Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə2/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   2   3   4   5   6   7   8   9   ...   113

 

 
folklorunu və s. qoruyub saxlaya bilmişlər. Nümunə olaraq Nov-
ruz  bayramını  göstərə  bilərik.  İslam  dini  bu  bayramı  insanların 
şüurundan  çıxara  bilmədi,  əksinə,  Novruz  bayramı  rəngarəng 
nəğmələri,  teatralaşdırılmış  səhnələri,  idman  oyunları  və  bir  çox 
ayinləri ilə yaşamını davam etdirdi. 
Monoqrafiyanı  əhatə  edən  xronoloji  çərçivə  (XII-XV  əsrlər) 
Azərbaycan tarixində çox ziddiyyətli, həmçinin hadisə və proses-
lərin  zənginliyi  ilə seçilən bir dövrə təsadüf edir. Bu,  yüzilliklər 
boyu  baş  verən  ictimai-siyasi  hadisələrin  bolluğu,  eləcə  də  tə-
sərrüfat-mədəni  həyatın  inkişafı  və  müxtəlifliyi  baxımından  bü-
tövlükdə Azərbaycan xalqının tarixində fərqlənən bir dövrdür.  
Araşdırılan XII-XV yüzillikləri Azərbaycanda baş verən icti-
mai-siyasi hadisələrin təsərrüfat-mədəni həyata təsiri baxımından 
şərti olaraq dörd mərhələyə bölmək mümkündür:  
Birinci  mərhələyə  XII  yüzillik  və  XIII  yüzilliyin  əvvəlləri 
aiddir.  Monqolların  basqınına  qədər  davam  etmiş  bu  mərhələdə 
Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış, Qaf-
qaz  dağlarından  Fars  körfəzinədək  böyük  əraziləri  əhatə  edən 
Azərbaycan Atabəylər dövləti (1136-1225) kimi zamanının güclü 
dövlətlərindən  biri  yaranmışdı.  Azərbaycan  torpaqları  vahid  bir 
dövlətdə  birləşdirilmiş,  bölgələr  arasında  təsərrüfat-mədəni  əla-
qələr  genişləndirilmiş,  bütövlükdə  ölkə  Yaxın  və  Orta  Şərqin 
siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdi. Nax-
çıvan və Təbrizin müxtəlif vaxtlarda Azərbaycan Atabəyləri döv-
lətinin paytaxt şəhərləri olması Azərbaycanın, o cümlədən də bu 
şəhərlərin inkişafına müstəsna təsir göstərmişdir. Bu dövrdə Şir-
vanşahlar səlcuqlardan və atabəylərdən vassal asılılığında olsalar 
da, Şamaxı  zəlzələsinə (1192) kimi  özünün çiçəklənmə dövrünü 
yaşamışdı. Xüsusilə də I Əxsitanın (Axsitanın) hakimiyyəti döv-
ründə (1160-1197) Şirvanşahlar dövlətinin iqtisadi, siyasi və mə-
dəni  nüfuzu  xeyli  yüksəlmişdi.  Ümumiyyətlə,  bu  zaman  kəsi-
yində xarici  hücumların  qarşısı alınmış, ara müharibələri dayan-
dırılmış,  uzunmüddətli  sabitlik  və  bir  sıra  başqa  amillər  təsərrü-
fat-mədəni  həyatın  dirçəlməsinə  və  inkişafına  şərait  yaratmışdı. 
Azərbaycanda  inkişaf  etmiş  feodal  cəmiyyəti  bərqərar  olmuşdu. 


 

 
Bu  dövrdə  əmtəə-pul  münasibətlərinin,  bölgələrarası  və  təsərrü-
fatlararası  əlaqələrin,  xarici  və  daxili  ticarətin  inkişafı  yeni-yeni 
şəhərlərin yaranmasına, onların böyüməsinə, iri ictimai-siyasi, sə-
nətkarlıq və ticarət, eləcə də elmin, təhsilin, mədəniyyətin inkişaf 
etdiyi  mərkəzlərə  çevrilməsinə  təsir  göstərən  mühüm  amillərdən 
idi. XII əsrin sonu - XIV əsrin əvvəllərində Azərbaycanda 70-dən 
artıq müxtəlif (iri, orta, kiçik) şəhərlərin olması  (3, 144) faktı da 
dediklərimizə sübutdur. Təsadüfi deyil ki, bir çox araşdırıcılar bu 
mərhələni  Azərbaycanın  ictimai-siyasi  və  mədəni  həyatında  bir 
dirçəliş, intibah dövrü kimi qiymətləndirirlər.  
Atabəy  və  Şirvanşah  hökmdarlarının  elmə,  sənətə  və  sənət 
adamlarına  verdikləri  qiymət  bu  dövrdə  elmin,  mədəniyyətin  in-
kişafını  stimullaşdıran  amillərdən  idi.  Mənbələrə  əsasən  söyləyə 
bilərik ki, “Şirvanşahların və Eldənizlərin saraylarında dövrün ən 
yaxşı  alimləri  toplanmışdı.  Onların  riyaziyyat,  təbiətşünaslıq, 
tibb,  kimya,  fəlsəfə,  məntiq,  hüquq,  astronomiya,  ərəb  və  fars 
ədəbiyyatı  və  b.  sahələrdə  böyük  müvəffəqiyyət  və  uğurları  ol-
muş,  bir  çoxları  müsəlman  mədəniyyət  və  elminin  ən  gözəl  xa-
dimləri kimi tanınmışdır» (4, 147). B. Dorn Dövlətşaha əsaslana-
raq  qeyd  edirdi  ki,  Mənuçöhr  şair  və  alimləri  qiymətləndirirdi. 
Onun dövründə Şirvanın Əbülüla Gəncəvi, Abdulla Fələki, Xaqa-
ni Şirvani, Zülfüqar və Şahfur kimi görkəmli şairləri vardı (5, 29-
30). 
 
İkinci  mərhələyə  monqolların  Azərbaycana  XIII  yüzilliyin 
20-ci  illərindən  başlayan  yürüşləri  və  həmin  əsrin  sonları  Qazan 
xanın  hakimiyyətinə  qədər  davam  edən  monqol  ağalığı  dövrü 
aiddir.  Bu  mərhələdə  monqolların  birinci  və  ikinci  hücumları, 
Xarəzmşah  Cəlaləddinin  Azərbaycanı  işğal  etməsi  (1220-1231), 
şimaldan qıpçaq tayfalarının basqınları Azərbaycanın  siyasi-iqti-
sadi  və  mədəni  həyatına  çox  ağır  zərbələr  vurdu.  Xüsusilə  də 
monqol  hücumları  zamanı  şəhərlər,  kəndlər  dağıdılmış,  əkin  və 
bağ  yerləri  örüşə  çevrilmiş,  on  minlərlə  adam  əsir  götürülərək 
(əsasən  də  sənətkarlar)  imperiyanın  içərilərinə  aparılmışdı.  Bü-
tövlükdə  ölkənin  təsərrüfat-mədəni  həyatı  ağır  zərbələr  almışdı. 
Bu  dövrdə  Azərbaycana  Mərkəzi  Asiyadan  türk  tayfalarının 


 

 
axınları da davam etmişdi. Nümunə olaraq oğuzların Samur tayfa 
birliyinə  aid  olan  qaramanlıların  XIII  əsrin  birinci  yarısından 
etibarən buraya köç etmələrini göstərmək olar. 
Üçüncü  mərhələ  XIII  yüzilliyin  sonlarından  etibarən  Hüla-
kilərin (1256-1353) Azərbaycanda öz hakimiyyətlərini möhkəm-
lətmək  üçün  İslamı  qəbul  etmələri,  Qazan  xanın  islahatlarından, 
XIV  əsrin  sonları  calairilərin  hakimiyyətə  yiyələnməsi  və  möh-
kəmlənməsinə  qədər  olan  dövrü  əhatə  edir.  Bu  mərhələdə  tədri-
cən Azərbaycanın  siyasi-iqtisadi və sosial-mədəni  həyatında dir-
çəliş  baş  vermiş,  onun  hüdudlarında,  əhalisinin  etnik  tərkibində, 
dini görüşlərində, mədəni həyatında, dilində və s. nəzərə çarpacaq 
dəyişikliklər baş vermişdir (6, 21-22). Əvvəlcə Marağanın, sonra 
isə  Təbrizin  Hülakilərin  paytaxt  şəhəri  olması  Azərbaycanı 
Mərkəzi Asiyadan İraqa qədər uzanan böyük imperiyanın siyasi-
inzibati mərkəzinə çevirmişdi ki, inkişaf baxımından bunun da öz 
üstünlükləri  var  idi.  Eyni  zamanda,  1382-ci  ildən  I  İbrahimin 
Şirvanşahlar  dövlətində  taxta  çıxması  və  onun  apardığı  uğurlu 
daxili və xarici siyasət dövlətin yenidən dirçəlməsinə səbəb oldu 
ki,  bu  da  öz  növbəsində  Şirvanda  təsərrüfat-mədəni  həyatın 
inkişafına müsbət təsir etdi. 
Dördüncü  dövr  (XV  əsr)  Azərbaycanda  Qaraqoyunlu  və 
Ağqoyunlu  kimi  güclü  siyasi  qurumların  meydana  çıxması  və 
fəaliyyətləri  ilə  xarakterizə  olunur.  Bu  dövr  xalqımızın  yadelli 
əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin bərpa-
sı,  təsərrüfat-mədəni  sahədə  mühüm  dəyişikliklərin  baş  verdiyi 
dövr  kimi  tarixə  daxil  olmuşdur.  Azərbaycanda  Teymuri  ağalı-
ğına son qoyulması və yerli dövlətçilik ənənəsinin bərpasında Qa-
raqoyunlu tayfalarının əvəzsiz xidməti olmuşdu. Azərbaycan Qa-
raqoyunlu  və  Ağqoyunlu dövlətlərinin  yaranması və  onların fəa-
liyyəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminə 
daha  fəal  cəlb  olunmuş,  onun  Qərbi  Avropa  və  Şərq  ölkələrilə 
qarşılıqlı əlaqələri daha da güclənmişdir (7, 5).  
Ağqoyunlu hökmdarı Uzun Həsənin hamiliyi sayəsində elm

maarif  inkişaf  edirdi.  O,  dövrünün  ən  qabaqcıl  alimlərini  öz 
sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə