Talıbov və İbrahimov
54
larda 800 (1200) - 1800 (2400)
m hündürlüklərdə
dağ bozqırlarında və friqanoid bitkiliyində yayıl-
mışdır.
Azərbaycan Respublikası, o cümlədən də Nax-
çıvan Muxtar Respublikası florasına yenidən daxil
edilir.
Ümumi yayılması: Qafqaz, Şimal-şərqi Ana-
dolu, Şimal-qərbi Asiya.
A. takhtajanii Ogan.
növü Qafqaz florası üçün
ilk dəfə olaraq M.E. Oqanesyan (Oganesian, 2011)
tərəfindən göstərilmişdir. Müəllif tərəfindən aparı-
lan tədqiqatlarda və Qafqaz florasında yayılan bit-
kilərin növ tərkibinin dəqiqləşdirilməsi ilə əlaqədar
təqdim edilən əsərdə (Конспект флоры Кавказа,
2012) bu növün hələlik Azərbaycanda, yalnız Nax-
çıvan Muxtar Respublikası ərazisində yayılması
qeyd olunmuşdur.
11. A. lepturoides (Jaub. et Spach) Boiss.
1846, Diagn. Pl. Or. ser. 1, 7: 77; Boiss., 1875, Fl.
or., 4: 842; Кузнецов, Мат. Фл. Кавк. 1902, 4,
1:194; Гроссгейм, 1932, Фл. Кавк. изд. 1, 3: 216;
Гроссгейм, 1949, Опред. раст. 592; Линчевский,
1952, Фл. СССР, 18: 343; Прилипко, 1957, Фл.
Азерб. 7: 45; Гроссг., 1967, Фл. Кавк. изд. 2, 7:
186; Doğan, Akaydın, 2007, Journ. Linn. Soc.
London (Bot.), 154, 3: 411. - Statice lepturoides
Jaub. et Spach, 1843, Ann. Sei. Nat. (Paris), sér. 2,
20:254. - Nazikquyruq tıs- tıs
Alçaq kolcuqdur. Yastıqlar çox sıx kürəvari
formalı olub, 10-15 (20) sm diametrindədir. Yay
yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştər-
şəkilli-xətvari və ya xətvari-bizvari, cod, bünöv-
rəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm,
ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcük-
lüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək
saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-
20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya
bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda
seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların
uzunluğundan çoxdur və ya uzunluğuna görə sün-
büllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir
çiçəklidir. Çiçəkaltlıqları çılpaq olub, üst çiçəkalt-
lığının uzunluğu 7-8 mm və neştərvari, iti, daxildə
olanlardan uzun və ya onlara bərabər, ensiz haşiyə-
lidir. Daxili çiçəkaltlıqları kasacığın borucuğuna
bərabər və ya bir az ondan uzun, enli, haşiyələnmiş,
ucu bizdir. Kasacığın uzunluğu 8-10 mm, borucuğu
tükcüklü, uzunluğu təxminən 7 mm-dir. Ləçəkləri
çəhrayıdır. May-iyun aylarında çiçəkləyir, avqust-
sentyabrda toxumları yetişir. Kserofitdir. İran-Tu-
ran coğrafi elementinə daxildir.
Gürcüstan ərazisindən təsvir olunmuşdur.
Typus: «Described from the vicinity of Tibi-
lisi» (holo. P).
Yayılması: Muxtar respublikanın aşağı və orta
dağlıq qurşaqlarında 900-1800 m hündürlüklərdə
daşlı yamaclarda və kirəcli torpaqlarda rast gəlinir.
Muxtar respublika ərazisində gedilən ekspedi-
siyalar zamanı bu növə daha çox Şərur və Sədərək
rayonları ərazilərinin daşlı-çınqıllı yamaclarında və
qayalıqlarda rast gəlinmişdir.
Nadir növ kimi (NT) Azərbaycanın nadir ağac
və kolları (Məmmədov, İsgəndər, Talıbov, 2014)
kitabına, salınmışdır.
Naxçıvan Muxtar Respublikası florası üçün ilk
dəfə göstərilir.
Ümumi yayılması: Qafqaz, Cənub-Qərbi Asi-
ya, Türkiyənin şimal-şərqi.
Naxçıvan Muxtar Respublikası ərazisində ya-
yılan A. lepturoides (Jaub. et Spach) Boiss. növü A.
Bunqenin (1872) monoqrafiyasında verilmiş təsvi-
rinə nəzərən çiçək saplağının daha çox tükcüklü-
yünə, çiçək qrupu oxuna və xarici çiçəkaltlığının
uzunluğuna görə fərqlənirlər.
12. A. calvertii Boiss. 1859, Diagn. Pl. Or. sér.
2, 4: 65; Гроссгейм, 1967, Фл. Кавк. изд. 2, 7:
185; Doğan, Akaydın, 2007, Journ. Linn. Soc.
London (Bot.), 154, 3: 403.- A. glumaceum (Jaub.
et Spach) Boiss. var. glabra Mobayen, 1964, Revis.
Taxon. Acanthol. 313. - Kalver tıs- tısı
Yastıqları incə budaqlı olub, yaşıldır. Yarpaq-
ları çox ensiz uzun, xətti olub, yastılaşmış formada-
dır və kənarları boyunca nahamardır. Çiçək qrupu
bir qədər yarpaqlardan uzundur, çiçək qrupunun
oxu tükcüklüdür. Sünbülcüklər 5-7-dir. Kasacığın
borucuğu demək olar ki, çılpaq və ya zəif tükcüklü
olub, büküyü qırmızımtıldır. Çiçəkyanlıqları çılpaq-
dır. Görünüşünə görə A. glumaceum (Jaub. &
Spach) Boiss. növünə oxşayır. Kserofitdir. Coğrafi
tipi: Kiçik Asiya.
Türkiyənin şimal şərqindən təsvir olunmuşdur.
Typus: «Erzurum, monte Techdagh, №507,
Calvert» (holo. G).
Yayılması. Sədərək rayonu ərazisində 850-
1700 m hündürlüklərdə daşlı-çınqıllı yamaclarda və
əhəngdaşlı torpaqlarda yayılmışdır.
Nadir növ kimi (LR) Türkiyənin Qırmızı Kita-
bına daxil edilmişdir (Ekim, Koyuncu və s., 2000).
Ümumi yayılması: Cənubi Qafqaz, Türkiyə.
A. calvertii Boiss. növü Qafqaz florası üçün ilk
dəfə olaraq N.V.Mirzoyeva (Мирзоева, 1955) tərə-
findən göstərilmişdir. Lakin, ədəbiyyat məlumat-
larında (Oganesian, 2011; Конспект флоры Кав-
каза, 2012) qeyd olunmuşdur ki, bu növün Dərə-
ləyəz üçün göstərilməsi tamamilə səhvdir və çox
güman ki, toplanılmış nümunə çılpaq yarpaqları və
çiçək yanlıqlarına malik olmasına görə A. calvertii
Boiss. var. glabrum Akaydın et Doğan (2007) nö-
vünə mənsubdur.
Türkiyə ərazisində yayılan bitkilərin xəritələş-
dirilməsi ilə əlaqədar verilən məlumatlarda (Tür-
kiye Bitkileri Veri Servisi) da A. calvertii Boiss.
növünün Naxçıvan Muxtar Respublikası ərazisində
yayıldığı qeyd edilmişdir. Azərbaycan Respublika-