ümumiləşmə tələb edir. Buna görə fənlərarası sinergetik tədqiqatların çoxaldığı və
iqtisadi təhlil vasitələrinin genişləndiyi şəraitdə iqtisadi nəzəriyyənin ayrı-ayrı fən-
lərə parçalanması yox, əksinə, onun fundamental bir elm kimi tədqiqat predmetinin
yetkinləşməsi prosesi gedir. Bu gün iqtisadi nəzəriyyənin predmetinə iqtisadi hadi -
sələrin və iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi
tədqiqatların metodoloji əsaslarının işlənib hazırlanması ilə yanaşı, xüsusi və sahə
iqtisadi tədqiqatlarının predmetodoloji ümumiləşdirilməsi baxımından yanaşmaq
lazımdır.
İqtisad elmləri sisteminə nəzər yetirsək, iqtisadi nəzəriyyənin bu sistemdə tut-
duğu yer və yaradıcı funksiyaları daha aşkar görünə bilər. Çünki iqtisadi nəzəriyyə
iqtisadi sistemi bütövlükdə araşdırır, onun ümumi iqtisadi qanunauyğunluqlarını və
qarşılıqlı əlaqələrini öyrənir. Sahə iqtisad elmləri isə əvvəla, iqtisadi biliklərin struk-
turunun qalan elementlərini təşkil edir, ikincisi, əmək bölgüsünün inkişafına, milli
və dünya təsərrüfatının müvafiq surətdə mürəkkəbləşməsinə daha həssaslıqla reak-
siya verir və nəhayət, bu və ya digər ölkə iqtisadiyyatının milli xüsusiyyətlərini
özündə təcəssüm etdirir. Ayrı cür ola da bilməz. Milli xüsusiyyətlərə, milli
özünəməxsusluğa söykənməyən iqtisad elmlərini bünövrəsi olmayan bir binaya
bənzətmək olar. Dolayısı ilə ümumi iqtisadi qanunauyğunluqlarla yanaşı milli xü-
susiyyətlərdən doğan iqtisad elmlərinin özünəməxsusluqlarının da nəzərə alınması
çox mühüm bir məsələdir.
Son onilliklərdə dünyada baş verən inkişaf prosesləri göstərir ki, bazar prinsipləri
qlobal miqyasda yayılır. Bu baxımdan yanaşdıqda bazar iqtisadiyyatının universal
iqtisadi nəzəriyyəsindən və ümumi prinsiplərindən danışmaq olar. Amma bu o demək
deyil ki, bazar iqtisadiyyatının universal, hamı üçün ümumi olan bir modeli mövcud-
dur. Hər ölkənin öz milli xüsusiyyətlərinə daha çox uyğun gələn milli bazar mo -
dellərini də inkar etmək olmaz [3]. Bu hal, eyni zamanda Azərbaycanda da bazar
münasibətlərinin yaranmasında və formalaşmasında özünü göstərməlidir. Bu və ya
digər ölkələrdəki fərqli bazar modellərinə xas olan ümumi və xüsusi prinsiplər, qa-
nunlar iqtisadi nəzəriyyənin tədqiqat predmeti ola bilər. Lakin bu məsələlər sahə
iqtisad elmləri tərəfindən də araşdırılmalı və daha konkret formalarda təhlil olun-
malıdır.
İqtisadiyyatın, onun qarşılıqlı əlaqə və qanunauyğunluqlarının sistemli şəkildə
öyrənilməsinin təmin edilməsi son vaxtlar iqtisadi nəzəriyyənin başlıca problem-
lərindən birinə çevrilmişdir. Təkrar istehsal və onun iqtisadi artımı fərdi səviyyədə
və ictimai miqyasda baş verir. Deməli, struktur baxımından iqtisadi nəzəriyyə özündə
mikroiqtisadiyyatı və makroiqtisadiyyatı ehtiva edir. İqtisadiyyatın iki əsas səviyyəyə
mikro və makroiqtisadiyyata bölünməsi və bunların vahid iqtisadi sistem çərçi -
vəsində öyrənilməsinə hansı nəzəri metodoloji prinsiplərlə yanaşılması elmin ən ak-
tual məsələsidir. Mikro və makroiqtisadiyyat səviyyəsində elmi-nəzəri təhlil iqtisadi
nəzəriyyənin predmetidir. Bu, hazırda tədris olunan iqtisadi nəzəriyyə kursunda ən
100
Ə.Babayev
XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...
2(128)
/2016
çox təhlil olunan problemdir. Burada əsas məsələ mikro və makroiqtisadiyyata, onun
izah və şərhinə hansı elmi üsullarla yanaşılması başlıca yer tutur. Tədris prosesində
mikro və makroiqtisadiyyatın vəhdəti və fərqi, kəmiyyət və keyfiyyət cəhətləri
nəzərə alınmaqla təhlil süzgəcindən keçirilməlidir. Bu məsələyə elmi yanaşma iqti-
sadi qanunların və kateqoriyaların (rəqabət, tələb, təklif, qiymət, pul, kredit və s.),
iqtisadi idarəetmə prinsiplərinin mikro və makroiqtisadi səviyyədə dərk edilməsi və
onların fəaliyyət mexanizminin aşkara çıxarılmasına yönəldilməlidir. Bu metod
eynilə milli iqtisadiyyatın elmi - nəzəri təhlilində də tətbiq olunmalı, bu sahədə milli
iqtisadiyyata xas olan xüsusiyyətlər də nəzərdən qaçırılmamalıdır.
Qeyd etmək lazımdır ki, metodoloji baxımdan iqtisadi nəzəriyyənin mikro və
makroiqtisadi səviyyələri heç də iki ayrı-ayrı müstəqil elm deyildir. Bunlar daha çox
ümumi predmeti olan vahid iqtisadi nəzəriyyənin tədqiqat quruluşunu əks etdirir.
Qərbi Avropa ölkələrinin aparıcı universitetlərinin təcrübəsinə istinad edərək son il-
lərdə bir sıra MDB ölkələrində bakalavr tədris pilləsində yeni tərtib edilən tədris
planlarında iqtisadi nəzəriyyənin yerinə mikroiqtisadiyyat və makroiqtisadiyyat fən-
lərinin ayrı-ayrılıqda salınması fundamental elm olan, iqtisad elmlərinin anatomiyası
sayılan iqtisadi nəzəriyyənin tam və hərtərəfli öyrənilməsi və mənimsənilməsini
çətinləşdirir, onun iqtisad elmləri sistemində yerini və rolunu tam əks etdirmir.
İqtisadi nəzəriyyə bütün konkret iqtisad elmləri üçün nəzəri- metodoloji əsasdır.
Konkret iqtisadi problemləri öyrənən xüsusi iqtisad elmlərindən fərqli olaraq, iqtisadi
nəzəriyyə iqtisadiyyat haqqında ümumnəzəri elm sayılır. Konkret iqtisad elmlərinin
də nəzəri hissəsi vardır, lakin onlar iqtisadi nəzəriyyənin çıxardığı nəticələrə əsas -
lanır. Müəyyən fəaliyyət dairəsində təsərrüfat subyektlərinin qarşılıqlı əlaqəsinin və
fərdi davranışının nəticəsi kimi təzahür edən iqtisadi proseslər konkret iqtisad elmləri
tərəfindən xüsusi hal kimi tədqiq edilir. Təzahür formasından asılı olmayaraq bu
iqtisadi proseslərin mahiyyəti iqtisadi qanunların fəaliyyətinin nəticəsi kimi iqtisadi
nəzəriyyə tərəfindən öyrənilir. Elmi ümumiləşdirmələr əsasında iqtisadi kateqo -
riyaların mahiyyətini müəyyənləşdirməklə iqtisadi nəzəriyyə konkret iqtisad elmlə -
rinə tədqiqat və nəzəri ifadə üçün metodoloji əsas yaradır. İqtisadi nəzəriyyənin
funk siyası iqtisadi qanunları öyrənmək, tədqiq etmək və üzə çıxarmaqdır. İnsanların
iqtisadi fəaliyyəti isə iqtisadi qanunlar çərçivəsində həyata keçirilir. Belə ki, iqtisadi
qanunları nəzərə almadan həyata keçirilən iqtisadi fəaliyyət uğursuzluğa məhkum-
dur.
Bu gün cəmiyyətdə iqtisadi nəzəriyyənin rolu böyükdür. O, iqtisadi siyasətin və
təsərrüfat fəaliyyətinin əsası olmaqla yanaşı, cəmiyyət, onun quruluşu və fəaliyyəti
haqqında elmi, sistemləşdirilmiş biliklər işləyib hazırlamalıdır. İqtisadi nəzəriyyə
keçid dövrünü yaşadığımız bir vaxtda yeni iqtisadi sistemin formalaşmasının daha
səmərəli yollarını müəyyən etməyə imkan verən milli iqtisadi modellərin işlənib
hazırlanmasının elmi əsaslarını müəyyənləşdirməlidir.
Müasir dövrdə iqtisadi nəzəriyyənin rolunun artması heç də onun bir elm kimi
101
Ə.Babayev
XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...
2(128)
/2016