20
Əsrlər boyunca xalqımızın qeyd etdiyi ən möhtəşəm bayram
olan Novruz özünəuyğun icra olunan xeyli mərasim və ayinləri
də gətirmişdi. Təzə paltar geyinmək, tonqal yandırmaq, tonqalın
və suyun üstündən tullanmaq, su sıçratmaq, qovurğa qovurmaq,
yumurta boyamaq, ev-eşiyi təmizləmək, səməni böyütmək, plov,
şirniyyat bişirmək və bir çox başqa ayin və mərasimlər bu
qəbildəndir.
Bu baxımdan, komik personajlar vasitəsi ilə «... yaz və qış
fəslinin qarşılaşmasının, mübarizəsinin rəmzi təsvirini nümayiş
etdirən və sonralar xalq dramı şəkli almış əsatiri «Kosa-kosa»
mərasimi daha maraqlıdır. İlin axır çərşənbəsində Azərbaycanın
hər yerində keçirilən bu mərasimin ayin və nəğmələri çox çe-
şidlidir. Bir kimsəyə tərsinə çevrilmiş kürk geyindirilir, üz-gözü-
nə un sürtülür, başına şiş papaq qoyulur, geyiminin altından qar-
nına yastıqca sarınır, əlinə naxışlanmış ağac verib boynundan
zınqırov asılır.» (23, 155)
XII-XV yüzillərdə Novruz bayramı haqqında məlumatları-
mızın əsas mənbəyini Azərbaycan barədə yazan orta əsr müəllif-
lərinin və Azərbaycanın orta əsr şair və mütəfəkkirlərinin əsərləri
təşkil edir. Bu bayram haqqında orta əsr şair və mütəfəkkirlərimi-
zin əsərlərində rast gəldiyimiz məlumatlar bayramın ayrı-ayrı
ayinləri haqqında geniş təsəvvür yaratmasa da, ancaq verilən mə-
lumatlar əsasında bu dövrlərdə Novruz bayramının keçirilməsi
və onun bəzi məziyyətləri, adətləri haqqında müəyyən məlumat-
lar əldə etmək mümkündür.
XI əsrdə yaşayıb-yaratmış Baba Tahir öz yaradıcılığında,
xüsusilə də dübeytlərində bahar fəslinin gəlişini, Novruz bayra-
mını vəsf etmişdir. O dübeytlərinin birində Novruz bayramına
işarə edərək yazır:
Aləm yaşıl geyib, yenə yaşıldır,
Düz-dünya gül-çiçək, xoş laləzardır.
Hamıya yaz fəsli Novruz bayramı,
Aşiqin bayramı didarı-yardır (24, 17).
21
Orta əsr poetik məktəbinin görkəmli nümayəndələrindən biri
Qətran Təbrizi bir çox şeirlərində baharın gəlişini, Novruz bayra-
mını vəsf etmişdir. O, şeirlərinin birində Novruz bayramı ilə bağlı
yazır:
Ey bütün əmirlərin əmiri! Ətirli bahar gəldi,
Bağı cənnət kimi bəzədi, səhranı əlvan bir çəmənə
döndərdi.
Novruz yelinin ətrindən torpaq ənbərə döndü,
Zəmanə ənbərə bürünmüş torpağı güllərdən bir əlvan
ipək parçaya bürüdü (25, 46).
Şair başqa bir şeirində yenə Novruz bayramına işarə edərək
yazırdı:
Nə qədər ki, hər təzə baharda bülbüllər cəh-cəh vurur,
Çiçəkləri və suri gülünü budaqda vəsf edirlər.
Üzün həmişə lalə kimi qırmızı olsun!
Başın həmişə mord kimi yaşıl olsun!
Sənin camalının təntənəsindən
Novruz bayramı purazər bayramından əzəmətli olsun
(25, 118)!
Nizami Gəncəvi özünün “Xosrov və Şirin” adlı əsərində
Novruz günü ilə bağlı yazır:
Baharın bu gün var, onun bəhrəsini ye,
Bütün fəsillər Novruz olmur (26, 289).
Başqa bir əsəri olan “İsgəndərnamə”də Nizami bahar bayra-
mında bayram günü qızların bəzənib-düzənərək bayıra çıxaraq
gülüb əylənmələrinə işarə edərək yazır:
Hər tərəfdən ər üzü görməmiş gözəl qızlar
Evlərdən dışarı çıxardılar.
Üzləri bəzəkli, əlləri naxışlı,
Hər tərəfdən gülə-gülə axışardılar (27, 170).
22
Yenə həmin əsərində şair bu bayram günü hamının bayramı
istər evdə, istərsə də küçədə şadyanalıqla qeyd etməsindən söhbət
açır və hər bir kəsin öz məclisini, bayram süfrəsini qurduğunu
vurğulayır:
Sürətlə hərəkət edən günbədin hər il dönümündə,
Dünyanın tarixində yeni gün olar.
Onların bu günü küçədə, evdə
Ürək arzuları üçün geniş meydan açırdı.
Sonra hər biri öz məclisini düzəldərdi (27, 170).
Əfzələddin Xaqani Novruz bayramının hamının ruhunu
oxşamasından bəhs edərək deyir:
Novruzda Əzra hüsnü var, şah bəxti tək ruh oxşayar,
Halı behişti andırar, falı da fürqan olsun həm
(28, 102).
Qazi Bürhanəddin isə Novruzun gəlişi bütün dünyanı yenidən
münəvvər (hər tərəfin işıqlı, parlaq və nurlu) etmişdir, deyərək
Novruzu belə təsvir edir:
Məgər Novruz gəlmişdir müsəvvər,
Ki, olmuşdur cahan yenə münəvvər (29, 72).
Şair baharı təsvir edərək yazır:
Bahar etdi yenə bir yeni ayin,
Ki, hüsnindən xəcil qıldı gök ayın (29, 76).
Burada “gök” dedikdə göy, səma nəzərdə tutulur. Şair burada
Novruz bayramı zamanı müxtəlif ayinlər icra olunduğuna işarə
etmişdir.
Novruz bayramındakı şəhanəliyi Qazi Bürhanəddin belə
təsvir edir:
23
Novruz olalı cəhanı görsən,
Bu kəvn ilə bu məkanı görsən (29, 117).
Başqa bir şeirində Qazi Bürhanəddin yazır:
Cihanda yenə Novruz oldı bu gün,
Nə kim məqsud isə ruz oldı bu gün (29, 236).
Burada üstüörtülü də olsa, insanların arzu və istəklərinin hə-
yata keçdiyi vurğulanır, dilək tutulduğuna işarə edilir. Müasir
dövrümüzdə də Novruz bayramı zamanı dilək tutub qapı pusmaq
adətinin qaldığını söyləmək yerinə düşür. Şairin yaradıcılığında
Novruzla bərabər Mehrikan (mehrican) bayramının da adı çəkilir
(29, 228). Mehrikan payız vaxtı keçirilən məhsul bayramı olub
insanların öz məhsulları ilə paylaşmasıdır. Yeri gəlmişkən qeyd
edək ki, «mehr ayının 16-dan 21-nə qədər (oktyabr ayının 8-dən
13-nə kimi) bayram şənlikləri keçirilirdi» (7, 128).
Arif Ərdəbili də Novruz bayramından bəhs etmişdir (30,
114). İmadəddin Nəsimi “Mövsimi-novruz niysan aşikar oldu ye-
nə” başlıqlı qəzəlində Novruzla baharın gəlişinə işarə edərək
yazır:
Mövsümi-novruzü neyistan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.
Köhnə dünya yengi xələt geydi bu mövsimdə uş,
Çöhrəsi dövri bu gün nəqşü nigar oldu yenə.
Nərgizi gör cam əlində mey sunar ariflərə,
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.
Badə içmək rövzadə gər sən dilərsən hur ilə,
Yar əlin tut, bağçaya gir novbahar oldu yenə.
Saqiyə, camı gətir kim, mən uşatdım tövbəmi,
Köhnə təqvimim mənim bietibar oldu yenə (31, 54).
Şair burda həmçinin, Novruzla bağlı təqvimin dəyişdiyini
söyləmişdir.
Dostları ilə paylaş: |