CƏNUBİ QAFQAZ XALQLARININ*
DÖVLƏT VƏ HÜQUQ TARİXİ
GÜRCÜSTANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ
ÜMUMİ TARİXİ İCMAL
Gürcüstan ərazisində ən qədim insan məskənləri daş dövründə mövcud
olmuşdur. Arxeoloji qazıntılarla bu dövrdən başlayaraq dəmir dövrünə
qədər olan müddətdə ibtidai sürüdən qəbilə quruluşuna və sinifli cəmiyyətə
keçidi sübut edən çoxlu maddi mədəniyyət nümunələri (Udabno, Kaxetiya)
müəyyən edilmişdir.
E.ə. ikinci minilliyin sonu, birinci minilliyin əvvəllərində Gürcüstan
ərazisində iri tayfa ittifaqları meydana gəlmişdi. Assuriya və Urartu
abidələrində adı çəkilən diaoxu tayfa birlikləri Çorox çayının yuxarı və
aşağı axarlarında məskunlaşmışdılar.
E.ə. VIII əsrin ortalarında Cənub Qərbi Gürcüstanda Kulxa tayfa
ittifaqı gücləndi. Lakin e.ə.VIII əsrin əvvəllərində Urartu və kimmerilərin
şimaldan başlayan hücumları davam edərək Kulxa tayfa ittifaqına son
qoydu. E.ə. VI əsrdə Qərbi Gürcüstanda Kolxi- da, e.ə. III əsrin
əvvəllərində Şərqi Gürcüstanda İberiya çarlığı təşəkkül tapdı. Bu
dövlətlərdə mosxaklar, tubalaxlar, kasaxlar və ya kolxaxlar adlanan
tayfalar üstünlük təşkil edirdilər. Mənbələr vaxtilə meşex (mesxi, mosxi) və
fuval (tubal) tayfalarının finikiyalılarla ticarət etdiyi barədə məlumat
verirlər. “Kartlis Tsxovreba” adlanan Gürcü salnaməsi (“Gürcüstanın
həyatı”) dövlət və hüquq təsisatları haqqında məlumat verən
mənbələrdəndir.
*Az3rhaycanın dövlət və hüquq tarixi ayrıca kitah şəklində nəşr
edildiyindən harada verilmir (Bax: R.Əkhərov, S.SəUnwv. Azərbaycanın dövlət
və hüquq tarixi. Bakı, Qanun, 2003).
24
Gürcüstanda quldarlıq dövrünün ictimai-siyasi quruluşu barədə
məlumat verən yunan coğrafiyaşünası Strabon göstərirdi ki, Gürcüstanın
İberiya tayfalarına daxil olan əhalisi hüquq və səlahiyyətlərinə görə dörd
qmpa bölünürlər. Əhalinin birinci qrupu qohumluq və yaş həddini nəzərə
almaqla vəfat etmiş çann əvəzinə yeni çan təyin edir və çardan sonra ikinci
şəxs hesab edilən nümayəndəni də seçərək ədalət mühakiməsini və orduya
komandanlığı icra etməyi ona həvalə edirdi. İkinci qrup qonşular arasında
mübahisələri araşdıran kahinlərdən ibarət olmuşdur. Üçüncü qrupu hərbi
işlər və əkinçiliklə məşğul olanlar təşkil edirdi. Dördüncü qrupa isə “sadə
insanlar” adlanan çarın qulları daxil edilmişdir. Qullar tamamilə hüquqsuz
olmaqla çara qulluq edirdilər. Əhalinin bütün qruplanmn əmlaklarının
ümumi olduğu göstərilsə də, bu əmlaklar üzərində sərəneam vermək hüququ
əhali qrupunun ağsaqqallarına həvalə edilmişdi. İberiya tayfala- nnda nəsli
qəbilə quruluşunun dağılması prosesi və dövlətin ictimai- iqtisadi
qumluşunda quldarlıq cəmiyyətinin təşəkkül tapması yeni ictimai
münasibətlərin möhkəmləndiyini göstərirdi. Nəsli qəbilə əyanlarının ^ıTilak
və torpaq üzərində hüquqlarının mövcudluğu ilk quldarlıq dövlətlərində
xarakterik cəhətlərdəndir. Şübhəsiz ki, qullar yalmz çara deyil, kahinlər və
nəsli qəbilə əyanlarına da məxsus olmuşdular.
İberiyada ali dövlət hakimiyyəti və idarəçiliyi çara məxsus olmuşdur.
Çar hakimiyyəti çardan sonra ikinci şəxs sayılan və çar nəslindən olan,
məhkəmə fimksiyası və hərbi komandanlığı həyata keçirən (Sparta
dövlətində olduğu kimi) digər (ikinci) çara da məxsus olmuşdur. Spartadan
fərqli olaraq ikinci çar digər tayfadan deyil, hakimiyyətdə olan çarın ən
yaxın qohumlarından olurdu. Kahinlər də dövlət idarəçiliyində iştirak edir,
qonşu xalqlarla münasibətlərin qumimasma kömək edirdilər. İlk gürcü
çarları mamasax- lisi, yəni ağsaqqal adlanırdı.
E.ə. 66-cı ildə İberiyaya daxil olan Roma sərkərdəsi Pompey gürcü çarı
Artakesi məğlub edərək Roma hakimiyyətinin tanınmasına nail olur.
Bu dövrdə quldarlıq münasibətləri inkişaf edərək yüksək mərhələyə
daxil olur. Sənətkarlıq və ticarət inkişaf edir, qullann sayı artır.
25
indi ancaq çar, onun nəsli və kahinlər deyil, nəsli tayfa ağsaqqallarından
olan torpaq sahibləri də qullara sahib olurdular. Cəmiyyətin silklərə
ayrılması prosesi daha da güclənir, əhalinin azad silkə (az- naurlar) və
qullara (ıiaznolar) bölgüsü formalaşırdı. Azad əhali təbəqəsi də iki qrupa -
sadəcə azadlar və “böyük azadlara” (aznaur did didni) ayrılırdı. “Böyük
azadlar” daha imtiyazlı olmaqla əyanlardan ibarət idilər. Qullar sinfi də öz
növbəsində iki qrupa, xidmətdə olan qullara (msaxurilərə) və kənizlərə
(nona, mxevala) bölünürdülər.
Gürcüstanda quldarlıq cəmiyyətinin inkişafı və sinfi ziddiyyətlərin
güclənməsi, dövlət aparatının daha da təkmilləşməsi, həm çarlar
institutunun unitar və irsi çar hakimiyyəti ilə əvəz olunması ilə nəticələndi.
Cəsur Farsmanın çarlığı dövründə irsi monarxiya inistitutu yaranırdı.
E.ə. 36-cı ildə və e.ə. 15-ci ildə Romahlar əleyhinə iki böyük üsyan baş
verdi. Roma və Parfıyanın, sonralar isə İranın apardığı mübarizə
Gürcüstanın zəifləməsinə səbəb oldu.
III-IV əsrlərdə Kolxida da Lazika çarlığı güclənir. Eramızın 368-ci
ilində Gürcüstan, İran və Bizans arasında bölünür. Sasanilər Gürcüstanın
qədim paytaxtı olan Msexeti də daxil olmaqla Kartili- ni tuturlar. Bizansın
işğal etdiyi qərbi Kartilidə eristavi hakimiyyəti (dairə inzibati ərazi
vahidinin başçısı), Msexeti Kartilidə isə Sasanilərin çar üsul idarəsi qurulur.
Gürcüstanda feodal münasibətlərinin yaranması və inkişafı. Eramızın
III əsrindən başlayaraq Gürcüstanda feodal münasibətləri yaranmağa
başladı. Bu dövrdə Gürcüstan Roma imperiyasının hakimiyyətini qəbul
etmişdi. IV-V əsrlərdə Sasanilər və Bizansla mübarizədə ölkədə
feodallaşma prosesi inkişaf etməyə başladı. Aznaur adlanan “böyük
azadlar” tədricən iri torpaq sahiblərinə çevrilirdilər. Onlar nəinki asılı əhali
qrupuna daxil olan msaxurilərı (qulları) istismar edir, həmçinin azad
kəndlilərə məxsus olan torpaqları tutub özgəninkiləşdirirdilər. Gürcü çarları
aznaurları öz vassallarına çevirir, onlara əlavə torpaqlar paylayırdılar.
Gürcüstanda feodal dövlətinin yaranması və inkişafı üç əsas mərhələni
əhatə edir: feodal knyazlıqlarının yaranması və inkişafı
26