www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
53
transliterasiya olunması heç nə demir. Görünür, ona görə də
araĢdırdığımız hər iki tərcümə variantında Buğanın
məhz buğa
öldürməsinə görə bu ada layiq görüldüyü xatırladılır. Dastanın
orijinalı belədir: "Bayındır xanın ağ meydanında bu oğlan
cəng etmiĢdir. Bir buğa öldürmüĢ. Sənin oğlun adı Buğac
(xan) olsun. Adını mən verdim, yaĢını Allah versin dedi" (səh.
23). 1972-ci il nəĢrindəki tərcüməsi: "This young man fought
and killed a bull on the playing field of Bayindir Khan", con-
tinued Dede Korkut. "Therefore, let your son's name be
Bugach. I give him hiz name, and may Allah give him hiz
years of life" (səh. 13). Tərcüməçilər mətndəki izahla
kifayətlənməyərək kitabın sonunda "Buğac" adına izah da
vermiĢlər: "The name Bugach was given the young man
because
he had killed a bull, buga in Turkish" (səh. 183).
Mirabilenin tərcüməsində isə yuxarıdakı mətn belə tərcümə
olunmuĢdur: "This boy fought well in Bayindir Khan's white
arena. Your son killed a bull, let his name be Bogac. I have
given him his name, may God give him his life, he said" (səh.
69).
"Kitabi Dədə Qorqud"dakı xüsusi adların tranliterasiyası
zamanı ortaya çıxan çətinliklərdən biri və ən baĢlıcası məhz
qəhrəmanların adındakı titul, epitet və təĢbehlərlə bağlıdır.
Təəssüf ki, Ģəxs adlarına əlavə edilən belə elementlər bəzi
hallarda unudulur və ya yanlıĢ tərcümə edilir və nəticədə
məna təhrifləri qaçılmaz olur. Yuxarıda Salur Qazanın adı ilə
bağlı problemə toxunmuĢduq. Lakin dastanda belə adlar az
deyil. "Qiyah Səlcuq oğlu Dəli Dondar", "Qaragünə oğlu
Qarabudaq", "Elln Qoca oğlu Sarı QulmaĢ", "Qəflət Qoca
oğlu ġirĢemseddln", "Qazlıq Qoca oğlu bəy Yeynək", "Elin
Qoca oğlu Alp Ərən" və s. adlar bu qəbildəndir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
55
Domrul özünü hamıdan güclü sayır. O, "məndən güclü ər
varmıdır ki, çıxa mənimlə savaĢa", - deyir. Dəli Domrul çayın
üstündə tikilmiĢ
körpüdən keçəndən də,
keçməyəndən də zorla
pul alır, öz gücünü göstərmək üçün (bəlkə də qəhrəmanlıq adı
- fəxri ad almaq üçün) kobudluq edir. Dəli Domrul Əzrayıl
tərəfindən cavan bir igidin öldürüldüyünü eĢidib hirslənir,
özünü saxlaya bilmir, Əzrayılla vuruĢmağa hazırlaĢır. Demək,
Dəli Domrul özünün xüsusiyyətinə uyğun ad daĢıyır. O,
özünün arzuladığı kimi fəxri ad yox, təbiətinə müvafiq
"kobud" ad qazanır. Mütəxəssislərin fikrincə, Domrul sözü
"Tomruk" sözü ilə bir kökdəndir. "Tomruk" isə türkcə tez
özündən çıxan, acıqlı, kobud deməkdir. Buradan bir daha
aydın olur ki, "domrul" sözünün lüğəti mənası bu adı daĢıyan
Ģəxsin daxili xarakteri, hissiyyatı ilə əlaqədardır. Bütün bu
müqayisələr bir daha təsdiq edir ki, "Kitabi-Dədə
Qorqud"dakı Ģəxs adlarının transliterasiyası zamanı dastanın
mətninə əsaslanmaq, qəhrəmanların xarakterinə xüsusi diqqət
yetirmək zəruridir.
"Qara" sözünün türk dillərində əsasən rəng bildirən kəlmə
kimi iĢlədildiyi məlumdur. Bu söz həm də bədlik əlaməti kimi
iĢlənir. Dastanda bu sözün məhz həmin mənada verildiyi
cümlələrə baxaq:
"Qara qayğulu vaqiə gördüm. Yumruğumda talbınan Ģahin
mənim quĢumu alır gördüm. Göydən ildırım ağban evim
üzərinə Ģaqır gördüm. Düm qara pusarıq ordumun üzərinə
tökülü gördüm. Quduz qurdlar evimi dələr gördüm. Qara dəvə
ənsəm (dən) qarvar gördüm. Qarğı kimi qara saçım uzanır
gördüm, uzanıban gözümü örtər gördüm". (səh. 34). "Qara-
dərə ağzında qadır verən, qara buğa dərisindən beĢiyinin
yapığı olan, acığı tutanda, qara daĢı kül eyləyən, bığın