Az2
Elmi
redaktor:
Rəyçilər:
h.e.n. dos. S.M.SəIimov
h.e.d. prof. C.İ.Süleymanov
h.e.n. dos. İ.D.Səlimov
t.e.n. dos. F.İ.Vəliyev
Əkbərov Rahib Abdulla oğlu, Nəzirov Cəlal Qədir oğlu. Xarici
ölkələrin dövlət və hüquq tarixi.
Azərbaycan dilində.
Qanun 2005, 516
səh.
Kitaba İranın, Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Qazaxıstanın,
Baltikyanı, şərqi, qərbi, cənubi slavyanların dövlət və hüquq tarixi,
həmçinin quldarlıq, feodalizm və erkən burjua dövründə mövcud olmuş
bəzi qanun külliyyatları daxil edilmişdir.
Dərslik tələbələr, müəllimlər, aspirantlar, idarəetmə strukturunda
çalışanlar və geniş oxucular üçün nəzərdə tutulmuşdur.
^1300013005 - 081
AB 022051
Az2
© Qanun, 2005
© Əkbərov R.
Nəzirov C.
Xarici ölkələrin dövlət və hüquq tarixi fənni çərçivəsində hazırlanmış
bu vəsaitdə müstəqil Azərbaycanın daxil olduğu regional və beynəlxalq
təşkilatların üzvü olan, bizim üçün əhəmiyyət kəsb edən qonşu və ya dost
ölkələrin dövlət idarəçiliyi və hüquq institutlarının öyrənilməsi, zənnimizcə,
labüd tarixi elmi prosesin tərkib hissəsidir. Belə ki, keçmişin baş vermiş
dövlət hüquqi proseslərinin inkişafını izləmədən, dərk etmədən və nəticə
çıxarmadan gələcəkdə daha böyük uğurlara nail olmaq çətindir.
Son illərdə AMEA-nın müxbir üzvü h.e.d. prof M.F.Məlikova- nm və
h.e.n. dos. E.Q.Nəbiyevin müəllifliyi ilə vətən və xarici ölkə dövlətlərinin
dövlət və hüquq tarixinin öyrənilməsində xeyli müvəffəqiyyətlər əldə
edilmiş, dərsliklər, dərs vəsaitləri və elmi məqalələr nəşr olunmuşdur. Bu
kitaba daxil edilmiş Qədim İranın, Cənubi Qafqazın, Mərkəzi Asiya və
Qazaxıstanın, Baltikyanı dövlətlərin, Şərqi slavyanların, Moldovanın, Qərbi
slavyalarm və Cənubi slavyanların dövlət və hüquq tarixi ana dilində ilk
dəfə nəşr edilir. Kitabda quldarlıq və feodalizm dövründə göstərilən
ölkələrdə mövcud olmuş dövlətlər və bu dövlətlərdə ictimai münasibətləri
tənzimləyən hüquq sahələrinin adət hüququ və qanunvericilik normalarının
tarixinin öyrənilməsinə cəhd edilmişdir. Xüsusilə feodalizm dövründə
mövcud olmuş (məlumdur ki, Avropa dövlətlərinin bir çoxu ibtidai icmadan
birbaşa feodalizm quruluşuna keçmişdilər) dövlətlər və onların ictimai
quruluşu, dövlət quruluşu, hüquq mənbələri, mülkiyyət və öhdəlik hüquq
münasibətləri, ailə nikah və vərəsəlik hüququ, cinayət və cəza sistemi və
məhkəmə prosesi araşdırılmışdır. Feodalizm dövründə təkcə dünyəvi
hakimiyyətin deyil, katolik və pravoslav kilsəsinin, kanon hüququnun və
inkivizasiya məhkəmə prosesinin feodal zülmünə bəraət qazan- dırnıaq,
azad fıkirliyə qarşı çıxmaq, feodalların torpaq mülkiyyəti üzərində inhisar
hüququnu təsbit etmək və s. proseslərin də müstəsna rolu olmuşdur. Bütün
hüquq institutları - adət hüququ, kral
qanunvericiliyi və kilsə hüququ feodalların siyasi və məhkəmə
hakimiyyətini müəyyən edir və beləliklə, feodal özbaşınalığı üçün şərait
yaradırdı. Feodal kəndlinin şəxsiyyəti üzərində tam hakimdir, hətta ev
dustaqxanası - karser icad edir, görünməmiş işgəncə növləri tətbiq edirdi.
Orta əsrlərdə dövlətin mərkəzi və yerli idarəetmə orqanlarının,
həmçinin, özləri də, ən iri feodallar olan kral və knyazların hakimiyyəti
feodal sinfinin tam nəzarətində olmuşdur. Feodal pərakəndəliyi dövründə
hökmdardan vassal asılılığında olan yerli hakimlər öz sahibliklərində
“dövlət içərisində dövlət” yaradaraq hərbi, inzibati və məhkəmə aparatı
təşkil edirdilər. Torpağın əsas istehsalçıları olan kəndlilər torpaqdan
məhrum edilərək şəxsi azadlıqlarını da itirməklə təhkimçiyə çevrilirdilər.
Qədim və orta əsr qanunlar külliyyatının mətinləri və onlann şərhi 0
dövrün qanunvericilik və hüquq qaydalarının öyrənilməsində əvəzsiz
mənbələrdəndir. Qədim Şərqdə - Misir hökmdarı Bak- xorisin qanunları,
İkiçayarası dövlətlərindən olan Eşnunn - şəhər dövləti qanunları, Het
şahlığının qanunlar külliyatı. Antik dövlətlərdən Romanın XII cədvəl
qanunları hüquq mənbəyi olaraq dövlət təsisatları və hüquq institutları
barədə geniş məlumat verir. Orta əsr feodal hüququ və onun mühüm
mənbələrinə daxil olan Almaniya imperiyasının 1532-ci ildə hazırladığı
“Karolina” - cinayət və cinayət prosessual məcəlləsi represiya hüquq kimi
təsbit edilmişdir. 1529-cu ildə hazırlanmış Litva statutu, həmçinin erkən
burjua dövrünün qanunvericilik aktları o dövrün ictimai münasibətlərin
tənzimlənməsində, yeni qaydaların yaranmasında əhəmiyyətli hüquqi
aktlardandır.
Beləliklə, dövr ardıcıllığı ilə öyrənilən ölkələrin dövlət və hü-^ quq
tarixi
tələbələrin
biliklərinin
artmasına,
fənnin
daha
yaxşı
mənimsənilməsinə kömək etməklə yanaşı, keçmiş dövrün dövlət idarəçiliyi
təcrübəsinin öyrənilməsinə'də şərait yaradacaqdır.
QƏDIM
İRANIN
DÖVLƏT
VƏ
HÜQUQ
TARİXİ
ÜMUMİ TARİXİ İCMAL
Eramızdan əwəl III minilliyin əvvəllərində müasir İranın cənub-
qərbində
ilk
sinifli
cəmiyyət
yaranmışdır.
Ənənəvi
olaraq
şəhər-dövlətlərdən ibarət olan bu qurumlarda quldarlıq münasibətləri
inkişaf etmişdir. II minilliyin sonlannda hind-iran dillərində danışan ari
tayfa- lan bu ərazilərdə məskunlaşır. Mənbələrin məlumatına görə onlar
Mərkəzi Asiya ərazisindən gələrək yerli əhali ilə qanşmışdılar. İran
ifadəsinin ari sözündən yarandığı güman edilir. Qədim İran dilində
Aquanam “arilər ölkəsi”, “arilər padşahlığı” mənasını bildirirdi.
Qədim İranın tarixi barədə yazılı mənbələrdə çox ötəri məlumatlar
verilir. Assuriya çarı III Salmanasarm e.ə. 843-cü ildə tərtib etdiyi yazıda
Parsu vilayətinin adı çəkilir və onların “27 çar”ından vergi alındığı
bildirilir. E.ə. IX əsrdən iran tayfalarının məhsuldar Fars vilayətində
məskunlaşması başa çatır. E.ə. VII əsrin 40-cı illərinə qədər farslar Elam
dövlətinin, daha sonra isə qısa müddətə Assuriyanın təbəəlinə keçir, VII
əsrin sonlarında Pars padşahlığı Midiyanın tabeçiliyində idi.
E.əvvəl VII əsrin əvvəllərində İranın cənub-şərqində Əhəmən yeni
sülalə hakimiyyətinin əsasını yaradır. Midiya dövlətindən asılı olan Fars
padşahlığına Əhəməndən sonra Çişpiş (e.ə.675-640) başçılıq edir. Onun
oğlu I Kir (e.ə. 640-604) Assuriyaya qarşı ittifaqda iştirak etmişdir. I Dara
(e.ə.604-584) dövründə Əhəməni sülaləsinin hakimiyyəti möhkəmlənir.
Midiya hökmdarının qızı ilə evlənmiş I Kambiz (e.ə.584-558) bu
qohumluqdan istifadə edərək gələcək böyük imperiya, Əhəminilər üçün
yaxşı zəmin yarada bilmişdir.
E.ə. 558-ci ildə hakimiyyətə gəlmiş II Kir fars tayfalarını birləşdirməyə
başlayır. II Kir (e.ə.558-530) Midiya hökmdan Astiqa qarşı üsyan
qaldıraraq vassal aslılığma son qoymağa cəhd göstərir.
Dostları ilə paylaş: |