XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə25/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   21   22   23   24   25   26   27   28   ...   99

90
seçkinlik ifadə edir və dilimizdəki köməkçi sözlərin nə qədər 
əhəmiyyətli olduğunu bir daha təsdiq edir: 
Ha qaçsam da, bu qovğadan, 
Bir gün una dönəsiyəm. 
Şairin  dilində  cələ,  soyxa  adam,  bircə  hovur  isinmək,  denə 
(de(mək) əvəzinə), ovsanatdan salmaq kimi dialekt və xalq danı-
şığından alınmış dil faktları da maraqlıdır. 
Xanəli Kərimlinin dilində Rəsul Rzasayağı deyilmiş fikirlər 
ifadə tərzi ilə seçilən dil-üslub faktlarındandır: 
Ancaq öz aramızdı, 
Ağlından şikayətçi 
olmayanlar içində 
mənim kimilərin də 
hərdən görünür yeri. 
Xanəli Kərimlinin qələmində adi söz və fikirlər bəzən ta-
mamilə fərqli don geyir, adi bildiyin həqiqətləri sanki onları 
oxuyandan sonra dərk edirsən: 
İndi qayğılarım birə on artıb, 
Saçıma dən düşüb yaşımdan qabaq. 
Hər günahım üçün, hər səhvim üçün 
Ürəyim ağrıyır başımdan qabaq... 
Şairin dilindəki ritmik təkrarlar bədii dilin fonetik sə viy-
yədə obrazlılığını təmin edir, onun estetik baxımdan gö zəl-
liyini dərinləşdirir: 
Eh... olan olubdu, keçən keçibdi
İndi ha düşünək, indi ha anaq. 
Atlanan atlanıb, köçən köçübdü, 
İndi ha göynəyək, indi ha yanaq... 


91
Xanəli Kərimlinin söz dünyası zəngindir. Onun dilindəki 
maraqlı  dil-üslub  özəllikləri  şairin  ədəbi  dilimizdəki  dəsti-
xəttini müəyyənləşdirir, şairin öz imzasına, öz sözünə sahib-
liyini təsdiq edir. Beləliklə, Azərbaycan ədəbi dilinin inkişa-
fında Naxçıvan ədəbi mühitinin müəyyən qədər rolu vardır. 
 “Naxçıvan” Universiteti,
“Elmi əsərlər” jurnalı, 2016,N1 


92
Elxan Yurdoğlu,
 Şair-tərcüməçi
 PAYIZDA DOĞULMAQ DA 
BİR XOŞBƏXTLİKDİR...
Ötən  günlərdə  Naxçıvan  Dövlət  Universitetində  şair 
Xanəli Kərimlinin 60 illik yubileyi qeyd edilirdi. Bəli, şair Xanəli 
Kərimlinin. Baxmayaraq ki, o həm də ədəbiyyatşünas alimdir - 
filologiya üzrə fəlsəfə doktoru, dosentdir, Naxçıvan Dövlət Uni-
versitetinin xarici tələbələrlə iş üzrə dekanıdır, Naxçıvan Muxtar 
Respublikasının əməkdar müəllimidir. Lakin yubiley şair Xanəli 
Kərimli üçün keçirilirdi. Akademik İsa Həbibbəylinin təbirincə 
desək, “Xanəli Kərimli üçün şairlik birincidir. O, hər şeydən əvvəl, 
sözün gerçək mənasında istedadlı şairdir. Həssas, nəcib, ülvi duyğuları 
şeirin dili ilə havalandırmağı bacarır”. 
O,  “Ay  işığında”,  “Anamdan  məktub”,  “Bu  da  bir  nağıl-
dı”,  “Mənə  elə  gəlir  ki”,  İranda  nəşr  olunan  “Duyğularım, 
dü şüncələrim”  adlı  kitabların  müəllifidir.  Haqqında,  fəlsəfə 
doktoru Sabir Bəşirov tərəfindən “Bir ömrün nağılı” monoq-
rafiyası və ayrı-ayrı məqalələrdən ibarət olan “Xanəli Kərimli 
- Sözün əlincə qalası” kitabı nəşr olunub. 
Amma mən onu bir cümləsi ilə tanımışam və ətraflı tanış-
lıqdan sonra isə şair kimi sevmişəm. Müdrik kəlamlar kimi 
deyilmiş müxtəlif fikirlərinin arasında belə bir ifadə var: “Şa-
irlik Tanrının bəndəsinə bəxş elədiyi dəliliyin bir növüdür”. 
Doğrudan da, şairlər şeirə köklənəndə havalanırlar. Bu ha-
valanma dəlilik məqamının bəlkə də ən maraqlı mərtəbəsidi. 
Şeir yazılandan sonra şair də olur hamı kimi birisi. Və o şeir 
anı - o dəlilik məqamı minlərlə oxucuya bir gözəl şeir, bənd, 
misra,  fikir  bəxş  eləyirsə,  deməli,  o  dəliliyi  də  yaşamağa 
dəyərmiş. 
Bəzən elə bir misra ilə, şeirlə qarşılaşırsan ki, birdən-birə 
duyğularına Günəş kimi işıq saçır. Bir şam işığında yazılan 
bir  misra  Günəş  qüdrətinə  sahib  olur.  Yəqin  elə  sözün  bu 


93
qüdrətini yaxşı bildiyindən və elə bunu düşündüyündən ya-
zıbdı Xanəli Kərimli - “Çox zaman diqqətdən kənarda qalan şam, 
məqamı gələndə Günəş qədər dəyərli olur”. 
Bu maraqlı fikirlərin içərisində şairin qeyri-adi bir yanaş-
ması da var. Deyir ki, “ən böyük kədər də sevgidən doğur”. Bu, 
hər halda, məcnunluğa tərəf çıxmaq, Kərəmliyə haqq qazan-
dırmaqdır. 
Nə üçün, bilmirəm, amma içində payız olan bütün şeirlərin 
hüzünlü bir aurası var. X.Kərimlinin şeirlərində də bunu ya-
şadım...
Hər damla göz yaşında,
Bir bəşəri kədər var.
Payızın da, qışın da,
Bətnində bir qəhər var.
Payızda doğulmağın (X.Kərimli noyabr ayının 27-də dünya-
ya göz açıb), hətta payızda şair doğulmağın payızı anlamaq, 
dərk  eləmək  mənasında  bir  üstünlüyü  olduğuna  inanıram. 
Bu baxımdan payızda şair doğulanlara qibtəylə baxdığımı da 
etiraf etməliyəm. Bir vaxtlar “Yazda doğulmuşam, payız öləcəm” 
misrasını  da  elə  bu  qibtəylə  qələmə  alıb,  ulu  yaradana  bir 
istəyimi bildirəndə də ümidim olum-ölüm aralığındakı öm-
rümü payıza əmanət etmək idi.
X.Kərimli səmimi yumorlu ünsiyyətə malik, təbiətən sadə 
biridir.  Rəhbərlik  etdiyi  dekanlıkda  tələbə  olan  nigeriyalı, 
banqladeşli,  koreyalı,  türkiyəli,  iranlı,  qırğızıstanlı,  rusiyalı, 
pakistanlı və digər ölkələrdən gəlmiş tələbələrlə də məhz bu 
səmimi  xarakteriylə  ünsiyyət  qurmağı  bacarır.  Universitet 
rektoru İsa Həbibbəylinin “Xanəli Kərimli xarici tələbələrin di-
lini tapan, yaxud onlarla dil tapa bilən” ifadəsi də bu mənada 
maraqlıdır. Təbiətin, yerin-göyün, otun-suyun, dağın-daşın, 
gülün-çiçəyin dilini bilən şair üçün başqa dillərdə danışsalar 
belə insanın dilini bilməyə nə var ki. 
Şahbuz  rayonunun  səfalı  bir  yerində,  təbiətlə  qol-boyun 
olan  Mahmudoba  kəndində  dünyaya  göz  açan  şairin  sözlə 
mayalanmasında da ailəsinin xüsusi rolu olub. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə