XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə13/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   9   10   11   12   13   14   15   16   ...   99

45
mövzuya və onun bədii həllinə ədəbi tənqiddə birmənalı ya-
naşmayanların  da  varlığını  etiraf  etməliyik.  Bəzi  müəlliflər 
ədəbi  prosesdə  bir  sıra  estetizm  və  poetizm  təmayüllərini 
həddindən artıq ideallaşdıraraq vətəndaşlıq lirikasına yuxa-
rıdan  aşağı  baxmağı  özlərinə  rəva  görürlər.  Daha  doğru-
su,  Vətən  və  v ə tən  pərvərlik  mövzusundakı  şeirləri  ikinci 
dərəcəli  ədəbiyyat  nümunələri  kimi  dəyərləndirməyə  və 
təcrübəsiz  oxucuları  da  buna  inandırmağa  can  atırlar.  Belə 
bir  nəzəri-estetik  yanaşma  ilə  qətiyyən  razılaşmaq  olmaz. 
Müasir  dövrdə,  radio  və  televiziyanın  müxtəlif  bəhanələrlə 
bu  müqəddəs  vəzifəni  yerinə  yetirməkdən  boyun  qaçırdığı 
bir vaxtda ədəbiyyatımız, xüsusən, poeziya Vətənimizin ta-
rixini  və  taleyini  tərənnüm  etməkdən  yorulmursa,  bu  nəyə 
görə kimlərinsə xoşuna gəlməməlidir?!
Biz isə bu fikirdəyik ki, indi orta nəslə mənsub olan Sa-
bir  Rüstəmxanlı,  Zəlimxan  Yaqub,  Çingiz  Əlioğlu,  Ramiz 
Rövşən, Eldar Baxış, Rafiq Yusifoğlu, Əlirza Xələfli, Əhməd 
Qəşəmoğlu, Vaqif Bəhmənli, Adil Cəmil, Rəşad Məcid, Əbülfət 
Mədətoğlu, Akif Azalp kimi bir çox müasir şairlərimizin, o 
cümlədən Xanəli Kərimlinin Vətən və Azərbaycan haqqında-
kı şeirləri geniş tədqiq, təbliğ və tədris olunmalıdır. “Payız 
duyğuları” kitabındakı Vətənimiz şərəfinə yazılmış, milli qü-
rur və iftixar duyğularını oyadan, gözəl milli nəğmələr təsiri 
bağışlayan onlarla şeirlər bu qənaəti daha da möhkənləndirir. 
 
 “Kaspi” qəzeti, 
 30 aprel - 2 may, 2016.


46
Fərqanə Kazımova,
 filologiya üzrə fəlsəfə doktoru, dosent
 
AĞRILI VƏ İNAMLI ŞAİR
Haqqında söz açdığımız şair poeziya nəhənglərindən ol-
masa da, “bir allah qulu olub, zirvə olmağa can atan “Ağrı”lı, 
lakin “Bütövlük” üçün həyəcan “Təbil”i çalan “İnam”lı şair 
Xanəli Kərimlidir.
Xanəli Kərimli təpədən-dırnağacan milli, vətəninə, ulusu-
na  bağlı  bir  vətəndaş  şairdir.  Təmkinli  şairin  poetikasında 
diqqəti çəkən xüsusiyyətlər kifayət qədər çoxdur. Lakin şairin 
yaradıcılığı, əsasən, Tanrıya tapınma, türkçülük, milli birlik, 
mübarizlik ideyaları üzərində köklənmişdir.
O söz demək xatirinə söz söyləmir. Sözü “Tanrının özü” he-
sab edən şair sözə son dərəcə ehtiyatla yanaşır, onu Tanrının 
bəxş etdiyi nur hesab edir:
Mən sözdən qorxuram – Tanrıdan qorxan kimi,
Çünki söz Tanrının, Tanrı sözün özüdür.
O, bir nurdur süzülüb ərş-əladan gəlir,
Ərşlə fərşin zatı, astarıdır, üzüdür.
Şair iç dünyasından gələn haqq səsini yazıya köçürür və 
özünün dediyi kimi yazılmaması qeyri-mümkün olan möv-
zulardan yazır. Onun fikrincə, “şairin şeirindən də onun iç dün-
yasını dərk etmək çətin deyil”. Bu baxımdan şairin yaradıcılıq 
məhsulları onun şəxsiyyəti ilə vəhdət təşkil edir. Belə ki, bu 
insana  laqeydlik,  biganəlik  yaddır.  Məhz  buna  görə  də  sir-
li-sehirli  nağıla  bənzər  dünyamızın  ağrı-acılarından,  milli 
bəlalarımızdan  yazan  Xanəli  Kərimli  həmişə  uca  Haqqına 
tapınıb  “bir  allah  qulu  kimi  gələn  vəhyləri  yazmaqla”  yanaşı, 
bütün  varlığı  ilə  yaşadığı  həyatda  baş  verən  haqsızlıqların, 
ədalətsizliklərin  qarşısını  almağa  çalışan,  bu  işdə  aciz  qal-
dıqda Tanrıya səslənən şairdir:


47
“Nə qədər sürəcək bu kor qaranlıq?...”
Özün bir nəzər sal bizə bir anlıq
Sən axı, nəzərsən, nəzər ol, Allah!
Sən özün çarəsən, çarə qıl, Allah!
Onun “duaları” da Tanrıya tapınmağın bariz nümunəsidir:
Daşı tərəziyə düz qoyan Allah,
Sən dağıt yolumdan dumanı, çəni.
Hər bəndə qəlbində iz qoyan Allah,
Düşmən qabağında xar etmə məni.
Şairin qüvvət aldığı ulu Tanrıdan sonra səcdə etdiyi ikinci 
qüvvə müstəqil dövlətimiz və onun rəmzi olan bayrağımızdır:
Mənim başımın üstdə
İki səcdəgahım var
Biri uca Allahım!
Biri – yenməz bayrağım!
Bayrağı “yad ellərdə danışan saf dilimiz, vüqarımız – ləyaqə-
timiz” hesab edən şair millətimizin yüksəlişinə, sivil millətlər 
içərisində öndə olmasına sevinir, qürur duyur.
“Hər bir şairin yaradıcılığının məğzi ilk növbədə mühitlə müba-
rizədir”  –  deyənlər  yanılmırlar.  Xanəli  müəllim  yaşadığı 
mühitlə  mübarizə  aparan  şairdir.  Mühitin  eybəcərliklərini, 
bu  millətin  xislətinə  yad  ünsürləri  durmadan  qamçılayaraq 
vəziyyətdən çıxış yolu arayan şair yenə Tanrıya tapınır:
Tökülür abır-həya, tapdanır qeyrət-namus,
İnsanda insanlıq yox, istəyirsən köpük qus
Hər yerindən duranlar hökmü-fərmandır, əfsus...
Bu nə bəladır belə, tutdu bizi, İlahi.
Şairin “Bir xırda padşaha”, “Kötüklər”, “Allah özü qurtar-
sın”, “Ləkə gətirmə”, “Qalırmı”, “Qayıtmalıyam” və onlarca 
digər şeirində mühitlə mübarizə motivləri güclüdür.


48
Ağrıları çox olan, el yükü daşıyan şairidir Xanəli Kərimli! 
Tariximizin qan yaddaşına yazılmış 20 Yanvar acısını, şəhid 
ağrı-acısını yaşayan insandır. Bu sızıntılar, bu acılar içərisində 
çırpınan şair əsl vətəndaşlıq mövqeyindən şəhid dili ilə xalqı 
laqeyidlikdə, biganəlikdə ittiham edərək milli birliyə çağırış-
la səslənir:
...Bir millətdə ki, “sənin” ola, “mənim” ola, 
...Bir millət ki,dost-düşmənin seçəmməyə,
Öz dərdini dərdi bilib çəkəmməyə,
Bir millət ki, yaxşı-pisi böləmməyə,
Vətən üçün, yurdu üçün öləmməyə,
Bir bədəndə bir can olub döyünməyə -
O millətin yolunda da ölmək günah,
O millətin içində də qalmaq günah,
O millətin dərdini də bölmək günah.
Xanəli  müəllim  poetik  düşüncələri  ilə  nakam  şairimiz 
Almas  İldırımın  içində  boğulan  səsinin  davamçısıdır.  Əgər 
Almas  İldırım  “Əsir  Azərbaycan”ın  dərdlərini  hayqırırdısa, 
Xanəli Kərimli sinəsində Qarabağ, 20 Yanvar yarası olan “Ya-
ralı Azərbaycan”ın sızıltılarını dünyaya car etməyə can atır:
Azərbaycan –dərd içində solan anam,
Yarı canı yad əllərdə qalan sonam!..
Azərbaycan - mənim canım, mənim balam!
Danışdıqca qövr eləyir içindəki yaraları,
Bir atəş tək səpələnir dörd bir yana paraları:
Azərbaycan - hər yerində şəhidistan...
Xanəli Kərimli lirikası xalqın hikmət xəzinəsindən, yurdun 
əsararəngiz  təbiətindən  qidalanıb  boy  atır.  Xalq  ədəbiyyatı 
ru hun da pərvəriş tapır. Doğma yurdun bulaqlarını, dağları-
nı, dərələrini, hər bir fəsildə dəyişən bənzərsiz, özünəməxsus 
gö zəlliklərini ilhamla tərənnüm edir. Şairin şeirləri dil və for-
maca xalq ruhuna yaxın, axıcı və səlisdir. Onun şeirləri icti-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə