XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə22/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

79
bir fikir hakimdir ki, hansı yazıçı öz həyatını yazırsa, yaşadığı 
hissləri qələmə alırsa, o, oxucuya daha çox yaxın olur. Xanəli 
Kərimlinin şeirlərinin, poemalarının mövzuları yad bir dün-
yanın həyatından deyil, yaşadığımız həyatdan, gördüyümüz 
mühitdən götürülüb. Buna görə də onun əsərlərinin hamısın-
da şairin ürək döyüntüsü, həyatın bir parçasını görürük. 
Xanəli Kərimlinin janrları, mövzuları rəngarəngdir, oxu-
naqlıdır.  Onun  məhəbbət  mövzulu  şeirləri  də,  təbiəti  vəsf 
edən  poetik  nümunələri  də  təbii,  səmimi  şair  qələmindən 
süzülüb gəlir, sevilə-sevilə oxunur. Şairin şeirlərinin dilinin 
səlis,  rəvan  və  axıcı  olduğunu  xüsusi  qeyd  edən  filologiya 
elmləri  doktoru  Adil  Bağırov  yazır:  “Xanəli  Kərimlinin  de-
yim  tərzi  sərrast,  düzüm  tərzi  bitkindir.  O,  yaradıcılığında  dili-
mizin tükənməz bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək 
şeirlərində yüksək ifadəlilik, obrazlılıq yaradan, emosional fikirləri, 
sadə, aydın, yığcam bir dillə ifadə edir, doğma dilimizi özünün qü-
rur mənbəyi sayır”.
“Payız duyğuları” kitabında yer alan şeirlər bir daha Xanəli 
Kərimlinin  geniş  yaradıcılıq  marağını  göstərməklə  bərabər, 
eyni zamanda, şairin yüksək bədii estetik zövq və istedadını 
da üzə çıxarır. Zəngin klassik ənənələrimizə söykənən, eyni 
zamanda  aktual  sosial-mədəni  mövzulara  müraciət  edən 
Xanəli Kərimli şeirləri elə bu səbəbdən geniş oxucu kütləsinin 
sevgisini qazanıb və gələckdə də bu sevginin sönməyəcəyinə 
inamımız böyükdür. 
“Palitra” qəzeti,
 9 aprel 2014-cü il
 


80
Aypara Behbudova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
“Naxçıvan” Universiteti Elmi Kitabxanasının direktoru 
ŞEİRLƏRİ, ŞƏXSİYYƏTİ VƏ TALEYİ 
BÜTÖVLÜK TƏŞKİL EDƏN ŞAİR
İnsan  keçib  getdiyi  yola  böyük  bir  zaman  məsafəsində 
nəzər  saldıqda,  fikrən  o  yolla  bir  də  qayitdıqda  içindən  ən 
müxtəlif, ən dərin hisslər keçir. Bir daha sevinir, heyrətlənir, 
nəyə isə təəssüf edir, nədənsə kədərlənir, nəyisə sanki yenidən 
kəşf edir, yenidən özü üçün açır. Filologiya üzrə fəlsəfə dok-
toru, dosent, şair Xanəli Kərimlinin əsərlərini, yaradıcılıq yo-
lunu  yenidən  nəzərdən  keçirdikcə  mən  də  istər-istəməz  bu 
hissləri keçirdim. Xüsusilə, əgər sən həmin şairin yaradıcılı-
ğına bu və ya digər səviyyədə bələdsən, bu illər ərzində onun 
haqqında  dəfələrlə  yazmısan,  poeziyasını  izləmisən.  Xanəli 
Kərimlinin şeirlərini uzun illərdir ki, mütaliə edirəm, bütün çap 
olunmuş kitabları kitabxanamda var.
Şairin yubileyi ilə əlaqədar onun bütün əsərlərini varaq-
ladım və çoxdan oxuduğum, tanış olduğum, hətta haqqında 
yazdığım şeirləri, poemaları bir də, bir də oxudum, burada-
kı şeirlərin çoxu mənim üçün yenə də təzə və yenidir. Çünki 
onun poeziyasını oxuyanda hər dəfə yeni məna, yeni məzmun 
tapırsan.  Beləliklə,  mən  Xanəli  Kərimli  poeziyası  haqqında 
bu fikirləri deyə bilərəm ki, onun poeziyası bütövlükdə yeni 
poeziyadır,  öz  əsrinin  poeziyasıdır.  Yaşadığı  dövrdə  elə  bir 
hadisə olmaz ki, o hadisə şairi düşündürüb narahat etməsin 
və  bu  narahatlıq  şeirə  çevrilməsin.  Buna  görə  də  Xanəli 
Kərimlinin poeziyası yaşadığı dövrün, zamanın poeziyasıdır.
Xanəli  Kərimlinin  poeziyası  onun  xarakterinə  çox  ox-
şayır:  təbii  və  məğrur,  milli  və  ümumbəşəri.  Daha  doğru-
su,  Xanəli  Kərimli  şeiri,  taleyi  və  şəxsiyyəti  bütövlük  təşkil 
edən şairlərdəndir. Onun poetik “mən”inin gücü təbiiliyində 
və  əsilliyindədir.  Bu  poeziyada  süni  və  qeyri-təbii  heç  nə 
yoxdur. Gerçəklikdən alınan süjet, ürəkdən axıb gələn poetik 


81
hiss, özünəməxsus fərdi ovqat poetik amala çevrilir. Xanəli 
müəllimin şeirləri ürəkdən gəlir və ürəyə yatır, insanı ehtiza-
za gətirir, sadə və gözəldir, elə gözəllik də sadəlikdədir. 
Əsl şeir odur ki, o, sərhədlərə, çərçivələrə meydan oxuyur. 
Əsl şair odur ki, o, məhdud çərçivələrə qarşı üsyan edir, hay-
qırır.  Belə  olanda  poetik  novatorluq  aydınca  görünür.  Ona 
görə ki, əsl şair şeiri ilə yenilik gətirir və bununla da bəhs olu-
nan məsələlərdən, problemlərdən asılı olmayaraq poetik fikir 
də, misralar da müasir səslənir. Poetik fikir və misralar müa-
sir səslənmədikdə şeir sanki “ölü” doğulur və “ölü” kimi də 
qalır. O, “ölü” olaraq sənət əsərinə çevrilə bilmir. Belə “ölü” 
şeirlərdə  problemlər,  məsələlər  müasir  səslənmir.  Odur  ki, 
ədəbi prosesdə yalnız və yalnız orijinal poetik fikir sahibləri 
yaşayır,  sevilir.  Eyni  zamanda  onlar  oxucu  nəsillərinin 
təlabatını da ödəyir. Həm də bütün zamanlarda müasirliyi ilə 
fərqlənir. İstənilən ədəbi nəslin nümayəndələri içərisində öz 
fərdi düşüncə tərzi, ifadə forması ilə fərqlənən Xanəli Kərimli 
yaxşı mənada bu gün ədəbi mühitə meydan oxuyur. 
Xanəli Kərimlidən söhbət gedərkən həmişə Rəsul Həmzə-
tovun  “Mənim  Dağıstanım”  əsərində  şairlərin  “növləri” 
haqqında dedikləri yada düşür. Böyük Dağıstan şairi deyir: 
“Şairlər üç cür olur, biri yaza bilir və yazır, ikincisi, elə bilir ki, yaza 
bilir (yəni yaza bilmir), amma yazır, üçüncüsu isə,yaza bilir, amma 
yazmır. Mən əsil şairi bu üçüncüləri sayırm”. Xanəli Kərimli də 
üçüncü qrupa mənsub olan şairlərdəndir. 
Nədir onu oxucularına sevdirən? Poetik sözün müqəddəs-
liyini,  paklıq  və  duruluğunu  qoruyub  saxlanaq  qabiliyyəti! 
Ger çək aləmdə görüb müşahidə etdiklərini sənətkar təfəkkü-
rü nün  seçib  sonaladığı  mənaları  sədaqətlə  poeziyanın 
dili  ilə  oxucularına  təqdim  etmək  ustalığı!  Xanəli  Kərimli 
həm  də  zəngin  həyat  təcrübəsinə,  sınaqlardan  çıxmış  şa-
irlik  səriştəsinə  malikdir.  Ömür-gün  xəzinəsi  müasirləri 
üçün qiymətli ərmağan, ağıllı məsləhət mənbəyi ola biləcək 
incilərlə  zəngindir.  Xanəli  Kərimlinin  əsərlərinin  müasir 
Azərbaycan  poetik  təfəkkür  alə min də  saldığı  cığır  məhz 
onun özünəməxsusluğu və orijinallığı ilə seçilir.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə