Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
3
- Fevralın 25-i idi. Gecə ermənilər Xocalıya hücum etdilər. Hərə bir tərəfə qaçırdı. Atam, anam və
qardaĢımla birlikdə meĢəyə tərəf qaçdıq. Üç gün meĢədə ac-susuz qaldıq. Yanımızda bir neçə nəfər soyuqdan
donaraq öldü. Qəflətən ermənilər bizi atəĢə tutdular. Atam və anam həlak oldu. Hər ikisinin meyiti qarın
üstündə qalmıĢdı. Gücümüz çatmırdı ki, onların cəsədini kənara aparaq. Sonra bizi xilas etdilər. Atamı və anamı
Bərdə rayonunda dəfn etdik.
Erməni vəhĢiliyinin iç üzü budur! Türk qanına susayan erməni-daĢnaklarının törətdikləri soyqırım, bu
dəhĢətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarĢısında baĢ verib.
Fevralın 26-sı gününü mən də yaxĢı xatırlayıram. Soyuq, sazaqlı bir qıĢ günü idi. ġelli dağında
ermənilərin əlindən qaçıb qurtulmuĢ uĢaqları, qadınları və qocaları xəstəxanaya yola saldıq. Yaralarından qan
axan bu insanlar bir-birindən - ana baladan, ata oğlundan, qardaĢ bacıdan ayrı düĢmüĢdü. Onları ovundurmaq
mümkün deyildi. Çox dəhĢətli, ürəkparçalayan mənzərə idi. Ağdam özünümüdafiə batalyonları döyüĢə-döyüĢə
Xocalı sakinlərinin cəsədlərini dağlardan, dərələrdən toplayırdı. Ġnsanlığa sığmayan, yalnız erməniyə xas olan
faciə ilə üz-üzə qalmıĢdıq. Sağ qalmıĢ insanlardan kimi dindirsən belə deyirdi: bizim bu sözlərimizi bütün
Azərbaycana çatdırın. Respublikanın rəhbərlərini lənətləyirik. Onlar satın və namərddirlər. Torpaqlarımızı, bizi
qumara qoyublar. Ona görə də tələb edirik ki, Heydər Əliyev Azərbaycana gəlsin, bu xalqı qırğından,
müsibətdən xilas etsin. Nicatımız yalnız ondadır!
Həmin gün gecədən xeyli keçmiĢ Xocalıda vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxundu.
Belə məlumat verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı öldürülüb. Bax, bu zaman Xocalı
soyqırımını dünyaya çatdırmağa çox ciddi maneçilik törətdi. Əhali arasında çaĢqınlıq yarandı. Bəlkə də bütün
bunlar qəsdən edilirdi. Çünki qarĢıda hələ ġuĢa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli
rayonlarının iĢğalı dayanmıĢdı!
Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danıĢan Heydər
Əliyev Xocalı sakinləri ilə görüĢündə demiĢdir: "... biz toplaĢıb Xocalı faciəsinin cavabını verək, Ģəhidlərin
qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın
hüdudlarını tamamilə bərpa edək. Ġnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir".
Xocalı soyqırımının onuncu ili tamam olur. Bu faciə zamanı böyük bir yaĢayıĢ məntəqəsi yer üzündən
silinib, azərbaycanlılara qarĢı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə
bilməsən, gələcək nəsillər bizi heç vaxt bağıĢlamayacaqdır!
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, S.80-83.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
4
Faciəyə gedən yol
Xocalı soyqırımı hazırlanmıĢ plan idi
Ötən əsrin 92-ci ilinin fevralında tarixdə görünməmiĢ qətliam baĢ verdi. Türkləri özlərinin əbədi düĢməni
hesab edən ermənilər məskunlaĢdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhĢiliklər törətməklə, Xocalı
adlı bir yurd yerini yer üzündən sildilər - insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, Ģəhər isə oda
qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. Bəs, bu vəhĢilik, bu soyqırım bir andamı baĢ verdi?
Bunun qarĢısını almaq mümkün idimi? Heç olmasa, insanları xilas etmək olmazdımı? Bu sualların sırasını
sonsuzluğadək uzatmaq olar. Amma nə faydası? Onsuz da onlara doğru-dürüst cavab verən tapılmayacaq. Çünki
o vaxt baĢ verənlərin kökləri və səbəbləri, eləcə də səbəbkarları elə dərin . basdırılıb ki, ordan gələn səslər
eĢidilməz olub.
Əslində isə Xocalı faciəsi əvvəlcədən hazırlanmıĢ plan əsasında törədilmiĢdi. Bu planın müəllifləri
Moskvada oturub, gözəgörünməz barmaqlarını Qarabağda iĢə salmıĢdılar. Kimisi Azərbaycan kimi "yağlı bir
tikəni" əldən verməməyə çalıĢır, kimisi yüz illər boyunca çalıĢdığı arzusuna çataraq, torpaq iddiasını həyata
keçirmək istəyir, kimisi də bu fani dünyada müvəqqəti olan vəzifə kürsüsünə özünü pərçim etmək üçün yüz
hoqqadan çıxırdı. Bütün bu oyunların qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə
yetirilir, əsir-girov götürülür, yurd yerindən qovulurdu. Bir millətin, bir obanın, bir elin taleyinin həll olunduğu
günlərdə hələ də yuxarıdan ssenariləĢdirilmiĢ və səhnəyə qoyulmuĢ tamaĢa davam edirdi...
Söz önü
1991-ci ilin noyabrında çoxdan bəri "ana bətnində" doğuĢa hazır olan qanlı müharibəyə start verildi. Hələ
avqust ayında Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin və Nursultan Nazarbayevin Qarabağa səfərindən
sonra (o vaxt Azərbaycan prezidenti olan Ayaz Mütəllibov Xankəndidə ermənilərlə keçirilən görüşə
buraxılmadı. Bax, onda Qarabağ ətrafında böyük oyunlar getdiyini anlamayan milləti Qarabağsızlıq aqibəti
gözləyirdi və bu, belə də oldu. Siz bu barədə dəfələrlə yazsaq da, səsimizə səs verən tapılmadı, çünki Bakıda da
başqa oyunlar gedirdi - S.Ş.). Birinci Qarabağ müharibəsi ən qızğın Ģəkildə baĢlamıĢdı. Ancaq "bəlkə də
qaytardılar" prinsipinə üstünlük verən Azərbaycan rəhbərliyi imperiya zəncirlərini birdəfəlik qırıb atmaq
istəmirdi. Çünki bu zəncirlər Azərbaycan Rusiyaya iliĢdirdiyi qədər, sadə adamları da imperiya nökərlərinin
istəyinə bağlamıĢdı. Elə buna görə də 1991-ci ildə müstəqilliyimizi qoruyub-saxlamaq üçün ən vacib Ģərt olan
ordu quruculuğu arxa plana keçirilmiĢdi.
Bəli, 1991-ci il noyabrın 19-da Xocavənd sakinlərini amansızlıqla öz yurdundan qovan, 20-də
Azərbaycanın ən dəyərli oğullarının bir qrupunun olduğu vertolyotu partladaraq 23 nəfəri vəhĢiliklə qətlə
yetirən ermənilər (Əslində, bu, Rusiya qoĢunlarının Xankəndidə dislokasiya olunan 366-cı alayı və
Ermənistanın muzdlulardan formalaĢdırılmıĢ ordunun əməlləri idi - S.ġ.) müharibənin baĢlandığı barədə siqnal
verdilər. Və bu iki hadisəyə Azərbaycan tərəfinin necə reaksiya verməsindən bəlkə də, çox Ģey, hətta Qarabağ
müharibəsinin taleyi asılı idi. Biz hələ o vaxt - 20 noyabr hadisəsindən dərhal sonra bunu dönə-dönə təkrar edir
və bildirirdik ki, bu cinayətə görə cəzasız qalan ermənilər, ardınca daha ağır qətliamlar törədəcəklər. Yenə də
jurnalistləri ara qızıĢdırmaqda suçlamaqda davam edən ölkə rəhbərliyinin "çərxi" bildikləri istiqamətdə
fırlanmaqda idi. Ancaq hadisələrin gediĢi bizim haqlı olduğumuzdan xəbər verirdi. Xocavəndin taleyini Yu-xarı
Qarabağın azərbaycanlılar yaĢayan digər məntəqələri bir-birinin ardınca yaĢamalı oldular.
MeĢəlidən Malıbəyliyə
Erməni cəlladları türk qanını içdikcə və arxasında rus ordusunun gücünü hiss etdikcə daha da
quduzlaĢırdı. Ġndi azərbaycanlıların yaĢadığı kəndlər növbə ilə boĢaldılır, əhaliyə divan tutulur, evlər
yandırılırdı. Hələ də Moskvadan kömək gözləyən Azərbaycan rəhbərliyi isə bu ağır və faciəli səhnələri
izləməkdən savayı, heç bir tədbir görmək istəmirdi. Ermənistan ordusunun növbəti dayanacağı isə MeĢəli
kəndində oldu. Taleyin ümidinə buraxılmıĢ kənd camaatı təpədən-dırnağadək silahlanmıĢ erməni-rus hərbi
birləĢmələrinin quduz əsgərləri ilə üz-üzə qalmıĢdı. Burda bir neçə nəfər OMON-çu olsa da, kənddə yetərincə
silah-sursat yox idi. Ona görə də 5-6 nəfərin ümidinə qalan MeĢəli oda qalandı; insanlar vəhĢiliklə qətlə
yetirildilər, əsir düĢənlərin baĢına müsibətlər gətirildi, kənd yer üzündən silindi.
Erməni ordusunun vəhĢilikləri isə davam edirdi. Artıq Azərbaycan Yuxarı Qarabağa nəzarəti tamam
itirmiĢ, bir ovuc dığanın qarĢısında aciz qalmıĢdı. Ürəyi Vətən eĢqi ilə, düĢmənə nifrət hissiylə alovlanan oğullar
isə silah-sursat olmadığından, müharibəyə dövlət tərəfindən icazə verilmədiyindən istədikləri kimi hərəkət edə
bilmirdilər. Milli Ordumuzun qaranquĢu olan, bacarıqlı hərbçi, mərhum ġirin Mirzəyevin yaratdığı batalyona da
iri-miqyaslı hərbi əməliyyatlar keçirməyə imkan verilmədi.
Dostları ilə paylaş: |