14
Novruz ta qədimlərdən əski türklərlə iranlılar tərəfindən “il
başı” kimi qəbul edilən günün adıdır. Novruz farsca “yeni gün”
anlamını verir. Bu gün Günəşin “qoç bürcün”ə girdiyi gün olub
miladi 22 marta, rumi 9 marta təsadüf edir. Ərəblərə iranlılardan
keçən bu adət, başda On iki Heyvanlı Türk Təqvimində olduğu
kimi, türklərdə də çox qədimlərdən qeyd olunmaqdadır (3, 5).
Xatırladaq ki, bu təqvim hələ e.ə. 220-ci ildən Asiya Hunlarının
vaxtından etibarən tətbiq edilməkdədir.
Bir sıra mənbələr, o cümlədən «etnoqrafik məlumatlar, ayrı-
ayrı memuarlar, xatirələr, bədii ədəbiyyat materialları göstərir ki,
qədim Azərbaycanda bahar mövsümü ərəfəsində, ümumiyyətlə,
heyvandarlıqla məşğul olan əhalinin həyatında, məişətində böyük
canlanma baş verir» (4, 16) və baharın gəlişi müxtəlif ayinlərlə
anılırdı.
Novruz bayramının mənşəyi ilə bağlı bir sıra xalqlarda müx-
təlif məzmunlu rəvayətlər mövcuddur. Məsələn, iranlılara aid bu
rəvayətlərdən biri əfsanəvi İran hökmdarı Cəmşidin Azərbaycana
gəldiyi günlə bağlıdır. Rəvayətə görə, Cəmşid Azərbaycana gəl-
diyi gün bura onun çox xoşuna gəlib, o, böyük bir taxt qurduraraq
yaraşıqlı bir libas geyib taxta oturmuş, bu vaxt doğan günəş taxta
və başındakı taca düşərək ətrafı işığa qərq etmişdir. Bu şöləni gö-
rən xalq həmin günü bayram etmişdir (5, 342). Bu haqda Firdovsi
özünün “Şahnamə”sində də qeyd edir:
Edib
Cəmşidə Gövhər nisar,
Belə bir günə Novruz adı qoydular ”
Təzə il başı Hürmüzi fərvərdin,
Başa çatdırıb yerdəki
zəhmətin
Belə şanlı bayram
neçə əsr var,
Qalıbdır o şahdan bizə yadigar (6, 50).
Digər bir İran rəvayəti də odun Cəmşid tərəfindən kəşf edil-
məsi ilə bağlıdır (3, 6-7). Maraqlı budur ki, orta əsr müəlliflərinin
bəziləri də Novruz bayramını Pişdadilər sülaləsinin hökmdarla-
rından biri olan Cəmşidin adı ilə bağlayırlar. Məsələn, İbn Miskə-
veyh, Təbəri və İbn əl-Bəlxi kimi orta əsr müəllifləri Novruzu
16
ni əritsək onda bir yol tapa bilərik. Hamısı bu sözü bəyənib dağın
geniş yerinə bir qat odun, bir qat kömür düzərək yetmiş dəridən
yetmiş yerdə körük düzəldib sonra dağı atəşə verərək körükləyir-
lər. Tanrının gücü ilə od qızdıqdan sonra dəmir dağ əriyib axır və
yüklü dəvə çıxacaq qədər yol açılır. Ergenekon əhli o günü, o ayı,
o saatı müəyyənləşdirib bayıra çıxırlar. O gündən bəri göytürk-
lərdə yeni ilin başlandığı gecənin bayram edilməsi bir adətə çev-
rilir, bir parça dəmiri atəşə salıb qızdırırlar. Əvvəlcə xaqan bunu
maşa ilə tutub zindanın üzərinə qoyur və çəkiclə döyür, ondan
sonra isə bəylər də bunu təkrar edirlər. Beləliklə də bu günü
müqəddəs bilib, beləcə Tanrıya şükür etmiş olurlar (11, 64).
Dəmirdöymə adəti indiyə kimi bəzi türk toplumlarında yaşa-
mağa davam edir və bu adəti türklərdə dəmirçiliyin milli sənət ol-
ması, eləcə də dəmir kultu ilə də bağlamaq olar (12, 542-544).
Başqa bir türk əfsanəsinə əsasən çox qədim vaxtlarda Türk qövm-
lərindən biri olan hunların əcdadları məğlub olub, düşmənləri tə-
rəfindən məhv edilir. Lakin bunların içərisində təkqollu bir körpə
sağ qalır, bu körpəni bir boz qurd Altay dağlarına götürərək əmiz-
dirib baxır, onu böyüdür. Sonradan onun on uşağı olur. Bu
uşaqların nəsli törəyib artır və bir Novruz günü dağdan enərək
dünyaya yayılırlar.
Maraqlıdır ki, bu gün də Novruz günü Orta Asiya türklərində,
xüsusilə, uyğur, Kazan, Ufa türklərində Ərgənəkon dastanı xatır-
lanmaqdadır:
Ərgənəkon! Ərgənəkon!
Davarlar yox oldu,
Kişilər qocaldı,
Yenidən balalar doğdu,
Bizim yolumuz hələ bitmədi
Əcəba dənizə daha çoxmu var?
Ağaclar yaşıllaşdı,
quzular doğdu,
Çiçəklər açdı, indi yaz gəldi.
Bu gün bizim bayramdır
Ərgənəkona dönmək istəyirəm (6, 54).