XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə17/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

60
Şeytan xislətiylə yaşayanlardan,
qədər bəlalar çəkmişik, vallah.
Ən çətin anında Allaha tapın,
Onda bağlı qalmaz heç zaman qapın.
Allahdan itibsə bəxtin açarı,
Qınama nə dostu, nə də ki, yarı.
Şairin dilində Tanrı ilə bağlı rast gəlinən misralar onun ka-
millik səviyyəsini də göstərir. Təbiətlə cəmiyyətin vəhdətini, 
Yaradanın kimliyini, yaradılışın fəlsəfəsini dərk edərək onun 
poetik  dillə  ifadəsi  X.Kərimlinin  kimliyini  də  ortaya  qoyur. 
O, ikiliklərinin birində ilahi varlığın qüdrətini aşağıdakı kimi 
verir.
Hər şeyi yoluna qoyandı Allah,
Hər şeyin sirrindən bir odur agah.
Mənfi mənalı emosional-ekspessiv sözlər isə şairin nifrət və 
tənqidinə, həmçinin mənfi xarakterizəedici bənzətmələrində 
rast gəlinir. Məsələn:
Qəlbini dilində gizləyən insan,
İnsan cildində şeytandır, şeytan
Mayası haramla yoğrulan kişi, 
Əxlaqsız qadın tək sürər gərdişi
Abırdan, həyadan uzaq olanlar,
Ən çirkin işdən də eyləməzlər ar.
Bütün ömrü boyu züytutan kəslər,
Qurşaqdan yuxarı yüksələnməzlər. 
Tərbiyəsiz,  əxlaqsız  adam  şadara  kimidir,  nə  “töksən, 
“axıb gedər, – deyir X.Kərimli. 


61
Bədii  əsərlərin  dilində  kobud  sözlərin  işlədilməsi  üslu-
bi  çalarlıq  kəsb  etsə  də,  onlardan  ehtiyatla  və  məsuliyyətlə 
istifadə  etmək  daha  yaxşı  olar.  Ola  bilsin  ki,  şair  daxili 
təlatümünü  ram  etmək  üçün  daha  kəsərli  deməyə  çalışır, 
amma  onun  yazdığını  təkcə  özü  yox,  yüzlərlə  oxucu  oxu-
yur.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  ədəbiyyat  tərbiyə 
edir,insanı  mənəvi  cəhətdən  zənginləşdirir.  Bəzən  müasir 
ədəbiyyatımızda rast gəlinən kobud, söyüş, nifrət xarakterli 
sözlərin  daha  qabarıq  şəkildə  verilməsi  ədəbiyyatın  qayəsi 
ilə təzad təşkil edir. Fikrimizcə, X.Kərimlinin “Mənə elə gəlir 
ki” adlı düşüncələrindən nümunə gətirdiyimiz yuxarıdakı fi-
kir ədəbiyyata və bədii ədəbiyyat düşüncəsinə xas olmayan 
etik çərçivədən kənardadır. Vulqar leksikanın tərkibinə daxil 
olan  bu  sözlərin  və  ifadələrin  ədəbi  dildə  işlənməsinə  yol 
verilmədiyinə görə, bədii dildə də bunlardan yalnız zərurət 
və tələbat əsasında istifadə edilməli, yaxud da kobud sözləri 
evfemizlərlə əvəz etmək lazımdır.
Şair X.Kərimli şeirlərində diqqəti çəkən məqamlardan biri 
də şairin fərdi üslubuna uyğun olaraq bəzi sözlərin yeni for-
mada  ifadəsinin  poetikləşdirilməsidir.  Bu  cür  poetikləşmə 
sözün yeni formada yazılışını nəzərdə tutsa da sözün mənası 
dəyişmir. Məsələn:
Yar yanağı üstünə
Göz nəmsiyib, seh düşüb.
 
  ***
Çəçikdi,
Sinə üstə çəçikdi.
Şeytan nə gül axıtdı,
Könlün məndən çəkikdi?...
Sel gələr,
Daşar çaylar sel gələr.
Mərd igid harayına
Axışıban el gələr. 


62
  
           *** 
Bulaqlarım axarını dəyişib,
Gədiklərim baxarını dəyişib .
Şimşəklərim çaxarını dəyişib .
Bu  nümunələrdə  işlənmiş  nəmsiyib  (nəmlənib),  çəkikdi 
(çəki nəndi), axışıban (axışaraq) və.s sözləri ədəbi dildə işləndiyi 
kimi də şeirdə işlənmiş olsaydı, yenə də məna öz dolğunlu-
ğunu saxlamış olardı. Amma sözlərin bu şəkildə işlədilməsi 
şairin fərdi üslubundan və şeir dilinin yüksək poetikasından 
irəli gəlir. Şeir dilində işlənən belə sözlər xüsusi ifadəlilik və 
gözəllik yaradaraq üslubi vasaitəyə çevrilir.
X.Kərimli  şeirlərinin  dilinin  sadəliyinə  təsir  edən 
vasitələrdən biri də ümümxalq dilində işlənən aforizmlərin 
məqamı  gəldikcə  şeirlərdə  işlədilməsidir.  Məsələn:  Zaman 
dəyirman  daşıdı,mən  dəvəsi  ölmüş  ərəb,  fil  qulağında  yat-
maq, acından ağzına qurd düşənlər, mərdi qova-qova namərd 
eləmək və s.
X.Kərimli şeirlərində tərənnüm etdiyi hiss və duyğularını 
epitetlər vasitəsilə verməyə çalışıb. Onun şeirlərində işlənmiş 
epitetləri iki yerə bölmək olar: 
1) müqəyyəd epitetlər ; 2) fərdi-situativ epitetlər.
Şairin dilində işlənən müqəyyəq epitetlərə xalq yaradıcılı-
ğında, yazılı ədəbiyyat nümunələrində digər şairlərin dilində 
də  rast  gəlinir.  Müqəyyəd  epitetlərlə  yanaşı  X.Kərimlinin 
dilində işlənən fərdi-situativ epitetlər orjinallığı və ifadəliliyi 
ilə seçilir. Maraqlı cəhət odur ki, şairin işlətdiyi fərdi situativ 
epitetlərin hər hansı birinə digər şeirlərində rast gəlinmir.
Fərdi-situativ epitetlər şairin yaradıcılıq fantaziyasını, is-
tedadını üslubi cəhətdən fərqləndirən faktor kimi çıxış edir. 
Məsələn: Əzəldən açarı itən bu kilid,üzü dönmüş dil, nahaq 
dünya,  quru  salam,  beş  günlük  dünya,  üzdən  iraq  zibillər, 
üfunət  yayan  tiplər,  əyri  adamlar,  sozalan  günəş,  yapa-
laq  təpələr,  nimdaş  sovxa,  yasti-yapalaq  ömür  və  s.  Şairin 
dilində işlənmiş bu epitetlər üslubi tələbata, fikirin tələbinə 
uyğun işlədilmişdir.


63
Şairin şeirlərində fərdi xarakterə malik oksimoronlar da az 
deyil. Məsələn:
Əl çalmışıq 
Vətən üçün ölənə də
Əl çalmışıq 
Vətənimi bölənə də.
Əl çalmışıq 
Diri ikən ölümüzə
Ölü ikən dirimizə
“Xeyrimiz”də millət deyir,
”Şərimiz”də millət deyir.
Qaçanım da millət deyir,
Qovanım da millət deyir.
Bu cür nümunələr şairin bədii üslubunda bədii təsvir va-
saitələrinin zənginliyini sübut etmiş olur.
Ümumiyyətlə,şair  X.Kərimli  şeirlərinin  sadə  dili,xalq  di-
lin dən mayalanmış aforizmlərin şeir leksikonunda üstünlük 
təşkil  etməsi,  bədii  təsvir  vasitələrin  müracətlərin  çoxluğu 
zəngin bədii dilin təzahürüdür. 
 
Arif Ağalarov: ”Poeziyaya baxış bucağı”, 
 Naxçıvan, 2015, s.73-78.
 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə