Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   39   40   41   42   43   44   45   46   ...   49


“Uşaqlar qanunu nə üçün pozurlar” diskussiyasında iştirak edirsə; yetkinlik yaşına
çatmamış uşaqların hüquqları və onları qanunvericilik təminatları ilə müdafiə etmək
barədə mülahizə yürüdürsə; “Həmyaşıdıma nə tövsiyə edərdim” mövzusunda inşa
yazırsa;

Müxtəlif tip (məs.: oğurluq, narkotiklərin yayılması, qətl, korrupsiya, ayrı-seçkilik,
dələduzluq, zorakılıq, insan alveri – trafikinq və s.) cinayətlərin baş verməsi səbəbləri və
onları azaltmaq yolları barədə mülahizə edə bilirsə;

“Bizim cəmiyyətin qanunçuluq mədəniyyəti vardırmı?” sinif diskussiyasında iştirak
edirsə; özünün yaşadığı məntəqədə (yaxud ölkədə) bu məsələlərə cəmiyyətin
münasibətini qiymətləndirirsə; vətəndaşların, qanunvericilik və hüquq-mühafizə
orqanlarının qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdürsə; sinifdə keçirilmiş diskussiyanın
protokolunu və ya hesabatını yazırsa;

“Hansı qaydalar daha güclüdür – yazılmış yoxsa yazılmamış?” mükalimələrində iştirak
edirsə; öz mövqeyini konkret nümunələrin (müasir gerçəklikdən, bədii ədəbiyyatdan və
ya tarixdən) müzakirəsi və qiymətləndirilməsi zamanı onun söykəndiyi meyarları ayıra
bilirsə;

Onun hüquqlarının pozulduğu halda necə davranacağı barədə mülahizə yürüdürsə və öz
hüquqlarını müdafiə zamanı başqasının hüquqlarını nəzərə almalı olduğunu izah edə
bilirsə.
Mül.X.7.  Şagird vətəndaş cəmiyyətinin  mühüm əsaslarını tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Vətəndaş cəmiyyəti nə deməkdir? – diskussiyasında iştirak edirsə. Gürcüstanda siyasi
partiyaların, ictimai təşkilatların və KİV-in rolu barədə mülahizə yürüdə bilirsə; başqa
ölkələrlə paralellər keçirə bilirsə;

Özünün yaşadığı yerdə (regionda) ictimai təşkilatlardan birini seçir və onun barəsində
informasiya toplayırsa;  bu təşkilatın yaradılması  məqsəd və səbəbləri barədə mülahizə
yürüdə bilirsə;

Gürcüstanda insan hüquqlarının pozulması cəhətcə ən əhəmiyyətli ictimai hadisəni
sadalaya bilirsə, onunla əlaqədar dərc olunmuş materiallarla tanış olursa, toplanmış
informasiya əsasında referat yazırsa: hansı hüquqların pozulduğunu göstərirsə və əgər bu
hüquqlar pozulmasaydı, cəmiyyət hansı nəticəni ala bilərdi.
Mül.X.8. Şagird Gürcüstanın sabit inkişaf imkanlarını tədqiq edə bilər.


Nəticə göz önündədir, əgər şagird:

Özünün yaşadığı yerin nümunəsində insanların məhsul almaq üçün həyata keçirdikləri
müxtəlif fəaliyyətlərini sadalayırsa və onları məhsulun istehsalı və ya xidmətə əsasən
qruplaşdırmağı bacarırsa; hər bir fəaliyyət sahəsinə istifadə olunmuş resursların tiplərini
uyğunlaşdırırsa (məs.: təbii, insani, kapital);

Sinif yoldaşlarından ibarət qrupla birlikdə müdafiəsi ictimai asayiş və cəmiyyət üçün
təhlükəsiz yaşamaq şərtlərini təmin edən (məs.: məktəb, ailə, məhəllə, şəhər və s.) bir
neçə qanunu və Konstitusiya hüququnu seçir və köçürürsə;qanunun təminatının zərurəti
və qanunçuluğun təmin edilməsi barədə diskussiyalarda iştirak edirsə;

İnsanın təbii vəziyyəti barədə informasiya toplayır və təhlil edirsə; bədii ədəbiyyatın və
ya tarixi mənbələrin nümunəsində “İnsan üçün canavar”olan cəmiyyətin modelini təsvir
edirsə və orada hər hansı bir bioloji cəmiyyətin həyat tərzi ilə müqayisə edirsə; təhlil
əsasında hər hansı bir cəmiyyətdə (məs.: məktəb, qonşuluq, kənd, sənaye müəssisəsi, ölkə
və s.) razılığa nail olmaq şərtlərini müəyyənləşdirirsə;

“Hansı qaydalar daha güclüdür – yazılmışlar, yoxsa yazılmamışlar?” mükalimələrində
iştirak edirsə; öz mövqeyini konkret misalların (müasir gerçəklikdən bədii ədəbiyyatdan
və ya tarixdən) müzakirəsi ilə əsaslandırırsa və qiymətləndirmə zamanı əsaslandığı
meyarları ayıra bilirsə;

Onun hüquqları pozulduğu halda necə davranacağı barədə mülahizə yürüdürsə və özünün
hüquqlarını müdafiə etdikdə başqasının azadlıqlarını necə nəzərə almalı olduğunu izah
edə bilirsə;

Müxtəlif sosial mühitin (məs.: dostluq, qonşuluq, peşə və ictimai birləşmələr)
formalaşdırılması və sabitliyin müəyyənləşdirilməsi amilləri üzrə mülahizə yürüdürsə
(məs.: ümumi dəyərlər, mənafelər, xüsusiyyətlər, şərtlər, nailiyyətlər və s.); Gürcüstan
üçün xarakterik olan xüsusiyyətlər barədə mülahizə yürüdə bilirsə; başqa ölkələrlə
paralellər keçirirsə.
İstiqamət: özünüidarəetmə və idarəetmə
Mül.X.9.  Şagird Gürcüstanda özünüidarəetmənin və dövlət idarəçiliyi
sisteminin inkişaf prosesini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Hər hansı bir dövlət hüquq-mühafizə orqanını (məs.: polis, məhkəmə, xalq müdafiəçisi və
s.) və ya ictimai təşkilatın nümunəsində onların hüquqi səlahiyyətlərini, təyinatını (yaxud


məqsədlərini) və fəaliyyətinin hüquqi müdafiəsini müzakirə edə bilirsə; mövcud
təcrübənin nöqsanlarını və müvəffəqiyyətli cəhətlərini qiymətləndirməyi bacarırsa;

Zaman şkalasında Gürcüstanın dövlət idarəçiliyinin inkişafının bir neçə (3-5) əhəmiyyətli
hadisəsini qeyd edirsə; hər bir hadisənin səbəb olduğu nəticələr barədə mülahizə
yürüdürsə; həmin dövrün başqa dövlətləri ilə paralellər aparırsa (məs.: qonşu ölkələr,
millət, Yaxın Şərq, Şərqi Asiya və ya Amerika);

Gürcüstan Demokratik Respublikasının və I Konstitusiyanın müasir gürcü dövlətçiliyi
üçün əhəmiyyəti barədə mülahizə yürüdürsə; Konstitusiyalı varisliyi təsdiq edən faktlar
söyləyirsə və dəyişiklikləri təhlil edirsə (məs.: dövlət quruluşu, idarəçilik, seçki sistemi və
s.); baş vermiş dəyişikliklərə münasibətdə öz mövqeyini aşkarlayırsa;

Gürcüstanın qüvvədə olan Konstitusiyasını müzakirə edərkən onun qəbul olunmasının
ilkin şərtləri və nəticələri barədə fikir yürüdə bilirsə; öz mülahizələrini cədvəl şəklində
çəkə bilirsə;

Özünüidarəetmənin inkişafının Gürcüstan dövlətçiliyi üçün əhəmiyyətini sadalaya bilirsə;

Cəmiyyətin demokratikləşdirilməsi və suverenliyi barədə öz fikrini bəyan edə bilirsə;
Gürcüstana bənzər (əhalinin sayına əsasən) bir neçə dövləti seçir və onu Gürcüstanla
müqayisə edirsə, qeyd edilən iki əlamətə əsasən müqayisə edirsə; oxşarlıq və fərqləri
ayıra bilirsə;

Gürcüstanın dövlət idarəçiliyinin müasir sistemini (strukturunu, onun hissələrinin
funksiyalarını və qarşılıqlı əlaqələrini) öyrənə bilirsə; Gürcüstanın keçmişində mövcud
olmuş idarəçilik sistemlərini demokratiklik və qanunun aliliyi nöqteyi-nəzərindən
müqayisə edə bilirsə; işin nəticələrini müzakirə etmək üçün sinif yoldaşlarına təqdim
edirsə.
Mül.X.10.  Şagird Gürcüstan vətəndaşının ictimai-siyasi həyatda fəal iştirak
etmək imkanlarını tədqiq edə və bunlardan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Zaman xəttində onun üçün əhəmiyyətli hüquq qazandığı və onun xüsusi vəzifələrinin
meydana çıxdığı mərhələləri qeyd edirsə; həmin xəttə onun fərqli (əlavə və ya
genişlənmiş) hüquq-vəzifələri meydana gəldiyi (məs.: idarə etmə, seçkilərdə iştirak
etmə, ailə qurmaq, hərbi xidmət və s.) mərhələləri qeyd edirsə“Mənim hüquqlarım və
vəzifələrim” mövzusunda esse yaza bilirsə;

Hər hansı bir son dövrkü münaqişəni seçir (məs.: öz təcrübəsindən, sinifdə baş
verənlərdən, KİV vasitəsi ilə geniş əks-səda doğurmuşlardan və s.) və sinif
yoldaşlarından ibarət qrupla birlikdə onu müzakirə edirsə, münaqişənin hansı
kateqoriyaya mənsub olduğunu müəyyənləşdirirsə (dəyəri, informasiyasıı, qarşılıqlı
asılılığı, təsisat xarakterli, mənafelər mövqeyindən), münaqişədə iştirak edən tərəflərin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə