Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
1   2   3   4   5   6   7

inkişafının real faktlarına, həmçinin MDB ölkələrində iqtisadiyyatın transformasiyası

təcrübəsinə birbaşa zidd olmaqla, elmin predmetini birtərəfli təqdim edir. Bu isə

elmi məntiqə uyğun gəlmir.

Bu istiqamətin böhranı bir formalarda təzahür edir. Həmin formaların əksəriyyəti

onunla  bağlıdır  ki,  nəzəriyyə  xalis  bazar  iqtisadiyyatı  sistemi  çərçivəsinə  yer-

ləşməyən mürəkkəb iqtisadi münasibətlər və hadisələr dünyasını əks etdirir. Buna

görə bir sıra sosial-iqtisadi prosesləri standart mikroiqtisadiyyat və makroiqtisadiyyat

kurslarında  təsvir  edilmiş  yanaşmalara  əsaslanaraq  izah  etmək  prinsip  etibarilə

mümkün deyil. Müvafiq olaraq, bu doktrinaya əsaslanan iqtisadi siyasətin reseptləri

hətta qərb ölkələri üçün də yaramır.

Birtərəfli  yanaşmanın  mahiyyəti  ondan  ibarətdir  ki,  istiqamətlərdən  biri

bəşəriyyəti xilas etmək missiyasını öz üzərinə götürür və yeganə düzgün nəzəriyyə

olmaq hüququnu mənimsəyir. Aşkardır ki, iqtisadi siyasət, eyni zamanda iqtisadi

nəzəriyyənin  bütün  əsas  istiqamətlərinin  nəticələrinə,  yəni  bütövlükdə  iqtisadi

nəzəriyyəyə  söykənməlidir.  Yalnız  bu  şərtlə  iqtisadi  nəzəriyyə  cəmiyyətdə  öz

funksiyasını - öz nəticələrində bütün faktların məcmusuna əsaslanan elm olmaq,

gerçəkliyi və praktik həyatın hadisələrini özünəməxsus formada reallığı canlandır-

maq funksiyasını reallaşdırır, cəmiyyət isə öz iqtisadi siyasəti üçün əsas əldə edir.

Bu, yalnız siyasi iqtisadın sayəsində mümkündür.

5. Müasir dövrün çağırışları və onların iqtisadi nəzəriyyədə əks olunması

Dünyada baş verən hadisələrin izahı sahəsində mövcud paradiqmaların mühüm

dəyişikliklərə uğraması, yeni və az öyrənilmiş hadisələrin və proseslərin yaranması

XXI əsrin əvvəli üçün səciyyəvi əlamətlər hesab edilə bilər. Bütün bunlar dərin elmi

araşdırmalar aparılmasını, iqtisadi nəzəriyyənin yenilənməsini və bununla əlaqədar,

müasir iqtisadi nəzəriyyənin yeni redaksiyada şərh olunmasını tələb edir.

XX əsrin ikinci yarısında və XXI əsrin başlanğıcında iqtisadiyyatın və cəmiyyətin

inkişafı başqa xarakter daşıyır. Dəyişikliklərin əsas istiqamətləri cəmiyyətin xüsusi

sferası kimi iqtisadiyyata birbaşa təsir göstərir və beləliklə, iqtisadi nəzəriyyənin

predmetinin dəqiqləşdirilməsi məsələsi, biliklər və innovasiyalar cəmiyyətində onun

taleyi məsələsi gündəmə gəlir. İnformasiya cəmiyyəti reallığa çevrilmiş və iqtisadi

fəaliyyət prosesində insanların münasibətlərinin dəyişməsi də daxil olmaqla yeni

iqtisadiyyatın postsənaye texnologiya əsaslarının üzə çıxmasına imkan vermişdir.

Yeni iqtisadiyyat intellektual resurslara, elm və informasiya tutumlu texnologiyalara

əsaslanır. Yüksək texnologiyaların dünya bazarında elm tutumlu məhsulların illik

dövriyyəsinin  neft,  qaz  və  neft  məhsulları  da  daxil  olmaqla  xammal  bazarı

dövriyyəsindən bir neçə dəfə artıq olması da bunu sübut edir.

Bəşəriyyətin inkişafının bu yeni mərhələsi artıq başlanmışdır və iqtisad elminin

və iqtisadi nəzəriyyənin (siyasi iqtisadi) qəti mövqe tutmasını tələb edir. İndi infor-

104

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


masiya yalnız qərarlar qəbul olunmasına təsir göstərən amillərdən biri və ya iqtisadi

artım modellərində texniki tərəqqinin rolunu əks etdirən komponentlərdən biri deyil.

Məsələ daha dərindir. İnformasiya cəmiyyətində məhsuldar fəaliyyətin məzmunu

dəyişir. Məhsuldar fəaliyyət haqqında sənaye dövründə yaranmış təsəvvür - əmtəə

(maddi) istehsalı ilə bağlı olmayan hər bir fəaliyyətə qeyri-məhsuldar fəaliyyət kimi

baxılması həmişəlik keçmişdə qalmışdır.Bununla əlaqədar, bazar iqtisadiyyatında

məhsuldar və qeyri-məhsuldar əmək haqqında hələ XVIII əsrin sonunda Şotlandiya

alimi A.Smit (1723-1790) tərəfindən qoyulmuş sual XXI əsrin başlanğıcında yeni

cavablar tələb edir.

İnformasiya istehsal vasitələrinin tərkib hissəsi anlayışının özünü dəyişdirir. Sə-

naye dövründə əsas istehsal amillərinə əmək, torpaq və kapital aid idisə, bu gün on-

lara iqtisadi informasiya (yəni iqtisadi fəaliyyətin obyektləri və bu fəaliyyətə təsir



edən hadisələr haqqında, onların parametrləri, təsərrüfat həyatında qeyri-müəyyən-

liyi və zəruri biliklərin natamamlığını azaldan xüsusiyyətlər və vəziyyətlər haqqında

məlumatlar) da əlavə olunmuşdur. Texnologiyaları, insan kapitalını və iqtisadi pros-

eslərin idarə olunmasını əhatə edən vahid informasiya məkanında bu prosesin bütün

amilləri məcmu halda, onların formasından asılı olmayaraq, nemətlər yaradılması

vasitəsidir.

Müasir informasiya cəmiyyətində iqtisadiyyatın  sosial strukturu da dəyişir. Belə

ki,  XX  əsrdə  sahibkarlar,  biznesmenlər,  sənaye  müəssisələrinin  rəhbərləri

cəmiyyətdə əsas fiqurlar sayılırdısa, hal-hazırda yeni iqtisadiyyatın “yeni insanları”

sırasına alimlər, riyaziyyatçılar, iqtisadçılar və intellektual texnologiyanı yaradan

şəxslər daxildir. Belə cəmiyyətdə yaradıcı əmək iqtisadi dominanta çevrilir. Yaradıcı

əməyin məhsulu sənaye dövru üçün səciyyəvi olan maddi məhsul deyil, informasiya

məhsuludur. Nemətlərin həm fiziki, həm də iqtisadi forması dəyişir: onlar qeyri-

maddi və qeyri-əmtəə xarakteri kəsb edir, yəni informasiya məhsullarının yaradıl-

ması, bölgüsü və istifadəsi ilə bağlı ictimai münasibətlərin puldan istifadə edilməklə

əmtəə mübadiləsi ilə əlaqəsi yoxdur. İnkişafın məhdud amilləri sırasına torpaq, işçi

qüvvəsi və ya kapital deyil,  informasiya aid edilir, bu səbəbdən iqtisadi və siyasi

hakimiyyət informasiya istehsalçılarının əllərində cəmləşir.

İqtisadi  fəaliyyətin  effektivliyi  anlayışı  dəyişir.  Bu  prosesi  əmək-dəyər

nəzəriyyəsinə daxil etmək cəhdləri antinomiya ilə qarşılaşır: insan, bir tərəfdən, -

bütün nemətlərin yaradıcısıdır, digər tərəfdən, bu prosesin özündə dolayısı ilə iştirak

edərək onun yanında olur. Postsənaye informasiya inqilabı nemətlərin yaradılmasın-

dan ibarət vahid prosesdə fərdi, kollektiv və ictimai fəaliyyət növləri arasında yeni

nisbətlərin yeni metodologiya əsasında tədqiqini və araşdırılmasını tələb edir. İnfor-

masiya  cəmiyyəti  şəraitində  fəaliyyətin  kütləvi  şəkildə  fərdiləşməsi,  “ev

təsərrüfatı”nın rolunun dəyişməsi insan fəaliyyətinin yeni struktur sintezinin təza-

hürləridir. Bütün bu hadisələri insanla maddi dünya arasında münasibətlərin pri-

matını  nəzərdə  tutan  iqtisadi  səmərəlilik  baxımından  qəbul  edilmiş  yanaşma



105

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə