Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
5
1991-ci ilin sonunda baĢlayan müharibədən bir-iki il keçəndən sonra demək olar ki, Yuxarı Qarabağın
azərbaycanlılar yaĢayan kəndlərinin əksəriyyəti boĢaldılmıĢdı, qalan yalnız bir neçə iri kənd, ġuĢa və Xocalı idi.
1992-ci ilin baĢlanğıcı Azərbaycan üçün çox ağır oldu. Yanvarda DaĢaltı əməliyyatı uğursuzluqla sona
yetdik-dən sonra bilərəkdən əhali arasında belə bir rəy formalaĢdırırdılar ki, guya Milli Ordumuz hərbi
əməliyyatlar keçirməyə hazır deyil. Məhz bu, bir daha sübut edirdi ki, DaĢaltıda baĢ verənlər qəsdən hazırlanmıĢ
planın həyata keçirilməsi imiĢ. Bunu əməliyyatda bilavasitə iĢtirak edənlər də təsdiqləyirdilər.
Fevralın 11-12-də Qarabağın qədim yaĢayıĢ məskənlərindən biri, ən inkiĢaf etmiĢ kəndlər - Malıbəyli və
QuĢçular kəndləri erməni-rus hərbi birləĢmələrinin hücumlarına məruz qaldı. Hələ yanvarın sonu, fevralın ilk
günlərində bu kəndlərin müdafiəçiləri gözlənilən təhlükə haqqında respublika rəhbərliyini məlumatlandıraraq,
hərbi yardım barədə müraciət etsələr də, nəticə olmadı. Daha doğrusu, yuxarıdan "panika yaratmayın" cavabını
aldılar. Sonradan isə onlara yardım göndəriləcəyi vəd edildi və bu, vəd olaraq da qaldı.
Mütəllibov hakimiyyətinin baĢı ayrı iĢlərə - cəbhəçilərlə münasibətləri aydınlaĢdırmağa qarıĢmıĢdı.
Rəhbərlik yaxınlaĢan bəlaları görmək iqtidarında deyildi.
Bu ərəfədə Xocalı ermənilərin mühasirəsində özünün son günlərini yaĢayırdı. Ağdamın Mərkəzi
meydanında hər gün keçirilən mitinqlərdə Xocalıya təcili kömək göndərilməsi məsələsi qaldırılsa da, kömək
yalnız ərzaqdan ibarət olurdu ki, bunu da rus ordusunun Gəncədəki hissəsinin vertolyotları edirdi. Müharibə
odu, alovu ilə Qarabağı udmağa baĢlamıĢdı.
Malıbəyli və QuĢçular kəndləri iĢğal edildikdən sonra Xocalı, demək olar ki, tam olaraq arxasız-dayaqsız
qaldı. Ermənilərin əl-qolu açılmıĢdı, qətnamələr bir-birini əvəz edirdi.
Növbə Qaradağlıya çatırdı
Müharibə alovu Qarabağı bürümüĢdü. Azərbaycan dövləti sanki bu bölgəni kiminsə, nəyinsə qurbanına
çevirmək niyyətindəydi. Erməni-rus hərbi birləĢmələri ilə bir bölgə - Ağdamdakı könüllü-özünümüdafiə
dəstələri və yeni yaradılmıĢ Milli Ordunun təcrübəsiz əsgərləri, əksəriyyəti xəyanətkarcasına yuxarıların
əmrlərinə tabe olan zabitlər müharibə aparırdılar.
Dinc sakinlərin ərĢə qalxan ah-naləsi, tüstüsü göylərə bülənd olan yaĢayıĢ məntəqələrinin harayı Bakıda
eĢidilmirdi. Paytaxt iqtidar-müxalifət savaĢına hamilə olduğu bir vaxtda cəbhə bölgələrində ermənilər at
oynadır, yurd yerlərimizi darmadağın edirdilər. Kəndlərimiz bir-bir Azərbaycanın xəritəsindən silinir,
Ermənistana qatılırdı. Bu, tarixin ən rüsvayçı müharibəsi idi.
Xocalı faciəsinə gedən yolun son kilometrliyində olan düĢmən Xocalıdan əvvəl Qaradağlı qətliamını
törətdi. Fevralın 16-17-də qədim türk məskəni olan Qarabağlı kəndi dörd tərəfdən düĢmən hücumuna məruz
qaldı. Damarın-dan qeyrət, namus, vətənpərvərlik qanı axan oğul və qızlarımız nə qədər müqavimət göstərsələr
də, mühasirə həlqəsi getdikcə daralırdı. Nəhayət, zülm ədalətə qalib gəldi və daha bir kəndi itirdik. Onlarla igid
oğlumuz qətlə yetirildi, insanlar diri-diri silos quyularına dolduruldu, əsir götürülənlərin əksəriyyəti Xankəndiyə
gedən yoldaca güllələndi. Min cür əzab-əziyyət, iĢgəncə verilən uĢaqlar, qadınlar və qocalar cəhənnəmi gözləri
ilə gördükdən sonra vəhĢicəsinə öldürüldü. Hətta yaralılara da aman verilmədi.
VəhĢiləĢmiĢ daĢnak tör-töküntüləri böyük bir elin varlığına son qoymaqla Xocalıya gedən yolu tamamilə
açdı və yeni hücumlara hazırlaĢmağa baĢladılar.
Ağdam paytaxt olmuĢdu
Qarabağın yeganə ümid yerinə çevrilmiĢ Ağdamda hamı qan ağlayırdı. Kimi düĢmən silahlarını
susdurmaq üçün səngərlərə atılır, kimi yurd yerlərindən qovulmuĢ soydaĢlarımıza dayaq durmaq üçün yollar
axtarır, kimi evsiz-eĢiksiz insanları ovutmaq üçün əlindən gələni edirdi. Ancaq bu, dövlət səviyyəsində deyildi -
Ağdam Azərbaycan iqtidarının bütün vəzifələrini təkbaĢına həyata keçirmək iqtidarında deyildi. Bir tərəfdən də
məğlubiyyətlərimizi gerçəkləĢdirmək, əhalini ruhdan salmaq üçün Bakıdan göndərilən emissarların fəaliyyəti.
Bütün bunlar cəmisi 10 gün sonra baĢ verəcək soyqırımına gedən yolun qısa tarixçəsidir. Zaman əleyhimizə
iĢləyirdi. Fevral soyqırımına hamilə idi. Ġrəlidə bizi ağrılı-acılı günlər gözləyirdi.
Ağdamın baĢ meydanında mitinqlər davam edirdi. Adamlar dövlətdən təcili tədbirlər görməyi tələb edirdi.
Dövlət isə öz baĢının hayındaydı. Belə bir Ģəraitdə faciə labüd idi...
Bakının Azadlıq meydanında və parlamentin binası ətrafında xalqı mitinqlərə toplamaqla, hakimiyyəti ələ
keçirməyə çalıĢan Xalq Cəbhəsini də, vəzifə kreslosunu qoruyub-saxlamağın yollarını arayan ölkə rəhbərliyini
də hələ ki, Xocalının taleyi maraqlandırmırdı. Orda - müharibə bölgəsində 2-3 gülləyə belə, ehtiyac duyulduğu
bir vaxtda Bakıda əlisilahlıların bir qrupu rəhbəri müdafiə etmək, digəri isə rəhbərliyi ələ keçirmək üçün
səfərbər edilmiĢdi. Bakı baĢ Ģəhər rolunu oynaya bilmirdi. Vətəni, xalqı, milləti düĢünənlərin bütün diqqəti
Ağdamda idi-indi baĢ Ģəhər Ağdam olmuĢdu. Amma topsuz, topxanasız...
Ağdam camaatı, rayon rəhbərliyi, könüllü özünümüdafiə dəstələri bir tərəfdən erməni basqıçılarına cavab
verir, yurdundan qovulmuĢ soydaĢlarımızın yerləĢdirilməsi və onlara yardım göstərilməsi ilə məĢğul olur, o biri
Dostları ilə paylaş: |