XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə20/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   16   17   18   19   20   21   22   23   ...   99

71
dəqiqliyi ilə seçdiyi həyat hadisələrindəki sərraflıq missiya-
sını  təbiətə  münasibətində  də  qoruyub-saxlayıb.  Sözlərin 
zərgər biçimi, misraların poetik yükü heyrət doğuracaq qədər 
dəqiq olduğu üçün insana sonsuz zövq bəxş edir. 
X.Kərimli yaradıcılığında çox azlıq təşkil edən sevgi şeir-
ləri nin əksəriyyətində ifadə olunmuş hisslər dərindən yaşan-
mış,  ömrün  sevdalı  çağlarının  fikir  və  mühakimələrindən 
hasil olmuşdur, ancaq qəlbin və ağlın vəhdət prizmasından 
keçib büllurlaşan hiss və düşüncələridir. Elə olmasaydı, sev-
diyi  qadına  sevgimdən  duyuq  düşüb  isti  od-ocağı  soyuyar 
deyə, gündə yüz yol qarşılaşsa da gözucu və gözüdolusu bax-
maqdan ehtiyat etməzdi: 
Yüz kərə gəlsək də gündə üz-üzə
Sənə gözucu da baxmadım belə.
Qorxdum ki, sevgimdən duyuq düşəsən,
İsti od-ocağın soyuya bilə.
Gözüm dolusu da görməyim deyə,
Özüm bilə-bilə qaçmışam səndən.
Çiçəklər uzaqdan gözəl görünür,
Səni çiçək kimi sevmişəm gendən.
Fikrimizcə, ədəbiyyatda əsas meyar və göstərici istedad-
dır. Şair X. Kərimlinin şeirləri bir daha sübut edir ki, istedadı 
olan, yaradıcı insanın şeirləri bütün zaman kəsimlərində yal-
nız bahar təravətli olur. Ömrünün müdriklik və kamillik döv-
rünü yaşayan Xanəli Kərimlini çoxsaylı oxucuları adından 60 
illiyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, 
yeni-yeni əsərləri ilə oxucularını sevindirməyi arzulayırıq.
Xanəli  Kərimli  1951-ci  il  noyabr  ayının  27-də  Şahbuz 
rayonunun  Mahmudoba  kəndində  anadan  olub.  O,  Naxçı-
van  Dövlət  Universitetinin  dosenti  və  həmin  universitetdə 
Əcnəbi tələbələrlə iş üzrə dekan, Naxçıvan MR-in Əməkdar 
müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 100-dən artıq 
elmi və publisist məqalələrin, “Ay işığında” (1998), “Anam-


72
dan məktub” (2001), “Bu da bir nağıldı...” (2004), “Mənə elə 
gəlir  ki...”  (2008),  “Mənim  könlüm  bir  ümmandır...”  (2011) 
şeir kitablarının, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan 
ədəbiyyatının  tədrisi  metodikası”  (2000)  metodik  vəsaitin 
müəllifidir.  Haqqında  “Şairə  məktub”  (2007),  “Bir  ömrün 
nağılı”  (2011),  “Sözün  Əlincə  yaddaşı”  (2011),  “Duyğula-
rım,  düşüncələrim”  (2011)  kitabları  nəşr  edilib.  O,  Türkiyə, 
İran,  Gürcüstan,  Hollandiya,  Pakistanda  keçirilən  bir  sıra 
Beynəlxalq tədbir, konfrans və simpoziumların iştirakçısıdır.
 
 “Hüryurt”qəzeti,
 22 Şubat(fevral). 2012-ci il.


73
Aypara Behbudova,
 filologiya üzrə fəlsəfə doktoru, dosent
 
ŞAİRİN “PAYIZ DUYĞULARI”
Müasir  Azərbaycan  ədəbiyyatı  nəsillərin  və  poetik  üs-
lubların əlvanlığı ilə seçilir. Son zamanlar folklora, aşıq po-
eziyasına, poetikada folklor üslublarına maraq güclənsə də, 
fəlsəfi-intellektual  poeziya  nümunələri  də  öz  nüfuzunu  qo-
ruyub saxlamaqdadır. XX əsrdə bu təmayülün böyük R. Rza-
dan  başlanan  B.  Vahabzadə,  Ə.Kərim,  F.  Qoca,  M. Araz  və 
başqalarının yaradıcılığından keçib gələn ənənə və forma-üs-
lub təmayülünü istedadla davam etdirən nümayəndələrdən 
biri  də  Naxçıvan  ədəbi  mühitinin  yetirməsi  olan  Xanəli 
Kərimlidir. 
Onun  müxtəlif  illərdə  “Ay  işığında”  (1998),  “Anamdan 
mək tub” (2001), “Bu da bir nağıldı...” (2004), “Mənə elə gəlir 
ki...”  (2008),  “Duyğularım,  düşüncələrim”,  “Mənim  könlüm 
bir ümmandır”(2011) və s. kitabları işıq üzü görüb. Mən onun 
“Qanun” nəşriyyatında yenicə çap olunmuş “Payız duyğula-
rı” kitabı haqqında dəyərli oxucularla öz fikirlərimi bölüşmək 
istəyirəm. 540 səhifəlik kitab altı bölmədən ibarətdir və hər 
bölmənin əvvəlində Xanəli Kərimli yaradıcılığı haqqında ta-
nınmış elm adamlarının söylədikləri çox dəyərli fikirlər veril-
mişdir. 
Xanəli Kərimlinin “Payız duyğuları” adlı şeir kitabı xalqın, 
vətənin problemləri ilə yanıb qovrulan, qeyrətə, mübarizəyə 
səslə yən şair qəlbinin çırpıntıları, hayqırtısıdır. Kitabın ilk və-
rəq lərindən başıbəlalı Vətən üçün yanan bir ürəyin ağrıları-
nı  duymaq  o  qədər  də  çətin  deyil.  O,  Vətənin  bir  şair  oğlu 
kimi yaşadığımız ölkənin və millətin ağrı acılarını öz könül 
prizmasından keçirib ulu sözə çevirir. Bu sözlər misra-misra 
şeirlər içində püxtələşir və cilalanır.
Xanəli  Kərimlinin  bir  sənətkar  kimi  yüksəlməsinə 
özünəqarşı  tələbkarlığı,  yazdıqları  ilə  kifayətlənməməsi, 
daim  məsuliyyət  hiss  etməsidir.  O,  tələbkarlığı  nəticəsində 


74
daim  təkmilləşib  və  bu  təkmilləşmə  prosesində  yeni-ye-
ni  kəşflər  edib,  bu  gün  yazdıqları  ilə  kifayətlənməyib,  sa-
bah  üçün  axtarışlar  aparıb,  əsərlərini  ümümbəşəri  hisslərlə 
rövnəqləndirib.  Məhz  bunun  nəticəsidir  ki,  Xanəli  Kərimli 
özünəməxsus istedadı ilə müasirləri arasında tanınıb. Akade-
mik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığına yüksək qiymət 
verərək  yazır:  “Xanəli  Kərimli  yeni  dövr Azərbaycan  şeirində 
vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”.
Xanəli Kərimli yaradıcılığı daha çox qəm üstündə köklənib. 
Amma bu qəm heç də insanı ümidsizliyə aparmır. Bu qəm 
insanı mübarizliyə, şücaətə, cəsarətə, inkişafa səsləyir. Ada-
mı  yaltaqlığın,  məddahlığın  dərəcəsinə  enməməyə,  bəşəri 
mənlik  və  sədaqət  anlamına  sadiq  qalmağa,  bu  cür  insani 
keyfiyyətlərin ucalığına qalxmağa səsləyir:
Hələ bir kimsədən minnət çəkmədən
Beləcə bir ömür yaşayıram mən.
Odu səngiməyən şam ürəyimi,
Ey Vətən, səninçin daşıyıram mən.
Xanəli Kərimli poetik istedadının qədrini bilən, özünə gü-
vənən,  başlıcası  isə  sözün  qeyrətin  çəkən  şairdir.  Bəlkə  elə 
buna görə də şair yazır: 
Şeir gərək haqdan gələ,
Zorla şeir yazmaq olmaz.
Haqdan gələn bir sözün də
Mizanını pozmaq olmaz.
Odur səni səndən sonar
Ağladan da, güldürən də.
Səni min il yaşadan da,
Səni vaxtsız öldürən də.
Xanəli Kərimli sinəsində söz göyərdən şairdir. Onun poezi-
yası söz əzabından doğulur. O, əzabla yazır, onun şeirlərində 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə