Kəskin appendisit
Əsaslar
(appendiks) içində və ətrafında irin yaranır (irinləmə). Perforasiyalar, adətən, soxulcanabənzər çıxıntının
(appendiks) ucunda deyil, obstruksiyadan sonra rast gəlir.
[11]
ƏSASLAR
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.
5
Kəskin appendisit
Prolaktika
PROFİLAKTİKA
6
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.
Kəskin appendisit
Diaqnoz
Xəstəlik hadisəsi tarixçəsi
Xəstəlik hadisəsi tarixçəsi #1
22 yaşlı kişi təcili yardım şöbəsinə müraciət edir və abdominal ağrı, anoreksiya, ürəkbulanma və
subfebril hərarətdən şikayət edir. 6 saat bundan əvvəl qarın nahiyəsinin mərkəzində ağrı başlayıb və
indi, qarın nahiyəsinin sağ, aşağı kvadrantındadır. Ağrı sabitdir və öskürən zaman kəskinləşir. Fiziki
müayinə zamanı subfebril hərarət (38°C; 100.5°F), palpasiya zamanı aşağı sağ kvadrantda ağrı (Mak-
Burney əlaməti), leykositoz (12 x 10^9/L və ya 12,000/mikrolitr) və 85%-lik neytrollər müşahidə edilir.
Xəstəlik hadisəsi tarixçəsi #2
12 yaşlı qız qəətən başlayan, kəskin, ümumi abdominal ağrı və onunla əlaqəli ürəkbulanma, qusma və
ishaldan şikayət edir. Müayinə zamanı qız halsızdır və 40°C (104°F) hərarəti var. Onun qarın nahiyəsi
gərgindir, ümumi həssaslıq və qoruyucu spazm vardır. Bağırsaq səsləri yoxdur.
Digər təzahürlər
Atipik soxulcanabənzər çıxıntı anatomiyası, məs., retrosekal və ya uzun soxulcanabənzər çıxıntı
(appendiks) arxa, bud və ya sol tərəi abdominal ağrı törədə, bu da alternativ intra-abdominal diaqnoz
ilə səhv salına bilər. Daha yaşlı xəstələrdə klassik simptomların olması ehtimalı daha azdır və qeyri-
spesik abdominal ağrı və əlaqədar əlamətlər və ya sayıqlama ola bilər. Bu qrupdakı təzahür və
ya diaqnostikanın gecikməsi yüksək xəstələnmə və ölüm göstəricisi riskinın artması ilə nəticələnir.
Hamiləlik zamanı kəskin appendisit diaqnozu, adətən, gec qoyulur, soxulacanabənzər çıxıntının
(appendiks) yerinin uşaqlıq tərəndən dəyişdirildiyinə görə ağrının lokalizasiyası dəyişir və ürəkbulanma
və qusma kimi simptomlar isə adətən, hamiləliyin özü ilə əlaqələndirilir.
[3]
Mərhələli diaqnostik yanaşma
Adi anamnez və ziki müayinə kəskin appendisit diaqnozunu əldə etmək üçün kifayətdir.
[2]
Lakin, xüsusilə
ABŞ-da belə bir praktika var ki, xəstə appendisitə işarə edən qarın ağrısı ilə təcili yardım şöbəsinə müraciət
edirsə, həmin xəstə hamilə deyildirsə, onun qarın boşluğu və çanağının KT müayinəsi icra edilir.
Sağ qalça çuxuruna meylli mərkəzi abdominal ağrının klassik simptomlarının və əlaqədar anoreksiya
əlamətləri və qusmanın olmadığı atipik təzahürlər zamanı ultrasəs müayinəsi və ya KT müayinəsi icra
edilməlidir. Reproduktiv yaşda olan qadınlarda çanaq patologiyalarının istisna edilməsi üçün çanağın
müayinəsi aparılmalıdır. Sağ tərəi abdominal ağrısı olan, ürəkbulanma və qusması olan hamilə qadınlar
çətinlik yaradır, onlar ultrasəs müayinəsinə istiqamətləndirilməli, daha sonra MRT və ya KT müayinəsi icra
edilməlidir.
[22]
Anamnez
Müraciət zamanı qarında ağrı ən tez-tez rast gələn şikayətdir. Ağrı, adətən, orta-abdominal nahiyədə
başlayır və daha sonra (1-12 saat) sağ, aşağı kvadranta keçir. Adətən, ağrı sabitdir və fasiləli abdominal
spazmlarla müşayiət edilir, hərəkət və öskürək zamanı kəskinləşir.
DİAQNOZ
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.
7
Kəskin appendisit
Diaqnoz
DİAQNOZ
Ağrının yeri soxulcanabənzər çıxıntının (appendiks) mövqeyindən asılı olaraq dəyişə bilər:
• Retrosekal soxulcanabənzər çıxıntı (appendiks) yan və ya bel ağrısı törədir
• Bağırsağın arxasındakı soxulcanabənzər çıxıntı (appendiks) spermatoz arteriya və ya sidik yolunu
qıcıqlandırdığına görə xayalıq ağrısı törədə bilər.
• Çanaqda yerləşən soxulcanabənzər çıxıntı (appendiks) qasıqüstü ağrı törədə bilər.
• Sol, aşağı kvadrantda yerləşən uzun soxulcanabənzər çıxıntının (appendiks) iltihablı ucu həmin
nahiyədə ağrı törədə bilər.
Anoreksiya digər vacib simptomdur, demək olar ki, həmişə kəskin appensiditlə əlaqələndirilir.
[23]
Anoreksiya olmasa, kəskin appendisit diaqnozu sual altındadır. Ürəkbulanma və qusma, həmçinin,
xəstələrin 75%-də rast gəlir.
[23]
Qusma, adətən, bir və ya iki dəfə baş verir. Gecikmiş mərhələdə, tam
qəbizlik baş verir.
Kəskin appendisit xəstələrinin 95%-də əlamətlərin ardıcıllığı, adətən, anoreksiya, daha sonra abdominal
ağrı və daha sonra qusmadan (xəstələrin yalnız 75%-də) ibarətdir.
[23]
Lakin hamilə xəstələrdə,
appendisit diaqnozu ilə əhəmiyyətli əlaqəsi olan əlamətlərə ürəkbulanma, qusma və yerli peritonit
daxildir.
[24]
Simptomlar davam etdikcə və daha yaşlı xəstələrdə (50 yaşdan yuxarı) fəsadlaşmış appendisit (qarın
boşluğudaxili absesin perforasiyası)
[25]
ehtimalı artır.
[26]
Fiziki müayinə
Adətən, həyati əlamətlərdə əhəmiyyətli dəyişiklik olmur. Bədən temperaturu azca artmış ola bilər (orta
hesabla (1°C; 1.8°F). Yüksək hərarətlə müraciət edən xəstələrdə digər diaqnoz nəzərə alınmalıdır.
[27]
Taxikardiya və pis qoxu da mövcud ola bilər.
[28]
Klassik əlamət sağ, aşağı kvadrantda abdominal həssaslığın (Mak-Burney əlaməti) və, appendiks öndə
yerləşirsə, lokallaşmış Şetkin Blümberq simptomunun olmasıdır. Sol, aşağı kvadrantı sıxandan sonra sağ
aşağı kvadrantda ağrı ola bilər (Rovsinq əlaməti).
Qalça-bel əzələsinin (bel əlaməti) dartındığına və ya dartınmış sağ budun daxili fırlanmasına görə
(obturator əlamət), xəstə sol tərəfdə uzanan zaman ağrı başlayır və tədricən sağ tərəfə doğru keçir.
Xüsusilə sağ tərəə sol tərəi müqayisə etdikdə, bağırsaq səsləri azalmış ola bilər.
Soxulcanabənzər çıxıntı (appendiks) atipik mövqedədirsə, klassik abdominal əlamətlər olmaya bilər.
Perforasiyalı xəstələr müraciət edərkən, onların kəskin xəstə olması və gərgin, genişlənmiş qarın
nahiyəsinin, ümumi qoruyucu ksasiyasının mövcudluğu və bağırsaq səslərinin olmaması müşahidə edilə
bilər.
Soxulcanabənzər çıxıntının perforasiyasının piylikdə qalaraq periappendikulyar abseslə nəticələndiyinə
görə, palpasiya olunan kütlə hiss edilə bilər.
Müayinə
Qarın nahiyəsində diskomfortu olan bütün xəstələr qanın ümumi kliniki analizini verməlidir. Adətən,
mülayim leykositoz (10-18 x 10^9/L və ya 10,000 - 18,000/mikrolitr), neytrollərin yüksəlməsi mövcud
olur.
8
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.