2
Elmi redaktorlar: fil.e.n., dos.
Rüstəm Rəsulov
t.e.d., dos.
Şirin Bünyadova
Rəyçilər:
f.e.d., prof. Niyazi Mehdi
t.e.n., dos.
Sevdagül Əliyeva
h.e.n., dos.
Sadir Məmmədov
Əsgər Əhməd. “ XII-XV əsrlərdə Аzərbaycanın mənəvi
mədəniyyəti”. Bakı-2012, “Elm” nəşriyyatı, 372 səh.
Əsərdə zəngin tarixi, ədəbi, dini-fəlsəfi qaynaqlar əsa-
sında XII-XV əsrlərdəki Azərbaycanın mənəvi mədəniyyəti
haqqında geniş təsəvvür yaradılır. Monoqrafiya orta əsr-
lər dini-fəlsəfi, elmi-pedaqoji, musiqi, oyun-əyləncə düşün-
cəsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Kitab
tarixçilər, etnoqraflar, dinşünaslar, tələbələr və öz milli
mənəviyyat tarixini tanımaq istəyən geniş oxucu kütləsi
üçün nəzərdə tutulur.
İSBN 978-9952-453-29-4
655(07)-2012
© “Elm” nəşriyyatı
©
Əsgər Əhməd
3
ÖN SÖZ
Hər bir xalqın mədəniyyəti onun tarixinin aynası olub, keç-
diyi tarixi inkişaf yolunun müəyyənləşdirilməsində əhəmiyyətli
rola malikdir. Xalqların mədəniyyətinin müxtəlif aspektlərdən
araşdırılması müasir humanitar elmlərin, o cümlədən də etnoqra-
fiya elminin qarşısında duran vacib məsələlərdəndir. Belə ki, bu
cür araşdırmalar xalqların tarixinin qaranlıq səhifələrinə aydınlıq
gətirilməsinə yardım edir və onlar haqqında tarixi yaddaşın bər-
pasını təmin edir. Məşhur etnoqraf R.F.İts haqlı olaraq qeyd edir-
di ki, xalqın tarixi təkcə yazılı mənbələrdə deyil, həmçinin onun
adət-ənənələrində, bizi əhatə edən aləm haqqındakı düşüncə və
təsəvvürlərində, əmək alətlərində, geyim və yeməklərində, yaşa-
yış evlərində, qədim yaşayış məskənlərində, qədim qəbir abidələ-
rində, əfsanə və dastanlarında, etnos tərəfindən yaranıb onu baş-
qalarından fərqləndirən mədəniyyətin bütün sahələrində qorunur
(1, 11).
Etnoqrafiyanın tədqiqat obyekti kimi, mədəniyyət mahiyyət
etibarilə tarixi xarakterə malik olub, köhnə nailiyyətlərin ötürü-
cüsü və eyni zamanda yeninin köhnə ilə üzvi əlaqəsində özünü
göstərir.
Mədəniyyət - insanlar tərəfindən uzun əsrlər boyu yaradılmış
və toplanılmış maddi və mənəvi dəyərlər sistemidir. O, özündə
nailiyyətləri əks etdirərək, təkcə yaradıcılıq,
istehsal,
bilik mənbə-
yi olmayıb, həmçinin insanların müxtəlif yönlü tələbatlarının
(əməli və intellektual) ödənilməsini təmin edən bir vasitədir. Mə-
dəniyyət, eyni zamanda cəmiyyətin ictimai, siyasi, iqtisadi, mə-
nəvi ehtiyacları əsasında formalaşır. O, sivilizasiyaların və etnos-
ların ayrılmaz cəhəti olmaqla bərabər, həm də xalqların tarixi
yaddaşıdır.
Məlumdur ki, mədəniyyət maddi və mənəvi olmaqla bir-biri
ilə sıx bağlı olan iki hissəyə ayrılır. Y.V.Bromley qeyd edirdi ki,
maddi və mənəvi mədəniyyətin bölünməsi hər halda şərtidir, belə
ki, insan əməyinin çox məhsulları eyni zamanda həm zehni, həm
də fiziki əməyin nəticəsidir. İstənilən maddi əşya yaranmamışdan