Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
  1   2   3   4   5   6   7   8   9   ...   49


XXXV Fəsil
İctimai elmlərdə fənn proqramları
1. Ümumi hissə
a) Giriş
İctimai elmlərin fənn qrupunda yanaşı olaraq – tarix, coğrafiya, mülki təhsil, mülki müdafiə və
təhlükəsizlik fənləri birləşmişdir. Onlar Gürcüstanın Ümumi Təhsil sistemində kəsişmə yerini
tutur. Onlar məlumatlandırılmış, aktiv və məsuliyyət hissinə malik vətəndaşların yetişdirilməsinə
kömək edir, şagirdə doğma məkan haqqında məlumat verir, onun vətənpərvər və humanist
şəxsiyyət kimi formalaşmasını şərtləndirir. Bununla yanaşı, qeyd edilmiş fənlərin tədrisi şagird
üçün vətəndaş kompetensiyalarının işlənib hazırlanması və cəmiyyətdə vətəndaşlıq
mədəniyyətinin qazanılması üçün mühüm əhəmiyyətə malikdir. Ümumi təhsilin hər üç pilləsində
(ibtidai, baza və orta məktəb) bu fənlər koordinasiyalaşdırılmış, şagirdin yaş xüsusiyyətləri və
imkanları nəzərə alınmaqla tədris edilir. Dərs prosesi irsi və ardıcıllıq prinsipi əsasında qurulub.
b) İctimai elmlərin tədrisinin məqsəd və vəzifələri
İctimai elmlərin tədrisinin məqsədləri:

Tarix, coğrafiya, hüquq, iqtisadiyyat, siyasət və digər ictimai elmlərin əsasında şagirdə
biliyin verilməsi.

Dünyanın vahid şəkildə dərk olunmasına yardım etmək və baş verən proseslərdə
Gürcüstanın yerinin müəyyənləşdirilməsi.

Şagirdin vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasına yardım etmək.

Onun azad şəxsiyyət kimi və cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmasına kömək
etmək.

Şagirdə humanist dünyagörüşünün formalaşmasına yardım göstərmək.

Onlarda möhkəm iradə yaratmaq, özünün və yanındakının müxtəlif fövqəladə vəziyyətlərdə
həyatlarını xilas etmək, fövqəladə vəziyyətlərdə səhvsiz və təhlükəsiz hərəkət etmək
bacarığını formalaşdırmaq.
Bilik
İctimai elmlər biliyin qazanılmasına şərait yaradır ki, bu da gəncin azad şəxsiyyət və
məsuliyyətli vətəndaş kimi formalaşması üçün vacibdir. Müxtəlif ictimai elmlərin öyrənilməsi
şagirdə dünya kontekstində öz ölkəsinin hökumət, mədəni, iqtisadi və siyasi maraqlarını analiz
etmək üçün yardım edir. Eyni zamanda, şagird gərək hansı təbii mühitdə yaşadığını, insanın bu
və ya digər fəaliyyətinin mühitə hansı ziyan vurduğunu, təbii mühiti necə mühafizə etmək və
qorumaq lazım olduğunu bilməlidir. Məhz, ictimai elmlərin öyrənilməsi ilə yeniyetmənin şəxsi


ailəvi ictimai həyatda müstəqil qərarların qəbul edilməsi, həyata keçirilməsi haqqında biliyi
inkişaf edir. Bugünkü dinamik etnik və mədəni cəhətdən rəngarəng dünyada cəmiyyətin
funksiya göstərməsi üçün  qarşılıqlı idrak mühüm əhəmiyyət kəsb edir. Şagird  məhz ictimai
elmləri öyrənərkən insan haqlarının müdafiəsi və şəxsiyyətə hörmət, şəxsi və başqasının
məişətinin qorunub saxlanması haqqında bilik əldə edir.
Şagird yaşına uyğun olaraq biliyin addim-addım qazanılması yolu ilə siyasi sistem qanunun nə
olduğunu, hansı siyasi sistemlərin mövcud olduğunu bilməlidir. Özünün demokratik cəmiyyət
və qanunun aliliyi qarşısında məsuliyyət və hüquqlarını bilməli; Gürcüstanda insan haqlarının
müdafiəsinin beynəlxalq dairələri, insan haqlarının müdafiəsinin mexanizm və vasitələrini
tanımalıdır və sair.
Şagird özünü öz ailəsinin, cəmiyyətin, məktəb icmasının və sinfin, qonşu icmanın, referent
qrupun (bu və ya digər etnik, dini azlığın, yaxud imtiyazlı xalqın və s.), gürcü cəmiyyətinin
üzvü kimi dərk etməli; öz ölkəsinin cəmiyyətinin və referent icmasının mədəniyyətini tanımalı;
Gürcüstanda və ya dünyada yaşayan başqa cəmiyyətlərin mədəniyyətlərini tanımalı; qayğı
əxlaqının nə olduğunu və nə üçün dəyərli olduğunu analiz etməlidir və s.
Şagird addım-addım, pillələrlə öz ölkəsinin iqtisadi vəziyyətinin əsas aspektləri ilə tanış
olmalıdır: malın, xidmətin, əməyin və işçi bazarının, minimal əmək haqqının, alıcılıq
qabiliyyətini və s; imkan daxilində, sahibkarın hüquq və vəzifələri, məsuliyyət və etik
istifadənin əhəmiyyəti və prinsipləri şəffaflığının əhəmiyyəti barəsində məlumatı olmalıdır və s.
Şagird addım-addım, pillə-pillə dayanıqlı inkişaf, ətraf mühitin müdafiəsi, sağlam həyat tərzi,
həyat və sağlamlıq üçün təhlükəli vəziyyətlərin qiymətləndirilməsi, fövqəladə durumlarda
hərəkət, fərdi və kollektiv müdafiənin imkanlarından istifadə, həkimə çatdırılanadək
zərərçəkmişə ilkin tibbi yardımın göstərilməsi kimi sahələrdə biliyə malik olmalı; öz ölkəsinin,
regionunun Avropa və dünyada baş verən proseslərlə əlaqəsini hiss etməli; bütün bu prosesin
qarşılıqlı əlaqəsini dərk etməli; bəşəriyyətin, dünyanın  vahid bir cəmiyyəti kimi qarşısında
dayanan siyasi, iqtisadi, ətraf-mühit və sosial səbəbləri dərk etməlidir.
Bu prosesdə o da nəzərdə tutulur ki, şagirdin informasiya əldə etməklə paralel spesifik və ümumi
bacarıq-qabiliyyətləri inkişaf edir, yüksək əqli dəyərləri formalaşır.
Konkret tematika/məsələlər/konsepsiyalar hər bir sinif və fənn proqramlarının məzmununda
açıqlanır. Qeyd edilmiş biliyin əldə edilməsi fənnin spesifikası və ardıcıllığını, eləcə də
şagirdlərin yaş imkanlarını nəzərə alır.
Bacarıq-qabiliyyətlər
Doğma ölkənin və dünyanın tarixi-coğrafi hadisələrinin öyrənilməsi prosesində şagirdin
aşağıdakı qabiliyyətləri inkişaf etməlidir:



Məkanda oriyentasiya

İnformasiyanın axtarılması və təşkili

Kommunikasiya

Öyrənmək qabiliyyəti

Tədqiqat

Yaradıcılıq qabiliyyəti

Faktların və hadisələrin, tarixin interpretasiyası

Əyaniliklərin istifadəsi və yaradılması

Coğrafi hadisələrin proseslərin və qanunauyğunluqların yayılmasının
müəyyənləşdirilməsi

Əməkdaşlıq

Vətəndaşlıq mövqeyinin işlənib hazırlanması, tənqidi və müdafiəsi

Tolerantlıq

Fərdi və ictimai problemlərin analizi və müxtəlif məsələlər arasında əlaqələrin
müəyyənləşdirilməsi

Fərdi və ictimai problemlərin həlli

İctimai vəziyyətlərin və proseslərin modelləşdirilməsi

Həyat və sağlamlıq üçün təhlükəli vəziyyətlərinin qiymətləndirilməsi

Fövqəladə vəziyyətlərdə fəaliyyət
Vəzifələr
Şagirdlərdə yüksək mənəvi dəyərlərə əsaslanmış vəzifələr formalaşmalıdır:

İnsan həyatına, mənliyinə və hüquqlarına hörmət etmək

Şərik olmaq və qayğı göstərmək

Vətən sevgisi

Prinsipiallıq və vətəndaşlıq şücaəti

Vicdanlılıq və əməksevərlilik

Tarazlıq

Tolerantlıq

Peşəkarlıq

Doğruluq və qanuna hörmət

Təhlükəsiz həyat tərzi sürmək

Insan həyatına qəsd etməmək və onun sağlamlığına qayğı göstərmək

Dövlətə və onun qəhrəmanlarına hörmət etmək
q) İctimai elmlərin müxtəlif pillələrdə tədrisi
İbtidai pillə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə