9
Görünür, erkən mənbələrin bəzən Basoropedaya, bəzən də Sünikə aid etdiyi Naxçıvan, əvvəl
Sasanilərin, sonralar isə ərəblərin hücumları nəticəsində hüdudları dəyişdirilən həmin ərazilərlə birlikdə
işğalçıların tabeliyinə keçdikdə, onlar üçün inzibati mərkəz rolunu oynamışdır. Məhz buna görə də ərəb
mənbələrində Arrana (Albaniyaya) aid əl-Busfurrucan vilayətinin əsas şəhəri kimi qeyd edilmişdi.
Naxçıvanın hələ Sasanilər dövründə inzibati mərkəz mövqeyində olmasın burada Azərbaycanın ən
qədim zərbxanalarından birinin fəaliyyət göstərməsi də təsdiq edir. Maraqlıdır ki, Naxçıvan zərbxanasında
"Naxç" monoqramı ilə (pəhləvi dilində) gümüş Sasani sikkələrinin kəsilməsi də tarixçi-numizmat professor
Y. A. Paxomova görə 590-cı ildən, yəni Naxçıvan Sasanilərə tabe vilayətin mərkəzi olduqdan sonra baş vermis
və ərəblərin şəhəri ələ keçirməsinədək davam etdirilmişdir. Həmin dövrdə Cənubi Qafqazda İrana tabe bütün
yerlərdə (o cümlədən Albaniyada) olduğu kimi Sasani mərzbanının idarə etdiyi Naxçıvanda da IV Hürmüzdən
(579-590) başlayaraq son hökmdar III Yəzdigərdədək (632-652) olan bütün Sasani şahənşahlarının adlarından
gümüş dirhəmlər kəsilmişdir (53).
Beləliklə, Xilafət ordusu tərəfındən ələ keçirilmiş Naxçıvanın və əl-Busfurrucanın (burada:
Vaspurakanın) hakimləri ilə ətraf yerlərin hakimləri kimi ərəb üsul-idarəsinə tabeçilik və vergi ödəmək şərtilə
ayrı-ayrılıqda sülh müqavilələri imzalamış Həbib ibn Məsləmə, tarixçi əl-Bəlazurinin məlumatına görə, buradan
Sisəcana (Sünikə) hücum
[21 - 22]
edir, qızğın vuruşmadan sonra Vays qalasını tutur və "əs-Sisəcandakı
qalaların sakinləri ilə ona vəd etdikləri xərcin ödənilməsi şərtilə sülh bağlayır" (54). Əl-Bəlazurinin və digər orta
əsr müəlliflərinin ərəb işğalları ilə əlaqədar qeyd etdikləri Naxçıvan qalalarının - Naxçıvançayın sol sahilində
eyni adlı yaşayış məntəqələri yaxınlığında yerləşən Vays-Vayxır, Şahbuz (Şahabuz), eləcə də Şapurqala,
Naxçıvan şəhərinin cənubunda olan Yəzidabad (Köhnə qala), Arpaçayın sol sahilində Aşağı Yayçı kəndində
ucalan Yayçı və başqalarının arxeoloji tədqiqinin nəticələri ətraf ərazinin relyefinə uyğun inşa edilmiş bu
qalaların çox vaxt əlavə müdafıə istehkamları və bürclərlə möhkəmləndirildiklərini, içlərində müxtəlif təyinatlı
tikililərin salındığını, əksəriyyətinin bu gün yalnız xarabalıqları qalsa da, vaxtilə bütövlüklə diyarın, о cümlədən,
yaxınlıqdakı şəhər və digər yaşayış məntəqələrinin işğalçıların müdafiəsində mühüm rol oynadıqlarını təsdiq
edir (55).
Cənubi Qafqaza səyahəti zamanı yazılı mənbələrlə yanaşı yerli camaatın şifahi məlumatından da
bəhrələnən əl-Bəlazuri Həbibin Naxçıvanı və bütün əs-Sisəcan (Sünik) qalalarını ələ keçirdikdən sonra, çox
güman, Bizans sərkərdəsi Mavrianın ardınca Curzana (Gürcüstana) getməsi, orada bağlanılan sülh müqavilələri
və s. haqqında məlumat verir (56). Xəlifə Osmanın xüsusi əmrilə "Arrana yollanan" və Həbibə bu yürüşdə
kömək edən Səlman ibn Rəbiə əl-Bəhili isə elə burada, Sünik ərazisində, kufəlilərdən təşkil edilmiş altı minlik
qoşunu ilə ondan ayrılır. Naxçıvandan Beyləqana, oradan isə Bərdəyə aparan yeganə yolun üstündə yerləşən
Biçənək aşırımı (Şahbuz rayonu ərazisindədir) vasitəsiləArranın içərilərinə daxil olur (57).
[22 - 23]
Tarixi
Azərbaycan ərazisinin şimal hissəsinin tam işğalını başa çatdırmaq cəhdilə edilən yürüş başlanır (58).
Naxçıvan VII əsrin II yarısında. İşğal dövrü hadisələrini ardıcıllıqla izləyən əl-Bəlazuri ilə yanaşı eyni
adda əsər yazmış Əhməd ibn Əsəm əl-Kufi də (926-cı ildə vəfat edib) Səlman ibn Rəbiənin Arran ərazisində
"rastına çıxan bütün şəhər və qalaları" tutaraq, Beyləqana yetişməsini və nəhayət, Dərbənddən şimalda,
xəzərlərin ölkəsinədək davam edən işğalçı yürüşünü təsvir edir (59). Lakin ərəblərin işğal etdikləri yerlərdə
yaratdıqları və əsasən müqavilələrdə nəzərdə tutulan vergilərin toplanması ilə məşğul olan idarə sistemi
orqanları hələ kifayət qədər möhkəm deyildi (məhz buna görə işğalın ilk illərində canişin terminini "amil" -
"vergi məmuru" sözü əvəz edirdi). İstər ölkənin daxilində, istərsə də Xilafətin mərkəzində baş verən hər hansı
bir siyasi dəyişiklik yerli əhalinin xarici tabeçilikdən qurtarmaq cəhdlərilə nəticələnirdi. Məhz bu səbəbdən
Cənubi Qafqazın bir çox böyük şəhərləri, о cümlədən, Naxçıvanla bağlanılan sülh də uzun sürmədi. 32 (652-
653)-ci ildə, növbəti qarşıdurmaların birində, hətta Dərbənddən şimala-xəzərlərin şəhəri Bələncərədək irəliləyə
bilmiş ərəb sərkərdəsi Səlman ibn Rəbiənin öldürülməsindən sonra (60) Azərbaycanın çox hissəsi yenidən
ərəblərin itaətindən çıxdı (61). Lakin bu da uzun sürmür. Heç 2 il keçməmiş xəlifə Osman artıq Cənubi Qafqaza
yaxşı bələd olan Həbib ibn Məsləməni yeni qüvvələrlə buraya göndərir. Tarixçi əl-Kufı altı min süvarisi və
piyadası olan Həbibin Xilat və Sirac Tayra (Şiraka) yeni - ikinci yürüşü, orada düşərgə salması, sonra Curzana
(Gürcüstana) məktub göndərərək, bu ölkənin hakimi ilə əvvəllər bağladığı sülh müqaviləsini təzələməsi
haqqında məlumat verir (62). Yerli müəllif Gevond
[23 - 24]
da ərəblərin yeni yürüşünün yalnız 10 il sonra
"onların (yəni ərəblərin, N.V.) hakimiyyətinin 36-cı ilındə" baş verdiyini təsdiq edir (63). Bu məlumata görə,
Ermənistan hüdudlarında üç dəstəyə bölünən ərəblərin bir dəstəsi Vaspurakan vilayətinə hücum edərək,
Naxçıvan şəhərinədək о ərazidə yerləşən bütün kənd və qalaları ələ keçirə bilmişdilər (64). Burada bilavasitə
Naxçıvanın özündən söhbət getməsə də, biri digərini əvəz edən bu yürüşlərin, sözsüz ki, Naxçıvandan da yan
keçmədiyi anlaşılır.
Ərəb mənbələrində (əl-Bəlazuri, əl-Kufı, əl-Yəqubi) olan məlumata görə, xəlifə Osman Cənubi
Qafqazda işğal edilmiş yerləri, о cümlədən, Naxçıvanı öz idarəsi altında birləşdirə bilən Həbib ibn Məsləməni,