12
imperatorunun qoşunu qəti məğlubiyyətə uğradıldı. Əldə edilmiş qələbə ərəblərin Qafqazdakı mövqelərinə
müsbət
təsir göstərsə də, bu mövqeni hələ də möhkəm hesab etmək olmazdı. Lakin bununla belə, Moisey
Kalankatuklunun sözləri ilə desək, Varaz Tiridat bu dövrdə üç xalqın - "xəzərlərin, taciklərin (ərəblərin, - N. V. )
və rumilərin (bizanslıların, - N. V) hökmdarlarına vergi ödəyirdi" (92).
693-cü ildə xəlifə Əbdülməlik öz qardaşı Məhəmməd ibn Mərvanı "əl-Cəzirə, Azərbaycan və
Ərminiyənin valisi" təyin edir (93). Məhz onun valiliyi dövründə (693-709) ərəblərin Cənubi Qafqazda
möhkəmlənməsi prosesi özünün həlledici mərhələsinə daxil olur. Ərəb-xəzər, ərəb-Bizans, eləcə də ərəblərlə
yerli əhali arasında gah bu, gah digər tərəfin üstünlüyü ilə baş verən vuruşmalar nəticə etibarı ilə VIII yüzilin
əvvəllərində işğalçı ərəb hakimiyyətinin xeyli güclənməsinə, bölgənin bir çox yerlərində olduğu kimi strateji
əhəmiyyətli Naxçıvanda da yeni ərəb qoşun hissələrinin yerləşdirilməsinə gətirib çıxarır. Maraqlıdır ki, öz
geosiyasi mövqeyinə görə həmin bölgədə Bizansa qarşı əsas dayaq məntəqəsi olan bu şəhərdə saxlanılan ərəb
qoşun hissələrindən ərəblərə tabe ətraf yerlərdə onlara qarşı baş verən çıxışların yatırılmasında da istifadə
olunurdu (94). Gevondun əsərində Naxçıvanda yerləşdirilmiş 5000-lik (naşirin qeydinə görə, əsərin Paris
nəşrində 8000, Vardana görə-8000, Asogikə görə 5000) ərəb qoşun dəstə-sinin 703-cü ildə baş vermis çıxışların
birinin yatırılmasında istifadə edilməsi haqqında məlumat vardır (95).
VIII əsrin əvvəlində ərəblərin zor siyasəti
. İstər ərəb, istərsə də yerli Qafqaz mənbələrində VIII
yüzilin ilk
[31 - 32]
illərində xəlifə Əbdülməlik və onun oğlu əl-Valıdın (705-715) hakimiyyətləri dövründə
regionda baş verən siyasi hərc-mərclik nəticəsində yaranmış olduqca ağır şərait, bizanspərəst yerli qüvvələrin,
xüsusilə erməni knyazlarının ərəblərə qarşı çıxışları, Məhəmməd ibn Mərvanın burada apardığı zor siyasəti, gah
bu, gah da digər tərəfın məğlubiyyəti ilə nəticələnən qanlı döyüşlər haqqında məlumat verilir. Əl-Bəlazurinin
yazdığına görə, Məhəmməd ibn Mərvan vali təyin olunduqda, o, ərəb üsul-idarəsi ilə bağlanılan müqavilənin
şərtlərini pozaraq, üsyan etmiş Ərminiyə əhalisinə-ölkənin azadlarına (əhrar) və onların təbəələrinə qarşı
müharibə etdi, "zəfər çaldı, onları qətlə yetirdi, əsir tutdu və ölkəni [yenidən] tabe etdi. Sonra onlardan [sağ]
qalanları şərəfləndirəcəyini vəd etdi. Bu məqsədlə onlar Xilat vilayətindəki (amal) kilsələrə yığıldılar; о
(Məhəmməd), bu [kilsələri] bağlatdırdı, qapılarını [öz adamlarına] tapşırtdırdı və onlara od vurdurdu (96)". Əl-
Yəqubi də bu hadisənin "Xilat vilayətinin kilsələrində" (fi-l-kənaisi fı amali Xilat) baş verdiyini qeyd edir (97).
Daha ətraflı məlumatı ilə müasirlərindən fərqlənən əl-Kufi isə Məhəmməd ibn Mərvanın birləşmiş Bizans
(rumlu) -erməni qüvvələrini məğlub edərək, onların "əyan və əsilzadələrini" bağlanılan sülhə sadiq
qalacaqlarına and içmək adı ilə kilsələrə yığdırması və bu kilsələrə od vurdurması haqqında yazsa da hadisənin
baş verdiyi yeri dəqiq göstərmir, Məhəmməd ibn Mərvanın öz qoşunu ilə "Ərminiyənin ortasına" çatdığını və
burada döyüşə girdiyini bildirir (98). Onu da qeyd etməliyik ki, dövrün ərəb müəllifləri üçün baş verən
hadisənin Naxçıvanda, Xilatda və ya başqa bir yerdə olmasının fərqi yox idi. Onlar, sadəcə olaraq, olan
hadisələri qeydə alırdılar; Naxçıvanı (əgər doğrudan da bu
[32 - 33]
fakt olmuşdusa) onlar tərəfindən Xilatla
dəyişməyin məntiqi əsası da yoxdur. Yalnız yerli qaynaqlar (Moisey Kalankatuklı, Gevond, Vardan və b.) bu
hadisənin Naxçıvan kilsəsində törədilməsi haqqında məlumat verir (99). Akademik Z. Bünyadov özünün son
tədqiqatlarında haqqında danışılan hadisələrin Türkiyənin Qars vilayətindəki eyni adlı Naxçıvan şəhərində baş
verdiyini sübut etməyə çalışır və bu məqsədlə erməni akademiki İ. A. Orbelinin həmin şəhərdə aparılan
arxeoloji qazıntılar zamanı öyrənilən dövrə aid yandırılmış kilsə qalıqlarını aşkarlaşdırdığını, Azərbaycanın
Naxçıvan şəhəri ərazisində isə о dövrə dair heç bir kilsə və xristianlığa məxsus digər tikililərin qalıqlarının
tapılmadığını da qeyd edir (100).
Müxtəlifdilli sinxron mənbələrin eyni məlumatı müxtəlif şərh etmələrinə və buna görə də baş verən
konkret hadisənin bilavasitə Naxçıvan ərazisinə aidliyini təsdiq edən dəlillərin kifayət qədər qənaətbəxş
olmadığına baxmayaraq, sözsüz ki, şəhərin özü və ətraf yerlər dağıdıcı döyüşlər nəticəsində böyük zərər çəkmiş,
kəndlər, obalar dağıdılmış, yerli əhali böyük müsibətlərə düçar olmuşdu.
Naxçıvan ərəblərin yeni inzibati-idarə sistemində. Xilafətin mövqeyinin möhkəmlənməsi nəticəsində
bütün tarixi Azərbaycan ərazisinin qəti şəkildə ərəblərin tabeliyinə keçməsi ilə imperiyanın Cənubi Qafqazda
apardığı siyasi kursda da dəyişikliklər baş verir. İstər yerli, istərsə də ərəb mənbələri yeni vali təyin edilmiş
Əbdüləziz ibn Hatim ibn ən-Numan əl-Bəhilinin ilk novbədə quruculuq işləri ilə məşğul olduğunu bildirir (101).
Əl-Bəlazuri valinin ən-Nəşavə (Naxçıvan) şəhərini tikdiyi, Bərdə şəhərini bərpa etdiyi, bəzilərinin dediyinə görə
isə, onu yenidən qurduğu və ətrafını dərin xəndəklə möhkəmləndirdiyi,
[33 - 34]
Beyləqan şəhərini abadlaşdırdığı
haqqında məlumat verır. Bu quruculuq işlərini o, həmin şəhərlərin, о cümlədən Naxçıvanın, tamamilə
dağıdılması ilə əlaqələndirir (102). Ərəb müəllifinin bu məlumatı Gevondun yazdıqları ilə də təsdiq olunur.
Doğrudur, burada Əbduləzizin quruculuq işlərinə misal olaraq Dvin şəhərinin əvvəlkindən də gözəl şəkildə
bərpa edilməsi, şəhər divarlarına möhkəm bağlanılan darvazalar qoyulması və onun su ilə doldurulan xəndəklə
əhatə edilməsi gətirilir (103). Lakin əl-Bəlazurinin əsərində yuxarıda adları çəkilən Naxçıvan və digər
Azərbaycan şəhərlərinin bərpası haqqında verilmiş məlumatdan əvvəl Əbduləzizin Dəbil (Dvin) şəhərini