imkan versin [4, 6.]. Buna görə iqtisadi təhlilin metodoloji prinsiplərinin əsaslı şə -
kildə dəyişməsi və iqtisadi nəzəriyyə üzrə tədris fənninin plüralistik əsasda yenilən-
məsi yolu ilə müasir dövrün tələblərinə cavab verən metodların daha səmərəli tətbiqi
problemi aktuallaşır.
İqtisad elminin yeni konsepsiyası olmadığına görə iqtisadi nəzəriyyə kursunda
əks metodoloji istiqamətləri (klassik və neoklassik) üzə çıxartmağa çalışmaq lazım
gəlir. Hazırda belə bir fikir yayılmışdır ki, vahid iqtisadi nəzəriyyə yoxdur, yalnız
bir sıra ayrılmış iqtisadi konsepsiyalar vardır. Belə mülahizələr məqbul olmasa da,
hər bir metodoloji istiqamətin başqa istiqamətlərlə əlaqəsini inkar etmək olmaz. On-
ların arasında siyasi iqtisad, ekonomiks və son zamanlar geniş yayılmış institusional
iqtisadiyyat daha əsaslı şəkildə tədqiq edilmişdir.Sual olunur: “Bunların əsasında
vahid iqtisadi nəzəriyyə yaratmaq olarmı?”. Bu suala birmənalı cavab vermək
çətindir. Fikrimizcə, bu hər şeydən əvvəl, “iqtisadi nəzəriyyə” söz birləşməsindəki
nəzəriyyə sözünün sırf nəzəri anlayışlar və izahlar əsasında formalaşdığından və
təkamül etdiyindən irəli gəlmişdir.
Son illərdə tədris prosesində ekonomiksin metodologiya və metodikasına
əsaslanan mikroiqtisadiyyat və makroiqtisadiyyat kurslarında istifadə edilməsi ilə
əlaqədar iqtisadi nəzəriyyənin “riyaziyyatlaşması” baş vermişdir. Zənnimizcə,
cəmiyyətin iqtisadi həyatına “ekonomiks” prizmasından nəzər salsaq, görərik ki,
onun imtina etdiyimiz ənənəvi siyasi iqtisadla müqayisədə nöqsanları heç də az
deyil dir. Bəli, siyasi iqtisadın əvvəlki kursları məddahlıq xarakterli mərkəzləşdirilmiş
- bölgü, əsasən də inzibati-amirlik iqtisadiyyatı ilə fərqlənirdi. Lakin dünya iqtisad
elminin istiqamətlərindən biri ilə bağlı özütənzimlənən sistem olaraq, bazar iqti-
sadiyyatının abstrakt nəzəri ifadəsi kimi, “ekonomiks” də müasir dövrün bir çox su-
allarına və tələblərinə cavab vermir. “Ekonomiks” keçid nəzəriyyəsi, özəlləşdirmə,
liberallaşma, mülkiyyət və onun dəyişdirilməsi, qeyri bazar iqtisadi sistemi, bazarın
konkret-tarixi, yəni meydana gəlməsi və keçici sistem olması, iqtisadiyyatın, onun
sosiallaşdırılmasının idarə oluna bilməsinin sürətləndirilməsi, fəaliyyət göstər-
məsində və inkişafında sosial-mədəni amillərin əhəmiyyətinin artırılması kimi əsas
meyillərə faktiki olaraq reaksiya vermir. Standart makroiqtisadiyyatın tərkibində
böhranların səbəbləri və ya onların olmaması, bu və ya digər artım keyfiyyətinin
səbəbləri, artım və inkişaf, sosial-humanitar tərəqqinin iqtisadi əsasları suallarına
cavab tapmaq qeyri mümkündür. Bundan əlavə, “ekonomiks” yalnız mübadilə və
istehlakçı seçimi deyil, istehsal və bölgü prosesində müxtəlif iri insan qrupları
(sinif lər, təbəqələr) arasında real ictimai münasibətlərin tədqiqatı problemlərini də
kənarda qoyur. Bunun nəticəsi olaraq həm istehsal-iqtisadi, həm də sosial-iqtisadi
problemlər əsasən inkar olunur. İqtisadyönümlü mütəxəssislərin iqtisadi təhsilini
“ekonomiks”in dar çərçivəsi ilə məhdudlaşdırmaq bu təhsili kasıblaşdırır, onu ümu-
miyyətlə, müasir sosial-iqtisadi reallıqlardan, xüsusən ölkənin iqtisadi həyatından
ayrı salır.
96
Ə.Babayev
XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...
2(128)
/2016
Söhbət heç də tədris prosesində “ekonomiks”dən imtina olunmasından getmir.
Lakin vəzifə tədris prosesində ölkənin sosial-iqtisadi gerçəkliyini daha dolğun şə -
kildə işıqlandırmaqdan, ölkədə bazar iqtisadiyyatının təşəkkülündəki ziddiyyətləri
görməkdən ibarətdir. Həm də bu ziddiyyətləri Qərbin abstrakt nəzəri mühakimələrinə
deyil, ilk növbədə, keçmişimizə və indimizə arxalanaraq, eyni zamanda müəyyən
dərəcədə gələcəyə nəzər salaraq göstərmək lazımdır.
Ekonomiks iqtisadi nəzəriyyənin mühüm, lakin yeganə olmayan hissəsidir. Buna
görə də iqtisadi təhsilin tam dolğun olması məqsədi ilə iqtisadi nəzəriyyənin bütün
elmi məktəblərini öyrənmək və mənimsəmək lazımdır. Çünki yalnız bu yolla iqti-
sadiyyat və onun ictimai inkişafda yeri haqqında hərtərəfli və dərin təsəvvür for-
malaşdırmaq olar. Təsadüfı deyil ki, son illərdə ABŞ, Avropa və Yaponiya kimi
inkişaf etmiş ölkələrin universitetlərində tələbələrin müasir problemlərin həllində
siyasi iqtisadın öyrənilməsinə ciddi fikir verilir. Azərbaycan ali məktəblərində də
iqtisadi nəzəriyyəni, ekonomiksin bugünkü inhisarçı vəziyyətindən qaçaraq və onu
dəf edərək, bütün rəngarəngliyi ilə tədris etmək vaxtı çatmışdır. Dünya təsərrüfatında
rəqabətin güclənməsi şəraitində ölkənin iqtisadi inkişafı gənc nəslin bəşəriyyətin
formalaşdırdığı iqtisadi biliklərin məcmusuna tam yiyələnməsini, zamanın
tələblərinə hazır olmasını tələb edir.
İqtisadi nəzəriyyənin siyasi iqtisad və ekonomiks istiqamətləri arasında mühüm
fərqlər mövcuddur [7 s.68-70]. Siyasi iqtisad fəlsəfi biliklərin universalizminə,
ekonomiks isə riyazi anlayışın universalizminə üstünlük verir. Ona görə də seçim
məsələsi əslində belədir: real iqtisadiyyatı araşdıran tədqiqatçı üçün nə daha
əhəmiyyətlidir - fəlsəfə yoxsa riyaziyyat, məna, yoxsa hesab? Birincisi, siyasi iqtisad
istehsalda köklü səbəb-nəticə əlaqələrini öyrənir ki, bundan da məqsəd onun
mahiyyət xarakterini açıqlamaqdır. Siyasi iqtisadın ümdə kateqoriyası dəyərdir.
Ekonomiks səthi münasibətləri öyrənir və istehlak seçimini səmərələşdirmək prinsipi
əsasında funksional asılılıqları təsvir edir. Ekonomiks üçün ümdə kateqoriya qiymət-
dir. İkincisi, siyasi iqtisadın metodologiyası obyektiv xarakter daşıyan iqtisadi qa-
nunları, məhz hadisələrin mahiyyəti, mahiyyətlər arasında münasibətlər səviyyəsində
öyrənir və ümumiyyətlə mahiyyəti təzahürdən fərqləndirir,ekonomiksin metodo -
logiyası isə iqtisadi qanunların mahiyyətinə varmadan zahiri iqtisadi formaları və
onların funksional asılılıqlarının araşdırılması ilə kifayətlənir, bazar iqtisadiyyatının
müxtəlif agentlərinin davranışının sosial-psixoloji motivlərinə üstünlük verir.
Üçüncüsü, siyasi iqtisad sosial-sinfi münasibətlərə böyük diqqət yetirir, onu
mülkiyyətin necə bölünməsi və cəmiyyətdə fərdlər, qruplar və siniflər arasında iqti-
sadi münasibətlərin necə təşəkkül tapması maraqlandırır. Ekonomiks sosial cəhətdən
bitərəf fəndir. Bu fənnin əsas problemi nadir və məhdud resurslar aləmində istehsal
agentlərinin (satıcıların və alıcıların) iqtisadi seçimi ilə bağlıdır. Ona görə də
ekonomiksin başlıca vəzifəsi son hədd faydalığı, son hədd məhsuldarlığını araşdır-
maq və tələblə-təklif arasında tarazlığı axtarmaqdır.
97
Ə.Babayev
XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...
2(128)
/2016