42
Çövkən oyunu
Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində, xü-
susilə də “Xosrov və Şirin” əsərində bu oyunun müxtəlif cəhətlə-
rinin təsvirinə geniş yer vermişdir:
Xosrov
gördü ki,
o munis quşlar
Çəməndə qumrudur, şikarda tərlan.
Şirinə dedi: "Gəl at oynadaq,
Bir az bu meydanda çövkan oynayaq".
Xosrovun çövkanına top atdılar (10, 118).
43
Nizaminin bu oyunla bağlı təsvirlərində maraqlı məsələlərdən
biri oyunda qızların da iştirak etməsi ilə əlaqədardır. Qeyd edək
ki, çövkən oyununda cəldlik, fiziki güc və məharət tələb edildi-
yindən, bir qayda olaraq bu oyun kişilər arasında keçirilirdi, yəni
bu oyun kişi oyunları kateqoriyasına aid idi. Ancaq şairin təsvir-
lərində bu oyunda qızların oğlanlarla bərabər iştirak etdiyi vur-
ğulanır:
O yetmiş qız dişi aslan kimi
Şirinin yanına başı havalı gəldilər.
Mərdlikdə hər biri bir İsfəndiyar idi,
Ox atmaqda Rüstəm kimi bir atlı idilər.
Çövkan
oynamaqda elə cəld idilər ki,
Fələyin çəmbərindən topu (yəni ayı) çalıb aparırdılar.
Oxdanları sərvlərlə bağladılar.
Sərv kimi yəhərin üstündə oturdular...
Daha bundan
qəfil idi ki,
güclü və ciyərlidirlər,
Meydanda at çalmaqda hünərləri var (10, 117-118).
Çövkən oyununda qızların iştirakı ilə bağlı şairin bu təsviri
dövrünün reallıqlarını əks etdirmir desək, yəqin ki, yanılmarıq.
Əvvəla, yuxarıda da göstərdiyimiz kimi, çövkən kişi oyunları
kateqoriyasına aid olub, kişilərə xas bir sıra keyfiyyətləri özündə
birləşdirirdi. Bu, birinci növbədə oyun prosesində atın məharətlə
idarə edilməsi ilə bağlı idi. Çünki, təxminən 2 saat davam edən
oyun zamanı uzunluğu 90-150 metr olan meydançada atın
qaydalara uyğun idarə edilməsi ağır və zəhmətli bir iş idi. İkin-
cisi, oyun zamanı istifadə edilən uzunluğu 120-130 sm olan çöv-
kən ağacının uzun müddət əldə saxlanması və onunla zərbə vurul-
ması xeyli güc tələb edirdi ki, bu da qadın işi deyildi. Üçüncüsü,
oyunun estetikası, tələb olunan cəldlik və fiziki qüvvə qadınlar
üçün xarakterik deyildi.
Orta əsrlərdə qızların çövkən oyununda iştirakını inkar edən
digər başqa bir arqument isə qadınların yaşam tərzi, sosial statusu
və islam faktoru ilə bağlı idi. Belə ki, orta əsrlərdə islam qayda-