Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
21
zirzəmilərində gizlənirdi. Ermənilər orda adamları torpağa çevirdilər. Gənclərin, uĢaqların diri-diri gözlərini
çıxarırdılar. Ananın gözü qarĢısında oğlunun baĢını kəsirdilər.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Mənim dərdim tək ölən oğlumun dərdi deyil. Mənim baĢımda bir dənə də ağ saç yox idi. Torpaq dərdi
mənim baĢımı ağartdı. Oğul torpaq yolunda ölər də, itər də... Bu gün torpaqlarımızı alsalar, sürünə-sürünə
gedərəm. Heç olmasa, gedib oğlumun əkdiyi ağacların köklərini çıxarıb qoxlayaram. Onun əli dəyən hər Ģeydən
oğlunun ətrini alaram.
1988-1993-cü illərdə Qərbi Azərbaycanda, Qarabağda, xüsusi ilə Xocalıda yerli əhalini məhv edərək,
etnik təmizləmə apardılar. Ərazidə azəri millətinin kökünü kəsərək «Böyük Ermənistan» -«dənizdən-dənizə»,
yəni Qara dənizdən Xəzər dənizinə qədərki torpaqlarda heç bir vaxt olmayan Erməni vilayətini yaratmaq
ermənilərin əsas məqsədi idi. Ancaq XX əsrdə ermənilər tərəfindən 2 milyon azərbaycanlı öldürüldü.
Baxmayaraq ki, 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə ermənilərin bizə etdiyi soyqırımı,
həmçinin bu soyqırımların biri olan Xocalı faciəsini yaĢayan bizləri Avropa ölkələri görmək istəmirlər.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Bu uĢaqlar mənimdir. Bütün nəsildən qalan bunlardır. Ürək ağrısı tapmıĢam. Bircə istəyim odur ki,
vətənə gedib qohumlarımın qəbrini ziyarət edim.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Heç kimim qalmayıb. Təkəm. Nə qardaĢ, nə bacı, nə övlad... 7 ildir bax, bu çadırda yaĢayıram.
Neyləyim? Əlac var? Hanı çıxıĢ yolu?
Qaçqın Ģəhərciklərindən təxminən 30-40 km aralı məsafədə olan bu Ģəhər isə Bakıdır. Azərbaycanın
paytaxtı, qədim sivilizasiyadan xəbər verən Bakıdır. Burda isə sülh danıĢıqları ilə zəbt edilmiĢ tarixi
torpaqlarımızın geri qaytarılması üçün cəhdlər göstərirlər. 15 ildir biz istəyirik ki, Dünya həqiqəti görsün.
Erməni ideoloqlarının versiyalarına yox, erməni terrorunun nəticələrinə - bütün bu həqiqətlərə baxsınlar,
inansınlar, əmin olsunlar. Biz sivil ölkələrin ədalətinə, hələ də inanmaq istəyirik...
(Qaçqın, Qarabağlı uşağın söylədikləri)
Ermənilər torpağımızı da, evlərimizi də əlimizdən alıblar... Bəs orda qalan yoxdu? Onların əlində ana-
bacı- qardaĢlarımız qalıb. Sən neyləmək fikrindəsən? Mən döyüĢməyə gedib evimizi qaytara-cam...
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Allah tezliklə bizi öz torpağımıza qaytarsın. Heç kim öz yurdundan didərgin düĢməsin. Kömək edin,
vaqonlarda qalmıĢıq... istidə, soyuqda dəmirlər-təkərlər arasında günlərimizi sayırıq.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Azərbaycanın baĢqa rayonlarında da camaatı öldürüb, döyüb, qovub ərazidən çıxarırdılar. Amma bunu
belə qəfildən heç kim gözləmirdi. Belə fəlakəti hələ heç kim görməyib. Hamısı hərbi geyimdə idi. BTR-lərlə,
tanklarla... 366-cı diviziya ermənilərlə bir yerdə idi. Stepanakertdəki rus qoĢunları ilə birləĢmiĢ halda hücum
etdilər. Sonralar dedilər ki, ermənilər bu ərazidən bir azərbaycanlının də sağ çıxmamağına əmr veriblərmiĢ. Bu
millət davası idi! Torpaq alan belə vəhĢiliklər edər?
Ermənilərin törətdiyi XOCALI faciəsi FAġĠSTLƏRĠN törətdiyi XATIN faciəsi kimi ərazinin yerli
sakinlərinin 99%-nin yer üzündən silinməsi ilə nəticələndi. Siyahısı hələ də məlum olmayan minlərlə əsirlərin
taleyindən danıĢmağa dəyməz... Çünki onlara verilən iĢgəncələrdən sonra əzablı ölümlə ölürlər. Erməni silahlı
qüvvələri məlum rus imperiyasının dəstəyi ilə elə təkcə Qarabağdan 1 MĠLYON sakinin qaçqın Ģəklində
torpaqlarını tərk etməsinə, çadırlarda yaĢamasına səbəb oldu. Azərbaycanın bu gün 20% torpaqlan iĢğal
altındadır. Və təkcə Xocalı faktoru, əslində bütün Qarabağın yerli əhali-sində qorxu, psixoloji sarsıntı
yaratmaqla, həm də iĢğal prosesinin sürətlənməsinə səbəb oldu.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Əsirlikdə olanda bizi gecə də 3 dəfə, gündüz də 3 dəfə döyürdülər. KiĢilərin baĢına olmazın oyununu
açırdılar. Bizim əllərimizi qapı arasında qoyub sındırırdılar. Qolumuzu arxadan dartıb çıxarırdılar - sümüklərin
arası ĢiĢib göynəyirdi. ĠĢgəncələr çox idi. Nə zülmlə gəlib çıxdıq... Ərimdən, qardaĢımdan xəbərim yoxdur. Ölüb
də... öldürüblər.
Rus imperiyası 1801-1828-ci illərdə Yaxın və Orta ġərqdə Ġngiltərəyə qarĢı mövqeyini möhkəmlətmək
və apardığı iĢğal siyasətini həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə edirdi. Ġmperiya
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
22
Azərbaycan torpaqlarının hesabına qondarma Erməni vilayəti də yaratdı. Azərbaycanın bədnam tarixi isə
yazılırdı... Ümumiyyətlə, son 200 ildə vaxtı ilə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində iki mindən
artıq azəri türk yaĢayıĢ məskənləri müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırım
törədərək kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silinmiĢ, tarixi Azərbaycan torpaqlarında monoetnik
Ermənistan dövləti yaradılmıĢdır.
(ŞAHİD - Xocalı sakininin dediklərindən)
Azərbaycanın baĢına gələn bu bəlanın çox dərin kökləri var. Onun da baĢında müəyyən maraqlı
qüvvələr durur. SSRĠ vaxtı bir cürə... dağılandan sonra Rus Ġmperiyası öz məqsədinə görə xalqları bir-birinə
qırdırır.
Ermənilər - Azərbaycanın müxtəlif bölgələrində torpaqlan yerli azəri türklərindən təmizləyərək (özü də
heyvani ehtirasla vəhĢiliklər törədərək «Türk yoxdur, onun torpaq problemi də yoxdur» Ģüan ilə) «Böyük
Ermənistan» üçün digər ərazilər uğrunda daha amansız qırğınlara əl atdılar. Və indi Azərbaycanın DAĞLIQ
QARABAĞINI tam mənimsəyən ermənilər 1990-93-cü illərdə Laçını, Kəlbəcəri, Ağdamı, Cəbrayılı, Füzulini,
Qubadlını və Zəngilanı iĢğal etmiĢlər və erməni əhalisini ora köçürərək indi oraya da öz əraziləri kimi sahib
çıxmaq istəyirlər. ġahidi olduğumuz bu dəhĢətli hadisələri biz soyqırım adlandırırıq... Bugünkü sivil dövlətlərlə
yanaĢı duraraq onların dəstəyini qazanan erməni separatçıları bu vəhĢilikləri törədib və törədir. Yaddan
çıxarmayaq, bu qətllər hələ ki, bizim - azərbaycanlıların baĢına açılır. Kim zəmanət verə bilər ki, ermənilər
Ģahidi olduğumuz vəhĢiliyi sabah baĢqa millətlərə də Ģamil etməyəcəklər? Erməni separatistlərinin törətdiyi
vəhĢilikdən baĢqa, 200 mindən çox didərgini və 1 milyondan çox qaçqını olan, torpaqlarının 20%-i iĢğal edilən
AZƏRBAYCAN hələ də dünyanın onun fəryadını eĢidəcəyinə ümidlidir...
BU ĠSƏ SON ÜMĠDDĠR... DEYĠLMĠ?
AZƏRBAYCANIN ERMƏNĠLƏR TƏRƏFĠNDƏN ĠġĞAL EDĠLMĠġ ƏRAZĠLƏRĠ
ġUġA
XANKƏNDĠ
XOCALI
ƏSGƏRAN
XOCAVƏND
AĞDƏRƏ
HADRUT
LAÇIN
KƏLBƏCƏR
AĞDAM
CƏBRAYIL
FÜZULĠ
QUBADLI
ZƏNGĠLAN
Ermənilər bu ərazilərin hər birində AZƏRBAYCANLI izini silərək «Böyük Ermənistan» ideyasını
həyata keçirməklə məĢğuldurlar. Biz isə sizə Azərbaycanın ermənilər tərəfindən iĢğal edilmiĢ 14 rayonundan
cəmisi birindən - XOCALININ iĢğal tarixindən danıĢdıq.
Sizə təqdim etdiyimiz bu faktlardan bir nəticəyə gələ bilirsinizmi?
Bu gün Azərbaycanda 12 yaĢlı uĢaq vətənin harda olduğunu bilmir, çünki onun valideynlərini doğma
torpaqlan QARABAĞDAN 13 ildir ki, qovublar.
M. Ələkbərzadə. Tarixin bir günü və ya günün tarixi. Bakı: 2005, S. 64-72.
Dostları ilə paylaş: |