Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
1   2   3   4   5   6   7

nə predmetinin və məqsədinin istiqamətinin dəyişməsi, nə də onun bütün iqtisad

elmləri sistemi arasında əriməsi demək deyildir. İqtisadi nəzəriyyə ilə digər iqtisad

elmləri  arasında  sərhəd  xətlərinin  götürülməsi,  onların  qovuşması  iqtisadi

nəzəriyyənin zəifləməsini, onun spesifikliyinin, rolunun və məqsədinin tam inkar

edilməsini ifadə edərdi və bu da bütün iqtisad elmlərinə böyük zərbə vurmuş olardı.

İndi sosial-iqtisadi problemlərin tədqiq edilməsində iqtisadi nəzəriyyəyə diqqətin

artmasından digər nəticələr çıxartmaq lazımdır. Müasir sosial-iqtisadi problemlərin

qarşılıqlı əlaqəli xarakter alması, onların kompleks öyrənilməsini tələb edir. Müxtəlif

iqtisad elmlərinin ixtisaslaşmasını saxlamaqla, onların qovuşması deyil, kooperasiya

olunması zəruridir. Söhbət heç də sadə kooperasiyadan deyil, elmlər arasında əmək

bölgüsünə əsaslanan kooperasiyadan gedir. İqtisad elmlərinin belə kooperasiyasında

iqtisadi nəzəriyyə onun özəyini, nəzəri və metodoloji əsasını təşkil etməlidir.

Bütün bunlar onu göstərir ki, tətbiqi elmlərin iqtisadi nəzəriyyədən kənar inkişafı

mümkün deyil, çünki iqtisadi nəzəriyyə tətbiqi iqtisad elmlərilə qarşılıqlı əlaqəli

şəkildə inkişaf edir, bu elmlərlə birlikdə cəmiyyətin ümumiqtisadi problem-lərinin

araşdırılmasında və tövsiyələr verilməsində iştirak edir. Budaqlar ağacın kökü inkişaf

etmədən böyüyüb çiçəklənmədiyi kimi iqtisad elmləri də iqtisadi nəzəriyyədən kənar

inkişaf edə bilməzlər.



4. Müasir iqtisadi nəzəriyyə və onun struktur hissələri

Bəs iqtisadi nəzəriyyəni necə tədris etməli? Ən yaxşısı bu olardı ki, iqtisadi fikrin

bütün tarixi ərzində qazanılmış nailiyyətləri müasir əsasda inteqrasiya etməyə qadir

iqtisad elminin yeni nəzəriyyəsi, yeni konsepsiyası meydana gəlsin. Amma belə bir

nəzəriyyə hələ ki, yoxdur, ona görə də iqtisadi nəzəriyyə kursunda onun müxtəlif

istiqamətlərini üzə çıxartmaq, onları imkan daxilində paralel olaraq  tədris etməyə

çalışmaq lazımdır.

Hazırda ən çox səslənən fikir bundan ibarətdir ki, ümumi nəzəri səciyyəli iqtisadi

problemlər “müasir iqtisadi nəzəriyyə” adlanan nəzəriyyə çərçivəsində nəzərdən

keçirilir. Zənnimizcə, belə nəzəriyyə altında elmi iqtisadi fikrin uzun illər ərzində

toplanmış elmi bilikləri əks etdirməyə, onların yenidən qiymətləndirməsini həyata

keçirməyə qabil olan və yeni nəticələr əldə etməyə imkan verən, hələ ki mövcud ol-

mayan, amma son dərəcə zəruri istiqamət nəzərdə tutulmalıdır.

Vahid predmeti, vahid təhlil və ifadə metodologiyası olan vahid elm kimi “müasir

iqtisadi nəzəriyyə”, bütün bölmələrində eyni cür şərh olunan kateqoriyalar (iqtisadi

anlayışlar) sistemi kimi, yəni ümumdünya iqtisadi fikrinin inkişafının həqiqi elmi

sintezi, müasir dünya sosial-iqtisadi inkişafının realiləri və tendensiyaları ilə təs-

diqlənən əsas nailiyyətlərinin inteqral bilgisi kimi hələ mövcud deyil. Müasir iqtisadi

nəzəriyyə, real fakt kimi, hələ ki, nə “üzvi”, nə də “inteqral” sistemi deyil, sistemi

bilavasitə metodoloji prinsipləri ilə fərqlənən iqtisadi nəzəri istiqamətlərin, doktri-

102

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


naların məcmusu kimi əks etdirən ümumi bir anlayışdır.

Müasir iqtisadi nəzəriyyənin ümumi hüdudlarını və onun sahəsinin predmet struk-

turunu fərqləndirmək lazımdır. Gerçəklikdə iqtisadiyyat mürəkkəb struktura malikdir

və onda üç səviyyə fərqləndirilir. Birincisi, müasir iqtisadi struktur sosial-iqtisadi

münasibətlərin məcmusu kimi dəyərləndirilə bilər ki, onun da mərkəzində iqtisadi

quruluşun xarakteri, mənimsəmə üsulu durur və iqtisadi münasibətlərin özləri isə

məhsuldar qüvvələrin ictimai forması kimi çıxış edir. İkincisi, o, iqtisadiyyatda əmtəə

və xidmətlərin, resursların və maliyyə axınlarının hərəkəti prosesində formalaşan və

resurslardan rasional istifadə, makroiqtisadi sabitliyin və ümumi iqtisadi müvazinətin

təmin edilməsi üzrə fəaliyyəti əks etdirən funksional əlaqələrin məcmusu kimi başa

düşülə bilər. Üçüncüsü, bu struktur iqtisadiyyatda özünü təsbit etmiş institutların

məcmusu ola bilər. Bu rəngarəngliyinə görə iqtisadiyyatı bir koordinatlar sistemi

çərçivəsində nəzərdən keçirmək olmaz, buna görə də ona nəzəri baxışlar çoxaspektli

olmalı və özündə müxtəlif təhlil növlərini ehtiva etməlidir. Gerçəkliyin adekvat

əksinə iddialı olan müasir iqtisadi nəzəriyyə özündə ümumi bir predmetlə - iqtisadi

münasibətlərlə birləşən bir neçə istiqaməti ehtiva etməlidir, özü də bu istiqamətlərin

hər birinin bilavasitə öz, daha dar predmeti - sosial-iqtisadi münasibətlər, funksional

iqtisadi əlaqələr, iqtisadi institutları var. Bu yanaşmaya müvafiq olaraq müasir iqti-

sadi nəzəriyyənin əsas struktur hissələri qismində aşağıdakıları göstərmək olar.

a)  Sosial-iqtisadi nəzəriyyə (siyasi iqtisad). Onun predmeti bilavasitə cəmiyyətin

sosial-iqtisadi sistemini, iqtisadi quruluşunu, onların forma və modellərini

araşdırmaq və öyrənməkdir. 

b) Məhdud resurslardan rasional istifadə nəzəriyyəsi (Ekonomiks). Bu sahənin

bilavasitə predmeti isə iqtisadi münasibətlərin mikrosəviyyədə (mikroiqti-



sadiyyat)  və  makrosəviyyədə  (makroiqtisadiyyat)  həyata  keçirilməsinin

təhlilini özündə ehtiva edir. 

c) İnstitusional iqtisadi nəzəriyyə. Burada isə iqtisadi sistemin məzmunu iqtisadi

və digər təsisatların qarşılıqlı əlaqəsi fonunda nəzərdən keçirilir və onların iqti-

sadiyyatın  inkişafına təsiri araşdırılır. 

Beləliklə, müasir şəraitdə iqtisadi nəzəriyyənin yeni strukturu formalaşır. Bu halda

neoklassik istiqamət və formalaşmaqda olan müasir institusional istiqamətlə yanaşı,

siyasi iqtisad da sosial-iqtisadi təlim kimi xüsusi rol oynayır və iqtisadi həyatın

hərtərəfli təhlilinə xidmət edir. 

Elmin müxtəlif istiqamətlərinin vəhdəti sayəsində birtərəfli biliklərlə fundamental

iqtisadi nəzəriyyə arasında əsas ziddiyyətin aradan qaldırılması həmin nəzəriyyənin

potensialının təşkili və iqtisadi nəzəriyyə elminə praktiki tələbat yaranması üçün

böyük əhəmiyyət kəsb edir. Müasir iqtisadi nəzəriyyənin inkişafını bir istiqamətin -

məhz məhdud resurslardan səmərəli istifadə (“meynstrim”) nəzəriyyəsi ideyalarının

təntənəsi kimi təsəvvür etmək,  bu istiqaməti müasir dövrdə universal və hətta yeganə

elmi  nəzəriyyə  hesab  etmək  cəhdləri  müasir  iqtisad  elminin  və  praktikanın



103

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə