XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə98/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   91   92   93   94   95   96   97   98   99

372
gözü  daha  ağırlıq  təşkil  edir.  Xanəli  Kərimlini  tanıyan  hər 
bir  kəsdən  soruşanda,  deyəndə,  mənə  elə  gəlir  ki,  adamın 
gözünün qarşısında şair canlanır. O, özünü ədəbiyyatımızda 
bir şair kimi tanıtmışdır, təsdiq etmişdir. Şair öz şeirlərində 
dəfələrlə yazır ki:
Bu vecsiz dünyaya, bu kainata,
Son sözüm, ön sözüm şeirlərimdir.
Mən daha çox Xanəli müəllimin şeir yaradıcılığı haqqın-
da danışmaq istəyərəm. Müəlim olduğu kimi hər bir şairin, 
yazıçının özünəməxsus fərdi sənətkarlıq xüsusiyyətləri, yara-
dıcılıq üslubu olur. Ümumi cəhətlərlə həm də fərdi keyfiyyət 
bir şairi, digər sənətkardan fərqləndirir. Xanəli Kərimlininn 
yaradıcılığında özünəməxsus sənətkarlıq xüsusiyyətlərindən 
biri  də  o,  özündən  əvvəlki  sənətkarlar  tərəfindən  işlənmiş 
mövzulara  müraciət  edir. Ancaq  müsbət  cəhət  odur  ki,  on-
ları  təkrarlamır.  O  müraciət  etdiyi  mövzuya  yeni  forma 
və  məzmun  verməyi  bacarır.  Öz  nəfəsi  ilə  o  mövzunu  isit-
məyi  bacarır.  Poetik  fikir  söyləməyi  bacarır.  Mən  fikrimi 
dəqiqləşdirmək üçün nümunələr gətirmək istəyərdim. İnsa-
nın,  dünyanın  dərdi-kədəri  haqqında  nə  qədər  şeirlər  yazı-
lıbdır.  Ulu  türk  ozanı Aşıq  Veysəlin  burada  birbənd  şeirini 
demək istəyərdim. 
Dərdimi demərəm dərdsiz insana,
Dərd çəkməyən dərd qədrini biləmməz.
Dərdin mənə dərman imiş sən demə,
Heç bir zaman gül tikansız qalammaz.
Ancaq Xanəli müəlliminin deyimində bu başqa cürdür. Yəni 
mövzu eyni olsa da, münasibət başqadır. Xanəli müəllim deyir ki: 
Məni silkələmə, silkələsən sən,
Üstümdən, başımdan dərd töküləcək.
Dünyanın üzünü su alan kimi,
Dünya dərd içində ölüb gedəcək.


373
Biz  çox  eşitmişik  ki,  insanın  üz-gözündən  dərd  tökülür. 
Dərd  əlindən  dağa  çıxmaq,  dərdinin  əlində  əlacsız  qalmaq. 
Ancaq ilk dəfədir ki, bu poeziyada rast gəlirik ki:
 
“Məni silkələmə, silkələsən sən,
Üstümdən, başımdan dərd töküləcək.”
 Yaxud, şair dediyi kimi, dərdi o qədər böyükdür ki:
“Dünyanın üzünü su alan kimi,
Dünya dərd içində ölüb gedəcək”.
Yəni şairin dərdi o qədər çoxdur ki, dərdini desə dünyalar 
onun içində ölüb gedəcək.
Gəzmə məzarımı torpaq altında,
Mən şeirlərimdə dəfn olunmuşam.
Yaxud da:
Şeirim də, sözüm də duyğularımın,
Bir də zamanımın şəkilləridir.
Gördüyünüz kimi, adi bir hadisəyə poetik məna ver mə-
yi  bacarır.  Şair  üçün,  sənətkar  üçün  bu,  ən  yüksək  keyfiy-
yətlərdəndir. 
Xanəli müəllimin yaradıcılığında ən yüksək keyfiyyətlər-
dən biri də o az sözdə dərin məna ifadə etməyi bacarır. Elə 
mətləblər var ki, ona yüzlərlə misra həsr etmək olar. Ancaq 
əsl sənətkar odur ki, az sözdə dərin bir məna ifadə edə bilsin. 
Ulu Nizaminin fikrincə desək: 
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Xanəli  müəllim  az  sözdə  dərin  məna  ifadə  edə  bilir. 
Sözə  qiymət  verməyi  bacarır.  Belə  olmasaydı:  “Mən  sözdən 


374
qorxuram, Tanrıdan qorxan kimi” yazmazdı. Və onun yazdığı 
“ İkiliklər” başlığı altında olan fikirlər, demək olar ki, atalar 
sözü çəkisi qədər ağır aforizmlər səviyyəsindədir: 
Yediyi çörəyə dönük çıxan kəs,
Haqqacan çatsa da haqqa yetişməz.
Tərəzi daşında durarsa oğru,
Tərəzi heç zaman işləməz doğru.
Zatında ucalıq olmayanları,
qədər ucaltsan olmaz vüqarı - və s.
Göründüyü kimi, iki misrada çox dərin məna vardır. Və 
mən onu qeyd etmək istəyərdim ki, elə şeirlər var ki, onları 
təbliğ etmək fikri ilə razılaşmamaq da olar, ancaq elə şeirlər 
vardır ki, onları təhlil etmək, yazmaq nə qədər çətindir. Ona 
görə  ki,  şair  o  şeiri  yazan  zaman  keçirdiyi  hissləri,  düşün-
cələri, duyğuları onu təhlil edən adam o qədər lərzə gəlməli, 
həyəcanlanmalı, şair qədər narahat olmalıdır ki, o əsərə düz-
gün rəy və təhlil verə bilsin. Xanəli müəllimin yaradıcılı-
ğında bu cür çətin təhlil olunan şeirlər çoxdur. Yəni bizim 
adi  hesab  etdiyimiz  misralarda  görürsən  ki,  çox  ağır  bir 
məna yükü vardır.
Xanəli müəllim həm də təbiət şairidir. Təbiətin vurğunu-
dur.  Onun  bu  mövzuda  qələmə  aldığı  elə  bir  şeiri  yoxdur 
ki, orada təbiət canlı və təbii görünməsin. Həm də o, təkcə 
təbiətin  gözəlliyini  təsvir  etmir.  Təbiəti  insan  həyatına  təsir 
edən  bir  varlıq  kimi  göstərir.  Təbiətlə  insan  arasında  bir 
vəhdət yaradır. Ən çətin, ən dar ayaqda belə təbiətə söykənir, 
təbiətlə dərdləşir. Belə olanda şairin təbiət şeirlərində insan 
təbiətin, təbiət də insanın bir parçasına çevrilir – vəhdətləşir, 
bütövləşir.
Ulu Məmməd Araz yazırdı ki, “Anadan, bacıdan gizlətdiyimi, 
Kağızdan, qələmdən gizlətməmişəm”. Xanəli müəllim, bəlkə də, 
ehtiyat edib kağızdan qələmdən gizlətdiyi sirləri təbiətlə bö-


375
lüşüb.  Belə  olmasaydı,  yazmazdı  ki:  “Ən  çətin  məqamda,  ən 
çətin anda, Daşlar da insanın dərddaşı olur”. 
Yaxud: 
Daşlarla dil tapsan, görərsən ki, sən, 
Onların da qəlbi, düşüncəsi var. 
Daşı duya bilməz daş ürəklilər, 
Daşların daşdilli zümzüməsi var.
Həqiqətən də, təbiətə bağlı olmayan insan, şair heç zaman 
təbiət duyğularını bu cür ifadə edə bilməz.
Xanəli müəllim, elinə, obasına, doğulduğu torpağa bağlı 
bir şairdir. O, demək olar ki, həyat fəaliyyətinə, yaradıcılığa 
başladığı vaxtdan bu günə qədər qabarlı əlləri ilə çörək qa-
zanması,  kənd  həyatında  yaşaması,  böyüməsi  ilə  fəxr  edir, 
qürur  duyur.  Elə  əsərlərindən  də  bu  duyğunu,  bu  hissləri 
görmək olar. 
Xanəli  Kərimlinin  yazdığı  “Təbil”  poeması  müasir  dövr 
kənd  həyatını  əks  etdirən  əsərlər  içərisində  ən  qiymətli 
əsərlərdən  biridir.  Bu  gün  bizim  ən  ağrılı  yerimiz  olan 
kəndlərin boşalıb şəhərlərə axını başladığı bir vaxtda Xanəli 
Kərimlinin belə bir mövzuya müraciət etməsi və tam olaraq 
o mövzunu işləyərkən gənclərimizə gözəl nəsihətlər verməsi, 
kəndlərin gözəl təsvirini verməsi, həqiqətən də, insanda bir 
anlıq da olsa belə o yerləri qoyub gəldiyi üçün təəssüf hissi 
yaradır. İtirdiyi, çata bilmədiyi arzulara, bəlkə də, kənddə qo-
vuşacağı ümidi ilə yaşayır. Onun bu poemasında kəndə çağı-
rış, kökə qayıtmaq çağırışıdır. Şairin özü ən çətin məqamında, 
ən  çətin  anlarda,  xəstələnəndə  belə  kəndə  gedəndə,  doğma 
yurduna-ilk beşiyinin yırğalandığı, ilk ana laylasını eşitdiyi 
ocağa dönən də bir də geri qayıtmaq istəmir. Ona görə də şair 
bu hisslər başqa bir şeirində də dilə gətirir və deyir:
Loğman qardaş, dağa düşcək güzarım,
Burda yoxa çıxır dərdim, azarım.
Dağlar, sizdə qoy qazılsın məzarım... 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə