XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə3/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   2   3   4   5   6   7   8   9   ...   99

9
yaxud ziyalı münasibətindən ibarətdir. Amma çap olun muş 
şeir kitabları və elmi-publisist əsərləri, geniş ictimai-təşkilati 
fəaliyyəti, bütöv və aydın şəxsiyyəti tanımış şair-alim Xanəli 
Kərimli haqqında geniş, əhatəli, də rin elmi təhlillər və ümu-
miləşdirmələr aparmağa tam təminat verir.
Ümid edirəm ki, Xanəli Kərimli haqqında oxuculara təq-
dim olunan ilk elmi kitab
1
 onun bədii yaradıcılığı, çox cəhətli 
fəaliyyəti  ilə  əhatəli  şəkildə  tanış  olmaq  istəyənlər  üçün 
bələdçi rolunu oynaya biləcəkdir.
  İsa Həbibbəyli, 
”Nuhçıxandan -Naxçıvana”, 
Bakı, 2015, s. 579-584. 
1
  Sabir  Bəşirovun  “Xanəli  Kərimli:  Bir  ömrün  nağılı”  (2011)  monoqrafiyası 
nəzərdə tutulur - red.


10
 MƏQALƏLƏR 
Camal Mustafayev,
  fəlsəfə elmləri doktoru, professor,
 Əməkdar Elm Xadimi
 
İNAM SAFLIĞI
(Xanəli Kərimlinin “Payız duyğuları” 
kitabından təəssüratlar)
İnsanlıq sənətin başlanğıcından dünyanın sirlərinə heyrə-
tini poetik dühada təcəssüm edib. Poeziyadan geniş əhatəli 
idrak  qaynağı  olaraq  səmərəli  faydalanıb.  Biz  fikrimizi, 
həmişə olduğu kimi, Hegelə istinad etməklə əsaslandırmaq 
istərdik:
“Bədii, eynilə də dini müşahidə, yaxud, daha doğrusu, eyni za-
manda hər ikisi və hətta elmi araşdırma heyrətdən başladı. Heç bir 
şeydən  heyrətlənməyən  adam  kütlük  vəziyyətində  yaşayır”  (He-
gel, “Estetika”, 2-ci cild). Poeziya sənəti xalqların ilk müəllimi 
oldu,  deyirdi  Hegel.  O,  Homerdən,  Hesioddan  danışanda 
Herodotun fikrini qeyd edirdi: “Bu şairlər “yunanlara onların 
allahlarını verdilər”.
Yunanlarda  şairlərə,  onların  yaratdıqları  söz  abidələrinə 
müqəddəs ehtiram burdan doğurdu. Bu yöndə xeyli maraq-
lı örnəklər gətirib, təhlil obyekti etmək olardı. Ancaq bütün 
bunların əvəzində, təsirli bir nümunəni hörmətli oxucunun 
diqqətinə xüsusi təqdim etmək zəruridir.
Bu, Sokratla bağlı  olan, gerçəkdən, ibrətli  bir  əhvalatdır. 
Mütə xəssislər bilirlər: Sokrat şeirdə, yaxud fəlsəfədə yazılı bir 
irs qoymayıb (Baxmayaraq, yunan fəlsəfəsində şeir yazmayan filo-
sof yox idi). Sokrat insanda özünüdərketmə qabiliyyəti oyadan 
şifahi  nəsihətləri  ilə  şöhrət  qazanmışdı.  Həmin  fəaliyyətinə 
Allahın təyin etdiyi vəzifə kimi baxırdı. 


11
Sokrat  ilk  şeirini  həyatının  son  günlərində  məhbəsdə 
yazmışdı (Afina məhkəməsi onu ölüm cəzasına məhkum edəndən 
sonra). Məhbəsdə Sokratla vidalaşmağa gələn dostları onun 
ölüm ərəfəsində şeir yazdığına xüsusi diqqət edirlər. O, Ezo-
pun irsindən bir təmsil seçib şeirə düzmüşdü. Bunun səbəbini 
soruşanda  deyib:  ölümündən  əvvəl  poeziyada  saflaşıb,  köçmək 
istəyir.
Platonun  “Fedon”  dialoqunda  bu  xüsusda  deyilənləri 
Diogen Zaertsi dəqiq açırdı. Sokratın şeirə düzdüyü həmin 
təmsildən bu sözləri gətirirdi:
“Vaxtilə Ezop Korinf sakinlərinə söyləyib: Kim fəzilətlidirsə, in-
sanların hökmündən yüksəkdədir”.
Sokrat bu şərh edilən əhvalatda əslində fəzilətinin üstünlü-
yünü ifadə edirdi. Eyni zamanda poeziyaya bir saflıq çeşməsi 
kimi baxdığını ehtiramla bildirirdi. Bütün bunlar bu ecazkar 
sənətin ilahi başlanğıcdan gəldiyinə etiqadla şərtlənirdi.
Bu etiqad Şərq poeziyasında zəngin nümunələrdə əks edi-
lib. Şairlər daşıdıqları yaradıcı istedada görə əvvəlcə Allaha 
dərindən pərəstiş etdiklərini şeirdə canlandırıblar. Onu ilk il-
ham mənbəyi kimi dərk etdiklərindən, poetik söz qarşısında 
batini məsuliyyət hiss ediblər. 
Yaradıcılığa inam saflığı gətirən həmin ibrətli ənənə Azər-
baycan  şeirində  səmərəli  davam  edir.  Bu  növ  nümunələri 
təhlil edib məzmunca dəyərləndirmək ayrıca maraq doğurur. 
Bu mənada Xanəli Kərimlinin yaxınlarda nəşr etdirdiyi “Pa-
yız duyğuları” kitabında müvafiq örnəkləri incələyək:
Nə gördüm Haqda Gördüm, Haqda tapdım özümü,
Haqq özü nurlandırıb ocağımı, közümü,
Mənə Haqq əta edib bu ilahi dözümü
Məni dözüm doğurdu, bir də Haqqın duası.
 Xanəli Kərimli Allaha dərin inamında Nəsimi şeirindən 
ruhlandığını  nəzərə  çarpdırır.  Gerçəkdən,  onun  poetik  ax-
tarışlarında  Nəsimi  meyli  yeri  gəldikcə  əks  edilib.  Şeirində 
bunu qürur hissilə bəyan etməkdə, şübhəsiz, haqlıdır:


12
Haqqa tapın, Haqqa gəl, - dedi ulu Nəsimi,
Nəsimi tək mələkdən mən almışam dərsimi.
Onunçun haqq eşqinə çaldığım hər tər simi
Duydu haqqa sığınan pak könüllər dünyası.
Nəsimilik  -  batini  ruhda  Allah  idealını  dərk  etmək  de-
məkdir.  Fikir,  hərəkət  tərzində  Allahın  iradəsinə,  büsbü-
tün  müti  olmaqdır.  Bu  mütilik  ziddiyyətli  zahiri  gedişatın 
təzyiqinə qarşı sarsılmaz mənəvi dayaqdır:
...Onun dərgahına baş əydiyimdən,
Kimsənin önündə baş əyməmişəm.
Nə də ki kimsəyə üstdən baxmışam,
“Mənəm, mən” – deyərək döş döyməmişəm.
Xanəli Kərimli şeirlərini ilahi iradənin diqtəsilə yazdığını 
xatırladır. Poetik sözə özünün həssaslığını əslində bu motivlə 
açıqlayır. “Mən sözdən qorxuram” şeiri onun bu yöndə fikir-
lərini yenidən işıqlandırır:
Mən sözdən qorxuram – Tanrıdan qorxan kimi,
Çünki söz Tanrının, Tanrı sözün özüdür.
O, bir nurdur süzülüb ərş-əladan gəlir,
Ərşlə fərşin zatı, astarıdır, üzüdür.
Şair Tanrı, söz şairin ruhudur,
O, boyun əyməmiş xaqanlara, şahlara.
Haqdan gələn haqq üçün haqqa tapındığından
Sözləri də şairlər tək çəkiblər dara.
Bu qəbildən nümunələr Xanəli Kərimli poeziyasında sufizm 
xəttini ehtiva edir. Onun müxtəlif mövzulu şeirlərində sufiz-
min rolu haqqında yazmışıq. “Ruhun özünüdərketmə qayəsi” 
başlıqlı şərhlərimizdə bunu, əslində, mənalandırmışıq...
Xanəli Kərimlinin kitabında “Nəyimdən yarıdım, nəyimdən 
bezdim” şeiri düşündürücü əsərdir. Yaradan şair ömrünə bir 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə