XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə5/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   2   3   4   5   6   7   8   9   ...   99

17
kimi dönməz iradəli, bir siyasət adamını yetişdirən bir xalqın 
əbədi ya şa yacağı inamı ifadə edilir:
Heydər kimi bir düha,
Yetiribdirsə bu xalq.
Bu xalqa ölüm yoxdur –
Əbədi yaşayacaq!!! 
Ədəbiyyatımızda  ayrıca  tarixi  bir  mövzu  olan  Cənubi 
Azər  baycan  mövzusu  Xanəli  Kərimlinin  “Payız  duyğuları” 
kitabında bir silsilə təşkil edir.
Tarixi  miladdan  çox-çox  əvvəllərə  dayanan  Azərbaycan 
türklərinin  torpaqları  XIX  əsrin  əvvəllərində  (1813)  Rus  və 
İran işğalına uğramış tarixi bir talesizlikdən, ikiyə bölünmüş 
“Şimali Azərbaycan”, “Cənubi Azərbaycan” kimi coğrafi ad lar-
la  xəri tə lərdə  qeyd  olunmağa  başlamışdır.  Şimali Azər bay-
can torpaqla rında Çar Rusiyası və Sovet Rusiyasının, Cənubi 
Azərbaycan  torpaqlarında  1813-cü  ildən  günümüzə  qədər 
İranın hökmranlıq etməsinə baxmayaraq bütöv Azərbaycanın 
ifadəsi olan Vətən mövzusu zəmanənin bütün qadağalarına 
bax  mayaraq, ədəbiyyatımızda Səməd Vurğun, Məmməd Ra-
him, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, 
Məmmədhüseyn Şəhriyar, Səhənd kimi şairlərin şeirlə rində 
aparıcı ana mövzulardan biri olmuş, Araz çayı, Hey dər baba 
dağı, Savalan dağı, Təbriz Və tənini simvoluna çev rilmişdir. 
Azərbaycanı  “şimal”  və  “cənub”  deyə  ikiyə  ayıran  Araz 
çayı sanki günahkar kimi şeirlərdə itti ham edilmişdi:
Axma, Araz,
Dayan Araz.
Bir ürəyi,
Cəllad kimi,
İki yerə bölmək olmaz – 
deyən xalq şairi Sü leyman Rüstəm vahid Azərbaycan məf-
humu üzərində dur muşdu.


18
XX əsrin sonlarında müstəqilliyini qazanan (1992) Şimali 
Azərbaycanın – indiki müstəqil Azərbaycan dövlətinin haki-
miy yəti  illərində  İrana  ilhaq  olunmuş  Cənubi Azərbaycana 
də fə lərlə səfər edən şair Xanəli Kərimlinin “Payız duyğuları” 
ki ta bında toplanan şeirlərinin bir qisminin mövzusu da itiril-
miş vətən torpaqları haqqındakı acı təəssüratlardır. “Gəzirəm 
vətəndə itən vətəni”, “Niyə qayıdırsan”, “A Kür bacım”, “Ha-
yıf  sənə,  Təbriz  yolu”  itirilmiş  vətən  torpaqları  haqqındakı 
şeirlərin bir neçəsidir.
Hayınan, küyünən yaşanmaz Vətən,
Ciblərdə sikkə tək daşınmaz Vətən.
Lüt-üryan qadın tək yaşınmaz Vətən,
Gəzirəm “vətəndə” itən Vətəni… 
Azərbaycan tarixinin böyük şəxsiyyətləri elm, tarix, mə də-
niyyət  və  ədəbiyyatımızın  iftixar  səhifələrində  yer  almışlar. 
Nəsrəddin  Tusi,  Məmmədəmin  Rəsulzadə,  Cəlil  Məmməd-
quluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Savalan…
Xanəli  Kərimlinin  Nəsrəddin  Tusiyə  yazdığı  “Sənlə  necə 
dərdləşim…”  Cəlil  Məmmədquluzadəyə  yazdığı  “Şükür  sə-
nin hüsnünə”, “Heykələ xitab”, Hüseyn Cavidə yazdığı “Us-
tad”, “Cavid əfəndi”, Şəhriyara yazdığı “Aparmağa”, “Sual” 
şeirləri, eləcə də Rəsul Rza (“Qayıda bilsən”), Mirzə İbrahi-
mov  (“Şükür  ki…”),  Məmməd Araz  (“Əbədiyyət  heykəli”), 
Xəlil  Rza  Ulutürk  (“Elegiya”,  “Rəhmət  sənə”)  haqqındakı 
şeirləri  öz  bədii  mü kəmməlliyi  ilə  seçilir.  Marağa  şəhərində 
olarkən Azər baycanın elm və mədəniyyət sahəsində yetişdirdi-
yi riyaziyyat, astronom, ədəbiyyat alimi Nəsrəddin Tusiyə yaz-
dığı “Sənlə necə dərdlə şim…” şeirində kainatın sirrini zəkası ilə 
fəth edən cismi torpaq altında, ruhu haqqın yanında olan böyük 
Azər baycan alimi Nəs rəddin Tusi ilə dərdləşir, Allahın möcüzəsi 
olan böyük alimə olan sevgisini belə ifadə edir:


19
Səkkiz yüz ildən sonra,
Görüşünə gəlmişəm.
Sən, ey Tusda doğulub,
Marağada yaşayıb,
Bağdadda ölən kişi.
Sevincini, qəmini,
Zamanın sitəmini,
Göylərlə bölən kişi.
Sən fəzilət şahısan,
Elmlər Allahısan. 
Şairin “Arximed”, “Kolumb”, “Şiraza gəlmişəm”, “Öz di-
lim sən”  kimi  düşündürücü  fəlsəfi  şeirləri  də,  kitaba  daxil 
etdiyi tək bircə qəzəli də şeirlərinin poetik kamilliyinin nü-
munəsidir.
“Hər şairin öz dünyası var” – deyirlər. Xanəli Kərimlinin şeir 
dünyası  kimi.  Vətəndaşlıq  və  biganəlik…  Bunlar  bir-birinə 
tam  əks  olan,  bir-birini  təkzib  edən  qeyrət  və  qeyrətsizlik 
ifadəsidir demək yerinə düşər.
Şeirlərində “vətəndaş” və “biganə” təzadlarını ustalıqla qə-
lə mə  alan  Xanəli  Kərimlinin  poeziyasında  türklük  sevdası, 
ana dilinə, yaşadığı Vətən torpağına sonsuz sevgi var. Onun 
şeir ləri  oxucunu  Vətən  əxlaqı,  azərbaycançılığı  milli  ideya-
ya çe virmək, sözə ehtiram ruhu, Allahın göndərdiyi sözləri 
nurdan sü  zülüb gələn ərş-əla “bilərək” sözə ehtiyatla yanaşma 
cid diyyəti təlqin edir.
Mən sözdən qorxuram –
Tanrıdan qorxan kimi,
Çünki söz Tanrının, Tanrı sözün özüdür.
O, bir nurdur süzülüb ərş-əladan gəlir,
Ərşlə fərşin zatı, astarıdır, üzüdür.
Fikrimi vaxtilə Xanəli Kərimli haqqında yazdığım məqa-
lələrimin  birində  olduğu  kimi  tamamlamaq  istəyirəm: 


20
“Xanəli Kərimlinin şeirlərində xalqın cilalaya-cilalaya günümüzə 
qədər  gətir diyi  söz  uğurlu  mənəvi  sərvətdir.  Ölçüsü-biçisi,  hər 
cür əndazəsi yerin də olan bu milli-mənəvi sərvət onun şeirlərində 
məqamında sərt, məqamında dadlı-duzlu fikirlər ifadə edir. Yaradı-
cılığındakı uğurları da, bəlkə sözə həssaslıqla, ehtiyatla, sənətkarlıqla 
yanaşmasıdır”.
 
Maarifə Hacıyeva. “Ədəbi qaynaqlar”. 
Bakı, 2014, s. 235-239 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə