Naxçıvan Muxtar Respubliкası Florasında
51
lanılmış çox da böyük
olmayan natamam nüsxəsi
N.İ.Kuznetsovun məlumatına (Кузнецов, Буш,
Фомин, 1902) görə Sankt-Peterburq Botanika Ba-
ğının Herbariumunda R.E. Trautvetterin öz əli ilə
yazılmış “Ac. sp. nova?” etiketi ilə saxlanılır.
Müəllif qeyd edir ki, son zamanlar A.Fomin tərə-
findən bu növün tamamlanmış nümunələrini Biçə-
nəkdən xeyli uzaqda, Ayrınc kəndinin yaxınlığın-
dan toplamışdır. Beləliklə, hər iki nümunənin əsa-
sında (Q.İ.Radde və A.Fomin) o bu növü yeni növ
kimi R.E.Trautvetterin şərəfinə adlandırmışdır.
Çünki, R.E. Trautvetter onun yeni növ olduğunu
bilirdi və vaxtında herbari nüsxəsinin etiketinə
“nova species“ deyə qeyd etmişdir.
Ədəbiyyat məlumatlarında (Конспект флоры
Кавказа, 2012) bu növü adətən A. araxanum Bun-
ge. növünə aid edirlər. Lakin hər iki növün təhlili
zamanı aydın olmuşdur ki, A. trautvetteri Kusn.
növü daha qısa (2.5-3.5 sm uzunluqda) aşağı sallan-
mış və sıx yarpaqları ilə fərqlənir. Bizim fikrimizcə,
Trautvetter tıs-tısı bu əlamətinə görə daha çox A.
sahendicum Boiss. & Buhse növünə yaxındır.
Lakin ondan qonur (tünd qırmızı qonur yox) çiçək-
yanlıqları ilə fərqlənir. Ədəbiyyat məlumatlarında
(Гроссгейм, 1949; Конспект флоры Кавказа,
2012) A. trautvetteri Kusn. növünə Qafqazda, yal-
nız Biçənək aşırımı ətrafında yayılması haqqında
məlumat verilir.
Tıs-tıs növlərinin öyrənilməsi məqsədilə apa-
rılan təhlillər nəticəsində müəyyən olunmuşdur ki,
A. trautvetteri Kusn. növü muxtar respublika ərazi-
sində aşağı və yüxarı dağlıq qurşaqlarda, daşlı-
çınqıllı yamaclarda, qayalıqlarda yayılmışdır. Ədə-
biyyat məlumatlarında (Кузнецов, Буш, Фомин,
1902; Гроссгейм, 1932, 1949; Конспект флоры
Кавказа, 2012) Azərbaycanda yalnız Naxçıvan
Muxtar Respublikası ərazisində yayılması qeyd
edilmişdir.
5. A. caryophyllaceum Boiss. 1846, Diagn. Pl.
Or. sеr. 1, 7: 78. excl. var.; Boiss., 1875, Fl. or., 4,
838; Гроссгейм, 1949, Oпp. раст. Кавк., 593;
Линчевский, 1952, Фл. СССР, 18: 346; При-
липко, 1957, Фл. Азерб. 7: 47; Гроссгейм, 1967,
Фл. Кавк. изд. 2, 7: 187; Rechinger, Schiman-
Czeika, 1974, in Fl. Iran. 108: 103; Bokhari &
Edmondson, 1982, Fl. Turk. 7: 488.- A. acerosum
auct. non (Willd.) Boiss.: Doğan, Akaydın, 2007,
Journ. Linn. Soc. London (Bot.), 154, 3: 409. -
Qərənfili tıs-tıs
Yarımkürəşəkilli formalı, seyrək yastığa ma-
lik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları
yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür.
Çiçəkdaşıyıcısı sadə, kələkötür, yuxarısı zəif qırış-
lıdır. Sünbülcük az dağınıq və eyni çiçəklidir. Kasa-
cıq qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçək-
ləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir,
avqust-sentyabrda toxumları yetişir. Kserofitdir.
İran-Turan coğrafi elementinə daxildir.
İraqın şimalından təsvir edilmişdir.
Typus: «In rupestribus monte Gara [Iraq], 3.
VIII. 1841, № 368, Kotschy. Ed. Hohenacker
1843» holo. G, iso. LE, K
Yayılması: Muxtar
respublika ərazisində aşa-
ğı, orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyə-
sindən 1200 (1500) – 2400 (2600) metr yüksəklik-
lərdə daşlı- çınqıllı yamaclarda yayılmışdır.
Ümumi yayılması: Cənubi Qafqaz, Şərqi
Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-
Qərbi Asiya.
Azərbaycanda, yalnız Naxçıvan Muxtar Res-
publikası ərazisində yayılması qeyd edilmişdir
(Прилипко, 1957; Гроссгейм, 1932, 1949, 1967;
Əsgərov, 2011; Конспект флоры Кавказа, 2012).
6. A. festucaceum (Jaub. & Spach) Boiss.
1846, Diagn. Pl. Or. str. 1, 7: 76; Rechinger,
Schiman- Czeika, 1974, in Fl. Iran. 108: 94;-
Statice festucacea Jaub. et Spach, 1843, Ann. Sci.
Nat. (Paris), sér. 2, 19: 254. – Topalaoxşar tıs-tıs
Sıx yastığa malik kiçik kolcuqdur. Demək olar
ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətti biz-
şəkillidir. Yay yarpaqları yastı üçkünclüdür, seyrək
ağ nöqtəlidir. Yarpaqlar 1,5-2,5 (3) sm uzunluqda
olub, göyümtül - açıq yaşıl rənglidir. Köhnə yar-
paqlar üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çi-
çək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəklidir,
kövrəkdir və yuxarı budaqların sonunda yerləşmiş-
dir. Çiçək oxu tükcüklüdür. Kasacığın borucuğu 6-
7 mm uzunluqdadır və aydın olmayan 10 qanadlı-
dır. Daxili çiçəkaltlıqları uzunsov və ya uzunsov
kürəşəkilli olub, bir-birinə bərabərdirlər. Xarici çi-
çəkaltlıqları neştərşəkilli olub, itiucludurlar və da-
xili çiçəkaltlıqlarının 3/4-nə bərabərdirlər. İyun-
iyul ayında çiçəkləyir, iyul-avqustda toxumları yeti-
şir. Kserofitdir. İran-Turan coğrafi elementinə da-
xildir.
İranın şimalından təsvir edilmişdir.
Typus: «Persia, Aucher-Eloy. Herb. Orient. №
5239» (G).
Yayılması: Ordubad rayonu Kotam və Kilid
kəndlərinin ətraf ərazilərində daşlı-çınqıllı yamac-
larda yayılmışdır.
Endemik və nadir növ kimi (LR) İranın Qır-
mızı Kitabına daxil edilmişdir (Jalali, Jamzad,
1999).
Azərbaycan Respublikası, o cümlədən də Nax-
çıvan Muxtar Respublikası florasına yenidən daxil
edilir. Naxçıvan Muxtar Respublikası əraisində rast
gəldiyindən, artıq İran endemi statusunu itirmiş
hesab edilir.
Ümumi yayılması: Cənubi Qafqaz, Cənub-
Qərbi Asiya, İran.
A. festucaceum (Jaub. & Spach) Boiss. növü
Qafqaz florası üçün ilk dəfə olaraq M.E. Oqanesyan
(Оганесян, 2007) tərəfindən göstərilmişdir. Müəl-