Xəbər bülleteni №36


İyul ayında vətəndaşları qəbul cədvəli



Yüklə 0,58 Mb.
səhifə4/6
tarix26.01.2018
ölçüsü0,58 Mb.
#22483
1   2   3   4   5   6

İyul ayında vətəndaşları qəbul cədvəli


29.06.2016

Dövlət və hökumət rəsmilərinin 2016-cı ilin iyul ayında vətəndaşları hansı şəhər və rayonlarda qəbul edəcəyi açıqlanıb:


Qəbul edən
Gün
Yer
Əhatə olunan şəhər və rayonlar

Oqtay Şirəliyev

Səhiyyə naziri



1

Biləsuvar

Biləsuvar, Cəlilabad, Salyan, Neftçala

Aydın Əliyev

Dövlət Gömrük Komitəsinin sədri



2

Ağdaş

Ağdaş, Yevlax, Göyçay, Ucar

Fikrət Məmmədov

Ədliyyə naziri



8

Qax

Qax, Zaqatala, Balakən

Kəmaləddin Heydərov

Fövqəladə hallar naziri



8

Ucar

Ucar, Kürdəmir, Göyçay, Zərdab

Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzinin publik hüquqi şəxsin Direktorlar Şurasının sədri



8

Bərdə

Bərdə, Ağcabədi, Ağdam, Tərtər

Azad Rəhimov

Gənclər və idman naziri



15

Göygöl

Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax

Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri



15

İsmayıllı

İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ

Ramin Quluzadə

Rabitə və yüksək texnologiyalar naziri



15

Qəbələ

Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri



15

Quba

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı

Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri



18

Oğuz

Oğuz, Şəki, Qax

Mikayıl Cabbarov

Təhsil naziri



19

Qax

Qax, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ

Heydər Əsədov

Kənd təsərrüfatı naziri



21

Lerik

Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi



21

Xaçmaz

Xaçmaz, Quba, Qusar, Şabran

Arzu Rəhimov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi



21

Beyləqan

Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Ağdam

Səlim Müslümov

Əmək və əhalinin sosial müdafiəsi naziri



22

Lerik

Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı

Şahin Mustafayev

İqtisadiyyat naziri



22

Yardımlı

Yardımlı, Masalı, Cəlilabad

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri



27

Balakən

Balakən, Zaqatala, Qax

Zakir Qaralov

Baş prokuror



29

Şəmkir

Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax

Hüseynqulu Bağırov

Ekologiya və təbii sərvətlər naziri



29

Yardımlı

Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı

Ziya Məmmədov

Nəqliyyat naziri



29

Balakən

Balakən, Zaqatala, Qax

İstintaq Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları dindirib

29.06.2016



fuad qehremanli 2“Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları istintaqa çağırıb şahid qismində dindirərək ifadələri sübut kimi təqdim ediblər”. Vəkil Yalçın İmanov “Azadlıq” radiosuna belə deyib.

AXCP sədrinin müavini olan Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər ittihamı ilə tutulub. Bu ilin mayında ona hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə ittihamı da irəli sürülüb.

Vəkili Yalçın İmanov “Azadlıq” radiosuna bildirib ki, Fuad Qəhrəmanlı “Facebook” statuslarına görə həbs edilsə də, onun işi Nardaran hadisələrində tutulanların cinayət işinə birləşdirilib: “İstintaq yekunlaşıb və tərəflər iş materialları ilə tanış olublar. İstintaq birtərəfli, qərəzli aparılıb. Görünür ki, istintaq obyektiv araşdırma aparmağa yox, yalnız ittiham üçün dəlillər toplamağa çalışıb. Bununla belə, Fuad Qəhrəmanlıya qarşı ittihamı sübut edəcək ciddi heç nə ortaya çıxara bilməyiblər. Ona görə də materiallarla tanışlıqdan sonra istintaq orqanına Fuad Qəhrəmanlı barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət təqdim etdik. Amma təmin olunmadı. Bir daha aydın oldu ki, məqsəd nə yolla olursa olsun Fuad Qəhrəmanlını həbsdə saxlamaqdır.

Cinayət işi yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Fuad Qəhrəmanlı həbsdə olan ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə məhkəmə qarşısına çıxarılacaq”.

Yalçın İmanov əlavə edib ki, iyunun 28-i Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin daha bir ay uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin olunmayıb: “Fuad Qəhrəmanlı prosesdə iştirak etməyib. Özü məhkəməyə ərizə göndərmişdi ki, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılsın. Fuad Qəhrəmanlı hesab edir ki, məhkəmə müdafiəsi səmərəli deyil və əziyyət çəkib gəlib bu prosesdə iştirak etmək istəmir. Yəni bu müəyyən mənada təqsirləndirilən şəxsin məhkəmənin ədalətsizliyə, qeyri-obyektivliyinə etirazı kimi də qəbul oluna bilər”.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Həbslər Bakıda və bölgələrdə aparılıb. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Baş Prokurorluq Fuad Qəhrəmanlının həbsi ilə bağlı məlumatında bəyan edib ki, aparılmış istintaqla Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb: “Öz çağırışları ilə Fuad Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

Fuad Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib”.

Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Əmlakın qeydiyyatını sadələşdirən layihə ilə bağlı açıqlama

29.06.2016



emlak 1Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın daşınmaz əmlak sektorunda həyata keçirilən layihə ilə bağlı məlumat yayıb. Açıqlamaya görə, Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi yekunlaşmaq üzrədir: “2013-cü ildə start verilən layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb. Əhaliyə məxsus olan ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektlərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır. Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub. Layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.

Sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – faktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətlər edə bilərlər.

2013-cü ildən başlanan layihənin Gəncədə icrası artıq yekunlaşıb və şəhərin mükəmməl elektron kadastr informasiya bazası yaradılıb. 2016-cı ilin sentyabrında isə Şəkidə layihənin tamamlanması nəzərdə tutulur. Ötən müddətdə həm Almaniyadan olan məsləhətçilər, həm də yerli özəl şirkətlər layihənin icrasında birbaşa iştirak ediblər. Layihə çərçivəsində aparılan kadastr işlərinə yerli özəl qurumlar da cəlb olunub”.

“Karyerada ilk addım”: 240 iş yeri təqdim olundu

29.06.2016

emek 1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Biznes Universitetində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib. Bakı şəhəri üzrə 48 müəssisədən 240 boş (vakant) iş yerinin təqdim edildiyi tədbirdə iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı məzunlar istəklərinə uyğun olaraq əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıblar. Tələbə və məzunlar işəgötürənlərə özləri barədə şəxsi məlumatlarını (CV) təqdim ediblər. Yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüblər.

İyunun 29-da yayılan rəsmi məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində gənclərin məşğulluğunun təminatı xüsusi yer tutur: “Təkcə bu ilin beş ayında xidmətin xətti ilə işlə təmin olunanların 36 faizi, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 32 faizi gənclərdən ibarət olub. Bu dövrdə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1500 nəfərədək şəxsdən 60 faizini gənclər təşkil edib. Xidmətin əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən vətəndaşların da mühüm bir hissəsi gənclərdir. Həmçinin son 5 ayda 56,4 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib”.

Ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında təşkil edilən aktiv məşğulluq tədbirlərindən bəhs edən Səlim Müslümov diqqətə çatdırıb ki, bu tədbirlərin məqsədi tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına, eləcə də işəgötürənlərin gələcəkdə ixtisaslı kadr seçimini aparmalarına dəstək məqsədi daşıyır: “İştirakçılara boş (vakant) iş yerləri də təklif olunur, onlara əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaqla əlavə qazanc əldə etmək imkanları yaradılır. Həm tələbə və məzunlar, həm də işəgötürənlər üçün əhəmiyyətli olan bu tədbirlər cari ildə də davam etdirilir. Bu il artıq 8-ci ali təhsil müəssisəsidir ki, “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilir”.

Səhiyyə Nazirliyi böyrək çatışmazlığından əziyyət çəkənlər haqda hesabat yayıb

29.06.2016

sehiyye n
Səhiyyə Nazirliyi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər haqda məlumat yayıb. Qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (26-sı regionlarda, 8-i Bakıda) 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir.

Rəsmi məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicəsinə Nazirlər Kabinetinin 19 iyul 2006 və 26 noyabr 2010-cu il qərarları ilə başlanıb: “2003-cü ildə ölkədə 1, 2006-cı ildə 4 hemodializ şöbəsi olub. Hazırda isə xəstələrə 544 hemodializ aparatı xidmət edir və dializlə əhatə edilən xəstələrin sayı hər il 20-22% artır. Dərman və tibbi ləvazimatlar dövlət hesabına qarşılanır, xəstələrə 171 həkim, 408 orta tibb işçisi xidmət göstərir.

Xroniki böyrək çatışmazlığı böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb olur.

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon insandan 800-1200 nəfərində bu xəstəlik müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır”.

Səhiyyə Nazirliyi bildirir ki, ölkədə böyrək və digər orqanların transplantasiyası həyata keçirilən 640-a yaxın xəstə qeydiyyatdadır. Onların da immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına aparılır və bu qayğı ilə əhatə edilən xəstələrin sayı hər il 18-20% artır.

243 müəllim iş yerini dəyişmək hüququ qazanıb

29.06.2016

tnÜmumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən  müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə keçirilən müsabiqə başa çatıb. Təhsil Nazirliyinin məlumatına görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Müəllimlər iş yerlərini dəyişmək üçün iki mərhələdə imtahan verib. Test mərhələsində iştirak edən 1621 müəllimdən 345 nəfəri müsahibə mərhələsinə keçib və onların 297-si bu imtahanda iştirak edib.

Ukrayna qırğınlarında həlak olanların sayı 9 mini ötüb

29.06.2016



ukrayna
Ukraynada 2014-cü ildən bəri davam edən silahlı münaqişədə azı 9 min 449 nəfər həlak olub, 21 min 843 nəfər yaralanıb. BMT baş katibinin köməkçisi İvan Şimonoviç İnsan Haqları Şurasının 29 iyun toplantısında belə açıqlama verib.

Novator.az-ın məlumatına görə, Şimonoviç Ukraynadakı toqquşmalarda həlak olanların 2 min nəfərinin dinc sakin olduğunu vurğulayıb. O bildirib ki, ölənlərin çoxu 2014-cü ildə və 2015-ci ilin əvvəlində yaşayış məntəqələrinin atəşə tutulmasının qurbanı olub.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

7 aydan sonra ilk təmas: Putin Ərdoğana zəng edib

29.06.2016

putin 1İyunun 29-da Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng vurub. Dövlət başçıları Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumunu müzakirə ediblər. Vladimir Putin həmkarına İstanbulun Atatürk Hava Limanında iyunun 28-də törədilən terror aktı ilə bağlı başsağlığını çatdırıb.

Kamikadzelərin törətdiyi həmin terror aktında 41 nəfər həlak olub.

Telefon danışığı 40 dəqiqə çəkib, normal məcrada keçib. Türkiyə Prezidenti Administrasiyasının rəsmi açıqlamasına görə, telefon danışığında Rusiya və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşdırılmasının önəmli olduğunu vurğulayıblar. Onlar ikitərəfli münasibətləri canlandırmaq üçün gərəkli addımlar atılması ilə yanaşı bölgədəki siyasi, iqtisadi və humanitar böhranı aradan qaldırmaq üçün iş birliyinin vacib olduğunu qeyd ediblər.

Münasibətlərin canlandırılması və terrorla birgə mübarizədə qərarlı olduqlarını vurğulayan prezidentlər təmasları davam etdirmək və üzbəüz görüşüb müzakirələr aparmaq razılığına gəliblər.

Vladimir Putinlə Rəcəb Teyyub Ərdoğan son 7 ayda ilk dəfə təmas qurublar. Ötən il noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri ölkənin sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub, bir pilot həlak olub. Bundan sonra Rusiya ilə Türkiyənin münasibətləri kəskin pozulub, Moskva Ankaraya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib, Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edib.

Bu həftə Rəcəb Teyyub Ərdoğan Vladimir Putinə üzrxahlıq məktubu yollayıb, münasibətləri normallaşdırmağa çağırıb.

Terrorun bəzi detalları açıqlanıb

29.06.2016



ataturk limani terror 1Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev iyunun 29-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib. Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı nəticəsində çoxlu insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

İstanbulun Atatürk Hava Limanında iyunun 28-də baş verən terror aktında 41 nəfər ölüb. İstanbul Valiliyinin iyunun 29-da açıqladığı məlumata görə, faciə nəticəsində yaralanan 239 nəfərdən 109-u evə buraxılıb.

İyunun 28-i axşam saat 10 radələrində 3 terrorçu-kamikadzenin özlərini xarici uçuş terminalının gediş-gəliş zolaqları və avtomobil dayanacağında partlatdığı xəbər verilib. Son məlumata görə, terrorçulardan biri xarici uçuş terminalının əsas girişindən içəri daxil olub. Burada o, yoxlanış cihazından keçə bilməyəcəyini müəyyən edib, odlu silahdan ətrafa atəş açıb. Polis əməkdaşı onu güllələyib. Yaralı terrorçu üzərindəki partlayıcını işə salıb.

İkinci terrorçu da yoxlanış kamerası qarşısında atəş açaraq üzərindəki bombanı partladıb.

Növbəti partlayış hava limanından çıxan vətəndaşların avtomobillərə mindiyi ərazidə olub. Terrorçu əvvəlcə atəş açıb, ətrafdakı polislərlə əlbəyaxa olub və bundan sonra bomba partlayıb.

Dövlət Neft Fondu 2015-ci ildəki fəaliyyəti haqqında hesabat yayıb

29.06.2016

dnf 1Dövlət Neft Fondu 2015-ci ildəki fəaliyyəti haqqında hesabat yayıb. İyunun 29-da yayılan sənəd maliyyə fəaliyyəti haqqında hesabatın auditinin nəticələrini də özündə əks etdirir (Hesabat).

Transparency.az xatırladır ki, ötən ay Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. 2015-ci il büdcəsinin icrası gəlirlər 7 milyard 721 milyon 84,9 min manat, xərclər 9 milyard 187 milyon 826,9 min manat (gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində) təsdiq edilib.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə