Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
138
uĢaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baĢ verən gecə 1275 nəfər dinc sakin
girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.
Xocalının iĢğalı ġuĢa istiqamətində ermənilərin əl-qolunu açdı. Bu hadisədən sonra erməni silahlı
birləĢmələri Azərbaycana qarĢı apardıqları iĢğalçılıq siyasətini daha da geniĢləndirdilər.
Bir daha qeyd edək ki, Xocalı faciəsində Ģəhid olmuĢ soydaĢlarımızın cəsədlərinin vəziyyəti nümayiĢ
etdirdi ki, ermənilər Xocalı əhalisinə insanlığa zidd olan metodlarla iĢgəncələr veriblər. Belə ki, bəzi insanların
baĢ dəriləri soyulmuĢ, digərlərinin gözləri çıxarılmıĢ, qulaqları və digər orqanları kəsilərək vəhĢicəsinə qətlə
yetirilmiĢdir.
Ermənilərin Xocalıda törətdikləri soyqırım dünya mətbuatı tərəfindən də iĢıqlandırılmıĢdır. Xarici
mətbuat nümayəndələri Xocalıda Ģahidi olduqları tükürpərdici mənzərədən dəhĢətə gəlmiĢdilər. Jurnalist Tomas
Qoltz Xocalı soyqırımını "VaĢinqton Post" ("Washington Post") qəzetində iĢıqlandırmıĢdır. Onun yazdığı
"Azərbaycan gündəliyi" ("Azerbaijan Diary") kitabının Xocalıya həsr olunmuĢ bölməsində də ermənilərin
törətdikləri dəhĢətli qətliam barəsində ətraflı məlumat verilir.
Əsir, Girov GötürülmüĢ və Ġtkin DüĢmüĢ VətəndaĢlarla ĠĢ üzrə Dövlət Komissiyası tərəfindən toplanılan
materiallar da bir daha təsdiq edir ki, ermənilər Azərbaycanın sivil əhalisinə və əsirlərə qarĢı soyqırım aktı
həyata keçirmiĢlər. Ermənilərin törətdikləri dəhĢətli terror və iĢgəncələr insanlığa zidd olan əməllərdir. Bu
vəhĢiliyi heç bir Ģəkildə ört-basdır etmək olmaz.
Maraqlısı odur ki, Ermənistanın hazırkı prezidenti, qondarma DQR-in o vaxt müdafiə naziri olmuĢ Serj
Sərkisyan Xocalı hadisələri barədə danıĢarkən orada törədilmiĢ vəhĢiliyi soyuqqanlı Ģəkildə belə təsvir edir:
"Xocalıya qədər azərbaycanlılar düĢünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağı bacarmazlar. Biz bu
stereotipləri sındırmağı bacardıq". Bir dövlətin baĢında duran Ģəxsin bu cür sərsəm açıqlama verməsi onun hansı
təfəkkürə malik olması haqqında aydın təsəvvür yaradır. Bu, bir daha sübut edir ki, Ermənistan terror üzərində
qurulmuĢ dövlətdir, onun baĢında duran insanlar isə hərbi cinayətkarlardır. Beynəlxalq hüquq normalarına
əsasən isə hərbi cinayətkarlar məhkəmə qarĢısında cavab verməlidirlər.
Hüquqi nöqteyi-nəzərdən Xocalıda baĢ vermiĢ qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz
bilərəkdən və düĢünülmüĢ Ģəkildə həyata keçirilmiĢdir. Müasir dünyamızda qəbul edilmiĢ mənasına görə
soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli Ģəkildə məhv edilməsi
prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas Ģərt olaraq qəbul edilir.
Soyqırımın beynəlxalq səviyyədə qəbul edilmiĢ tərifi onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan
xalqına qarĢı törədilmiĢ soyqırım aktıdır. Dünyada qəbul olunmuĢ beynəlxalq konvensiyalar və qanunlar Xocalı
faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Bu gün Ermənistanda mühüm dövlət postlarını
tutan Serj Sərkisyan, Seyran Ohanyan, eləcə də sabiq prezident Robert Köçəryan və digərləri baĢ vermiĢ
soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarĢısında cavab verməlidirlər. Bu soyqırıma dünya birliyi
siyasi-hüquqi qiymət verməli və cinayətdə əli olan hərbi cinayətkarların Beynəlxalq Ədalət Məhkəməsi
tərəfindən ittiham olunmasına nail olmalıdır. Heç bir cinayət, əsasən də insanlığa qarĢı törədilmiĢ cinayət
cəzasız qalmamalıdır.
Artıq Ġslam Konfransı TəĢkilatı (ĠKT) kimi nüfuzlu bir qurum Xocalı hadisələrinə qiymət verib. Belə ki,
Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının iĢğal olunmuĢ ərazilərində islam
tarixi və mədəniyyət abidələrinin dağıdılması və məhv edilməsi haqqında ĠKT-nin qəbul etdiyi qətnamə
ölkəmizin haqlı mövqeyinin beynəlxalq səviyyədə tanınmasına Ģərait yaradır. Həmçinin ĠKT Parlament
Assambleyasının "Xocalıya ədalət" beynəlxalq kampaniyasını dəstəkləyən qətnaməni qəbul etməsi və Xocalı
qətliamını insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanıması da çox əlamətdar hadisədir. Qəbul edilmiĢ qətnamə
51 dövlətin parlamentini bu qətliamı insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanımağa, bu kampaniyanı milli və
beynəlxalq səviyyədə dəstəkləməyə çağırır. Bu qətnamə Azərbaycan üçün çox önəmlidir. Çünki, birincisi, ilk
dəfədir ki, beynəlxalq Parlament Assambleyası Xocalı soyqırımını insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanıdı.
Ġkincisi, bu, hüquqi və siyasi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb etməklə Xocalı soyqırımının gələcəkdə
beynəlxalq səviyyədə tanınmasına təkan verəcəkdir.
Sonda bir daha qeyd etmək istərdik ki, Ermənistan Respublikası Dağlıq Qarabağ münaqiĢəsində
Azərbaycan xalqına qarĢı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirmiĢdir. Azərbaycanın tərkib hissəsi
olan Dağlıq Qarabağa iddia edən Ermənistan orada xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas tutaraq,
onu öz ərazisinə birləĢdirmək istəməklə bütün beynəlxalq hüquq normalarını və prinsiplərini kobud Ģəkildə
pozmuĢdur. Ermənistandan fərqli olaraq, Azərbaycan öz müqəddəratını təyinetmə prinsipinə öz real, həqiqi
mənasında yanaĢır, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təhlükəsiz sülh və əməkdaĢlıq
Ģəraitində yaĢamasını nəzərdə tutur. Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və bütün
dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Azərbaycan xalqı çox humanistdir. Biz həyatda öz amalımıza sülh yolu ilə çatmağa çalıĢırıq. Ġnanırıq ki,
Dağlıq Qarabağ münaqiĢəsi sülh yolu ilə öz həllini tapacaq və Xocalı soyqırımı .tezliklə öz siyasi və hüquqi
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
139
qiymətini alacaqdır. Əks təqdirdə, hər bir Azərbaycan vətəndaĢı öz doğma torpaqlarını iĢğalçı erməni
qüvvələrindən hərb yolu ilə təmizləmək üçün Ali BaĢ Komandan cənab Ġlham Əliyevin bir əmrinə müntəzirdir.
Prezident Ġlham Əliyevin qeyd etdiyi kimi: "Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu biz də
deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil
ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik".
“Analitik baxıĢ”.-2010.-№1.-S.32-35.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
140
Xocalı soyqırımına gedən yol
MöhtəĢəm tarixi keçmiĢə malik Azərbaycan zaman-zaman üzləĢdiyi ən ağır sınaqlardan belə Ģərəflə
çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını daha da möhkəmləndirib, illər, əsrlər keçdikcə
geridə hər zaman zəngin bir keçmiĢ qoyub. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə, ata-
babalarının keçdiyi yolla fəxr edir. Lakin keçmiĢimizin güzgüsü olan tarixin səhifələri heç də həmiĢə ağ
vərəqlərə həkk olunmayıb. Bəzən qanla elə qanlı səhifələrdə yazılan tarix xalqımızın həm də hansı böyük
faciələrlə üzləĢdiyini, hansı dəhĢətlər yaĢadığını real faktlar əsasında gözlər önünə sərgiləyir.
Ermənilərə qarĢı ən böyük sipər
Müxtəlif vaxtlarda Azərbaycan xalqına qarĢı törədilmiĢ və çox zaman da ən qəddar vəhĢiliklərlə müĢayiət
olunmuĢ soyqırımları da tariximizin qan və dəhĢət saçan səhifələrindəndir. Bəzi soyqırımı tarixlərinin müasirləri
olmağımız, yaĢananlara canlı Ģahidlik etməyimiz isə bu müsibətlər olaylarının nə dərəcədə geniĢmiqyaslı
faciələr olduğunu daha aydın təsəvvür etməyə imkan verir. Lakin yaĢanan faciələrin Azərbaycan tarixində
qoyduğu izlər bununla məhdudlaĢmır. Daim sülhün, əmin-amanlığın tərəfdarı olan xalqımıza qarĢı dəfələrlə
törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması da illər boyu ən böyük
ədalətsizliklərdən biri olub. Halbuki, Azərbaycan torpaqlarının, eləcə də xalqının bölünməsinin əsasını qoyan
Gülüstan, Türkmənçay müqavilələrindən sonra ölkəmiz mərhələli Ģəkildə təkcə etnik yox, həm də mənəvi
soyqırımlara məruz qalıb. Bu soyqırımlara hüquqi-siyasi qiymət verilməməsi isə yaĢanmıĢ faciələrin özü qədər
dəhĢətlidir.
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qaydıĢından
sonra yaĢanan soyqırımları haqda daha təfsilatlı araĢdırmalar aparıldı. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi
qiymətin verilməsi prosesi baĢlandı. Dünyaya xalqımızın üzləĢdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla
zəngin olan məlumatlar çatdırıldı. Bütün bunlar ulu öndərin Azərbaycan xalqı qarĢısında göstərdiyi çoxsaylı
tarixi xidmətlərdən birinə çevrildi. XX əsrin ən dəhĢətli hadisələrindən olan Xocalı faciəsinin də həm bir
soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə həqiqətlərin dünyaya çatdırılması məhz Heydər Əliyevin
sayəsində mümkün oldu.
Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanması ilə
Azərbaycan xalqının üzləĢdiyi yeni faciələr, yaĢadığı soyqırımları elə Heydər Əliyevin hakimiyyətdən
uzaqlaĢdırılmasından sonra baĢ verdi. Həmin vaxta qədər keçmiĢ SSRĠ rəhbərliyinin hərtərəfli dəstəyini alan
ermənilərin Azərbaycana qarĢı məkrli planlarının reallaĢmasının qarĢısını məhz ulu öndər Heydər Əliyev alırdı.
Ermənilər və onların himayədarları yaxĢı baĢa düĢürdülər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddət
ərzində Azərbaycana qarĢı heç bir iddialarını reallıĢdıra bilməycəklər.
Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanğıcı
Artıq sübut olunmuĢ tarixi həqiqətdir ki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı
əvvəlcədən hazırlanmıĢdı. SSRĠ-yə rəhbərlik edən Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer
alan ermənilər tərəfindən müdafiə olunan planın reallaĢması üçün ciddi iĢlər görülürdü. Lakin planın praktik
mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlunun SSRĠ-də mühüm rəhbər postlardan birində yer aldığı
müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı Ģəkildə barıĢırdı.
Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən Qorbaçov ilk növbədə Heydər Əliyevin tutduğu
vəzifədən uzaqlaĢdırılmasına çalıĢırdı və təəssüf ki, istəyinə də nail oldu. Mərhum Ģair Bəxtiyar Vahabzadənin
təbirincə deyilsə, bu, Moskvada Azərbaycanın yeganə və ən böyük qalasınıın yıxılması demək idi. Heydər
Əliyevin hakimiyyətdən uzaqlaĢdırılmasının əsas səbəblərindən biri SSRĠ siyasi rəhbərliyini ələ almıĢ erməni
lobbisinin təsir və təzyiqləri idisə, digər önəmli səbəb Qorbaçovun subyektiv hisslərinin əsiri olması, ondan
daha yaxĢı idarəçilik qabiliyyətinə, səriĢtəyə malik bir Ģəxsin Kremldə olmasını həzm edə bilməməsi idi.
Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaĢdırılmasından cəmi 15 gün sonra Qorbaçovun xeyir-
duası ilə ermənilər Azərbaycana qarĢı qəsd planlarının icrasına baĢladılar. 1987-ci ilin noyabrında
M.Qorbaçovun məsləhətçisi olan qatı Ģovinist A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında
bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq
Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən
15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müĢaviri,
milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
141
Ermənistana verilməlidir" - demiĢ, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızıĢdırmıĢdır. Moskvanın Qarabağ
əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə baĢladı. Deməli, bu plan hələ
əvvəlcədən hazırlanmıĢ, lakin tətbiq olunmasına mən ciddi maneə imiĢəm".
SSRĠ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin
əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan baĢda olmaqla bir qrup Ģovinist erməni ilə görüĢü zamanı da üzə
çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər geniĢləndi. Bundan
sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təĢkilatı
"Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq Ģəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarĢı ərazi
iddiaları səsləndirməyə baĢladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da
formalaĢdırıldı.
O dövrdə Azərbaycana rəhbərlik edən Ģəxslər artıq özünü qabarıq formada və aydın Ģəkildə büruzə verən
Dağlıq Qarabağ münaqiĢəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiĢ
etdirirdi. Yalnız Kremlin göstəriĢləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini
sürətləndirirdi. Qarabağ məsələsinin ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi
narahat edirdi. Bu səbəbdən Qorbaçovla, onunla mümkün olmadıqda Liqaçovla, Çebrikovla, Kryuçkovla
görüĢüb problemin həllinə çalıĢırdı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və
sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Heydər Əliyevə Moskvanın cavabı belə oldu: "Biz
Qarabağda erməni-azərbaycanlı münaqiĢəsi ilə bağlı problemi özümüz həll edəcəyik".
Bakıya, Moskvaya ünvanlanmıĢ saysız-hesabsız
cavabsız teleqramlar
Belə Ģəraitdə Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi
olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarırdı. Erməni
separatçılarının bu yerlərdə mövqelərinin güclənməsi və ona qarĢı rəhbərlik səviyyəsində ciddi tədbirlərin
görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaĢanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun
baĢlanğıcını qoyurdu. Amma nə yazıq ki, o dövrkü rəhbərlik bunu dərk etməkdə acizlik göstərirdi.
Bu vəziyyətdə SSRĠ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar
atmağa baĢladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iĢtirakı
ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi
bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı
rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "DaĢnaksütyun" partiyasının "Türksüz Ermənistan"
proqramını həyata keçirməyə baĢladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan indiki Ermənistan
ərazisində olan on minlərlə azərbaycanlıya qarĢı böyük qəddarlıqlarla müĢayiət olunan etnik təmizləməyə rəvac
verilməsi demək idi. 1988-ci ilin fevralından Yerevanda baĢlanan kütləvi mitinqlərdə iĢtirakçılar "Ermənistanı
türklərdən təmizləməli", "Ermənistan yalnız ermənilər üçündür" kimi Ģüarlar səsləndirirdi. Mitinqlər
baĢlandıqdan sonra Yerevanda salamat qalan yeganə məscid binası, eləcə də azərbaycanlı Ģagirdlərin təhsil
aldığı orta məktəb, teatr binası yandırıldı. Buna qarĢı etiraz edən azərbaycanlıların da evlərinə od vuruldu. Lakin
əsl faciə hələ qabaqda idi.
Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti geniĢlənirdi. Ölkə rəhbərliyindən heç
bir kömək görməyən azərbaycanlılar isə yaĢadıqları ərazilərin müdafiəsi məqsədilə özləri könüllü fəaliyyətə
baĢlamıĢdı. Ermənilərin qəsbkarlıq niyyəti bir çox yaĢayıĢ məntəqələri kimi Xocalını da özünümüdafiəsini
gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət
olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, Ģöbə
müdiri M.Əsədovun iĢtirakına baxmayaraq, ermənilər Ermənistana birləĢmək istədiklərini açıq Ģəkildə bəyan
etdilər. Xocalının sabiq icra baĢçısı Elman Məmmədov xatırlayır ki, həmin yığıncaqdan çıxıb Xocalıya
gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüĢ keçirərək vəziyyəti onlarla müzakirə edib. Elə həmin
gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Həmçinin Xocalının müdafiəsi
məqsədilə müdafiə postları formalaĢdırıldı. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən
ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya
saysız-hesabsız teleqramlar vurulsa da, nəticə yox idi.
Rasim BAYRAMOV
―Azərbaycan‖.-2011.-16 fevral.-N 36.-S.4.
Dostları ilə paylaş: |