23
1. Bu sözü daha hansı sözlə əvəz etmək olar?
2. Bu söz cümlədə hansı fikri izah edir?
3. Bu söz birləşməsi nə üçündür?
4. Hansı atalar sözü bu məqam üçün uğurludur?
5. Əksmənalı sözləri tap və birləşdir
6. Mətndə hansı suala cavab yoxdur?
7. Mətndə hansı suala cavab var?
8. Əgər əsərin müəllifi sən olsaydın, onun sonunu
necə bitirərdin? Nə üçün? Izah et.
9. Əsər müəllifinə məktub yazsaydın, orada nə
göstərərdin?
10. Əsərin baş qəhrəmanına məktub yazsaydın hansı
fikirləri önə çəkərdin?
11. Əsərə daha hansı adı qoymaq olardı?
Bu tipli suallar şagird intellektinə qida verən, onun
düşüncələrini qanadlandıran tapşırıqlar hesab oluna bilər.
Yaxşı suallar düşünməyə sövq edir. Bu prosesdə
“bəli” və “xeyr” cavablarına uyğun gələn suallar
əhəmiyyətsizdir. Sual elə qoyulmalıdır ki, uşaq ona cavab
verərkən başını işlətsin, intellektini işə salsın. Sual şagirddə
düşünülmüş cavab oyatmalıdır: “Bu sual çox maraqlıdır. Mən
əvvəllər bu barədə heç düşünməmişəm”.
Suallar bütün sinfə ünvanlansa daha doğru olar.
Problematik sualların cavabı da rəngarəng olur. Şagirdlər öz
cavabları ilə bir-birini zənginləşdirir. Bu da dərsin effektini
artırır. Aşağıdakı şeir əsasında verilən suallar maraqlıdır.
QIZIL NƏDIR?
Payız gələndə
Yarpaq qızıldır.
Xəzəl görəndə
Torpaq qızıldır.
24
Əkinçi deyir:
- Qızıl çöldədir.
Balıqçı deyir:
Qızıl göldədir.
1. “Yarpaq qızıldır”, “torpaq qızıldır” sözlərində
“qızıl” sözü hansı mənanı bildirir?
2. Əkinçi “qızıl çöldədir” deyəndə nəyi nəzərdə tutur?
3. Bəs balıqçı “qızıl göldədir” deyəndə nəyi nəzərdə
tutur?
4. “Qara qızıl”, “ağ qızıl” nəyə deyilir? Niyə belə
deyirlər?
5. “Qızıl xasiyyət” ifadəsini necə başa düşürsən?
6. “Qızıl üzük” və “qızıl ürək” ifadələrində “qızıl”
sözünün mənaları arasındakı fərqi izah et.
7. Verilmiş sözlərdən istifadə etməklə aşağıdakı
ifadələrlə “qızıl” sözünün mənalarını tap.
metal, qiymətli, bərəkətli, sarı
qızıl söz, qızıl saat, qızıl payız, qızıl torpaq
8. Hansı metal adı “iradə” sözü ilə birgə işləndikdə
“möhkəm, əyilməz” mənasını verir:
A) gümüş B) polad C)
mis
Bənöfşəyəm, bənöşə,
Düşmüşəm dilə-dişə.
Məni qızlar, oğlanlar
Dərib taxırlar döşə.
1. Şeirdə gül adı iki cür yazılmışdır. Hansı düzdür?
A) bənöfşə
B) bənöşə
C) Heç biri düz yazılmayıb, “bənövşə” yazılmalıdır.
2. Hansı bənddə sözlərin hər ikisi düzgün yazılıb?
25
A) qızlar, oğlannar
B) qızdar, oğlannar
C) qızlar, oğlanlar
3. Nərgiz, Lalə, Yasəmən, ..
Hansı söz ardıcıllığı tamamlayır:
A) Qərənfil B) Vəfa C) Leyla
4. Bakı, Sumqayıt, Gəncə, ...
Hansı söz ardıcıllığı tamamlayır:
A) Xəzər B) Araz C) Quba
5 .1. “Keçinin üç dəcəl balaları var idi” cümləsindəki
hansı sözdə səhvə yol verilib?
A) keçinin B) dəcəl C) balaları
2. Seçimini izah et:
A) Heyvanın balası haqqında “dəcəl” deməzlər.
B) “Bala” əvəzinə “çəpiş” demək ıazımdır.
C) Ad bildirən söz say bildirən sözlə işlənirsə, -lar;
hissəciyi artırılmır.
6. Hansı söz yerindən asılı olaraq həm böyük, həm də
kiçik hərflə yazıla bilər?
A) Ibrahim
B) Qəhrəman
C) Yusif
Bu tipli tapşırıqlar şagird düşüncəsini hərəkətə gətirən
ən etibarlı mexanizmdir.
Məlumdur ki ibtidai sinfin ana dili müəllimi təkcə dil,
ədəbiyyat tədris edən şəxs deyil, o həm də pedaqoq və
psixoloqdur. Buna görə də hər bir şagirdin “xəstəliy”inin
səbəblərini aydınıaşdırmağa borcludur.
Bir sıra uşaqlar xüsusilə bağça tərbiyəsi görməyən I
sinif şagirdlərinin şüuru yarımyuxulu vəziyyətdə olur. Onların
şüuruna vaxtında təsir edib oyatmaq, intellektinə təkan vermək
26
nəticəsində fikir ölüvaylığı, intellektin zəifliyi aradan qaldırıla
bilər. Buna görə də uşağı “yuxudan oyatmaq” üçün zəruri
tapşırıqlar düşünmək müəllimin borcudur. Müəllim şagirdini
“xəstəlikdən xilas etməyin ən zəruri yollarını və metodlarını
axtarmağa borcludur.
Elə şagird var ki dil qanunlarını və ədəbi nümunəni
dərk edə bilmir, amma riyaziyyata meyllidir. Müəllim onun bu
cəhətindən istifadə etməli, riyazi qabiliyyətində olan əsas
cəhətləri mənimsəyərək onu ədəbiyyata alışdırmaq üçün yollar
düşünməlidir. Rəqəmlər və həndəsi xətlər haqqında hekayələr
uydurmaq olar. Rəssamlığı, musiqini, tarixi faktları bilməyə
maraq göstərən uşaqları da eyni yolla bədii əsərlərin dərkinə
həvəsləndirmək olar.
Dərsliyin maraqlı cəhətlərindən biri də budur ki,
müəlliflər əlifbaya qədərki dövrdə verilən şəkil hekayələrdən
bacarıqla istifadə etmişlər. Kitabın sonunda müəllimə kömək
məqsədilə konkret nümunələr vermişlər. Kitabın 8-9-cu
səhifələrində çap olunan “Məktəbdə ilk gün” şəkilləri əsasında
müəllifin danışa biləcəyi aşağıdakı hekayəni təqdim edirlər:
Məsələn belə bir hekayəyə diqqət edək:
Məktəbin həyətində xeyli uşaq vardı. Ayxan da
onların arasında idi. O, anasının əlindən tutmuşdu. O biri əlində
isə gül dəstəsi var idi. Ayxan bu gülləri səhər tezdən öz
bağçalarından dərmişdi.
Bir azdan zəng çalındı. Ayxan sinif yoldaşları ilə
birgə məktəbə daxil oldu. Anasından ayrılanda onu ağlamaq
tutmuşdu. Özünü güclə ələ aldı.
Sinfə daxil olanda Ayxan gül dəstəsini müəllimin
masasının üstünə qoydu. Sonra keçib parta arxasında əyləşdi.