  və  tarixi-psixoloji  məna  yükü  tərcümədə  tam 
çatdırılmır. 
Dastanlarda  daha  çox  adı  çəkilən  qəhrəmanlardan  biri  də 
Bayandır xandır. Dastanın orijinalında Bayandır xan "Qamğan 
oğlu  xan  Bayındır",  "Xanlar xanı  xan Bayındır"  kimi  təqdim 
olunur. 
Tərcümələrdə 
orijinaldakı 
hər 
iki 
variant 
saxlanılmıĢdır.  Belə  ki,  1972-ci  il  nəĢrində  bu  ad  "Bayindir 
Khan, son of Kam Gan" və "Bayindir Khan, Khan of Khans" 
kimi,  Mirabilenin  tercüməsində  isə  "Bayındır,  Khan  son  of 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
52 
52 
Kam  Gan"  və  "The  khan  of  Khans,  Khan  Bayındır"  kimi 
verilmiĢdir. 
Bizim qənaətimizə görə, 1972-ci il nəĢrindəki tərcümə vriantı 
daha  uyurludur.  Lakin  burada  bir  məsələyə  də  aydınlıq 
gətirməyə  ehtiyac  vardır.  "Kitabi-Dədə  Qorqud"un  ingilis 
dilinə  tərcümələri  əsasən  eposun  türkcə  olan  variantından 
çevrildiyinə  görə  tərcümələrdə  xüsusi  adlar  əsasən  türkcə 
saxlanmıĢdır.  Məsələn,  "ġöklü  Məlik"  "ġökli  Melik",  "Aruz 
Qoca"  "Aruz  Koca‖,  "Banu  Çiçək"  "Bani  Çiçek"  və  s.  kimi 
verilmiĢdir. Daha doğrusu, istər 1972-ci il nəĢrində, istərsə də 
Mirabilenin  tərcüməsində  adların  transkripsiyası  türk  yazı 
qaydalarına  uyğun  verilmiĢdir.  Fikrimizcə,  bu,  tərcümədə 
ciddi  anlaĢılmazlıq  yaradan  amillərdəndir.  Türk  əlifbasında, 
eləcə də bizim indiki əlıfbada iĢlənən "ü", "ğ", "ç", "c", ı, "Ģ" 
hərfləri  ingilisdilli  oxucuya  aydın  deyil.  Ona  görə  də  "Aruz 
Qoca"  ingilisdilli  oxucu  üçün  "Aruz  Koka"ya  çevrilir,  digər 
hərflər də anlaĢılmazlıq yaradır. 
"Kitabi-Dədə Qorqud‖dakı  Ģəxs  adları  ilə bağlı bir nüansa da 
diqqət  yetirməyi  lazım  bilirik.  Dastanda  tez-tez  qəhrəman 
"derlərdi"  sözü  ilə  təqdim  olunur.  Məsələn,  "Dirsə  xan 
derlərdi, bir bəyin oğlu-qızı yoxdu"; "Bayburanın oğlu vardır, 
adına  Bamsı  derlər";  "Qısırca  Yengə  derlər  (di)  bir  xatun 
vardı"  və  s.  Bu  forma  Azərbaycan  dilinin  tələblərinə  uyğun 
olaraq  insanı  təqdim  etmək,  tanıtmaq  mənası  daĢıyır.  Ġngilis 
dilinə tərcümədə bu tanıtma forması iki variantda verilmiĢdir: 
"called  Dirse  Khan",  "by  the  name  of  Dirse  Khan".  Məlum 
olduğu  kimi  dastanların  gənc  qəhrəmanlarına  adı  Dədə 
Qorqud  verir.  Bu  müdrik  ağsaqqal  isə  hər  kəsə  gördüyü  iĢə, 
tutduğu əmələ layiq ad qoyur. Məsələn, döyüĢdə buğa öldürən 
qəhrəman  "Buğac"  adlandırılır.  Bu  adın  ingilis  dilinə  sadəcə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə